Məhkəmə qərarları › İş №e-2(078)-848/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-848/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-848/2024 10.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 A ünvanında yerləşən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, 04 iyun 2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********84242 olan X1 12 markalı telefon üçün 562.57 (beş yüz altmış iki manat əlli yeddi qəpik) manat ödənilməmiş hissənin, 56.43 (əlli altı manat qırx üç qəpik) manat cərimənin, 01 iyun 2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75382 olan X1 10C markalı telefon üçün 115.56 (yüz on beş manat əlli altı qəpik) manat ödənilməmiş hissənin, 11.44 (on bir manat qırx dörd qəpik) manat cərimənin, ümumilikdə 746 (yeddi yüz qırx altı) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" MMC ərizəni onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə bağladığı 04 iyun 2023-cü il və 01 iyun 2022-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********84242 olan X1 12 markalı telefon və İMEİ kodu **********75382 olan X1 10C markalı telefon aldığını və nəticədə 746 (yeddi yüz qırx altı) manat borcun yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 04 iyun 2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 662.04 (altı yüz altmış iki manat dörd qəpik) manat (18 ay x 36.78 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********84242 olan X1 12 markalı telefon üçün ümumilikdə 619 (altı yüz on doqquz) manat olmaqla, ondan 562.57 (beş yüz altmış iki manat əlli yeddi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 56.43 (əlli altı manat qırx üç qəpik) manat cərimə pulu, 01 iyun 2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 678.24 (altı yüz yetmiş səkkiz manat iyirmi dörd qəpik) manat (18 ay x 37.68 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********75382 olan X1 10C markalı telefon üçün ümumilikdə 127 (yüz iyirmi yeddi) manat olmaqla, ondan 115.56 (yüz on beş manat əlli altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11.44 (on bir manat qırx dörd qəpik) manat cərimə pulu borcunun yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 662.15 manat təşkil etdiyini, cavabdehlə aralarında bağlanmış 04 iyun 2023-cü il və 01 iyun 2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından cavabdehin əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil aldığının göründüyünü, cavabdehlə aralarında olan telefon danışığından, həmçinin göndərdikləri 08 aprel 2024-cü il tarixli xəbərdarlıq məktubundan mübahisənin məhkəmədənkənar həll olunmasını, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəfin müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etmədiyini, bunları nəzərə alaraq, 04 iyun 2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********84242 olan X1 12 markalı telefon üçün 562.57 (beş yüz altmış iki manat əlli yeddi qəpik) manat ödənilməmiş hissənin, 56.43 (əlli altı manat qırx üç qəpik) manat cərimənin, 01 iyun 2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75382 olan X1 10C markalı telefon üçün 115.56 (yüz on beş manat əlli altı qəpik) manat ödənilməmiş hissənin, 11.44 (on bir manat qırx dörd qəpik) manat cərimənin, ümumilikdə 746 (yeddi yüz qırx altı) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 04 iyun 2023-cü il tarixli, 02655209 nömrəli və 01 iyun 2022-ci il tarixli, 04051708 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 24 aprel 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 04 iyun 2023-cü il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 662.04 manat olan İMEİ kodu **********84242 olan X1 12 markalı telefon üçün ilkin ödənişsiz 18 ay müddətinə ayda 36.78 manat, 01 iyun 2022-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 678.24 manat olan İMEİ kodu **********75382 olan X1 10C markalı telefon üçün ilkin ödənişsiz 18 ay müddətinə ayda 37.68 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixli bildirişlərdən və əşyaların təhvil-təslim aktlarından məlum olur ki, iş üzrə Cavabdeh müvafiq olaraq İMEİ kodu **********75382 olan X1 10C markalı telefonu və İMEİ kodu **********84242 olan X1 12 markalı telefonu tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75382 olan X1 10C markalı telefon üçün 115.56 manat ödənilməmiş hissə, 11.44 manat cərimə borcu və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********84242 olan X1 12 markalı telefon üçün 562.57 manat ödənilməmiş hissə, 56.43 manat cərimə borcu olmaqla, ümumilikdə 746 manat məbləğində borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2024-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdim: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75382 olan X1 10C markalı telefon üçün 115.56 (bir yüz on beş manat əlli altı qəpik) manat ödənilməmiş hissə, 11.44 (on bir manat qırx dörd qəpik) manat cərimə borcu və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********84242 olan X1 12 markalı telefon üçün 562.57 (beş yüz altmış iki manat əlli yeddi qəpik) manat ödənilməmiş hissə, 56.43 (əlli altı manat qırx üç qəpik0 manat cərimə borcu olmaqla, ümumilikdə 746 (yeddi yüz qırx altı) manat məbləğində borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar