Məhkəmə qərarları › İş №e-2(078)-930/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-930/2022

18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-930/2022 18.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İddia ərizəsinin qaytarılması barədə) Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı iddiaçı “Azərmaş" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə gecikdirilmiş borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdim: İddiaçı "Naxçıvanbank” ASC cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 29 oktyabr 2020-ci il tarixli MAS-2984 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 mart 2022-ci il tarixə 559.39 manat gecikdirilmiş əsas, 196.45 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 401.82 manat dəbbə pulu, ümumilikdə 1157.66 manat borc və ödənilmiş 31.98 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. İddiaçı "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi iddia ərizəsini elektron imza ilə imzayalan şəxs İddiaçı MMC olaraq göstərilmişdir. Lakin həmin ərizənin əl imzası ilə imzalanmalı olan sənəddə "xxxx" MMC-nin direktoru Rüfət İsmayılovun adı qeyd olunmuş, lakin ərizə imzalanmamışdır. Halbuki ərizənin elektron nüsxəsi onun əl imzası ilə imzalamış şəxs tərəfindən icra edilən elektron variantıdır. Bir sözlə elektron imza ilə imzayalan şəxs onun ərizə formasında əl imzası ilə də imzalamalıdır. Bundan əlavə sənədin elektron forması hüquqi şəxsin özü tərəfindən deyil etibarnamə verilən şəxs tərəfindən imzalanmalıdır. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin məhkəməyə ünvanladığı iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də iddiaçı təşkilat "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə X1 və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 31.58 (otuz bir manat əlli səkkiz qəpik) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı “Azərmaş" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə gecikdirilmiş borcun ödənilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı təşkilat "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə X1 və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 31.58 (otuz bir manat əlli səkkiz qəpik) manat dövlət rüsumu geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qalxdıqdan sonra iddiaçı ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar