Məhkəmə qərarları › İş №e-2(078)-813/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-813/2022

24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-813/2022 24.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 A ünvanında yerləşən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 13 iyun 2020-ci il tarixli müqaviləyə əsasən Hoffmann markalı kondisioner, Nevresim yatak örtüsü, Tekstil yorğan, Nevresim takımı və 2 ədəd Tekstil yastıq üçün 996 (doqquz yüz doxsan altı) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, 12 iyun 2020-ci il tarixli müqaviləyə əsasən Dnepr markalı çarpayı, dolab, termo, 2 ədəd tumba və matras üçün 385 (üç yüz səksən beş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, 27 mart 2020-ci il tarixli müqaviləyə əsasən Transformer jurnal masası üçün 209.6 (iki yüz doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə pulu, 02 aprel 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********21488 olan X1 8 markalı telefon üçün 505.1 (beş yüz beş manat on qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə pulu, 27 mart 2020-ci il tarixli müqaviləyə əsasən Hoffmann markalı paltaryuyan üçün 372.6 (üç yüz yetmiş iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 37.7 (otuz yeddi manat yetmiş qəpik) manat cərimə pulu olmaqla, ümumilikdə 2576 (iki min beş yüz yetmiş altı) manat borcun və 45.76 (qırx beş manat yetmiş altı qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə bağladığı 13 iyun 2020-ci il, 12 iyun 2020-ci il, 27 mart 2020-ci il, 02 aprel 2020-ci il və 27 mart 2020-ci il tarixli müqavilələrə əsasən Hoffmann markalı kondisioner, Nevresim yatak örtüsü, Tekstil yorğan, Nevresim takımı, 2 ədəd Tekstil yastıq, Dnepr markalı çarpayı, dolab, termo, 2 ədəd tumba, matras, Transformer jurnal masası, İMEİ kodu **********21488 olan X1 8 markalı telefon, Hoffmann markalı paltaryuyan aldığını və nəticədə 2576 (iki min beş yüz yetmiş altı) manat borcun yarandığını, cavabdehin 13 iyun 2020-ci il tarixli müqavilənin şərtlərini pozduğunu və nəticədə alqı-satqı qiyməti 2289.6 (iki min iki yüz səksən doqquz manat altmış qəpik) manat (18 ay x 127.2 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann markalı kondisioner, Nevresim yatak örtüsü, Tekstil yorğan, Nevresim takımı və 2 ədəd Tekstil yastıq üçün ümumilikdə 996 (doqquz yüz doxsan altı) manat olmaqla, ondan 996 (doqquz yüz doxsan altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə pulu, 12 iyun 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1653.6 (min altı yüz əlli üç manat altmış qəpik) manat (24 ay x 68.9 manat + 0 manat ilkin ödəniş) olan Dnepr markalı çarpayı, dolab, termo, 2 ədəd tumba və matras üçün ümumilikdə 385 (üç yüz səksən beş) manat olmaqla, ondan 385 (üç yüz səksən beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə pulu, 27 mart 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 315 (üç yüz on beş) manat (18 ay x 17.5 manat + 0 manat ilkin ödəniş) olan Transformer jurnal masası üçün ümumilikdə 229.6 (iki yüz iyirmi doqquz manat altmış qəpik) manat olmaqla, ondan 209.6 (iki yüz doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20 (iyirmi) manat cərimə pulu, 02 aprel 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 699.4 (altı yüz doxsan doqquz manat qırx qəpik) manat (24 ay x 28.1 manat + 25 manat ilkin ödəniş) olan İMEİ kodu **********21488 olan X1 8 markalı telefon üçün 555.1 (beş yüz əlli beş manat on qəpik) manat olmaqla, ondan 505.1 (beş yüz beş manat on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50 (əlli) manat cərimə pulu, 27 mart 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 745.2 (yeddi yüz qırx beş manat iyirmi qəpik) manat (12 ay x 62.1 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann markalı paltaryuyan üçün ümumilikdə 410.3 (dörd yüz on manat otuz qəpik) manat olmaqla, ondan 372.6 (üç yüz yetmiş iki manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37.7 (otuz yeddi manat yetmiş qəpik) manat cərimə pulu borcunun yarandığını, cavabdehin 13 iyun 2020-ci il tarixli müqaviləyə əsasən 31 mart 2021-ci il tarixdə Hoffmann markalı kondisioner, yeni qızıl zəmanət, Nevresim yatak örtüsü, Tekstil yorğan və 2 ədəd yastıqdan imtina etdiyini və məhsulun 911.6 manat qiymətləndirilib borcundan silinərək geri qaytarıldığını, cavabdehin 12 iyun 2020-ci il tarixli müqaviləyə əsasən 31 mart 2021-ci il tarixdə Dnepr markalı çarpayı, dolab, 2 ədəd tumba, matras və yeni qızıl zəmanətdən imtina etdiyini və məhsulun 1026 manat qiymətləndirilib borcundan silinərək geri qaytarıldığını, cavabdehin 13 iyun 2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğin 382 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymətin 911.6 manat, ümumilikdə 1293.6 manat, cavabdehin 12 iyun 2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğin 242.6 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymətin 1026 manat, ümumilikdə 1268.6 təşkil etdiyini, cavabdehlə aralarında bağlanılmış 13 iyun 2020-ci il, 12 iyun 2020-ci il, 27 mart 2020-ci il, 02 aprel 2020-ci il və 27 mart 2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından cavabdehin əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil aldığının göründüyünü, cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 05 oktyabr 2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunmasını, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəfin müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etmədiyini, bunları nəzərə alaraq, 13 iyun 2020-ci il tarixli müqaviləyə əsasən Hoffmann markalı kondisioner, Nevresim yatak örtüsü, Tekstil yorğan, Nevresim takımı və 2 ədəd Tekstil yastıq üçün 996 (doqquz yüz doxsan altı) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, 12 iyun 2020-ci il tarixli müqaviləyə əsasən Dnepr markalı çarpayı, dolab, termo, 2 ədəd tumba və matras üçün 385 (üç yüz səksən beş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, 27 mart 2020-ci il tarixli müqaviləyə əsasən Transformer jurnal masası üçün 209.6 (iki yüz doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə pulu, 02 aprel 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********21488 olan X1 8 markalı telefon üçün 505.1 (beş yüz beş manat on qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə pulu, 27 mart 2020-ci il tarixli müqaviləyə əsasən Hoffmann markalı paltaryuyan üçün 372.6 (üç yüz yetmiş iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 37.7 (otuz yeddi manat yetmiş qəpik) manat cərimə pulu olmaqla, ümumilikdə 2576 (iki min beş yüz yetmiş altı) manat borcun və 45.76 (qırx beş manat yetmiş altı qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 27 mart 2020-ci il tarixli, 20204701 nömrəli, 27 mart 2020-ci il tarixli, 20204729 nömrəli, 02 aprel 2020-ci il tarixli, 20210170 nömrəli, 12 iyun 2020-ci il tarixli, 20345776 nömrəli və 13 iyun 2020-ci il tarixli, 20347552 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 04 iyul 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 27 mart 2020ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 315 manat olan Transformer jurnal masası üçün ilkin ödənişsiz 18 ay müddətinə ayda 17.5 manat, 27 mart 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 745.2 manat olan Hoffmann markalı paltaryuyan üçün ilkin ödənişsiz 12 ay müddətinə ayda 62.1 manat, 02 aprel 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 699.4 manat olan İMEİ kodu **********21488 olan X1 8 markalı telefon üçün ilkin ödəniş 25 manat olmaqla, 24 ay müddətinə ayda 28.1 manat, 12 iyun 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 1653.6 manat olan Dnepr markalı çarpayı, dolab, termo, 2 ədəd tumba və matras üçün ilkin ödənişsiz 24 ay müddətinə ayda 68.9 manat, 13 iyun 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 2289.6 manat olan Hoffmann markalı kondisioner, Nevresim yatak örtüsü, Tekstil yorğan, Nevresim takımı və 2 ədəd Tekstil yastıq üçün ilkin ödənişsiz 18 ay müddətinə ayda 127.2 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 15 iyul 2022-ci il tarixdə daxil olmuş ərizə üzrə 18 iyul 2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 27 mart 2020-ci il tarixli müqaviləyə əsasən 209.60 (iki yüz doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə pulu, 27 mart 2020-ci il tarixli müqaviləyə əsasən 372.60 (üç yüz yetmiş iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 37.70 (otuz yeddi manat yetmiş qəpik) manat cərimə pulu, 02 aprel 2020-ci il tarixli müqaviləyə əsasən 505.10 (beş yüz beş manat on qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə pulu, 12 iyun 2020-ci il tarixli müqaviləyə əsasən 385 (üç yüz səksən beş) manat ödənilməmiş hissə, 13 iyun 2020-ci il tarixli müqaviləyə əsasən 996 (doqquz yüz doxsan altı) manat ödənilməmiş hissə olmaqla, cəmi 2576 (iki min beş yüz yetmiş altı) manat məbləğində borcun və 45.76 (qırx beş manat yetmiş altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 27 mart 2020-ci il tarixli, 20204701 nömrəli, 27 mart 2020-ci il tarixli, 20204729 nömrəli, 02 aprel 2020-ci il tarixli, 20210170 nömrəli, 12 iyun 2020-ci il tarixli, 20345776 nömrəli və 13 iyun 2020-ci il tarixli, 20347552 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 04 iyul 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 27 mart 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 315 manat olan Transformer jurnal masası üçün ilkin ödənişsiz 18 ay müddətinə ayda 17.5 manat, 27 mart 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 745.2 manat olan Hoffmann markalı paltaryuyan üçün ilkin ödənişsiz 12 ay müddətinə ayda 62.1 manat, 02 aprel 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 699.4 manat olan İMEİ kodu **********21488 olan X1 8 markalı telefon üçün ilkin ödəniş 25 manat olmaqla, 24 ay müddətinə ayda 28.1 manat, 12 iyun 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 1653.6 manat olan Dnepr markalı çarpayı, dolab, termo, 2 ədəd tumba və matras üçün ilkin ödənişsiz 24 ay müddətinə ayda 68.9 manat, 13 iyun 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 2289.6 manat olan Hoffmann markalı kondisioner, Nevresim yatak örtüsü, Tekstil yorğan, Nevresim takımı və 2 ədəd Tekstil yastıq üçün ilkin ödənişsiz 18 ay müddətinə ayda 127.2 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələrin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməməklə, müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 27 mart 2020-ci il tarixli müqaviləyə əsasən 209.60 (iki yüz doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə pulu, 27 mart 2020-ci il tarixli müqaviləyə əsasən 372.60 (üç yüz yetmiş iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 37.70 (otuz yeddi manat yetmiş qəpik) manat cərimə pulu, 02 aprel 2020-ci il tarixli müqaviləyə əsasən 505.10 (beş yüz beş manat on qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə pulu, 12 iyun 2020-ci il tarixli müqaviləyə əsasən 385 (üç yüz səksən beş) manat ödənilməmiş hissə, 13 iyun 2020-ci il tarixli müqaviləyə əsasən 996 (doqquz yüz doxsan altı) manat ödənilməmiş hissə olmaqla, cəmi 2576 (iki min beş yüz yetmiş altı) manat məbləğində borcun və 45.76 (qırx beş manat yetmiş altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar