Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-864/2024 03.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Naxçıvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kod **********66836 OPPO A57S markalı telefon, 2 ədəd Vinil Mat üçün 566.27 (beş yüz altmış altı manat iyirmi yeddi qəpik) manat ödənilməmiş hissə, 56.73 (əlli altı manat yetmiş üç qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, ətçəkən Kenwood, Canyon klaviatura üçün 182.3 (yüz səksən iki manat otuz qəpik) manat ödənilməmiş hissə, 18.7 (on səkkiz manat yetmiş qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod **********00802 X5 11S markalı telefon, blender Panasonic üçün 141.29 (yüz qırx bir manat iyirmi doqquz qəpik) manat ödənilməmiş hissə, 14.71 (on dörd manat yetmiş bir qəpik) manat cərimə, ümumilikdə 980 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********66836 OPPO A57S markalı telefon, 2 ədəd Vinil Mat, ətçəkən Kenwood, Canyon klaviatura, İMEİ kod **********00802 X5 11S markalı telefon, blender Panasonic almış və nəticədə 980 (doqquz yüz səksən) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 732.06 (yeddi yüz otuz iki manat altı qəpik) manat (18 ay x 40.67 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********66836 OPPO A57S markalı telefon, 2 ədəd Vinil Mat üçün ümumilikdə 623 (altı yüz iyirmi üç) manat olmaqla, ondan 566.27 (beş yüz altmış altı manat iyirmi yeddi qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 56.73 (əlli altı manat yetmiş üç qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 441.96 (dörd yüz qırx bir manat doxsan altı qəpik) manat (12 ay x 36.83 manat + 0 manat ilkin ödəniş) olan ətçəkən Kenwood, Canyon klaviatura üçün ümumilikdə 201 (iki yüz bir) manat olmaqla, ondan 182.3 (yüz səksən iki manat otuz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 18.7 (on səkkiz manat yetmiş qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 994.86 (doqquz yüz doxsan dörd manat səksən altı qəpik) manat (18 ay x 47.27 manat + 144 manat ilkin ödəniş) olan İMEİ kod **********00802 X5 11S markalı telefon, blender Panasonic üçün ümumilikdə 156 (yüz əlli altı) manat olmaqla, ondan 141.29 (yüz qırx bir manat iyirmi doqquz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 14.71 (on dörd manat yetmiş bir qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1279.02 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh 11 iyun 2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərmişdir. Ərizədə qeyd etmişdir ki, ərizəçi “ABC TELECOM" MMC ilə onun arasında xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən o hüquqi şəxs olan "xxxx" MMCdən İMEİ KOD OPPO A 57 S markalı telefon, 2 ədəd VİNİL MAT, ətçəkən KENWOOD, CANYON klaviatura, “X5 11 S” markalı mobil telefon, BLENDER ətçəkən PANASONİC olan məişət avadanlığı olan əşyaları alqı-satqı müqaviləsinə əsasən götürmüşdür. Cavabdeh təşkilat tərəfindən məhkəməyə ünvanlanan ərizədə onun müqavilə üzrə cəmi ödədiyim məbləğ 1279.02 manat qeyd olunmaqla, müqavilənin 2.6-cı bəndinə əsasən mənim ödənişləri gecikdirdiyi hər növbəti təqvim günə 1% həcmində cərimə hesabladığını və ona təhvil-təslim aktına əsasən tam və qüsursuz şəkildə əşya verdikləri qeyd olunmaqla ondan müqavilə üzrə ümumilikdə 980 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq tələbkar təşkilatın xeyrinə ödənilməsi üçün sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Onun ərizəçi təşkilat olan "xxxx" MMC ilə bağladığı yuxarıda tarixləri qeyd olunan müqavilələrin 3.8-ci maddəsində əşyaya verilən təminat şərtləri mal ilə “Müştəri”-ə verilən zəmanət talonunda göstərilməsi qeyd olunmuşdur. 3.9-cu maddəsində isə əşyada hər hansı qüsurun yaranması ödənişlərin gecikdirilməsinə və bu müqavilənin hər hansı şərtlərinin pozulmasına səbəb ola bilməz. Halbuki, o yuxarıda qeyd olunan əşyalardan ’’BLENDER ətçəkən PANASONİC” olan məişət avadanlığını aldıqdan sonra onun müqaviləyə və ödəniş cədvəlinə uyğun olmayaraq qüsurlu mal olduğunu və işləmədiyini aşkar etmiş sonra tələbkar təşkilata müraciət etmiş və həmin əşyanı yenisi ilə əvəz edilməsini tələb etmişdir. Lakin tələbkar təşkilat razılaşmadığı üçün müqavilə üzrə ödəniş cədvəlinə imza etməklə malı özlərinə qaytarmışdır. İMEİ KOD OPPO A 57 S markalı telefon isə müqavilə üzrə hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəniş edildiyi halda təşkilat tərəfindən İMEİ KODU bağlanılmışdır. Ərizəçi "xxxx" MMC-nin ona qarşı ümumilikdə 980 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq tələbkar təşkilatın xeyrinə ödənilməsi tələbi ilə bağlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etiraz ərizəsinə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(078)-864/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə 05 iyul 2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə məhkəməyə eyni məzmunlu ərizələr göndərərək ərizələrdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı Naxçıvan Şəhər Məhkəməsində başlamış 2(078)-864/2024 nömrəli mülki iş üzrə məhkəmə iclasının təyin olunduğunu, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakı olmadan baxılmasına etirazı olmadığını, iddianı müdafiə etdiklərini qeyd edərək qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin ərizələrini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 03452167 nömrəli müqavilənin bağlanması, həmin müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə məxsus olan əşyanı, yəni İMEİ kod **********00802 X5 11S markalı telefonu və Panasonic blenderi Cavabdeh verməsi, xx.xx.2022-ci il tarixli, 03853867 nömrəli müqavilənin bağlanması, həmin müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə məxsus olan əşyanı, yəni Kenwood ətçəkəni və Canyon klaviaturanı Cavabdeh verməsi və xx.xx.2023-cü il tarixli, 13723661 nömrəli müqavilənin bağlanması, həmin müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə məxsus olan əşyanı, yəni İMEİ kod **********66836 OPPO A57S markalı telefonu və 2 ədəd Vinil Matı Cavabdeh verməsi, sonuncunun isə malları müqavilələrdə göstərilən şərtlərlə qəbul etməsi barədə müqavilə tərəflərinin razılığa gəlmələri işin mübahisəsiz halıdır. Bu halın mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 03452167 nömrəli, xx.xx.2022-ci il tarixli, 03853867 nömrəli və xx.xx.2023-cü il tarixli, 13723661 nömrəli müqavilələr ilə təsdiq olunur. İddiaçının cavabdehlə aralarında bağlanmış müqavilələr üzrə Cavabdeh yaranmış borcun qaytarılmasını tələb etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə qismən öz təsdiqini tapdığından, onun tələbi əsaslı sayıldığı hissədə təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş yazılı sübutlardır. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından aydın olur ki, cavabdeh Qurbanov X2 şəhəri, Təbriz küçəsi, ev 27 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmə bildirişləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdir. Bundan əlavə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə cavabdehə SMS bildiriş göndərilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. xx.xx.2022-ci il tarixli, 03452167 nömrəli müqavilənin 1.1 və 2.1-ci bəndlərinə əsasən, İddiaçı özünə məxsus olan əşyanı, yəni, İMEİ kod **********00802 X5 11S markalı telefonu və Panasonic blenderi Cavabdeh verir, sonuncu isə malları müqavilədə göstərilən şərtlərlə qəbul edir. xx.xx.2022-ci il tarixli, 03853867 nömrəli müqavilənin 1.1 və 2.1-ci bəndlərinə əsasən, İddiaçı özünə məxsus olan əşyanı, yəni, Kenwood ətçəkəni və Canyon klaviaturanı Cavabdeh verir, sonuncu isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. xx.xx.2023-cü il tarixli, 13723661 nömrəli müqavilənin 1.1 və 2.1-ci bəndlərinə əsasən, İddiaçı özünə məxsus olan əşyanı, yəni, İMEİ kod **********66836 OPPO A57S markalı telefonu və 2 ədəd Vinil Matı Cavabdeh verir, sonuncu isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2022-ci il tarixli, 03452167 nömrəli müqavilədə qeyd olunan əşyalar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2022-ci il tarixli, 03853867 nömrəli müqavilədə qeyd olunan əşyalar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2023-cü il tarixli, 13723661 nömrəli müqavilədə qeyd olunan əşyalar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 03452167 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniş cədvəlində cavabdehin ilkin ödəniş olaraq 144 (yüz qırx dörd) manat, 18 ay ərzində hər ay 47.27 (qırx yeddi manat iyirmi yeddi qəpik) manat ödəməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 03853867 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniş cədvəlində cavabdehin ilkin ödənişsiz 12 ay ərzində hər ay 36.83 (otuz altı manat səksən üç qəpik) manat ödəməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 13723661 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniş cədvəlində cavabdehin ilkin ödənişsiz 18 ay ərzində hər ay 40.67 (qırx manat altmış yeddi qəpik) manat ödəməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. Ərizəyə əlavə edilmiş 24 aprel 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçınə xx.xx.2023-cü il tarixli, 13723661 nömrəli müqaviləyə əsasən İMEİ kod **********66836 OPPO A57S markalı telefon və 2 ədəd Vinil Mat üçün 566.27 (beş yüz altmış altı manat iyirmi yeddi qəpik) manat ödənilməmiş hissə, 56.73 (əlli altı manat yetmiş üç qəpik) manat cərimə borcu, cəmi 623 (altı yüz iyirmi üç) manat; xx.xx.2022-ci il tarixli, 03853867 nömrəli müqaviləyə əsasən Kenwood ətçəkən və Canyon klaviatura üçün 182.3 (yüz səksən iki manat otuz qəpik) manat ödənilməmiş hissə, 18.7 (on səkkiz manat yetmiş qəpik) manat cərimə borcu, cəmi 201 (iki yüz bir) manat; xx.xx.2022-ci il tarixli, 03452167 nömrəli müqaviləyə əsasən İMEİ kod **********00802 X5 11S markalı telefon və blender Panasonic üçün 141.29 (yüz qırx bir manat iyirmi doqquz qəpik) manat ödənilməmiş hissə, 14.71 (on dörd manat yetmiş bir qəpik) manat cərimə borcu, cəmi 156 (yüz əlli altı) manat, üç müqavilə üzrə ümumilikdə 980 (doqquz yüz səksən) manat borcu mövcuddur. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq göndərilmişdir. Eyni zamanda iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə 03 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə qeyd etmişdir ki, icraatda olan e-2(078)-864 2024 saylı mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş etirazla tanış olmuş, orada göstərilən müddəalarla razı deyildirlər. Cavabdehlə bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 40.67 manat ödəməklə xx.xx.2024-cü il tarixədək öhdəlik götürmüşdür və öz imzası ilə təsdiq etmişdir. Lakin ödənişlərdən görünür ki, cavabdeh xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə heç bir ödəniş etməmişdir. Nəticədə müqavilənin 3.4 bəndini pozmuşdur. Sözügedən OPPO A57S markalı telefon cavabdehin istifadəsindədir. 3.4. Müştəri müqavilənin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da “ABC" malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, Müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Bundan əlavə araşdırma nəticəsində təsdiq olunmuşdur ki, Kenwood markalı ətçəkən rəsmi servisi Samsung Service Plazada diaqnostika olunub, diaqnostika nəticəsində müəyyən olunub ki, istifadə zamanı ətçəkənin böyük dişli çarxı zədələnib. Nəticədə müştəri məmnuniyyəti nəzərə alınaraq ətçəkənin böyük dişli çarxı dəyişdirildi. Eyni zamanda araşdırma nəticəsində məlum olunmuşdur ki, Cavabdeh PANASONİC MX-EX1561WTQ markalı BLENDERLƏ ümumiyyətlə texniki servisə müraciət etməmiş, hər hansı qüsur və nasazlıq barədə heç bir müraciəti qeyd edilməmişdir. Həmçinin göndərilmiş 02 oktyabr 2024-cü il tarixli texniki rəydən də görünür ki, Cavabdeh tərəfindən 28 avqust 2023-cü il tarixdə servisə müraciət olunmuş və nəticədə Cihaz Kenwoodun rəsmi servisi Texnoservis də diaqnostika olunub. Dioqnostika nəticəsində müəyyən olunub ki, istifadə zamanı ətçəkənin böyük dişli çarxı zədələnib. Nətıcədə müştəri məmnuniyyəti nəzərə alınaraq ətçəkənin böyük dişli çarxı dəyişdirilmişdir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Borcalanın isə hər üç müqavilə üzrə öhdəliyini lazımınca icra etməsi ilə bağlı hər hansı sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin cavabdeh tərəfindən etiraz ərizəsində göstərilənləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə Mülki Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin malın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. Hazırda cavabdeh alqı-satqı müqaviləsi üzrə alınmış avadanlıq üçün müəyyən olunmuş ödəniş cədvəlinə uyğun ödəməli olduğu borc və müqaviləyə əsasən ona hesablanmış cərimə borcunu iddiaçıya ödəməkdən yayınmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilələr üzrə əlavənin 2-ci bəndinə əsasən “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə xx.xx.2022-ci il tarixli, 03452167 nömrəli müqavilə üzrə hesablanmış 14.71 (on dörd manat yetmiş bir qəpik) manat, xx.xx.2022-ci il tarixli, 03853867 nömrəli müqavilə üzrə hesablanmış 18.7 (on səkkiz manat yetmiş qəpik) manat, xx.xx.2023-cü il tarixli, 13723661 nömrəli müqavilə üzrə hesablanmış 56.73 (əlli altı manat yetmiş üç qəpik) manat məbləğində dəbbə pulu əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli, 03452167 nömrəli müqavilə üzrə hesablanmış 14.71 (on dörd manat yetmiş bir qəpik) manat məbləğində tələb olunan cərimə (dəbbə pulu) 7.06 (yeddi manat altı qəpik) manat məbləğədək, xx.xx.2022-ci il tarixli, 03853867 nömrəli müqavilə üzrə hesablanmış 18.7 (on səkkiz manat yetmiş qəpik) manat məbləğində tələb olunan cərimə (dəbbə pulu) 9.11 (doqquz manat on bir qəpik) manat, xx.xx.2023-cü il tarixli, 13723661 nömrəli müqavilə üzrə hesablanmış 56.73 (əlli altı manat yetmiş üç qəpik) manat məbləğində tələb olunan cərimə (dəbbə pulu) 28.31 (iyirmi səkkiz manat otuz bir qəpik) manat məbləğədək azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2014-cü il tarixli qərarında da Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 28.60 (iyirmi səkkiz manat altmış qəpik) manat miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -xx.xx.2022-ci il tarixli, 03452167 nömrəli müqavilə üzrə 141.29 (yüz qırx bir manat iyirmi doqquz qəpik) manat əsas, 7.06 (yeddi manat altı qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, 03853867 nömrəli müqaviləyə əsasən 182.3 (yüz səksən iki manat otuz qəpik) manat əsas, 9.11 (doqquz manat on bir qəpik) manat cərimə borcu, xx.xx.2023cü il tarixli, 13723661 nömrəli müqaviləyə əsasən isə 566.27 (beş yüz altmış altı manat iyirmi yeddi qəpik) manat əsas, 28.31 (iyirmi səkkiz manat otuz bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 934.34 (doqquz yüz otuz dörd manat otuz dörd qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə verilməli; -iddia qalan hissədə əsaslı olmadığından rədd edilməli; -iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 28.60 (iyirmi səkkiz manat altmış qəpik) manat hissəsi Cavabdeh alınaraq iş üzrə İddiaçınə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, 03452167 nömrəli müqavilə üzrə 141.29 (yüz qırx bir manat iyirmi doqquz qəpik) manat əsas, 7.06 (yeddi manat altı qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, 03853867 nömrəli müqaviləyə əsasən 182.3 (yüz səksən iki manat otuz qəpik) manat əsas, 9.11 (doqquz manat on bir qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, 13723661 nömrəli müqaviləyə əsasən isə 566.27 (beş yüz altmış altı manat iyirmi yeddi qəpik) manat əsas, 28.31 (iyirmi səkkiz manat otuz bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 934.34 (doqquz yüz otuz dörd manat otuz dörd qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. İş üzrə iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 28.60 (iyirmi səkkiz manat altmış qəpik) manat hissəsi Cavabdeh alınaraq iş üzrə İddiaçınə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-864/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-864/2024
03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver