Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-845/2024 10.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, Moskva pr. 73A ünvanında yerləşən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********06481 İPHONE 11 markalı telefon, APPLE ADAPTER üçün 2042.14 (iki min qırx iki manat bir on dörd qəpik) manat ödənilməmiş hissə, 204.86 (iki yüz dörd manat səksən altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 2247 (iki min iki yüz qırx yeddi) manat məbləğində borcun və ödənilmiş 42.47 manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********06481 İPHONE 11 markalı telefon və APPLE ADAPTER almış və nəticədə 2247 (iki min iki yüz qırx yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2252.92 (iki min iki yez əlli iki manat doxsan iki qəpik) manat (18 ay x 124.99 manat + 3.1 manat ilkin ödəniş) olan İMEİ kodu **********06481 İPHONE 11 markalı telefon, APPLE ADAPTER üçün ümumilikdə, 2247 (iki min iki yüz qırx yeddi) manat olmaqla ondan, 2042.14 (iki min qırx iki manat on dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 204.86 (iki yüz dörd manat səksən altı qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 210.78 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model- İMEİ kodu **********06481 İPHONE 11 markalı telefon və APPLE ADAPTER İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Model- İMEİ kodu **********06481 İPHONE 11 markalı telefon və APPLE ADAPTER tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********06481 İPHONE 11 markalı telefon, APPLE ADAPTER üçün 2042.14 (iki min qırx iki manat bir on dörd qəpik) manat ödənilməmiş hissə, 204,86 (iki yüz dörd manat səksən alıtı qəpik) manat cərimə, məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********06481 İPHONE 11 markalı telefon,APPLE ADAPTER üçün 2042.14 (iki min qırx iki manat bir on dörd qəpik ) manat ödənilməmiş hissə, 204.86 (iki yüz dörd manat səksən altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 2247 (iki min iki yüz qırx yeddi) manat məbləğində borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2024-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" MMC tərəfindən X1 və ya AsanPay vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 42.47 (qırx iki manat qırx yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdim: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********06481 İPHONE 11 markalı telefon üçün 2042.14 (iki min qırx iki manat on dörd qəpik) manat ödənilməmiş hissə, 204.86 (iki yüz dörd manat səksən altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 2247 (iki min iki yüz qırx yeddi) manat məbləğində borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı X1 və ya AsanPay vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 42.47 (qırx iki manat qırx yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-845/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-845/2024
10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver