Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-814/2022 24.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n e t d i m: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 aprel 2021-ci il tarixli, C9790094/20 nömrəli nisyə satış müqaviləsi üzrə 294 (iki yüz doxsan dörd) manat əsas borc və 29 (iyirmi doqquz) manat cərimə borcu olmaqla, cəmi 323 (üç yüz iyirmi üç) manat borc, habelə dövlət rüsumu əvəzi ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 15 aprel 2021-ci il tarixli, C9790094/20 nömrəli nisyə satış müqaviləsinə əsasən 640 (altı yüz qırx) manat dəyərində, 40 (qırx) manat ilkin ödənişlə 1 ədəd Samsung markalı WF8590NLW8DYLP modelli mobil cihazının 12 (on iki) ay müddətinə, hər ay 50 (əlli) manat ödənilməklə nisyə satıldığını, həmin müqavilənin şərtlərinə borclu tərəfindən əməl edilmədiyini, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında öhdəliyinin yarandığını, sözügedən müqaviləyə əsasən alıcı razılaşdırılmış dəyəri razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1% cərimə ödəyəcəyini öz üzərinə götürdüyünü, borclu müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyinə görə müqavilə üzrə minimal olaraq ağlabatan qaydada (29 manat) müəyyən edildiyini, borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini yerinə yetirmədiyini, beləliklə Cavabdeh borcunun 15 aprel 2021-ci il tarixli, C9790094/20 nömrəli nisyə satış müqaviləsi üzrə 294 (iki yüz doxsan dörd) manat əsas borc və 29 (iyirmi doqquz) manat cərimə borcu olmaqla, cəmi 323 (üç yüz iyirmi üç) manat təşkil etdiyini, bunları nəzərə alaraq, Cavabdeh 15 aprel 2021-ci il tarixli, C9790094/20 nömrəli nisyə satış müqaviləsi üzrə 294 (iki yüz doxsan dörd) manat əsas borc və 29 (iyirmi doqquz) manat cərimə borcu olmaqla, cəmi 323 (üç yüz iyirmi üç) manat borc, habelə dövlət rüsumu əvəzi ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2021-ci il tarixli, C9790094/20 nömrəli il tarixli Nisyə satış Müqaviləsinə əsasən, satıcı dəyəri 640 AZN olan məhsulu alıcıya nisyə satmağı, alıcı isə satılmış əşyaya görə 40 AZN ilkin ödəniş edərək malı qəbul edib müqavilədə müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini nağd və ya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür. Ödəniş cədvəlinə əsasən, Cavabdeh İddiaçı 15 may 2021, 15 iyun 2021, 15 iyul 2021, 15 avqust 2021, 15 sentyabr 2021, 15 oktyabr 2021, 15 noyabr 2021, 15 dekabr 2021, 15 yanvar 2022, 15 fevral 2022, 15 mart 2022 və 15 aprel 2022-ci il tarixlərdə 50 manat ödəməyi öhdəsinə götürür. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən 15 iyul 2022-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 18 iyul 2022-ci il tarixdə cavabdehə bildiriş göndərilmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən və əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməklə, Cavabdeh 294 (iki yüz doxsan dörd) manat əsas borc və 29 (iyirmi doqquz) manat cərimə borcu olmaqla, cəmi 323 (üç yüz iyirmi üç) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2021-ci il tarixli, C9790094/20 nömrəli il tarixli Nisyə satış Müqaviləsinə əsasən, satıcı dəyəri 640 AZN olan məhsulu alıcıya nisyə satmağı, alıcı isə satılmış əşyaya görə 40 AZN ilkin ödəniş edərək malı qəbul edib müqavilədə müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini nağd və ya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür. Ödəniş cədvəlinə əsasən, Cavabdeh İddiaçı 15 may 2021, 15 iyun 2021, 15 iyul 2021, 15 avqust 2021, 15 sentyabr 2021, 15 oktyabr 2021, 15 noyabr 2021, 15 dekabr 2021, 15 yanvar 2022, 15 fevral 2022, 15 mart 2022 və 15 aprel 2022-ci il tarixlərdə 50 manat ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 294 (iki yüz doxsan dörd) manat əsas borc və 29 (iyirmi doqquz) manat cərimə borcu olmaqla, cəmi 323 (üç yüz iyirmi üç) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-814/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-814/2022
24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver