Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-926/2022 19.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 1/9 ünvanında yerləşən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 648.6 (altı yüz qırx səkkiz manat altmış qəpik) manat əsas, 97.2 (doxsan yeddi manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 745.8 (yeddi yüz qırx beş manat səksən qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx"MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 75 manat olmaqla, ümumilikdə 899.9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 81.3 manat ödəniş etmiş və qalıq qalmış 648.6 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylıəlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 972 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 972 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdehdən cərimə məbləğinin 10%-i, yəni 97.2 manat tələb edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nə olan borcu 648.6 (altı yüz qırx səkkiz manat altmış qəpik) manat əsas, 97.2 (doxsan yeddi manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 745.8 (yeddi yüz qırx beş manat səksən qəpik) manat təşkil etmişdir. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdehlər yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyırlar. İddiaçı təşkilat sonda iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinin şərtinə əsasən Cavabdeh “Samsung” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 75 manat olmaqla, ümumilikdə 899.9 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı Müqaviləsinə əsasən Cavabdeh həmin tarixə "xxxx" MMC-nə 648.6 (altı yüz qırx səkkiz manat altmış qəpik) manat əsas, 97.2 (doxsan yeddi manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 745.8 (yeddi yüz qırx beş manat səksən qəpik) manat borcu mövcuddur. Cavabdeh "xxxx" MMC tərəfindən xəbərdarlıq məktubu göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 648.6 (altı yüz qırx səkkiz manat altmış qəpik) manat əsas, 97.2 (doxsan yeddi manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 745.8 (yeddi yüz qırx beş manat səksən qəpik) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə X1 ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdim: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 648.6 (altı yüz qırx səkkiz manat altmış qəpik) manat əsas, 97.2 (doxsan yeddi manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 745.8 (yeddi yüz qırx beş manat səksən qəpik) manat məbləğində borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə X1 ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-926/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-926/2022
19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver