Məhkəmə qərarları › İş №e-2(078)-847/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-847/2025

05.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-847/2025 05.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, İddiaçı-cavabdeh İddiaçı2, iddiaçı-cavabdehlər və digər iddiaçı-cavabdehlərin nümayəndəsi Nümayəndə, cavabdeh-iddiaçı Cavabdeh, mütəxəssis X15 iştirakı ilə, İddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, ev 49A ünvanında yerləşən 224 kv.m ölçüdə fərdi yaşayış evi və üzərində yerləşdiyi ümumi sahəsinin ölçüsü 0.0686 ha olan torpaq sahəsi üzrə **********49- 10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X1 payına düşmüş 2/12 hissədə bütün vərəsələrin hər birinin paylarının müəyyən olunması, birgə iddiaçıların qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr və Çıxarış əsasında müəyyən olunmuş paylarının hər kəs üçün ayrı-ayrılıqda naturada ayrılması tələbinə dair iddiasına, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdehlər Nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı mərhum X4nun vəfatından sonra ünvan 1 ünvanında 0.0686 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 117.86 kv.m olan fərdi yaşayış evinin, qeyri- yaşayış və 106.11 kv.m köməkçi sahədən miras qalmış 2/12 hissəsinin onun tərəfindən faktiki qebul edilərək payının müəyyən olunması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı miras əmlak olaraq qalmaqda davam edən 2/12 hissədə payların müəyyən olunması, miras əmlakda payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, ev 49A ünvanında yerləşən 224 kv.m ölçüdə fərdi yaşayış evi və üzərində yerləşdiyi ümumi sahəsinin ölçüsü 0.0686 ha olan torpaq sahəsi üzrə **********49-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X1 payına düşmüş 2/12 hissədə bütün vərəsələrin hər birinin paylarının müəyyən olunması, birgə iddiaçıların qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr və Çıxarış əsasında müəyyən olunmuş paylarının hər kəs üçün ayrıayrılıqda naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, X4 01 mart 2005-ci il tarixdə vəfat etmiş, ölümündən sonra Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, ev 49A ünvanında yerləşən 224 kv.m ölçüdə fərdi yaşayış evi və üzərində yerləşdiyi ümumi sahəsinin ölçüsü 0.0686 ha olan torpaq sahəsi miras qalmış və 20 aprel 2010-cu il tarixdə bütün vərəsələrin şəhadətnamə alması ilə miras əmlakda anası X22 6/12, digər vərəsələr olan bacıqardaşlara isə 1/12 hissədə paylar müəyyən olunmuşdur. Miras əmlakda paylar müəyyən olunduqdan sonra qardaşı Cavabdeh öz payına düşən 1/12 hissədə yaşayış evi tikmək niyyətini ifadə etməsinə biz digər vərəsələr etiraz etməmiş, hətta əksinə, İddiaçı2 ona evin tikilməsində çəkilən bütün xərcləri qarşılamışdır. Yekunda isə Daşınmaz Əmlakın Texniki Pasportunda da “B” işarə ilə qeyd olunmuş fərdi yaşayış evinin satılması üçün tərəflərindən notariat ofisində bu barədə razılıq ərizəsinin verilməsindən sonra cavabdeh həmin evi alqısatqı yolu ilə özgəninkiləşdirmiş, evin satışından əldə olunan gəlir də özünə qalmışdır. Bir daha vurğulanmalıdır ki, qardaşı HəsənovıYusif Müzəffər oğlu məhz öz payına düşən 1/12 hissə ilə bağlı sərəncam verərək, öz payını başqa şəxsə satmışdır. Miras şəriklərindən biri olan mərhum anası X30 isə hələ sağlığında-xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsi əsasında atasından qalan miras əmlakdan ona çatmış 6/12 hissəni oğlu Cavabdeh bağışlamışdır. Cavabdeh tərəfindən hələ anasının sağlığından etibarən digər vərəsələrin hər birinin payı müəyyən olunmasına baxmayaraq öz payını həmin şəxsə bağışlamış anası da daxil olmaqla, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, ev 49A ünvanında yerləşən ata evinə gediş-gəlişinə maneçilik yaradılmış, belə bir səlahiyyəti olmamasına baxmayaraq haqqı olan əmlakdan istifadə etməyinə “icazə” verilməmişdir. Yuxarıda qeyd etdiyi halların mövcud olduğu və digər vərəsələr hüquqi cəhətdən haqqı olan, lakin cavabdehin ucbatından məhrum qaldığı ata evi ilə bağlı bir iddia irəli sürmədiyi halda hazırkı iddia üzrə Cavabdeh onlara qarşı xx.xx.2024-cü il tarixdə mirasın faktiki qəbulu və miras əmlakda payların müəyyən olunması tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, müraciətində ədalət mühakiməsini yanıltmaq məqsədilə digər vərəsələrin paylarının notariusdan şəhadətnamə alınmaqla müəyyən olunması faktını gizlətmiş, həmin tarixədək müvafiq kommunal xərclərini ödəməsini, habelə həmin miras əmlakda yaşamaqla mirası faktiki olaraq qəbul etdiyini bəyan etməklə, miras əmlakda tam pay hüququ əldə etməyə cəhd göstərmiş, lakin proses davam etdiyi dövrdə onların bəyanımız əsasında həqiqət üzə çıxdığından məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Bütün bu prosesin nəticəsi kimi Naxçıvan Şəhər Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli qərardad çıxarılmaqla, iddia geri qaytarılmışdır. Məhz Cavabdeh bu xoşagəlməz addımından sonra digər vərəsələr olaraq **********49-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda müəyyən olunmuş payları hər biri üçün naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəldiyini yekdilliklə bəyan edirlər. Əlavə olaraq “Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.3-cü maddəsində birbaşa təsbit olunmuş “İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır” müddəasından irəli gələn hüququndan istifadə edərək Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, ev 49A ünvanında yerləşən 224 kv.m ölçüdə fərdi yaşayış evi və üzərində yerləşdiyi ümumi sahəsinin ölçüsü 0.0686 ha olan torpaq sahəsi üzrə hüquqları təsdiq edən Çıxarışda X4nun da 2/12 hissədə payı müəyyən olunduğunu, hər birinin də rəsmi olaraq mərhum atasının vərəsələri kimi tanındığını nəzərə alaraq X10 payına düşmüş 2/12 hissənin bütün vərəsələr arasında bərabər bölünməsini, miras əmlakda paylarının naturada ayrıldığı zaman həmin bölünmüş 2/12 hissənin də ümumi payı ilə birlikdə ayrılmağını məhkəmədən xahiş edirlər. Cavabdeh xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4nun vəfatından sonra ünvan 1 ünvanında 0.0686 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 117.86 kv.m olan fərdi yaşayış evinin, qeyri- yaşayış və 106.11 kv.m köməkçi sahədən miras qalmış 2/12 hissəsinin onun tərəfindən faktiki qebul edilərək payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı-cavabdehlər İddiaçı4 qizı, X16, İddiaçı2, Axundova (Həsənova) Elmira Müzəffər qızı iddia ərizəsi ilə ünvan 2 ünvanında yerləşən 224 kv.m ölçüsündə fərdi yaşayış evi və üzərində yerləşdiyi ümumi sahəsinin ölçüsü 0.0686 ha olan torpaq sahəsi üzrə **********49-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X2 payına düşmüş 2/12 hissədə bütün vərəsələrin hər birinin paylarının müəyyən olunması və birgə iddiaçıların qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr ve çıxarış əsasında müəyyən olunmuş paylarının hər kəs üçün ayrı-ayrılıqda naturada ayrılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Qeyd edim ki, Naxçıvan şəhəri, N.Hikmət küçəsində 0.0686 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı 117.86 kv.m yaşayış, 106.11 kv.m köməkçi sahədən ibarət 32 A nömrəli fərdi yaşayış evinin 2/12 hissəsi atası X7 miras qalmışdır. X4 ilə anası X30 18 dekabr 1959-cu il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. X4 01 mart 2005-ci il tarixdə, anası X30 isə 19 may 2022-ci il tarixdə vəfat etmişdirlər. Qeyd edim ki, Naxçıvan şəhəri, N.Hikmət küçəsində 0.0686 ha torpaq sahəsində yerləşən 32A nömrəli fərdi yaşayış evi atam aid hissədə (2/12 hissədə) atasından miras qalmışdır. Atasının ölümündən sonra miras əmlakda vərəsələrindən yalnız o, ailə üzvləri ilə birlikdə həmin miras əmlak olan evdə yaşayırlar. O həmin evdə yaşayaraq, təsərrüfatı idarə edərək, evin kommunal xərcini, işıq, qaz su pulu ödənişlərini etməklə faktiki olaraq mirası qəbul etmişdir. Həmin komunal xərclərlə bağlı arayışları və qəbzləri ərizəsinə əlavə edir. Onu da qeyd edir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində miras qoyanın ölümündən sonra da oranı idarə etməyini istənilən qohum və qonşular təsdiq edə bilərlər. Qeyd edir ki, neçə illərdir ki, atasının digər vərəsələri ailə həyatı quraraq köçüb özlərinə aid mülklərində yaşayırlar. Mərhum X4nun ölümündən sonra onun dəfn mərasim işlərini o qarşılamışdır. Miras qalmış ünvan 3 ünvanında yerləşən mülkü də mən qəbul edərək idarə edir. Bu illər ərzində həmin fərdi yaşayış evini heç kəs tərəfindən heç bir etiraz və narazılıq olmadan istifadə və idarə etmişdir. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı, miras əmlak olaraq qalmaqda davam edən 2/12 hissədə payların müəyyən olunması, miras əmlakda payın naturada ayrılması tələbinə dair mülki iş üzrə Cavabdeh iddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı miras əmlak olaraq qalmaqda davam edən 2/12 hissənin onun tərəfindən qəbulu faktının müəyyən edilməsi və payının müəyyən olunması tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçılar İddiaçı3 və İddiaçı4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin nümayəndə vasitəsilə təmsil olunmuşlar. Məhkəmə iclaslarının İddiaçı3 və İddiaçı4 iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclası zamanı iş üzrə iddiaçı-cavabdeh və digər iddiaçı-cavabdehlərin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında bildirmişdir ki, atalarının adında 2/12 pay qalıb. Onlar o vaxt notariusa gediblər, hamısına və analarına ata payları verilib. Analarına yarı pay, onlara isə 1/12 pay verilib. Ataları 2005-ci ildə rəhmətə gedib. Anaları öz payını Həsənova Yusifə- qardaşlarına verib. Yusif böyük qardaşlarının vəsaiti hesabına “B” evini tikib və özbaşına satıb. Heç onların xəbəri olmayıb. O həyət ata evi olub. Hazırda hamısının əlində çıxarış var. 2/12 hissə hazırda atalarının adında qalıb. Paylar da ayrılmayıb. Ekspertə rəyi ilə bağlı bildirmişdir ki, özünün orada iştirak etmədiyini, rəydə 2 darvazanın olduğunun qeyd olunduğunu, iki qapının ola biləcəyini, özünün də 2 nəfərlikdirsə əgər torpaq bacılarının öz xoşluğu ilə ona hədiyyə etdiklərini, torpağın əvvəl 707 kvadrat həyət sahəsinin olduğunu, sonra 600 kvadrata qədər azaldıldığını, buna səbəb qardaşının qeyri-qanuni ev tikib satılması olduğunu, özünün orada 2/12 pay olduğunun olub-olmadığını bilmədiyini, 5 övlad arasında atadan qalan mirasın özünə düşən payın götürülməsini istədiyini, bacılarının 2/12 paylarını qərar verildikdən sonra özləri paylarını bağışlayacağını, məhkəmənin nəticəsində paylarını bacılarının ona verəcəyini, onlara 1/12 hissə də ata payı verdiklərini, əlində çıxarışların olduğunu, 1/12 hissənin Yusifə verildiyini, Yusifin o 1/12 hissədə ev tikdiyini, anasına 2/12 hissənin anasına verildiyini, çıxarışları məhkəməyə təqdim etdiyini, məhkəmədən 2/12 hissənin 5 övlad arasında bölünməsinin istədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında iddiaçı və digər iddiaçıların nümayəndəsi Nümayəndə izahatında cavabdehin prosesdə 2/12 payın 1 hissəsinin anasının 1 hissəsinin özünün payı olduğunu bildirdiyini, evin bir ailəlik olması ilə bağlı ekspert rəyinin olmadığını, elə bir sənədin ola bilməyəcəyini, cavabdehin 1967-ci ildə doğulduğunu, evin cavabdeh doğulandan sonra alındığını, məhkəməyə yalan dediyini, 2012-ci ildə cavabdehin onları məhkəməyə verdiyini, notariusa çağırıb payı böldürdüyünü, cavabdehin anasını evdən qovduğunu, gəlib özünün evində anasını da özünü də boğduğunu, anasının payı dediyi, payını istədiyi qadını evdən qovduğunu, ekspertin gördüyünü yazdığını söylədiyini, evin bir ailəyə aid ola biləcəyi barədə bir rəyin olmadığını, cavabdehin yoldaşının mülk sahibinin qabağına bir stəkan çay qoymadığını, cavabdehin dəmir qapılardan birini gecə ilə çıxardığını, anasının 9 metrlik otağından çıxardığını, o otağı cücə çıxarmaq üçün aparat qoyub orada cücə saxladığını, əgər evin geniş olmasa o böyüklükdə otağın olması evin bir ailə üçün ola bilməyəcəyini bildirdiyini, mütəxəssisin rəyi göstərib evin bir ailə üçün olduğunu bildirdiyini, mütəxəssisin yalan dediyini, onun rəyi göstərib evin bir ailə üçün olduğunu dediyini özünün razılaşmadığını, burdan çıxanda Ədliyyə nazirliyinə gedəcəyini, obyektlə bağlı burdan çıxan kimi düz İcra hakimiyyətinə gedəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı və digər iddiaçıların nümayəndəsi Nümayəndə bildirmişdir ki, atasının payında olan hissəni istədiklərini, cavabdehin payını istəmədiklərini, 2/12 hissədə atasının payının bölünməsini istədiklərini, anasının onun evində qaldığını, onun evində rəhmətə getdiyini, bütün şəhərin, bütün qonşuların bunu bildiklərini, özünü hər kəsin tanıdığını, özünün 5 ilə yaxın anasını saxladığını, anasının onun evində rəhmətə getdiyini, Bakıdan bütün uşaqlarının gəldiyini, yasda iştirak etdiklərini, cavabdehi kimsənin gətirə bilmədiyini, anası xəstə olanda gətirib anasını görməyə gəlmədiyini, bir təhər ailəlikcə gəldiklərini, anası cavabdehin onu evə aparmasını istədiyini, cavabdehin gəlib yalandan özünün sərgiləyib getdiyini, cavabdehin 2/12 payının olmadığını, narahatçılıq olmadan atadan qalan payın 5 övlad arasında bölünməsini istədiyini, cavabdehin 1/12 hissəni atasından götürüb ev tikdiyini, nə evin, nə torpağın cavabdehin olmadığını, atasının 2/12 hissəsinin 5 övlad arasında bölünməsini istədiyini, məhkəmədən haqlı olaraq bölünməsini istədiyini, notariusdan ölüm kağızını özünün gedib aldığını, atasının 2005-ci ildə öldüyünü, notariusda atasının payının ilk olaraq anası ilə cavabdehin getdiyini, 2 gün sonra özlərinin getdiyini, anasına payın verilmədiyini, anasının vəfatından sonra əmlakının qaldığını, qızılının olmadığını, nə qulağında sırğasının nə barmağında üzüyünün olmadığını, anasının təkcə 10 qramlıq nişan üzüyünün olduğunu, o üzüyü anasının sağlığında cavabdehin nişanında aparıb onun yoldaşına taxdıqlarını, anası ölənə qədər 5 il onunla yaşadığını, o həyətdə heç birinin doğulmadığını, atasının payının 2/12 hissə payının 5 övlad arasında onlara bölünməsini istədiyini, o vaxt notariusun onlara atasının payının 5 övlad və yoldaşı arasında bölünəcəyini bildirdiklərini, torpağn Həsənov Müzəffərin olduğunu, 2/12 hissədə payın 5 övladı arasında bölünməsini istədiyini, anasına pay verilmədiyini, anasının da payının 5 övlad arasında bölünməsini istədiyini, cavabdehə 1/12 hissədə payın çatdığını, özlərinin az qala ürək xəstəsi olacaqlarını, anası vəfat edən zaman onun pulu olduğunu, anasının öz pensiyasını neçə illər yığıdığını, 4000 manat pulu olduğunu, anasının hələ dəfni olmadan Ramiz qardaşını çağırdığını, həmin puldan yası üçün ona pul verdiyini, qəbir daşını belə həmin puldan düzəltdiklərini, anasının pulunun onda olduğunu, heç bir manatının belə xərcləmədiyini, anasının bahalı qabları. əşyaları olduğunu, hamısnın miras evdə qaldığını bildirərək iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı iş üzrə iddiaçı-cavabdeh İddiaçı2 izahatında bildirmişdir ki, onlar öz paylarının ata mülkiyyətində tanınmasını istəyirlər. Cavabdeh ilk dəfə iddia qaldıranda yalançı sənədləşmə aparmışdı. Cavabdehin satdığı evi və digərlərini o özü öz vəsaiti hesabına tikib. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında bildirmişdir ki, 65 kvadrat artıq olan torpağın bu torpağın həmin bələdiyyə torpağı olacağını, o torpağı kəsib binaya birləşdirildiyini, 2/12 payın atadan qalan mirasın kimə nə düşsə bölünəcəyini, bölünəndən sonra onlara düşən təmiz halal paylarını bacılarına verəcəyini, 2010-cu ildən bacısının orada qeydiyyatda olduğunu, onun uşaqlarının da yoldaşının da orada qeydiyyatda olduğunu, orada yaşamaq hüquqları olduğunu, atasının 2005-ci ildə o evdə vəfat etdiyini, vəfatında sonra anasının o evdə yaşadığını, anasının 2022-ci ildə vəfat etdiyini, anasının 2019-cu ilə qədər o evdə yaşadığını, 2019-cu ildə o evdən çıxdığını, notariatda notariat işinin 2010-cu ildə açıldığını, o zaman işin ataya görə açıldığını, atadan qalan paylarının götürüldüyünü, notariusa onları qarşı tərəfin çağırdığını, özünün qardaşına məhkəməyə vermə gəlim payı verim sənə dediyini, 1 il səbr et Ceyran və Esmiranın payını da verilməsinə razılıq veriləcəyini, 2/12 hissə payın atasının adına qaldığını, ½ hissə payın anasının payı olduğunu, qanun üzrə vərəsəlikdə 1/12 payın qalmalı olduğunu, sadəcə anasının payının qalmalı olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında bildirmişdir ki, özünün Bakıda qaldığını, tez-tez gəlib gedə bilmədiyini, atasından qalan torpaq payının bölünməsini istədiyini, anası olmadığı üçün anasına düşən payın onlar arasında qanunla bölünməsini istədiyini, bu mövzunun bu qədər uzadılmasının mənasız olduğunu, artıq bir şey istəmədiklərini, anasına 1/12 payın anasına verilmədiyini, ana yoxdursa övladlarının arasında atasından savayı anasına qalan payın da bölünməsini istədiyini, özünün anasına Elmiranın baxdığını bildirdiyini, buna özünün də Allahın da şahid olduğunu, özünün qabqaşıq, stol stul barədə bir istəyinin olmadığını, sadəcə torpaqla evlə barədə payı istədiyini, torpağın bölünməsini, hasarını çəkib gedib ildə bir dəfə gedib ata-anasına eysan verib özünün də arada gedib ora baş çəkəcəyini bildirərək cavabdehə nə veriləcəksə verilməsini, özlərinə də düşən payın bölünüb övladlar arasında ayrılmasını, Elmiranın düzgün danışdığını, yasın xərcinin Elmiranın anadan qalan pulu ona verərərk çəkdiyini, bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı iş üzrə iddiaçı-cavabdeh İddiaçı3 izahatında bildirmişdir ki, o, öz paylarının ata mülkiyyətində tanınmasını istəyir. xx.xx.2025-ci il tarixdə vatsapp vasitəsilə videogörüntü vasitəsilə iclasa qoşularaq izahatında iddianı müdafiə etdiyini, payının bölünməsini istədiyini, anasından heç nəyin qalmadığını, pal-paltarı yığıb kasıb-kusuba payladığını, anasına aid Yusifdə bəzi əşyaların Yusifdə qaldığını, qab-qacaqların orada qaldığını, köhnə evdəki hərşeyin orada qaldığını, iddiasını müdafiə etdiyini bildirərək məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı iş üzrə cavabdeh-iddiaçı Cavabdeh izahatında bildirmişdir ki, onun əlində anasına aid pay var. 2/12 hissə payı mövcuddur. Anası öz payını ona bağışlayıb. Məhkəmə anlaşması ilə və iddiaçıların razılığı ilə ev ona verilib. O, 1987-ci ildən həmin evdə yaşayır. Bütün təmir-tikinti işlərini özü aparıb. Evin texniki texniki pasportunu və evin çıxarışını, evin plan ölçüsünü və 2012-ci il tarixli məhkəmə qətnaməsini məhkəməyə təqdim etdiyini bildirmişdir. Ekspert rəyinə münasibətdə bildirmişdir ki, rəydə torpağın bölünə bilməyəcəyini bildirdiklərini, iddiaçının dediyini sənədlə bağlı sənədin saxta olmadığını, göstərdiyi sənədin arxiv sənədi olduğunu, iddiaçıların hər şeyə saxta sənəd dediyini, özünün hər şeyi sənəd sübutla göstərildiyini, özünün o evdə işlədiyini, dəyişikliklər etdiyini, remont işləri gördüyünü, anasının o zaman sağ olduğunu, anasına otaq da düzəltdiyini, həryeri müasir tipdə təmir etdiyini, özünün usta olduğunu, hərşeyi söküb tikə bildiyini. Qapı dedikləri yerin qaraj olduğunu, qarajı sökdüklərini, şəxsi tikilən hasarın yanında olduğunu, sadəcə qapının olduğunu, özünün maşınının olmadığını, bu səbəbdən qaraj tikmədiyini, şahidlərinin olacağını, şahidləri çağıracağını, özünün 38 ildir orada yaşadığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında bildirmişdir ki, anasının o torpağı oğluna halal etmədiyini, anasının payını sənədlə ona verdiyini, bu barədə vəsiyyətnaməni məhkəməyə təqdim etdiyini, payını bağışlamazdan qabaq vəsiyyətnamə də verdiyini, hərbi xidmətdən gələndən bəri ata anası ilə qaldığını, anasının axır günlərdə gedib Elmira ilə yaşadığını, 38 il anasının onunla yaşadığını, geri qalan 3 ili iddiaçı ilə qaldığını, onunla qalarkən infakt keçirdiyini, özü ilə 38 il qaldığını, anasına heçnə olmadığını, Elmiranın anasını infakt etdiyini, anasının pensiya kartını da Elmiranın aldığını, ölümündə də anasının ölüsünü anasının qapısına gətirmələrini istədiyini, bu barədə Ramizə zəng etdiyini, sağ ikən valideyni gəlib almaları olduğunu, özünün həmin əmlakda yaşadığını, mirasla bağlı 2010-cu ildə aralarında münaqişə olmadığını, anasının qızı gildə vəfat etdiyini, bütün qızılların və bonkamat kartının Elmirada olduğunu, anasının 2 həftədən bir gedib bacısı gildə qaldığını, arada gedib 1 ay qalıb qayıtdığını, anasının bir yaşıl bir də qırmızı qaşlı üzüyünün olduğunu, evdə anasının bütün paltarlarının qaldığını, öləndən sonra paltarları Məscidə verdiyini, yorğan döşəyinin hələ də evdə qaldığını, daşınmaz əmlakdan ona payın görsəndiyini, sadəcə artıq pul ödəməli olduğunu dediklərini, özlərinin ehtiyac yoxdu dediklərini, o səbəbdən almadığını bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclası zamanı iş üzrə şahid X28 ifadəsində qonşu olduğunu, yas mərasimində iştirak etdiyini. Həmin evdə Yusif və ailəsinin qaldığını, Yusifin anasının da onunla birlikdə yaşadığını və sonra vəfat etdiyin bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclası zamanı iş üzrə şahid X3 ifadəsində Yusiflə qonşu olduğunu, Yusifin anası ilə yaşadığını, anasının yas mərasimində iştirak etdiyini bidlirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclası zamanı iş üzrə şahid X31 ifadəsində Elmira xanımın iş yoldaşı olduğunu, Elmira müəllimənin anasının onunla qaldığını, bir neçə dəfə ona baş çəkməyə getdiyini, vəfat edənə qədər son 3-4 il onunla yaşadığını bidlirmişdir. Məhkəmə iclası Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi X29 izahatında ölçülərin aparıldığını, rəyin tərtib edildiyini bildirərək mütəxəssis rəyini məhkəməyə təqdim etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, onları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli 1093 nömrəli arayışdan aydın olur ki, Həsənov X19 şəhər, X33 bina 40, mənzil 16 ünvanında qeydiyyatdadır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan aydın olur ki, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, ev 49A ünvanında, ümumi sahəsi 0.0686 ha olan torpaq sahəsində yerləşən 224 kv.m fərdi yaşayış evi 6/12 hissə mülkiyyət hüququ üzrə Cavabdeh, xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə 1/12 hissə üzrə Nümayəndə, xx.xx.2025-ci il tarixli, **********3 qeydiyyat nömrəsi ilə 2/12 hissədə X10, 1/12 hissədə İddiaçı2, **********2 qeydiyyat nömrəsi ilə 1/12 hissədə İddiaçı4, **********2 qeydiyyat nömrəsi ilə 1/12 hissədə İddiaçı3 adlna daşınmaz əmlakın dövlət reyestrində 18/13 nömrəli reyestr kitabının 2411 nömrəli vərəqində qeydiyyata alınmışdır İş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli 304 nömrəli arayışdan aydın olur ki, Həsənova X12 şəhər, Çənlibel məhəlləsi, ev 6, mənzil 40 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli 513 nömrəli arayışdan aydın olur ki, Həsənova X13 şəhər, Nazim Hikmət küçəsi, ev 8A ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli 253 nömrəli arayışdan aydın olur ki, Həsənova X14 şəhər, X33 bina 40, mənzil 16 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər Nikah Evinin xx.xx.2025-ci il tarixli çıxarışda göstərilir ki, İddiaçı2 xx.xx.1960-cı il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. X4, anası X25r. İş materiallarında olan 510367 nömrəli doğum haqqında şəhadətnamənin surətində göstərilir ki, İddiaçı3 xx.xx.1958-cı il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. X4, anası X25r. İş materiallarında olan 510367 nömrəli doğum haqqında şəhadətnamənin surətində göstərilir ki, Nümayəndə xx.xx.1962-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. X4, anası X25r. İş materiallarında olan 510367 nömrəli doğum haqqında şəhadətnamənin surətində göstərilir ki, İddiaçı4 xx.xx.1956-cı il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. X4, anası X25r. İş materiallarında olan Naxçıvan Şəhər Nikah Evinin xx.xx.2025-ci il tarixli çıxarışda göstərilir ki, X24 xx.xx.2005-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Nikah Evinin xx.xx.2025-ci il tarixli çıxarışda göstərilir ki, X30 xx.xx.2022-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında 28 iyun 2024-cü il tarixli şəhadətnamədən aydın olur ki, 01 mart 2005-ci ilde vəfat etmiş X10 əmlakına vərəsəsi Naxçıvan şəhəri N Hikmət küçəsi ev 32-də yaşayan qızı Nümayəndə Müzzəffər qızına miras əmlakın 1/12 (on ikidə bir) hissəsinə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2008-ci il tarixli, qeydiyyat N 11522, seriyalı MH N ******* olan daşınmaz əmlakın dövlət reyestrinin çıxarışına əsasən Naxçıvan şəhəri N. Hikmət küçəsi mülkiyyətində olan 707 kv.m torpaq sahəsində yerləşən A və B tikililərindən ibarət 1 və 2 mərtəbəli, 10 otaqlı 168.91 kv.m yaşayış, 18.56 kv.m qeyri yaşayış, 128.82 kv.m köməkçi sahədən ibarətdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında 28 iyun 2024-cü il tarixli şəhadətnamədən aydın olur ki, 01 mart 2005-ci ilde vəfat etmiş X10 əmlakına vərəsəsi Naxçıvan şəhəri N Hikmət küçəsi ev 8A-da yaşayan qızı İddiaçı3 Müzzəffər qızına miras əmlakın 1/12 (on ikidə bir) hissəsinə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2008-ci il tarixli, qeydiyyat N 11522, seriyalı MH N ******* olan daşınmaz əmlakın dövlət reyestrinin çıxarışına əsasən Naxçıvan şəhəri N. Hikmət küçəsi mülkiyyətində olan 707 kv.m torpaq sahəsində yerləşən A və B tikililərindən ibarət 1 və 2 mərtəbəli, 10 otaqlı 168.91 kv.m yaşayış, 18.56 kv.m qeyri yaşayış, 128.82 kv.m köməkçi sahədən ibarətdir. İş materiallarında olan Nümayəndə xx.xx.2025-ci il tarixli ərizəsində bildirir ki, atam X24 01 mart 2005-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, ev 49A ünvanında yerləşən 224 kv.m ölçüdə fərdi yaşayış evi və üzərində yerləşdiyi ümumi sahəsi 0.0686 ha olan torpaq sahəsi miras qalmış və 20 aprel 2010-cu il tarixdə bütün varislərin şəhadətnamə alması ilə miras əmlakda anam X22 6/12, digər varislər olan bacı-qardaşlara isə 1/12 hissədə paylarımız müəyyən olunmuşdur. Lakin biz müvafiq şəhadətnamələri aldıqdan sonra tərtib olunmuş **********49-10301 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda atam X10 da 2/12 hissədə payı müəyyən olunduğundan həmin hissədə paylarımızın müəyyən olunması üçün müvafiq qanunla varislik hüququ haqqında şəhadətnamə verilməsinin qanuni mümkünlüyü barəsində yazılı şəkildə məlumat verməyinizi xahiş edirəm. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, **********49 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın texniki pasportunda ünvan 9 ünvanı ½ hissədə Cavabdeh qızının adınadır İş materiallarına əlavə olunan Naxçıvan şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(078)-89/2012 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, ünvan 9 ünvanında yerləşən torpaq sahəsində tikilmiş- ölçüləri 15.02 kv.metr və 17.68 kv metr olan 3 yaşayış otağı, 9,84 kv metr olan dəhliz, 7,82 k.v metr olan mətbəx və 4,47 kv.metr olan hamamdan ibarət tikililərin Cavabdeh tərəfindən tikilməsi faktının təsdiq edilməsi və həmin tikililərin üzərində onun mülkiyyət hüququnun tanınması qətt edilmişdir. Qarşılıqlı iddia ərizəsinə əlavə olunan Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər Sukanalizasiya idarəsi Naxçıvan Regional “ASAN xidmət” mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan aydın olur ki, 26 dekabr 2018-ci il tarixdə 35110 mexaniki tipli su sayğacı müqaviləsi Cavabdeh Muzəffər oğlu adına bağlanmışdır. Həmin tarixdən ödənişlər Cavabdeh Muzəffər oğlu tərəfindən ödənilir və 792m³-a borcu yoxdur. Qarşılıqlı iddia ərizəsinə əlavə olunan Naxçıvan MR Dövlət Energetika Xidməti. Naxçıvan Regional "ASAN xidmət" mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan aydın olur ki, xx.xx.2016-ci il tarixdə quraşdırılan sayğac nömrəsi 70379507 olan smart tipli elektrik sayğacın müqaviləsi Cavabdeh adına bağlanmışdır, ödənişlər Cavabdeh tərəfindən ödənilmişdir və son ödəniş xx.xx.2024-cü il tarixinə qədər borcu yoxdur. Qarşılıqlı iddia ərizəsinə əlavə olunan Naxçıvan Regional "ASAN xidmət” mərkəzi. Kommunal (Qaz) Xidməti tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan aydın olur ki, sayğac nömrəsi 26086494 olan smart tipli qaz sayğacı müqaviləsi xx.xx.2016-ci il tarixdə Cavabdeh adına bağlanmışdır, həmin ildən qaz ödənişləri Cavabdeh tərəfindən ödənilir. Qarşılıqlı iddia ərizəsinə əlavə olunan xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan aydın olur ki, Həsənov X20 şəhəri, Əziz Əliyev küçəsi, ev 49A ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışdan aydın olur ki, ünvan 9 ünvanında yerləşən 3.0686 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı 117.86 kv.m yaşayış, --- kv.m qeyri yaşayış, 106.11 kv.m köməkçi sahədən ibarət 32A nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ½ hissə olmaqla Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 18/13 nömrəli reyestr kitabında 2411 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı miras əmlak olaraq qalmaqda davam edən 2/12 hissədə payların müəyyən edilməsi, miras əmlakda payın naturada ayrılması tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertin qarşısında ünvan 10 ünvanında yerləşən 224 kv.m ölçüdə fərdi yaşayış evi və üzərində yerləşdiyi ümumi sahəsinin ölçüsü 0.0686 ha olan torpaq sahəsi üzrə iddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 və Cavabdeh hər birinin 1/12 hissədə paylarının naturada bölünməsi mümkündürmü? Mümkündürsə hansı qaydada aparılmalıdır? Kimi suallar qoyulmuşdur. Ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinə həvalə olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı miras əmlak olaraq qalmaqda davam edən 2/12 hissədə payların müəyyən edilməsi, miras əmlakda payın naturada ayrılması tələbinə dair mülki iş üzrə icraat iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2025-ci il tarixli 3-16-33-13/2-818/2025 nömrəli məhkəmə ekspertizasına dair məktubdan məlum olmuşdur ki, həmin iş üzrə məktub və mülki iş ekspert rəyi ilə birlikdə həmin tarixdə məhkəməyə göndərilmiş, mülki iş 15 sentyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar X23, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı miras əmlak olaraq qalmaqda davam edən 2/12 hissədə payların müəyyən olunması, miras əmlakda payın naturada ayrılması tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzin tarixli tikinti-texniki ekspertizası üzrə 12 sentyabr 2025-ci il tarixli, 818 saylı ekspert rəyinin tədqiqat hissəsində göstərilənləri, mülki iş materiallarında olan, eləcə də baxış zamanı əldə edilmiş məlumatları nəzərə alaraq, ünvan 11 ünvanında yerləşən ümumi sahəsinin ölçüsü 0.0686 ha olan torpaq sahəsi və həmin torpaq sahəsi daxilində yerləşən 224 kv.m ölçüdə olan fərdi yaşayıŞ evindən iş üzrə iddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3, İddiaçı4 və is üzrə Cavabdeh 1/12 hissədə paylarının naturada təcrid şəkildə bölünməsinin AzDTN 2.7-3 "X46 Layihələndirmə Normaları"-nın tələblərinə və Məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənləre əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 02/16 nömrəli mütəxəssis rəyində bildirilmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan iddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3, X8 Cavabdeh qarşı miras əmlak olaraq qalmaqda davam edən 2/12 hissədə payların müəyyən olunması, miras əmlakda payın naturada ayrılması tələbinə dair mülki iş üzrə Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, ev 49A ünvanında 0.0687 ha torpaq sahəsi və ümumi sahəsi 223.97m2 olan fərdi yaşayış evinə baxış keçirildi. Hüquqi sənədlərə əsasən, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, ev 49A ünvanında 686.75m2 həyətyanı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 223.97m2, yaşayış sahəsi 117.86m2 və 106.1 İm2 köməkçi sahədən ibarət fərdi yaşayış evi DƏDRX-nin xx.xx.2008-ci il tarixli, 4236 inventar nömrəli texniki pasportu ilə daşınmaz əmlakın dövlət reyestrində **********49-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Naturada ölçmələr nəticəsində müəyyən oldu ki, fərdi yaşayış evinin texniki pasportunda göstərilən torpaq sahəsi sənəd üzrə 686.75m2 olmasına baxmayaraq faktiki vəziyyətdə 752.39 m2-dır. Torpaq sahəsi sənəd üzrə sahədən 65.64m2 artıqdır. Həmçinin həyətyanı sahədə yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin daxili ölçülərində dəyişikliklər edilərək, birinci mərtəbədə göstərilən mətbəx (10.58m2), sanitar qovşağı(3.60m2), hamam(4.76m2), dəhliz(5.67m2)və dəhliz (3.20m2) yerləşgələri dəyişdirilərək mətbəx(19.34m2), sanitar qovşağı (5.47m2), dəhliz(2.97m2) olmuşdur. Eləcə də 1-ci mərtəbədə göstərilən 10 nömrəli yerləşgə (bağlı eyvan 23.56m2) olan hissənin daxilində arakəsmə salınaraq sanitar qovşağı (3.35m2) üçün ayrılmışdır. Fərdi yaşayış evinin 2-ci mərtəbəsində isə 16 nömrəli yeləşgə (24.83m2) daxilində arakəsmə salınaraq sanitar qovşağı (1.80m2) və hamam (2.70m2) üçün ayrılmış, 11 və 12 nömrəli otaqların isə arakəsməsi götürülərək birləşdirilmişdir. Texniki pasportda göstərilən tikilidən əlavə həyətyanı sahədə əlavə heç bir tikili inşa edilməmişdir. Texniki pasportda göstərilən qaraj haliyədə mövcud deyildir. İş materiallarına əlavə olunan xx.xx.2010-cu il tarixli vəsiyyətnamədən aydın olur ki, Naxçıvan şəhəri, N.Hikmət, ev 32A-da yaşayan X6 vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan ünvan 12 ünvanda yerləşən mülkün ona çatan ½hissəsini oğlu Cavabdeh vəsiyyət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə ilk olaraq ilkin iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi iki hissədən ibarətdir. 1-Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, ev 49A ünvanında yerləşən 224 kv.m ölçüdə fərdi yaşayış evi və üzərində yerləşdiyi ümumi sahəsinin ölçüsü 0.0686 ha olan torpaq sahəsi üzrə **********49-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X1 payına düşmüş 2/12 hissədə bütün vərəsələrin hər birinin paylarının müəyyən olunması, 2-birgə iddiaçıların qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr və Çıxarış əsasında müəyyən olunmuş paylarının hər kəs üçün ayrı-ayrılıqda naturada ayrılması. Məhkəmə qeyd edir ki, iddiaçıların ikinci tələbini həm birinci tələb əsasında, həm də müstəqil tələb əsasında qiymətləndirmək olar. Belə ki, iddiaçılar vərəsə olmaqla bərabər eyni zamanda mülkiyyətçilərdir və hər birinin mübahisəli əmlakda 1/12 hissə mülkiyyət hüquqları vardır. İddiaçıların müstəqil tələb olaraq 1/12 hissə mülkiyyət hüququ üzrə məxsus olan daşınmaz əmlakın naturada bölgüsünün müəyyən edilməsi barədə məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın rəyi ilə bölgünün mümkün olmaması nəticəsinə gəlinmişdir. Bu halda isə həmin hissədə tələb əsassız hesab edilərək rədd edilməlidir. Qiymətləndirilmə aparılmalı həmin tələb üzrə ikinci hal isə iddiaçıların vərəsə olaraq onlara çatmalı olan miras payının mülkiyyət hüququ əsasında onlara məxsus paya əlavə edilərək naturada bölgüsünün müəyyən edilməsi tələbidir ki, bu halda tələb üzrə müəyyən edilməli ilk hal vərəsələr olaraq iddiaçıların mirası qəbul edibetməmələri məsələsidir. Birinci qəbul edilməyən miras üzrə pay müəyyən edilə bilməz. İkinci hal isə payın müəyyən edilməsi və naturada bölünməsi eyni vaxtda müəyyən edilə bilməz. Çünki payın olub-olmaması məhkəmə qiymətləndirməsi nəticəsidir və yekun məhkəmə aktında hüquqi qiymət verilir. Naturda bölgü isə xüsusi bilik tələb etdiyindən ekspertiza rəyi ilə həll edilən mübahisədir və ekspert qarşısında naturada ayrılmasının mümkün olub-olmaması barədə sual qoyularkən paylar dəqiq göstərilməlidir. Bu halda isə payın göstərilməsi mümkün deyildir. Məhkəmə ilkin iddia tələbinin ilk hissəsinə hüquqi qiymət verərək belə hesab edir ki, aydınlaşmalı ilk hal miras əmlakın kütləsidir. Belə ki, mərhum X10 vəfatından sonra miras açılmış, vərəsələr çağırılmış və notariat orqanı tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən aydın olur ki, mərhum X10 birinci növbəli vərəsə olaraq 5 övladının adına rəsmiləşdirmə aparılmış, lakin birinci növbəli vərəsə olan yoldaşı X22 adına şəhadətnamə rəsmiləşdirilməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, miras əmlak açılan zaman əmlakın ər-arvadın birgə mülkiyyəti hesab edilərək 6/12 hissəsi (müvafiq olaraq 1/2) mərhum X26 aid edilmişdir. Qalan 6/12 hissəsi isə X10 vərəsələri arasında bölünərək müvafiq şəhadətnamələr verilmişdir. Həm iddiaçı-cavabdehlər, həm də cavabdeh-iddiaçı adına 1/12 hissə üzrə qanun üzrə vərəsəlik şəhadətnamələri təqdim edilmişdir. Vərəsələr üzrə cavabdeh-iddiaçı ona verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni hüquqların dövlət qeydiyyatı orqanında qeydə aldırmadığından miras qoyan X10 adına 2/12 hissə görünür. Halbuki qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə icra edildiyi halda miras qoyan adında qalacaq pay 1/12 hissə olacaqdır. Ona görə də mərhum X9 qalan miras kütləsinin 1/12 hissə olması nəzərə alınmalıdır. Məhkəmə miras əmlakda payın müəyyən edilməsi ilə bağlı qeyd edir ki, miras açıldığı vaxt bütün vərəsələr üzrə paylar müəyyən edildiyindən həmin vaxt mirası qəbul etmiş digər birinci növbəli vərəsə X22 mülkiyyət hüququ üzrə çatacaq payı verilsə də ərindən qalan miras olaraq qəbul etdiyi 1/12 hissə pay hüququna dair şəhadətnamə verilməmişdir. Halbuki həmin hissədə miras əmlak üzrə pay mərhum X26 verilməli, bununla miras əmlakın hüquqi taleyi bütövlükdə həll edilməli, hər bir birinci növbəli vərəsə mirasan bərabər pay hüququ almalı idilər. Buna görə də məhkəmə qeyd edir ki, iddiaçılar mərhum ataları X9 miras qalan əmlakı rəsmi olaraq qəbul etdiklərindən qalan paya münasibətdə onların iştirakı istisna edilməlidir. Eləcə də bu hal cavabdeh-iddiaçı üçün də keçərlidir və qarşılıqlı iddia üzrə bu barədə qoymətləndirmə bu cür aparılmalıdır. Məhkəmə istər ilkin iddia üzrə, istərsə də qarşılıqlı iddia üzrə miras əmlakda payın müəyyən edilməsi tələbi qoyulduğundan, hüquqi sənədlərlə payın mərhum X10 adında olması müəyyən edildiyindən hesab edir ki, mərhum X10 qalan miras payın kim tərəfindən qəbul edilməsi, daha sonra onun sonrakı talehi hazırki hər iki iddia çərçivəsində həll edilməli və bu iddia tələbindən kənara çıxma olaraq qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mülki qanunvericiliyə görə miras əmlak açıldığı andan vərəsənin mülkiyyəti hesab edilir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir (N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarları) Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərar). Məhkəmə Konstitusiya Məhkəməsinin adları yuxarıda qeyd edilmiş Qərarlarında formalaşmış mövqeyini qeyd etməkdə məqsədi ondan ibarətdir ki, mərhum X5 miras qalan əmlakda- ünvan 13 ünvanında yerləşən 0.0608 ha torpaq sahəsində cavabdeh X17 ½ hissədə payının müəyyən edilməsi iddia tələbindən kənara çıxılması hesab edilməməlidir. Ona görə ki, hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla miras əmlakın hüquqi taleyi ilə vərəslər arasında olan bütün məsələlərin bir iddia çərçivəsində həll edilməsi prosessual qənaət prinsipinə də uyğun hesab edilir. İşin halları, tərəflərin izahatlarından müəyyən edilmişdir ki, mərhum X9 qalan 1/12 hissə miras əmlak onun arvadı-birinci növbəli vərəsəsi X30 tərəfindən qəbul edilmişdir. X30 ona mülkiyyət hüququ ilə məxsus olan 6/12 hissə payını sağlığında oğlu cavabdeh-iddiaçı Cavabdeh bağışlamışdır. Lakin qalan 1/12 hissə əmlakı vəfat etdikdən sonra onun mirasını qəbul edən vərəsələri arasında bölünməlidir. Belə ki, tərəflərin izahatları, şahid ifadələri ilə müəyyən edilmişdir ki, mərhum X30 vəfat etdikdən sonra onun miras əmlakını iddiaçıcavabdeh Nümayəndə və cavabdeh-iddiaçı Cavabdeh qəbul etmişdir. Belə ki, miras qoyan vəfat edən zaman iddiaçı-cavabdeh olan qızının yanında olmuş, vəfat etdikdən sonra onun pul vəsaiti miras olaraq qızı tərəfindən qəbul edilmiş, həmin əmlak üzrə müstəqil sərəncam vermiş və anasının yas mərasimi, dəfn xərclərinə xərcləmişdir. Həmçinin cavabdeh-iddiaçı Cavabdeh anasının yaşadığı evdə yaşamaqla ondan qalan daşınar əşyaları miras olaraq qəbul etmişdir. Digər birinci növbəli vərəsələrin ana-X18 qalan mirası qəbul etmələri işə baxılan zaman sübuta yetirilməmişdir. Nəticədə mərhum X9 adına qalan və mərhum X22 qəbul etdiyi 1/12 hissə miras əmlakda iddiaçı-cavabdeh Nümayəndə payı 1/24 hissədə, cavabdeh-iddiaçı Cavabdeh payı 1/24 hissədə müəyyən edilməlidir. Məhkəmə belə hesab edir ki, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, ev 49A ünvanında yerləşən 224 kv.m ölçüdə fərdi yaşayış evi və üzərində yerləşdiyi ümumi sahəsinin ölçüsü 0.0686 ha olan torpaq sahəsi üzrə **********49-10301 reyestr nömrəli daşınmaz əmlakda iddiaçı-cavabdehlər İddiaçı3, İddiaçı4, İddiaçı2 hər birinin 1/12 hissədə mülkiyyət hüquqları olması nəzərə alınaraq iddiaçı-cavabdeh Nümayəndə 3/24 hissə-müvafiq olaraq 1/8 hissə (1/12 hissə öz mülkiyyət hüququ, 1/24 hissə atanın adında olan və anadan qalan miras payı) payı, cavabdeh-iddiaçı Cavabdeh 13/24 hissə (6/12 hissə öz mülkiyyət hüququ, 1/24 hissə atanın adında olan və anadan qalan miras payı) pay hüquqlarının olması nəzərə alınmalıdır. Məhkəmə yuxarıda qeyd edilən halları ümumiləşdirərək bu nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, ev 49A ünvanında yerləşən 224 kv.m ölçüdə fərdi yaşayış evi və üzərində yerləşdiyi ümumi sahəsinin ölçüsü 0.0686 ha olan torpaq sahəsi üzrə **********49-10301 reyestr nömrəli daşınmaz əmlakda mərhum X9 adında qalan və mərhum X22 qəbul etdiyi 1/12 hissə miras əmlakda iddiaçı-cavabdeh Nümayəndə 1/24 hissə payı müəyyən edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Eləcə də qarşılıqlı iddia qismən təmin edilməli, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, ev 49A ünvanında yerləşən 224 kv.m ölçüdə fərdi yaşayış evi və üzərində yerləşdiyi ümumi sahəsinin ölçüsü 0.0686 ha olan torpaq sahəsi üzrə **********49-10301 reyestr nömrəli daşınmaz əmlakda mərhum X9 adında qalan və mərhum X22 qəbul etdiyi 1/12 hissə miras əmlakda cavabdeh-iddiaçı Cavabdeh 1/24 hissə payı müəyyən edilməli, qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edildiyindən ödənilən dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlkin iddia qismən təmin edilsin. Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, ev 49A ünvanında yerləşən 224 kv.m ölçüdə fərdi yaşayış evi və üzərində yerləşdiyi ümumi sahəsinin ölçüsü 0.0686 ha olan torpaq sahəsi üzrə **********49-10301 reyestr nömrəli daşınmaz əmlakda mərhum X9 adında qalan və mərhum X22 qəbul etdiyi 1/12 hissə miras əmlakda iddiaçı-cavabdeh Nümayəndə 1/24 hissə payı müəyyən edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, ev 49A ünvanında yerləşən 224 kv.m ölçüdə fərdi yaşayış evi və üzərində yerləşdiyi ümumi sahəsinin ölçüsü 0.0686 ha olan torpaq sahəsi üzrə **********49-10301 reyestr nömrəli daşınmaz əmlakda mərhum X9 adında qalan və mərhum X22 qəbul etdiyi 1/12 hissə miras əmlakda cavabdeh-iddiaçı Cavabdeh 1/24 hissə payı müəyyən edilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Hər iki iddia üzrə ödənilən dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar