Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-905/2022 12.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, Moskva pr. 73A ünvanında yerləşən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək aşağıdakı qətnaməni qəbul etdim. Təsviri hissə: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh
1. xx.xx.2019-cu il tarixli müqavilə üzrə Soyuducu HOFFMAN üçün 88 (səksən səkkiz) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə;
2. xx.xx.2020-ci il tarixli müqavilə üzrə Paltaryuyan Electrolux üçün 445.3 (dörd yüz qırx beş manat otuz qəpik) manat ödənilməmiş hissə, 44.7 (qırx dörd manat yetmiş qəpik) manat cərimə;
3. xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********80901 olan X5 8 markalı telefon üçün 120.6 (bir yüz iyirmi manat altmış qəpik) manat ödənilməmiş hissə, 12.4 (on iki manat qırx qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 719 (yeddi yüz on doqquz) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli Müqavilələr bağlanmış və həmin müqavilələrə əsasən "xxxx" MMC-dən Cavabdeh Soyuducu HOFFMAN, Paltaryuyan Electrolux, İMEİ kodu **********80901 olan X5 8 markalı telefon almış və nəticədə 719 manat borc yaranmışdır. Ərizədə qeyd edilmişdir ki, cavabdeh müqavilələrin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1039 (bir min otuz doqquz) manat (24 ay x 43 manat + 7 manat ilkin ödəniş) Soyuducu HOFFMANN üçün ümumilikdə, 96 (doxsan altı) manat olmaqla ondan 88 (səksən səkkiz) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 928.8 (doqquz yüz iyirmi səkkiz, səksən qəp) manat (18 ay x 51.6 manat + 0 manat ilkin ödəniş) Paltaryuyan Electrolux üçün ümumilikdə, 490 (dörd yüz doxsan) manat olmaqla ondan, 445.3 (dörd yüz qırx beş, otuz qəp ) manat ödənilməmiş hissə, 44.7 (qırx dörd, yetmiş qəp) manat cərimə. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 725.4 (yeddi yüz iyirmi beş, qırx qəp) manat (18 ay x 40.3 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********80901 X5 8 markalı telefonüçün ümumilikdə, 133 (yüz otuz üç) manat olmaqla ondan, 120.6 (yüz iyirmi, altmış qəp) manat ödənilməmiş hissə, 12.4 (on iki, qırx qəp) manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2039.3 manat təşkil edir. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 00921168 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model- Soyuducu HOFFMAN DFB-186S gümüşü. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Model- Soyuducu HOFFMAN DFB-186S gümüşü tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 21200166 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model- Paltaryuyan Electrolux EW6S4R06BX black. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Model- Paltaryuyan Electrolux EW6S4R06BX black tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 21072036 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model- X5 8 4/128GB İMEİ kodu **********80901 **********05404. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Model- X5 8 4/128GB İMEİ kodu **********80901 **********05404 tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə Soyuducu HOFFMAN üçün 88 (səksən səkkiz) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə; xx.xx.2020-ci il tarixli müqavilə üzrə Paltaryuyan Electrolux üçün 445.3 (dörd yüz qırx beş manat otuz qəpik) manat ödənilməmiş hissə, 44.7 (qırx dörd manat yetmiş qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********80901 olan X5 8 markalı telefon üçün 120.6 (bir yüz iyirmi manat altmış qəpik) manat ödənilməmiş hissə, 12.4 (on iki manat qırx qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 719 (yeddi yüz on doqquz) manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə Soyuducu HOFFMAN üçün 88 (səksən səkkiz) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə; xx.xx.2020-ci il tarixli müqavilə üzrə Paltaryuyan Electrolux üçün 445.3 (dörd yüz qırx beş manat otuz qəpik) manat ödənilməmiş hissə, 44.7 (qırx dörd manat yetmiş qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********80901 olan X5 8 markalı telefon üçün 120.6 (bir yüz iyirmi manat altmış qəpik) manat ödənilməmiş hissə, 12.4 (on iki manat qırx qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 719 (yeddi yüz on doqquz) manat məbləğində borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Cavabdeh tutulacaq ümumilikdə 719 (yeddi yüz on doqquz) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin (Kod 505141, VÖEN **********, M/H AZ82NABZ********************, SWİFT BİK PAHAAZ22, "xxxx" MMC, X2 107, Hesab AZ78PAHA40060AZNHC**********; Tel: 123103013; VÖEN **********) bank hesabına ödənilməlidir. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X4 Portalına və ya AsanPay vasitəsilə xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
qətetdim: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə Soyuducu HOFFMAN üçün 88 (səksən səkkiz) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə; xx.xx.2020-ci il tarixli müqavilə üzrə Paltaryuyan Electrolux üçün 445.3 (dörd yüz qırx beş manat otuz qəpik) manat ödənilməmiş hissə, 44.7 (qırx dörd manat yetmiş qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********80901 olan X5 8 markalı telefon üçün 120.6 (bir yüz iyirmi manat altmış qəpik) manat ödənilməmiş hissə, 12.4 (on iki manat qırx qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 719 (yeddi yüz on doqquz) manat məbləğində borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Cavabdeh tutulacaq ümumilikdə 719 (yeddi yüz on doqquz) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin (Kod 505141, VÖEN **********, M/H AZ82NABZ********************, SWİFT BİK PAHAAZ22, "xxxx" MMC, X2 107, Hesab AZ78PAHA40060AZNHC**********; Tel: 123103013; VÖEN **********) bank hesabına ödənilsin. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X4 Portalına və ya AsanPay vasitəsilə xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Gülnar Səfərəliyeva.