Məhkəmə qərarları › İş №e-2(078)-910/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-910/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-910/2024 28.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, Moskva pr. 73A ünvanında yerləşən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Samsung Watch 5 qol saatı, Samsung Buds 2 qulaqlıq üçün 656,58 (altı yüz əlli altı manat əlli səkkiz qəpik) manat ödənilməmiş hissə, 65,42 (altmış beş manat qırx iki qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********77996 olan Samsung Galaxy S21FE markalı telefon, akam jam case, vinil mat ,samsung charter, maşın üçün charger piko full glass üçün 596,05 (beş yüz doxsan altı manat beş qəpik qəpik) manat ödənilməmiş hissə, 59,95 (bir əlli doqquz manat doxsan beş qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kodu **********54923 olan Xiaomi Poco M5 markalı telefon üçün 418,4 (dörd yüz on səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, 41,6 (qırx bir manat altmış qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1838 manat məbləğində borcun və ödənilmiş 38,38 manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, Samsung Watch 5 qol saatı, Samsung Buds 2 qulaqlıq, İmei kodu **********77996 olan Samsung Galaxy S21FE markalı telefon, akam jam case, vinil mat ,samsung charter, maşın üçün charger piko full glass və İmei kodu **********54923 olan Xiaomi Poco M5 markalı telefon almış və nəticədə 1838 (bir min səkkiz yüz otuz səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1167,48 (bir min yüz altmış yeddi manat qırx səkkiz qəpik) manat (yəni 18 ay x 64.86 manat + 0 manat ilkin ödəniş) Samsung Watch 5 qol saatı, Samsung Buds 2 qulaqlıq üçün ümumilikdə, 722 (yeddi yüz iyirmi iki) manat olmaqla ondan 656,58 (altı yüz əlli altı manat əlli səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 65,42 (altmış beş manat qırx iki qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti1632,9 (bir min altı yüz otuz iki manat doxsan qəpik) manat (15 ay x 108.86 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********77996 olan Samsung Galaxy S21FE markalı telefon, akam jam case, vinil mat ,samsung charter, maşın üçün charger piko full glass üçün ümumilikdə, 560,4 (beş yüz altmış manat qırx qəpik) manat olmaqla ondan, 596,05(beş yüz doxsan altı manat beş qəpik qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 59,95 (bir əlli doqquz manat doxsan beş qəpikqəpik) manat cərimə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 560.4(beş yüz altmış manat qırx qəpik) manat (12 ay x 46.7 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********54923 olan Xiaomi Poco M5 markalı telefon üçün ümumilikdə 460 (dörd yüz altmış) manat olmaqla ondan, 418,4 (qırx manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41,6 (qırx bir manat altmış qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1689,75 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model- Samsung Watch 5 qol saatı, Samsung Buds 2 qulaqlıq, İmei kodu **********77996 olan Samsung Galaxy S21FE markalı telefon, akam jam case, vinil mat ,samsung charter, maşın üçün charger piko full glass , İmei kodu **********54923 olan Xiaomi Poco M5 markalı telefon. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli bildirişin və əşyaların təhvil-təslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Model- Samsung Watch 5 qol saatı, Samsung Buds 2 qulaqlıq, İmei kodu **********77996 olan Samsung Galaxy S21FE markalı telefon, akam jam case, vinil mat ,samsung charter, maşın üçün charger piko full glass və İmei kodu **********54923 olan Xiaomi Poco M5 markalı telefon tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Samsung Watch 5 qol saatı, Samsung Buds 2 qulaqlıqüçün 656,58 (altı yüz əlli altı manat əlli səkkiz qəpik) manat ödənilməmiş hissə, 65,42 (altmış beş manat qırx iki qəpik) manat cərimə,xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********77996 olan Samsung Galaxy S21FE markalı telefon, akam jam case, vinil mat ,samsung charter, maşın üçün charger piko full glass üçün 596,05 (beş yüz doxsan altı manat beş qəpik) manat ödənilməmiş hissə, 59,95 (bir əlli doqquz manat doxsan beş qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kodu **********54923 olan Xiaomi Poco M5 markalı telefon üçün 418,4 (dörd yüz on səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, 41,6 (qırx bir manat altmış qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1838 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Samsung Watch 5 qol saatı, Samsung Buds 2 qulaqlıq üçün 656,58 (altı yüz əlli altı manat əlli səkkiz qəpik) manat ödənilməmiş hissə, 65,42 (altmış beş manat qırx iki qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********77996 olan Samsung Galaxy S21FE markalı telefon, akam jam case, vinil mat ,samsung charter, maşın üçün charger piko full glass üçün 596,05 (beş yüz doxsan altı manat beş qəpik qəpik) manat ödənilməmiş hissə, 59,95(bir əlli doqquz manat doxsan beş qəpikqəpik) manat cərimə, xx.xx.20220-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********54923 olan Xiaomi Poco M5 markalı telefon üçün 418,4 (dörd yüz on səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, 41,6 (qırx bir manat altmış qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1838 manat məbləğində borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2024-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" MMC tərəfindən X1 və ya AsanPay vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 34,57 (otuz dörd manat əlli yeddi qəpik) manat dövlət rüsumu və X1 və ya AsanPay vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 3,81 (üç manat səksən bir qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdim: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Samsung Watch5 qol saatı, Samsung Buds 2 qulaqlıqüçün 656,58(altı yüz əlli altı manat əlli səkkiz qəpik) manat ödənilməmiş hissə, 65,42 (altmış beş manat qırx iki qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********77996 olan Samsung Galaxy S21FE markalı telefon, akam jam case, vinil mat ,samsung charter, maşın üçün charger piko full glass üçün 596,05 (beş yüz doxsan altı manat beş qəpik qəpik) manat ödənilməmiş hissə, 59,95(bir əlli doqquz manat doxsan beş qəpikqəpik) manat cərimə; xx.xx.20220-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********54923 olan Xiaomi Poco M5 markalı telefon üçün 418,4 (dörd yüz on səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, 41,6 (qırx bir manat altmış qəpikqəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1838 (bir min səkkiz yüz otuz səkkiz) manat məbləğində borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı X1 və ya AsanPay vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 34,57 (otuz dörd manat əlli yeddi qəpik) manat dövlət rüsumu və X1 və ya AsanPay vasitəsilə xx.xx.2024cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 3,81 (üç manat səksən bir qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar