Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-833/2025 29.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə və cavabdeh X22 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X14, X15, X16, X17, X25 mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın bütün hissəsinə payının müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum xx.xx.2014-cü il tarixdə ölmüş X7 miras qalan Naxçıvan Muxtar Respublikası ünvan 7ində 0.1893 ha torpaq sahəsi və üzərində 142.8 kv.m tikilidən ibarət fərdi yaşayış evinin –mirasın onun tərəfindən faktiki sahiblik və idarə etməklə qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın bütün hissəsinə İddiaçı payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X26 xx.xx.2014-cü il tarixdə öldükdən sonra mülkiyyətində olan- miras qalan ünvan 7ində yerləşən fərdi yaşayış evində vərəsələrdən yalnız o- İddiaçı yaşayıb, mirasa faktiki olaraq sahiblik etməklə idarə etmişdir. Bu günədək həmin mənzildə pasport qeydiyyatında durmaqla ailə üzvləriylə birlikdə yaşayır. Vərəsələrdən mərhum qardaşı X23 vərəsələri, cavabdehlər- arvadı Cavabdeh3, oğlu Cavabdeh1 mərhum anası X7 qalmış mirası hər hansı formada qəbul etməyiblər, mərhum X56 qızından qalmış mirası hər hansı formada qəbul etməyiblər, mərhum anası X26 qalmış mirası qəbul etməyini dolayısı ilə bütün mirasa dair payı almağına əsassız olaraq etiraz edirlər, razılıq verib-verməməkdə konkret münasibət bildirməkdən yayınırlar. Cavabdeh şəxslərin qeyd edilən əsassız davranışları mərhum anasından qalan qeyd edilən miras əmlak üzərində qanuni hüquqlarımın rəsmiləşdirilməsinə maneə yaradır. Mərhum qardaşı X39 1985-ci ildən ailəsi ilə birlikdə Naxçıvan şəhərinə köçüb və vəfat etdiyi günədək arvadı və uşaqları ilə Naxçıvan şəhərində yaşamışdır. Həmçinin bildirmək istəyir ki, mərhum anası X10 digər vərəsələri X7 miras qalan hər hansı əmlakı qəbul etmədiklərini, miras əmlakla bağlı hər hansı tələblərinin olmadığını notarial təsdiqli ərizələrində ifadə etmişlər. Mərhum anası X7 miras qalmış ünvan 7ində 0.1893 ha torpaq sahəsi və üzərində 142.8 kv.m tikilidən ibarət fərdi yaşayış evindən ibarət bütün mirasa İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Culfa Rayon Notariat ofisinə ərizə ilə müraciət edib. Culfa rayon Notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubu ilə müvafiq müraciətimdən imtina edilmiş və məhkəməyə müraciət etməyi bildirilmişdir. İddiaçı tələbinin hüquqi əsaslandırmasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1131, 1243, 1145, 1243, 1255, 1322. 1325-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. İddiaçı və vəkil-nümayəndəsi Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixdə ünvanlanmış ərizə ilə X27, X28, X29, X30 və X22 cavabdeh qismində işdə iştirakına cəlb edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən ərizə nəzərə alınaraq X27, X28, X29, X30 və X40 cavabdeh qismində işə cəlb edilmişdir. Məhkəmə iclası zamanı izahat verən iş üzrə İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, anası sağ olanda da vəfat edəndən sonra da o və ailəsi həmin evdə yaşamaqda davam edir. Hələ atası vəfat edən zaman 1994-cü ildə digər bacıqardaşları özlərinə ayrı ev edərək həmin evdən çıxıb gediblər. Ancaq özü və ailəsi orada qalıb. Az-az evi düzəldib təmir edib. Bacı-qardaşlarının etirazı yoxdur. Yalnız vəfat edən qardaşı Həbibin ailəsi mirasın adına sənədləşdirilməsi üçün ərizə vermirlər, mirasdan pay istəyirlər. Halbuki onlar uzun illərdi hələ qardaşının sağlığından o evdən çıxıb gedibdir. Özlərinin Naxçıvan şəhərində evi olubdur, qardaşı da Naxçıvanda öz evində vəfat edibdir. Onların evlə heç bir əlaqəsi yoxdur. Suni maneə yardırlar. Ev ünvan 7ində yerləşir. Sadəcə o mirası qəbul edibdir, lazımdırsa bütün kənd buna şahidlik edə bilər. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən iş üzrə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək verdiyi izahatında iddiaçının izahatına əlavəsi olmadığını, iddianı müdafiə etdiyini və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X60 izahatında bildirmişdir ki, qardaşı haqlıdır. O evdə Yarməmməd və ailəsi yaşayıb. Evə onlar baxıb. Hər bir təmirini tikintisini o və ailəsi evdibdir. Bu evdə Yarməmməd və ailəsindən başqa heç kimin haqqı yoxdur. O mirası qəbul etməyib. Özünə məxsus ayrı evi vardır. Bütün bacı-qardaşlarının özlərinin evləri vardır. İddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, atası 2021-ci ildə vəfat etmişdir. Onlar Naxçıvan şəhərində yaşayırlar, atası da burada vəfat edibdir. Ancaq ata payını tələb edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər X24, Cavabdeh2, X8, X27, X28, X29, Cavabdeh4 məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdeh X24 tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə göndərilən xx.xx.2025-ci il tarixdə teleqram göndərilmişdir. Teleqramda bildirmişdir ki, iddia tələbini qəbul və etiraf edir. Miras əmlakı qəbul etməmişdir. Mərhum anasından qalan mirasla bağlı heç bir iddiası yoxdur. İş üzrə məhkəmə iclasını onun iştirakı olmadan keçirib yekun qərar çıxarılmasını xahiş edir. Cavabdeh2 tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə göndərilən xx.xx.2025-ci il tarixli teleqramda bildirmişdir ki, atasına düşən payı istəyir və hüquqlarının qorunmasını xahiş edir. Cavabdeh X8 tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə göndərilən xx.xx.2025-ci il tarixli teleqramda bildirmişdir ki, məsafənin uzaqlığı səbəbindən məhkəmə iclasında iştirak edə bilmir, yoldaşı X31 düşən payı istəyir. Cavabdeh X27 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədə bildirilir ki, iddia tələbini qəbul və etiraf edir. Miras əmlakı qəbul etməmişdir. Mərhum anasından qalan mirasla bağlı heç bir iddiası yoxdur. İş üzrə məhkəmə iclasını onun iştirakı olmadan keçirib yekun qərar çıxarılmasını xahiş edir. Cavabdeh4 03 iyul 2025-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə teleqram göndərərək bildirmişdir ki, məsafənin uzaqlığı səbəbindən məhkəmə iclasında iştirak edə bilmir, haqqı olan və ona düşən payı tələb edir. Cavabdehlər X28, X29, X24 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədə bildirilir ki, iddia tələbini qəbul və etiraf edirlər. Miras əmlakı qəbul etməmişlər. Mərhum anasından qalan mirasla bağlı heç bir iddiası yoxdur. İş üzrə məhkəmə iclasını onun iştirakı olmadan keçirib yekun qərar çıxarılmasını xahiş edir. Məhkəmə işə cavabdehlər X27, X28, X29, X30, Cavabdeh2, X8, Cavabdeh4 iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını ifadələrini dinləyib, onları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin “Hüquqların Dövlət qeydiyyatı” haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 20/9 nömrəli reyestr kitabının 1720 nömrəli vərəqində qeydiyyata alınan çıxarışdan məlum olur ki, hüququ rəsmiləşdirən şəxs- X26, daşınmaz əmlakın növü- fərdi yaşayış evi, daşınmaz əmlakın ünvanı- Naxçıvan MR, ünvan 1maz əmlakın üzərində hüququn növü- mülkiyyət, daşınmaz əmlakın ümumi sahəsi- 142.8 m2, torpaq sahəsinin mülkiyyət növü- xüsusi, torpaq sahəsi üzərində hüququn növü- mülkiyyət, torpaq sahəsinin kateqoriyası- yaşayış məntəqələrinin torpaqları, torpaq sahəsinin ölçüsü- 0.1893 ha, daşınmaz əmlakın reyestr nömrəsi-**********23-10301, hüquq sahibinin adı- X26, payı- tam, qeydiyyat nömrəsi- **********, qeydiyyat tarixi- xx.xx.2024-cü il tarixidir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən inventar nömrəsi 4530 olan, reyestr nömrəsi **********23-10301 olan, xx.xx.2024-cü ildə tərtib edilən daşınmaz əmlakın texniki paspotrundan məlum olur ki, mərhum X10 adına olan Culfa rayon, Ərəfsə kəndində yerləşən fərdi yaşayış evinin faktiki torpaq sahəsi 0.1893 ha, tikintialtı sahəsi 0.0373 ha, digər sahələr 0.1520 ha , yaşayış evinin ümumi sahəsi isə 142.8 m2 təşkil edir. Məhkəməyə təqdim olunan İV-ЖГ №344166 nömrəli, xx.xx.1987-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, X46 və X26 xx.xx.1987-ci ildə Culfa rayon, Ərəfsə kəndində birgə nikaha daxil olmuşdur. Məhkəməyə təqdim olunan AЗ №339169 nömrəli, xx.xx.1963-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə Culfa rayon, Ərəfsə kəndində dünyaya gəlmişdir. X2r. Məhkəmə təqdim olunan İİ-ЖГ №467215 nömrəli, xx.xx.1994-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X50 xx.xx.1994-cü ildə Culfa rayon, Ərəfsə kəndində vəfat etmişdir. Məhkəməyə təqdim olunan AZ-İ№434999 nömrəli, xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X26 xx.xx.2014-cü ildə Culfa rayon, Ərəfsə kəndində vəfat etmişdir. Culfa rayon Ərəfsə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdən Naxçıvan Şəhər Məhkəməsinə təqdim olunan 75 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan məlum olur ki, xx.xx.2014-cü il tarixdə vəfat edən mərhum X26 həqiqətən Culfa rayon, Ərəfsə kəndində yaşayıb və vərəsələri- mərhum əri X46, qızı X27, qızı X28, qızı X29, mərhum qızı X11,mərhum oğlu X39, oğlu X40, qızı X30, oğlu İddiaçıdur. Culfa rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan məlum olur ki, X11 xx.xx.1953-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayon, Ərəfsə kəndində dünyaya gəlmişdir. X13, anası X12r. Məhkəməyə təqdim olunan AZ-İ №436856 nömrəli, xx.xx.2011-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X11 xx.xx.2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Culfa şəhərində vəfat etmişdir. Məhkəməyə təqdim olunan AЗ №149332 nömrəli, xx.xx.1972-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, X19 və X11 xx.xx.1972-ci il tarixdə birgə nikaha daxil olmuşdur. Culfa şəhər Mənzil İstismar Sahəsi tərəfindən X11 adına Naxçıvan Şəhər Məhkəməsinə təqdim etmək üçün verilmiş 247 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan aydın olur ki, X11 həqiqətən Culfa şəhər , M.Əsgərov ev 17 mənzil 8-də yaşayıb və xx.xx.2011-ci il tarixdə vəfat edib.Mərhumun vərəsələri əri X19, oğlu X32 və oğlu X20r. Məhkəməyə təqdim olunan Culfa rayonu notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2025-ci il tarixli X19 tərəfindən verilmiş ərizəyə əsasən, X19 xx.xx.2014-cü il tarixdə vəfat etmiş mərhum qaynanası X10 ölümündən sonra miras qalmış vərəsəlik yolu ilə ona çatan payı qəbul etməyib və etmək niyyətində olmayıb. Gələcəkdə heç bir mülki iddia və tələbi olmayacaq. Məhkəməyə təqdim olunan Culfa rayonu notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2024-cü il tarixli X33 tərəfindən verilmiş ərizəyə əsasən, X33 xx.xx.2014-cü il tarixdə vəfat etmiş mərhum nənəsi X10 ölümündən sonra miras qalmış vərəsəlik yolu ilə ona çatan payı qəbul etməyib və etmək niyyətində olmayıb. Gələcəkdə heç bir mülki iddia və tələbi olmayacaq. Məhkəməyə təqdim olunan 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2024-cü il tarixli X32 tərəfindən verilmiş ərizəyə əsasən, X32 xx.xx.2014-cü il tarixdə vəfat etmiş mərhum nənəsi X10 ölümündən sonra miras qalmış vərəsəlik yolu ilə ona çatan payı qəbul etməyib və etmək niyyətində olmayıb. Gələcəkdə heç bir mülki iddia və tələbi olmayacaq. Culfa rayon qeydiyyat şöbəsindən təqdim olunan 05/09İS/031037-25 nömrəli, xx.xx.2025-ci il tarixli arayışa əsasən, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X31 aid xx.xx.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair bu məlumatlar aşkar edilmişdir ki, ailə tərkibinə arvadı Cavabdeh3, oğlu Cavabdeh1, qızı Cavabdeh4, oğlu Cavabdeh2 daxildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X3 üzrə məlumat şöbəsindən məhkəməyə təqdim olunan xx.xx.2025-ci il tarixli arayışlardan məlum olur ki, Məmmədov X42 MR, Naxçıvan şəhəri, 2ci məhəllə, ev 5 ünvanında, Orucova X43 MR, Qaraxanbəyli Ərazi Dairəsi, Qaraxanbəyli kəndi ünvanında, Cavabdeh2 ünvan 3 ünvanında, Cavabdeh3 ünvan 4anında qeydiyyatdadır. Məhkəməyə təqdim olunan 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli X24 tərəfindən verilmiş ərizədən məlum olur ki, X24 xx.xx.2014-cü il tarixdə vəfat etmiş mərhum anası X10 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, miras qalmış bütün əmlakdan vərəsəlik yolu ilə ona çatan payı qəbul etməyib, etmir, niyyətində deyil. Mirasın qəbul edilməsi və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək fikri yoxdur.Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnəməyə salınmasını istəmir. Məhkəməyə təqdim olunan Bakı şəhəri 17 saylı nortariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli X41 tərəfindən verilmiş ərizədən məlum olur ki, X41 xx.xx.2014-cü il tarixdə vəfat etmiş mərhum anası X10 vəfatından sonra qalmış miras əmlaka dair vərəəliyi nə faktiki və yaxud notariat ofisinə ərizə verməklə qəbul etməyib və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxıb. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcək. Məhkəməyə təqdim olunan Naxçıvan “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli X28 və X40 tərəfindən verilmiş ərizəyə əsasən, X28 və X40 xx.xx.2014-cü il tarixdə vəfat etmiş mərhum anası X10 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, miras qalmış bütün əmlakdan vərəsəlik yolu ilə ona çatan payı qəbul etməyib, etmir, niyyətində deyil. Mirasın qəbul edilməsi və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək fikri yoxdur.Adlarının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnəməyə salınmasını istəmirlər. Məhkəməyə təqdim olunan Şahbuz rayonu notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli X34 tərəfindən verilmiş ərizədən məlum olur ki, X34 xx.xx.2014-cü il tarixdə vəfat etmiş mərhum anası X7 miras qalmış və vərəsəlik yolu ilə ona çatası payları nə notariat ofisinə müraciət edib ərizə verməklə, nə də faktiki qəbul etməyib, etmir və bu barədə heç bir iddiası olmayacaq. Gələcəkdə mirasın qəbulu üçün müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməyəcək. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Culfa rayon notariat ofisi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda bildirilir ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş mərhum ananız X7 miras qalmış ünvan 7i ünvanında 0.1893 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 142.8 kv.m. olan fərdi yaşayış evi ilə birlikdə həyatyanı torpaq sahəsindən vərəsəlik yolu ilə İddiaçı çatan payı qanunla müəyyən edilmiş müddət ərzində Culfa rayon notariat ofisinə müraciət edib qəbul etmədiyindən, sübutlar təqdim etmədiyindən və eləcədə vərəsələr arasında mübahisə olduğundan sizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmadığından İddiaçı aidiyyatı üzrə məhkəməyə müraciət etməyini xahiş edirlər. Culfa rayon Ərəfsə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdən İddiaçı Naxçıvan Şəhər Məhkəməsinə təqdim olunmaq üçün verilən 78 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan məlum olur ki, İddiaçı həqiqətən Ərəfsə kəndində qeydiyyatdadır və Ərəfsə kəndində yaşayır. Culfa rayon Ərəfsə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdən Naxçıvan Şəhər Məhkəməsinə təqdim olunmaq üçün İddiaçı verilən 82 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan aydın olur ki, mərhum anası X26 xx.xx.2014-cü il tarixdə vəfat etdikdən sonra ona məxsus Culfa rayon Ərəfsə kəndində yerləşən fərdi yaşayış evində vərəsələrdən yalnız İddiaçı yaşamışdır, həmin fərdi yaşayış evinə sahiblik etmişdir. Culfa rayon Qaz İstismar İdarəsi tərəindən Naxçıvan Şəhər Məhkəməsinə təqdim olunmaq üçün Culfa rayon Ərəfsə kəndində yaşayan İddiaçı verilən xx.xx.2025-ci il tarixli arayışdan aydın olur ki, İddiaçı Qaz İstismar İdarəsində xx.xx.2007-ci il tarixdə abonent kimi qeydiyyata alınmışdır və borcu yoxdur. Məhkəməyə təqdim olunan Energetika Agentliyi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı-satqı müqaviləsindən məlum olur ki, Qafarov X6 Agentliyi ilə müqavilə bağlayaraq məişət abonenti kimi qeydə alınmışdır. Məhkəməyə təqdim olunan şəhadətnamə nömrəsi NS105C22948, 164063 nömrəli, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın icbari tibbi sığortası şəhadətnaməsində aydın olur ki, İddiaçı ilə Culfa rayon Dövlət Sığorta Agentliyi arasında imzalanan Culfa rayon Ərəfsə kəndində yerləşən yaşayış evinin sığorta müqaviləsi xx.xx.2017-ci il tarixdə qüvvəyə minir, xx.xx.2018-ci il tarixdə qüvvədən düşür. Məhkəməyə təqdim olunan şəhadətnamə nömrəsi NS105C26746, 193911 nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın icbari tibbi sığortası şəhadətnaməsində aydın olur ki, İddiaçı ilə Culfa rayon Dövlət Sığorta Agentliyi arasında imzalanan Culfa rayon Ərəfsə kəndində yerləşən yaşayış evinin sığorta müqaviləsi xx.xx.2018-ci il tarixdə qüvvəyə minir, xx.xx.2019-cu il tarixdə qüvvədən düşür. Məhkəməyə təqdim olunan şəhadətnamə nömrəsi NS105C31206, 227571 nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın icbari tibbi sığortası şəhadətnaməsində aydın olur ki, İddiaçı ilə Culfa rayon Dövlət Sığorta Agentliyi arasında imzalanan Culfa rayon Ərəfsə kəndində yerləşən yaşayış evinin sığorta müqaviləsi xx.xx.2019-cu il tarixdə qüvvəyə minir, xx.xx.2020-ci il tarixdə qüvvədən düşür. Məhkəməyə təqdim olunan 227571 nömrəli, xx.xx.2020-cu il tarixli daşınmaz əmlakın icbari tibbi sığortası şəhadətnaməsində aydın olur ki, İddiaçı ilə Culfa rayon Dövlət Sığorta Agentliyi arasında imzalanan Culfa rayon Ərəfsə kəndində yerləşən yaşayış evinin sığorta müqaviləsi xx.xx.2020-ci il tarixdə qüvvəyə minir, xx.xx.2021-ci il tarixdə qüvvədən düşür. Məhkəməyə təqdim olunan şəhadətnamə nömrəsi NS105C45246, 045246 nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın icbari tibbi sığortası şəhadətnaməsində aydın olur ki, İddiaçı ilə Culfa rayon Dövlət Sığorta Agentliyi arasında imzalanan Culfa rayon Ərəfsə kəndində yerləşən yaşayış evinin sığorta müqaviləsi xx.xx.2021-ci il tarixdə qüvvəyə minir, xx.xx.2022-ci il tarixdə qüvvədən düşür. Məhkəməyə təqdim olunan şəhadətnamə nömrəsi NS105C75227, 075227 nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın icbari tibbi sığortası şəhadətnaməsində aydın olur ki, İddiaçı ilə Culfa rayon Dövlət Sığorta Agentliyi arasında imzalanan Culfa rayon Ərəfsə kəndində yerləşən yaşayış evinin sığorta müqaviləsi xx.xx.2022-ci il tarixdə qüvvəyə minir, xx.xx.2023-cü il tarixdə qüvvədən düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir (N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarları) Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərar). Məhkəmə Konstitusiya Məhkəməsinin adları yuxarıda qeyd edilmiş Qərarlarında formalaşmış mövqeyini qeyd etməkdə məqsədi ondan ibarətdir ki, sözügedən daşınmaz əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olmaqla daşınmaz əmlak üzərində payların müəyyən edilməsi kimi iddia tələbi irəli sürlümüşdür. Məhkəmənin yuxarıda gəldiyi nəticədə sözügedən əmlakın birgə nikah dövründə əldə edilməsi hüquqmüəyyənedici sənədlə öz təsdiqini tapması qeyd edilmişdir. Həmin əmlakın hər iki ½ hissə mülkiyyətçisinin əmlakı barədə vərəsələrin payının müəyyən edilməsi iddia tələbindən kənara çıxılması hesab edilməməlidir. Ona görə ki, hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla miras əmlakın hüquqi taleyi ilə vərəslər arasında olan bütün məsələlərin bir iddia çərçivəsində həll edilməsi prosessual qənaət prinsipinə də uyğun hesab edilir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. İş materiallarında olan daşınmaz əmlakın texniki pasportundan aydın olur ki, mübahisəli miras əmlakın tikildiyi il 1962-ci ildən inşa edilməsi qeyd edilmişdir. Nikah haqqında şəhadətnamədən aydın olur ki, X46 ilə X26 arasında nikah 1987-ci il tarixdə 06 noyabrda bağlanmışdır. Məhkəmə bu halın qiymətləndirilməsi üçün miras əmlakın ər-arvadın nikahı dövründə əldə edilən əmlak olub-olmamasına münasibətdə qeyd edir ki, 1928-ci il tarixdə qəbul edilmiş Azərbaycan SSR Nikah, Ailə və Qəyyumluq və vətəndaş halları Aktların Qeydiyyatı Məcəlləsinin 24-cü maddəsinə görə nikahdan əvvəl ər və arvada təllayüq edilən əmlak onların ayrı malı olub qalır. Nikah davam etdiyi dövrdə qazanılan əmlak isə ər-arvadın ortaqlı malı hesab olunur. Hansı birinə çatası hissə haqqında mübahisə zühur etdikdə məsələ məhkəmə qərarı üzrə həll olunur. 1 aprel 1970-ci ildə Azərbaycan Respublikasının yeni Ailə və Nikah Məcəlləsi qəbul edildi. Yeni qanunvericilikdə nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın ümumiliyi təsdiq edilmişdir. Hazırki iş üzrə məhkəmə qeyd edir ki, miras əmlak birgə nikah dövründə qazanılmış əmlak olmamaqla mərhum X10 öz əmlakı hesab edilməlidir. Fərdi yaşayış evinin inşa edildiyi vaxt tərəflər nikah münasibətlərində olmamışdır. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, mərhum X26 12 oktyabr 2014-cü il tarixdə vəfat etmişdir. Bu hissədə miras əmlakla bağlı hüquqi məsələlər qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüquq normaları əsasında həll edilməlidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən vərəsəlik münasibətlərinin yaranmasında əsas kimi miras qoyanın vəsiyyəti qanun üzrə vərəsəlikdən daha üstün tutulur. Lakin miras qoyan vəsiyyətnamə qoymadığı halda, qanun üzrə vərəsəlik qüvvədə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə miras əmlakdan payın müəyyən olunması tələbinə hüquqi qiymət verərək aşağıdakı halların zəruriliyini qeyd edir. İşin halları ilə müəyyən edilir ki, mərhum X26 vəfat edən zaman 2014-cü il tarixdə onun birinci növbəli vərəsələrindən övladları Nəsibə, Lətifə, Zərif, Həbib, Şəmsi, Tamilə və Yarməmməd sağ olmuş, Həbib anasının vəfatıından 7 il sonra 2021-ci il tarixdə vəfat etmişdir. Gülabətin ananın vəfatından əvvəl 2011-ci ildə vəfat etdiyindən onun vərəsələrinin miras əmlak üzrə birinci növbəli vərəsələr olduğundan hər hansı hüquqi bağlılığı mövcud olmamışdır. Ona görə də mərhum X5 vərəsələrinə dair sənədlərin iş materiallarına əlavə edilməsinin heç bir sübut əhəmiyyəti yoxdur. İşə baxılan zaman iş materiallarında olan sənədlər və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı həmin əmlakda yaşamış, əmlakı faktiki olaraq idarə etmiş və sahibliyini həyata keçirmişdir. Belə ki, iş materiallarında olan kommunal ödənişlərin aparılmasına dair səndələrlə miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi öz təsdiqini tapmışdır. X4 vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 miras əmlak üzrə pay tələb etsələr də X4 mərhum anası Məleykə Qafarovanın vəfatından sonra yaşadığı 7 il müddətində ondan qalan mirası faktiki olaraq qəbul etməsinə dair hər hansı sübut təqdim etməmişdir. Halbuki miras əmlakda payın müəyyən edilməsi həmin mirası qəbul edilməsindən asılıdır. Qəbul edilməyən miras əmlak üzrə pay müəyyən edilə bilməz. Bununla yanaşı məhkəmə belə hesab edir ki, X1 miras qalan ünvan 7ində yerləşən 0.1893 ha torpaq sahəsi və üzərində 142.8 kv.m tikilidən ibarət fərdi yaşayış evindən ibarət miras əmlak İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməklə həmin əmlakda tam pay hüququ müəyyən edilməlidir. Belə ki, miras qoyanın digər birinci növbəli vərəsələrinin miras əmlakın faktiki olaraq qəbul edilməsinə dair hər hansı sübut işə baxılan zaman təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X14, X15, X16, X17, X21 müştərək qaydada tutularaq İddiaçı qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X1 miras qalan ünvan 7ində yerləşən 0.1893 ha torpaq sahəsi və üzərində 142.8 kv.m tikilidən ibarət fərdi yaşayış evindən ibarət miras əmlakın İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməklə həmin əmlakda tam hissədə pay hüququ müəyyən edilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X14, X15, X16, X17, X21 müştərək qaydada tutularaq İddiaçı qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-833/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-833/2025
29.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver