Məhkəmə qərarları › İş №e-2(078)-925/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-925/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-925/2023 27.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ödənilmiş 473,75 (dörd yüz yetmiş üç manat yetmiş beş qəpik) manat sığorta ödənişinin, 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmas barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 17 iyun 2023-cü il tarixdə məhkəmənin elektron ünvanına etiraz ərizəsi göndərərək, iddia ərizəsində göstərilən heç bir halın düzgün olmadığını, özünün iddiaçıdan başqa heç bir şirkətə sığorta ödənişi ilə bağlı heç bir müraciət etmədiyini, hər hansı bir ödəniş tələb etmədiyini, heç bir şirkətdə bu barədə ərizəsinin və müraciətinin olmadığını, iddianın kifayət qədər ziddiyətli və araşdırılmalı məqamlar olduğundan işə sadələşdirilmiş icraat qaydasında baxmaqla müəyyən edilməsi mümkün olmadığından mülki işin iddia icraatına keçirilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 21 iyun 2023-cü il tarixli qərardadı ilə Cavabdeh verdiyi etiraz təmin olunaraq iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia tələbinə dair mülki iş iddia icraatına keçirilməsinə qərar verilmişdir. "xxxx" Sığorta Şirkəti ASC cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilmişdir. İddiaçı təşkilat "xxxx" ASC ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində ** NE *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, Y. Səfərov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** RX *** dövlət qeydiyyat nişanlı Mercedes Benz S55 markalı avtonəqliyyat vasitəsi ilə ** NE *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 473,75 (dörd yüz yetmiş üç manat yetmiş beş qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixində "xxxx" ASC tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı subroqasiya tələbi irəli sürülmüş, lakin müəyyən olunmuşdur ki, yolnəqliyyat hadisəsi baş verdikdən sonra cavabdeh eyni zamanda "xxxx" Sığorta Şirkəti ASC-yə müraciət edərək ** NE *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə cavabdeh 170,00 (bir yüz yetmiş) manat məbləğində sığorta ödənişi almışdır. Göründüyü kimi cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-dən 170,00 (bir yüz yetmiş) manat məbləğində sığorta ödənişi aldığına görə "xxxx" ASC 473,75 (dörd yüz yetmiş üç manat yetmiş beş qəpik) manat məbləği həcmində subroqasiya hüququndan məhrum edilmişdir. Belə olan halda cavabdehə qarşı bildiriş ünvanlanmış və cavabdehə ödənilmiş sığorta məbləği geri tələb olunmuşdur. Cavabdeh tələb olunan məbləği "xxxx" ASC-nin bank hesabına geri ödəməkdən yayınmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə məhkəmənin elektron ünvanına xx.xx.2023-cü il tarixli ərizə göndərərək iddianı müdafiə etdiyini, məsafənin uzaq olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, buna görə də işə onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Sığorta Şirkəti ASC-nə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Cavabdeh iddiaya etiraz, sorğu və sorğuya cavab təqdim etmiş, əlavə olaraq "xxxx" ASC-yə sorğu verilməsini xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, o "xxxx" ASC-yə müraciət edərək heç bir sığorta ödənişi almamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddia ərizəsinə əlavə edilmiş Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin surətindən məlum olur ki, ** NE *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsin xx.xx.2019-cu il tarixdə "xxxx" ASC tərəfindən sığortalanmışdır. xx.xx.2020-ci il tarixdə tərtib olunmuş İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən məlum olur ki, xx.xx.2020-ci il tarixdə saat 17:20 radələrində X3 Bakı şəhəri, Xətai rayonu, Y. Səfərov küçəsində idarə etdiyi Mercedes Benz S55 markalı avtonəqliyyat vasitəsi ilə ** NE *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. F.Rəsulov bu əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozduğundan həmin tarixdə barəsində inzibati protokol tərtib olumuşdur. Nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərər 573.75 manat həcmində qiymətləndirilmişdir. xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2019-cu il tarixli sığorta müqaviləsi üzrə sığortalanmış Toyota Corolla markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə aş vermiş avtonəqliyyat hadisəsində dəymiş zərər üzrə cəmi 473.75 manat məbləğində sığorta odənişi ödənilməsi nəzərdə tutulmuşdur. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.1-ci maddəsinə əsasən, əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Həmin Məcəllənin 931-ci maddəsinə əsasən, bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda,əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbarisığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər. Bundan başqa, “Avtonəqliyyat vasitələrinin tam sığortası Qaydaları”nın 13.5-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sığorta hadisəsi baş verdiyi zaman bu sığorta ilə əvəzi ödənilməli olan hüquqi məsuliyyətə görə Azərbaycan Respublikasının qanunları ilə tələb olunan icbari məsuliyyət sığortasının sığorta məbləğinin həddindən artıq olan məbləğə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşızərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər 916.1-ci maddəsinə əsasən, əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun; 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmçinin, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortalı sığorta ödənişini aldıqda göstərilən hüququn həyata keçirilməsi üçün onda olan bütün lazımi sənədləri sığortaçıya verməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Toyota Corolla markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomobil «Paşa Sığorta” ASC tərəfindən sığortalandığından, sığorta şirkəti tərəfindən qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində həmin avtombilə dəymiş ziyanla bağlı 473,75 (dörd yüz yetmiş üç manat yetmiş beş qəpik) manat sığorta ödənişi həyata keçirilmişdir. Sığorta ödənişini həyata keçirikdən sonra sığorta şirkətinin subroqasiya hüququ yarandığından, "xxxx" ASC hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə əsasən, Cavabdeh yol nəqliyyat hadisəsi törətdiyindən və bu hadisənin törədilməsində təqsirli bilindiyindən, bununla da əlaqədar nəqliyyat vasitələrinə dəymiş zərərə görə mülki məsuliyyət daşıdığından, "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişi ilə bağlı cavabdehə qarşı reqress-subroqasiya qaydasında iddiası əsaslıdır. Məhkəmə cavabdehin etirazında bildirdiyi arqumentlərini əsassız hesab edir. Belə ki, cavabdeh etirazında bildirmişdir ki, o vurulmuş zərərlə bağlı "xxxx" ASC-dən 170 manat sığorta ödənişi almamışdır. Halbuki etirazına əlavə etdiyi "xxxx" ASC tərəfindən verilmiş cavabdehin sorğusuna cavab olaraq qeyd edilən məbləğin cavabdehin ərizəsi əsasında ona ödənildiyi qeyd edilmişdir. Cavabdehin buna etirazı olduğu halda bu halı sığorta ödənişini alması bildirilən sığorta şirkətinə qarşı iddia qaldıraraq mübahisələndirə bilər. Hazırki tələb üzrə iddiaçı "xxxx" ASC-dir və subroqasiya qaydasında ödənis etdiyi məbləğin geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 473,75 (dörd yüz yetmiş üç manat yetmiş beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərəzi X1 xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0.40 (qırx) qəpik bank xidmət haqqı olmaqla ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manat pul Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. Cavabdeh 473,75 (dörd yüz yetmiş üç manat yetmiş beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərəzi X1 xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0.40 (qırx) qəpik bank xidmət haqqı olmaqla ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manat pul Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar