Məhkəmə qərarları › İş №e-2(078)-886/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-886/2022

11.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-886/2022 11.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın onun tərəfindən qəbulu faktının müəyyən olunmasına dair iddia ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anası X6 ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışına təyin edilməsi zamanı Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş və məhkəmə iclasının vaxı və yeri barədə rəsmi qaydada məlumat verilmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, valideynləri- X12 ilə X14 14 aprel 1961-ci il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuş, onların nikahda olma faktı Naxçıvan şəhər 1 saylı Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 141260 nömrəli nikah aktından çıxarış ilə təsdiq olunmuşdur. X3 15 iyul 2015-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmiş, onun ölüm faktı Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 165237 nömrəli ölüm haqqında şəhadətnamə ilə təsdiq olunmuşdur. Mərhum X3nın ölümündən sonra ünvan 2 ünvanında yerləşən mənzil miras qalmışdır. ünvan 3mar İdarəsi tərəfindən mərhum X7 vərəsələri barədə xx.xx.2022-ci il tarixli, 382 nömrəli arayışa əsasən X6 vərəsələri: həyat yoldaşı X14 - vəfat edib, qızı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs2, qızı Maraqlı şəxs3, qızı Maraqlı şəxs4, qızı İddiaçı və qızı X13 - vəfat edib. X4 03 dekabr 1984-cü il tarixdə Naxçıvan şəhərində vəfat etmişdir. Onun ölüm faktı Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci l tarixli 65970 nömrıli ölüm akt qeydindən çıxarış ilə təsdiq olunmuşdur. Mərhum bacısı X13 29 dekabr 2020-ci il tarixində vəfat etmişdir. Onun ölüm faktı Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 801400 nömrəli ölüm akt qeydindən çıxarış ilə təsdiq olunmuşdur. ünvan 3mar İdarəsi tərəfindən mərhum X8 vərəsələri barədə xx.xx.2022-ci il tarixli, 385 nömrəli arayışa əsasən mərhum bacısı X8 vərəsələri-həyat yoldaşı Cavabdeh1, oğlu Cavabdeh2, qızı Cavabdeh3dır. İddiaçı qeyd etmişdir ki, mərhum anası X7 ölümündən sonra ünvan 4 ünvanında yerləşən mənzildə o, yaşayaraq mirası qəbul və sahiblik edərək idarə etmişdir. Hazırda da ünvan 5 ünvanında yerləşən mənzil onun istifadəsindədir. Anasının vərəsələrdən mərhum bacısı X8 vərəsələri olan həyat yoldaşı Cavabdeh1, oğlu Cavabdeh2 və qızı Cavabdeh3 başqa yaşayan digər vərəsələr anasından qalan mirasdan onlara çatan paydan onun xeyrinə imtina etmişlər. Məhkəmə iclasında bacısı qızı X13 da onun xeyrinə paydan imtina etmişdir. Yalnız mərhum bacısı X8 əri və oğlu mirasdan onun xeyrinə ərizə verməkdən imtina edirlər. Sadəcə olaraq bu məsələnin həlli üçün maraq göstərmir və heç bir hərəkət etmirlər. İddiaçı qeyd etmişdir ki, o hələ anasının sağlığında, həmçinin anasının ölümündən sonra ünvan 6 ünvanında yerləşən mənzildən istifadə edərək orada yaşayırlar. İddiaçı sonda qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında izahat verən Cavabdeh1 iddianı qəbul edərək izahatında bildirmişdir ki, digər cavabdehlər onun övladlarıdır və onlar da iddianı qəbul edir. Özünün mübahisəli miras əmlakın baldızı İddiaçı tərəfindən qəbul edilməsinə etirazı yoxdur. Heç digər cavabdehlərin də buna etirazı yoxdur. Qeyd etdiklərinə əsasən qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Cavabdeh1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə baxış iclasının onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 və cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 işə baxılmasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş, məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh3 tərəfindən məhkəmə göndərilmiş xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən aydın olur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş nənəsi X7 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmaraq miras qalmış bütün əmlaklardan ona çatan payı faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə də məhkəməyə müraciət etmək niyyəti yoxdur. Məhkəmə işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 və cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X10 ifadəsində bildirmişdir ki, mərhum X12 ilə qonşu olmuşdur. Zəhra xanımın sağlığında və onun ölümündən sonra yalnız Dürdanə ünvan 1 ünvanında yaşamışlar. Bildikləri bundan ibarətdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçının, onun vəkili və nümayəndəsinin izahatını, cavabdehin məhkəmə hazırlıq iclası zamanı verdiyi izahatını, şahid ifadəsini, iş materiallarına olan sənədlərlə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər 1 saylı Nikah evi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışdan aydın olur ki, X14 ilə X12 arasında 14 aprel 1961-ci il tarixdə rəsmi nikah bağlanmış və bu barədə 55 nömrəli akt qeydi aparılmışdır. xx.xx.2022-ci il tarixli çıxarışda qeyd olunmuşdur ki, X14 xx.xx.1984-cü il tarixdə ürək əzələsinin infarktı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir. xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, X12 xx.xx.2021-ci ildə durğunlaq ürək çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir. xx.xx.2022-ci il tarixli çıxarışda qeyd olunmuşdur ki, X13 xx.xx.2020-ci il tarixdə dəqiqləşdirilməmiş kəskin miokard infarktı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir. ünvan 3mar İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 382 nömrəli arayışdan aydın olur ki, mərhum X1 şəhəri, Çənlibel 14/19 ünvanında qeydiyyatda olub və onun aşağıdakı vərəsələri vardır: - X14 -həyat yoldaşı-vəfat edib; - Maraqlı şəxs1-qızı-1962; - Maraqlı şəxs2 -oğlu-1963; - Maraqlı şəxs3-qızı-1965; - Maraqlı şəxs4-qızı-1969; - İddiaçı-qızı-1971; - X13-qızı-vəfat edib. ünvan 3mar İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 385 nömrəli arayışdan aydın olur ki, mərhum X2 şəhəri, Çənlibel 25/47 ünvanında qeydiyyatda olub və onun aşağıdakı vərəsələri vardır: - Cavabdeh1 -həyat yoldaşı-1973; - Cavabdeh2-oğlu-2000; - Cavabdeh3-qızı-2003. Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 19 may 2011ci il tarixdə verilmiş MH seriyalı ******* nömrəli “Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, Naxçıvan şəhəri, Çənlibel məhəlləsində istifadədə olan 0.054 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 5-ci mərtəbəsində, 79.04 kv.m ümumi, 55.81 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 19 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 12/6 nömrəli reyestr kitabının 1123 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan şəhər 1 nömrəli Notariat Ofisinin notariusu tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli məktubuna xx.xx.2022-ci il tarixdə verilmiş 134 nömrəli cavab məktubundan məlum olur ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından iddiaçıya aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən aydın olur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası X7 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmaraq miras qalmış bütün əmlaklardan ona çatan payı faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə də məhkəməyə müraciət etmək niyyəti yoxdur. Maraqlı şəxs2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən aydın olur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası X7 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmaraq miras qalmış bütün əmlaklardan ona çatan payı faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə də məhkəməyə müraciət etmək niyyəti yoxdur. Maraqlı şəxs4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən aydın olur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası X7 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmaraq miras qalmış bütün əmlaklardan ona çatan payı faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə də məhkəməyə müraciət etmək niyyəti yoxdur. Maraqlı şəxs3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən aydın olur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası X7 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmaraq miras qalmış bütün əmlaklardan ona çatan payı faktiki qəbul etməmiş və etmək niyyətində deyil. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mülki qanunvericiliyə görə miras əmlak açıldığı andan vərəsənin mülkiyyəti hesab edilir. Məhkəmə belə hesab edir ki, mərhum X6 vəfatından sonra ondan qalmış ünvan 9 ünvanında yerləşən miras əmlakı qızı İddiaçı qəbul etmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, İddiaçı anası X6 vəfatından sonra ondan qalan miras əmlakı faktiki qəbul edərək yaşamış və hazırda yaşamaqda davam edir. Belə ki, iş üzrə Cavabdeh1 izahatından və şahidin ifadəsindən aydın olur ki, iddiaçı miras əmlakda yaşamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki iddia tələbi üzrə vərəsə İddiaçı anasının vəfatından sonra həmin mənzildə yaşamış, evin bütün kommunal xərclərini ödəmiş, evi mühafizə etmiş, onun idarəçiliyini həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia təmin edildiyindən İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 12695 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X5 miras qalan Naxçıvan şəhəri Çənlibel məhəlləsi ev 14-də yerləşən 19 nömrəli mənzilin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. X5 miras qalan Naxçıvan şəhəri Çənlibel məhəlləsi ev 14-də yerləşən 19 nömrəli mənzilin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 12695 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar