Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-918/2025 23.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Kiçik mübahisələr üzrə iddia ərizəsinin baxılmamış saxlanılması haqqında Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyənetdim: İddiaçı Cavabdeh qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 may 2022-ci il tarixli, 64 455 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1150 manat məbləğində pulun və 36.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, hazırda iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına zərurət yarandığını, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında verilmiş pul tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlirəm ki, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında verilmiş pul tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etdiyinə görə, kiçik mübahisələr üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən hüquq norması analoji münasibəti tənzimləyən norma kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinin tələbinə uyğun olaraq kiçik mübahisələr üzrə iddia ərizəsinin baxılmamış saxlanılması barədə tətbiq olunmalı və İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında verilmiş pul tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etdiyinə görə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Kiçik mübahisələr üzrə iddia ərizəsi baxılmamış saxlanıldığına görə, İddiaçı tərəfindən 10 iyun 2025-ci il tarixli, **********93 nömrəli qəbzlə ödənilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdim: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən 10 iyun 2025-ci il tarixli, **********93 nömrəli qəbzlə ödənilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-918/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-918/2025
23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver