Məhkəmə qərarları › İş №e-2(078)-921/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-921/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-921/2023 10.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “AYAQ ÜÇÜN SPA BEURER” və İMEİ kodu **********07005 olan “XİAOMİ POCO X3” markalı telefon üçün 532.96(beş yüz otuz iki manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 53.04(əlli üç manat dörd qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********81200 olan “XİAOMİ REDMİ” 10 markalı telefon üçün 360.42(üç yüz altmış manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 36.58(otuz altı manat əlli səkkiz qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “ÇÖRƏK BİŞİRƏN KENWOOD və HOFFMANN TORNADO” üçün 325.4 (üç yüz iyirmi beş manat qırx qəpik) manat ödənilməmiş hissə, 32.6 (otuz iki manat altmış qəpik) manat cərimə, ümumilikdə, 1341 (min üç yüz qırx bir) manat borc və 33.41 (otuz üç manat qırx bir qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “AYAQ ÜÇÜN SPA BEURER”, İMEİ kodu **********07005 olan “XİAOMİ POCO X3” markalı telefon, İmei kodu **********81200 olan “XİAOMİ REDMİ 10” markalı telefon, “ÇÖRƏK BİŞİRƏN KENWOOD”, “HOFFMANN TORNADO” almış və nəticədə 1341(bir min üç yüz qırx bir) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 892.08(səkkiz yüz doxsan iki manat səkkiz qəpik) manat (18 ay x 44.56 manat + 90 manat ilkin ödəniş) əsasən “AYAQ ÜÇÜN SPA BEURER2, İMEİ kodu **********07005 olan “XİAOMİ POCO X3” markalı telefon üçün ümumilikdə, 586(beş yüz səksən altı) manat olmaqla ondan, 532.96(beş yüz otuz iki manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 53.04(əlli üç manat dörd qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 636.92(altı yüz otuz altı manat doxsan iki qəpik) manat (18 ay x 30.07 manat + 95.66 manat ilkin ödəniş) İMEİ kodu **********81200 olan “XİAOMİ REDMİ 10” markalı telefon üçün ümumilikdə, 397(üç yüz doxsan yeddi) olmaqla ondan, 360.42(üç yüz altmış manat qırx iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 36.58(otuz altı manat əlli səkkiz qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 838.8(səkkiz yüz otuz səkkiz manat səksən qəpik) manat (18 ay x 46.6 manat + 0 manat ilkin ödəniş) “ÇÖRƏK BİŞİRƏN KENWOOD və HOFFMANN TORNADO üçün ümumilikdə, 358(üç yüz əlli səkkiz) manat olmaqla ondan, 325.4(üç yüz iyirmi beş manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32.6(otuz iki manat altmış qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1149.02 (min yüz qırx doqquz manat iki qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarıında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianı əsaslı sayıb təmin edərkən iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlara istinad edir. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, iş üzrə cavabdeh Məmmədov X1 şəhəri, M.Nəsirli küçəsı ev 9 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 14 iyun 2023-cü il tarixli, e-2(078)-921/2023 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə göndərilmiş bildirişdə cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş günü müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin onlara qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmışdır. xx.xx.2021-ci il tarixli müqavilənin 1.1 və 2.1-ci bəndlərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti özünə məxsus olan əşyanı, yəni , “ÇÖRƏK BİŞİRƏN KENWOOD və HOFFMANN TORNADO”-nu Cavabdeh verir, sonuncu isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. xx.xx.2021-ci il tarixli müqavilənin 1.1 və 2.1-ci bəndlərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti özünə məxsus olan əşyanı, yəni, “AYAQ ÜÇÜN SPA BEURER” və İMEİ kodu **********07005 olan “XİAOMİ POCO X3” markalı telefonu Cavabdeh verir, sonuncu isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. xx.xx.2021-ci il tarixli müqavilənin 1.1 və 2.1-ci bəndlərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti özünə məxsus olan əşyanı, yəni, İMEİ kodu **********81200 olan “XİAOMİ REDMİ” 10 markalı telefonu Cavabdeh verir, sonuncu isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. İş materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, müqavilədə qeyd olunan əşya iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniş cədvəlində cavabdehin 18 ay ərzində hər ay 46.60 (qırx altı manat altmış qəpik) manat ödəməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniş cədvəlində cavabdehin ilkin olaraq 95.66 (doxsan beş manat altmış altı qəpik),18 ay ərzində hər ay 30.07 (otuz manat yeddi qəpik) manat ödəməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniş cədvəlində cavabdehin ilkin olaraq 90 (doxsan), 18 ay ərzində hər ay 44.56 (qırx dörd manat əlli altı qəpik) manat ödəməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. Ərizəyə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “AYAQ ÜÇÜN SPA BEURER” və İMEİ kodu **********07005 olan “XİAOMİ POCO X3” markalı telefon üçün, 532.96(beş yüz otuz iki manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 53.04(əlli üç manat dörd qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********81200 olan “XİAOMİ REDMİ” 10 markalı telefon üçün 360.42 (üç yüz altmış manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 36.58(otuz altı manat əlli səkkiz qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “ÇÖRƏK BİŞİRƏN KENWOOD və HOFFMANN TORNADO” üçün 325.4(üç yüz iyirmi beş manat qırx qəpik) manat ödənilməmiş hissə, 32.6(otuz iki manat altmış qəpik) manat cərimə ümumilikdə 1341(min üç yüz qırx bir) manat borcu mövcuddur. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq göndərilmişdir. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə Mülki Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin malın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. Hazırda cavabdeh alqı-satqı müqaviləsi üzrə alınmış avadanlıq üçün müəyyən olunmuş ödəniş cədvəlinə uyğun ödəməli olduğu borc və müqaviləyə əsasən ona hesablanmış cərimə borcunu iddiaçıya ödəməkdən yayınmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Həmçinin, məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında bağlanılmış müqavilənin şərtlərinə əsasən hesablanmış cərimə borcunun məbləği indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olmaqla, ədalətli olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilələr üzrə əlavələrin 2-ci bəndinə əsasən “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün ödədiyi 33.41 (otuz üç manat qırx bir qəpik) manat məbləğində dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 33.41 (otuz üç manat qırx bir qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; -xx.xx.2021-ci il tarixli müqavilə üzrə 532.96 (beş yüz otuz iki manat doxsan altı qəpik) manat əsas borc, 53.04 (əlli üç manat dörd qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 360.42 (üç yüz altmış manat qırx iki qəpik) manat əsas borc, 36.58 (otuz altı manat əlli səkkiz qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 325.4 (üç yüz iyirmi beş manat qırx qəpik) manat əsas borc, 32.6 (otuz iki manat altmış qəpik) manat cərimə olmaqla ümumilikdə 1341 (min üç yüz qırx bir) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli; -həmçinin iş üzrə Cavabdeh 33.41 (otuz üç manat qırx bir qəpik) manat miqdarında dövlət rüsumu alınaraq iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 532.96 (beş yüz otuz iki manat doxsan altı qəpik) manat əsas borc, 53.04 (əlli üç manat dörd qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 360.42 (üç yüz altmış manat qırx iki qəpik) manat əsas borc, 36.58 (otuz altı manat əlli səkkiz qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 325.4 (üç yüz iyirmi beş manat qırx qəpik) manat əsas borc, 32.6 (otuz iki manat altmış qəpik) manat cərimə olmaqla ümumilikdə 1341 (min üç yüz qırx bir) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İş üzrə Cavabdeh 33.41 (otuz üç manat qırx bir qəpik) manat miqdarında dövlət rüsumu alınaraq iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar