Məhkəmə qərarları › İş №e-2(078)-892/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-892/2023

04.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-892/2023 04.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mirasın faktiki qəbul faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mərhum X1 miras qalan ünvan 1 ünvanında yerləşən miras əmlakının İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 22 avqust 2023-cü il tarixdə İddiaçı məhkəməyə ərizə təqdim edərək hazırda iddia tələbinin həcmini artıraraq mərhum X1 miras qalan ünvan 1 ünvanında yerləşən əmlakın atası X4 tərəfindən faktiki qəbul edilməsi, mərhum atası X3 ölümündən sonra isə həmin miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(078)-892/2023 nömrəli qərardadı ilə İddiaçı ərizəsi təmin edilmiş, iddia tələbinə mərhum X1 miras qalan ünvan 1 ünvanında yerləşən əmlakın X4 tərəfindən faktiki qəbul edilməsi, mərhum atası X3 ölümündən sonra isə həmin əmlakın İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunması həddində baxılması qərara alınmışdır. 04 noyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə İddiaçı və Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar hazırlıq iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı 02 noyabr 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə mərhum nənəsi X1 qalan miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına dair Naxçıvan şəhər Məhkəməsində iddia qaldırdığını, növbəti məhkəmə iclasının 04 noyabr 2023-cü il tarixə təyin edildiyini, "Qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi və Daşınmaz əmlakın dövlət reysestr xidmətində qeydiyyat yazısının ləğvi" ilə əlaqədar məhkəmədə iddia qaldırılması zərurəti yarandığından nənəsi X1 qalan miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyən olunması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı 02 noyabr 2023-cü il tarixli ərizəsini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki vəziyyətdə isə məhkəmənin hazırlıq iclasında iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə vəsatətlə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı tərəfindən X9 vasitəsilə 28 aprel 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Tağıyev X5 Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı mirasın faktiki qəbul faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən X9 vasitəsilə 28 aprel 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar