Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-815/2022 24.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25 avqust 2019-cu il tarixli, M-6204 saylı alqı-satqı müqaviləsi üzrə əsas borca görə 1103 (min yüz üç) manat, faiz borcuna görə 0 (sıfır) manat, cəmi 1103 (min yüz üç) manat pulun və 32 (otuz iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, fiziki şəxs X1 (VÖEN: **********) ilə «Sintra» markalı su filtrlərinin satışı ilə əlaqədar olaraq Cavabdeh arasında 25 avqust 2019cu il tarixli, M-6204 saylı alqı-satqı müqaviləsi bağlandığını, həmin müqaviləyə müvafiq olaraq «Sintra» firmasının istehsalı olan 1694 (min altı yüz doxsan dörd) manat məbləğində olan «Sintra» su təmizləmə sisteminin quraşdırılaraq ona təhvil verildiyini, bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilərək tərəflərin imzası ilə təsdiq edildiyini, 25 avqust 2019cu il tarixli, M-6204 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh tərəf olan Cavabdeh «Sintra» markalı su filtrinə görə kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyini, bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayındığını, 25 avqust 2019-cu il tarixli, M-6204 saylı alqı-satqı müqaviləsinə görə cavabdehin 24 ay müddətinə olmaqla, hər ayın 25-dən gec olmayaraq, hər ay 68 (altmış səkkiz) manat ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtlı-vaxtında və lazımi qaydada icra etmədiyini, maliyyə arayışına əsasən Cavabdeh 25 avqust 2019-cu il tarixli, M-6204 saylı alqı-satqı müqaviləsi üzrə borcunun məbləği kreditə görə 1103 (min yüz üç) manat, cərimə borcuna görə 0 (sıfır) manat olmaqla, borcun cəmi məbləğinin 1103 (min yüz üç) manat təşkil etdiyini, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən fiziki şəxs X1 ilə İddiaçı MMC arasında 30 iyul 2019-cu il tarixli, N-004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə bağlandığını, alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh 25 avqust 2019-cu il tarixli, M- 6204 saylı alqı-satqı müqaviləsi üzrə kredit borcuna görə 1103 (min yüz üç) manat, cərimə borcuna görə 0 (sıfır) manat olmaqla, borcun cəmi məbləği olan 1103 (min yüz üç) manat pul tutulmalı olduğunu, bunları nəzərə alaraq, Cavabdeh 25 avqust 2019-cu il tarixli, M- 6204 saylı alqı-satqı müqaviləsi üzrə əsas borca görə 1103 (min yüz üç) manat, faiz borcuna görə 0 (sıfır) manat, cəmi 1103 (min yüz üç) manat pulun və 32 (otuz iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: X1 ilə Cavabdeh arasında bağlanmış 25 avqust 2019-cu il tarixli, M-6204 saylı alqısatqı müqaviləsinə əsasən, satıcı əmlakı alıcıya verməyi, alıcı isə bunun müqabilində 1694 (min altı yüz doxsan dörd) manat məbləğində pulu satıcıya ödəməyi öhdəsinə götürür. X1 ilə İddiaçı arasında 30 iyul 2019-cu il tarixli, 004 nömrəli tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqaviləyə əsasən, borcalana qarşı bütün hüquqları, həmçinin öhdəliklərin icrasını təmin edən hüquqları və tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən, tam həcmdə ödənilmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını hüquq sahibi güzəşt edir, hüququ əldə edən isə qeyd edilən hüquqları qəbul edir. 06 iyul 2022-ci il tarixli arayışa əsasən, Cavabdeh İddiaçınə 1103 (min yüz üç) manat əsas borc və 0 (sıfır) manat cərimə borcu olmaqla, cəmi 1103 (min yüz üç) manat məbləğində borcu vardır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 15 iyul 2022-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 18 iyul 2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 1103 (min yüz üç) manat borc və 32 (otuz iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, X1 ilə Cavabdeh arasında bağlanmış 25 avqust 2019-cu il tarixli, M-6204 saylı alqı-satqı müqaviləsinə əsasən, satıcı əmlakı alıcıya verməyi, alıcı isə bunun müqabilində 1694 (min altı yüz doxsan dörd) manat məbləğində pulu satıcıya ödəməyi öhdəsinə götürür. X1 ilə İddiaçı arasında 30 iyul 2019-cu il tarixli, 004 nömrəli tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqaviləyə əsasən, borcalana qarşı bütün hüquqları, həmçinin öhdəliklərin icrasını təmin edən hüquqları və tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən, tam həcmdə ödənilmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını hüquq sahibi güzəşt edir, hüququ əldə edən isə qeyd edilən hüquqları qəbul edir. 06 iyul 2022-ci il tarixli arayışa əsasən, Cavabdeh İddiaçınə 1103 (min yüz üç) manat əsas borc və 0 (sıfır) manat cərimə borcu olmaqla, cəmi 1103 (min yüz üç) manat məbləğində borcu vardır. Lakin Cavabdeh müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməməklə, müqavilədən irəli gələn öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1103 (min yüz üç) manat borc və 32 (otuz iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-815/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-815/2022
24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver