Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-875/2022 05.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, Moskva pr. 73A ünvanında yerləşən iddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X2
1. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********94323 olan İPHONE 11 PRO markalı telefon üçün 680 (altı yüz səksən) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat cərimə;
2. Ümumilikdə 748 (yeddi yüz qırx səkkiz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla cavabdeh X6 ilə xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********94323 olan İPHONE 11 PRO markalı telefon almış və nəticədə 748 (yeddi yüz qırx səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 3815 (üç min səkkiz yüz on beş) manat (15 ay x 231 manat +350 manat ilkin ödəniş) İMEİ kodu **********94323 olan İPHONE 11 PRO markalı telefon üçün ümumilikdə 748 (yeddi yüz qırx səkkiz) manat olmaqla ondan 680 (altı yüz səksən) manat ödənilməmiş hissə, güzəşt olunaraq 68 (altmış səkkiz) manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3135 (üç min yüz otuz beş) manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda X2 xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********94323 olan İPHONE 11 PRO markalı telefon üçün 680 (altı yüz səksən) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat cərimə olmaqla, ümumilikdə 748 (yeddi yüz qırx səkkiz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" MMC ilə cavabdeh X6 arasında 20256973 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model- İPHONE 11 PRO 64GB İMEİ kodu **********94323; İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə cavabdeh X1- İPHONE 11 PRO 64GB İMEİ kodu **********94323 tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən X3 xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********94323 olan İPHONE 11 PRO markalı telefon üçün 680 (altı yüz səksən) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat cərimə olmaqla ümumilikdə 748 (yeddi yüz qırx səkkiz manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, borclu X4 borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Məhkəmənin qiymətləndirməsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə cavabdeh X2 xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********94323 olan İPHONE 11 PRO markalı telefon üçün 680 (altı yüz səksən) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat cərimə ümumilikdə 748 (yeddi yüz qırx səkkiz) manat məbləğində borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Cavabdeh X2 tutulacaq ümumilikdə 748 (yeddi yüz qırx səkkiz) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin (Kod 505141, VÖEN **********, M/H AZ82NABZ********************, SWİFT BİK PAHAAZ22, "xxxx" MMC, X5 107, Hesab AZ78PAHA40060AZNHC**********; Tel: 123103013; VÖEN **********) bank hesabına ödənilməlidir. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X9 Portalına və ya AsanPay vasitəsilə xx.xx.2022-ci il tarixdə ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh X2 alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh X6 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
qətetdim: İddia təmin edilsin. X2 xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********94323 olan İPHONE 11 PRO markalı telefon üçün 680 (altı yüz səksən) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat cərimə olmaqla ümumilikdə 748 (yeddi yüz qırx səkkiz) manat məbləğində borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Cavabdeh X2 tutulacaq ümumilikdə 748 (yeddi yüz qırx səkkiz) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin (Kod 505141, VÖEN **********, M/H AZ82NABZ********************, SWİFT BİK PAHAAZ22, "xxxx" MMC, X5 107, Hesab AZ78PAHA40060AZNHC**********; Tel: 123103013; VÖEN **********) bank hesabına ödənilsin. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X9 Portalına və ya AsanPay vasitəsilə xx.xx.2022-ci il tarixdə ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh X2 alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Gülnar Səfərəliyeva.