Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-95/2025 19.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı-cavabdehin vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1, Cavabdeh3, cavabdeh və Cavabdeh4 nümayəndəsi Cavabdeh5, cavabdeh-iddiaçı Cavabdeh2 və cavabdehiddiaçının vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı-cavabdeh İddiaçı Cavabdeh1 və cavabdeh-iddiaçı Cavabdeh2 qarşı mirasın qəbulu faktının və payın müəyyən edilməsi və cavabdeh-iddiaçı Cavabdeh2 iddiaçıcavabdeh İddiaçı qarşı mirasın qəbulu faktının və payların müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X28 miras qalmış Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi, 58 ünvanında yerləşən 0.126 ha torpaq sahəsi və üzərində olan 34.5 kv.m fərdi yaşayış evinin və X14 miras qalan Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi, 58 ünvanında yerləşən 0.0608 ha həyətyanı torpaq sahəsinin-miras əmlakların onun tərəfindən faktiki sahiblik və idarə etmək yolu ilə qəbul edilməsi faktı müəyyən edilməklə X28 miras qalmış Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi, 58 ünvanında yerləşən 1260.51 kv.m torpaq sahəsi və üzərində yerləşən 34.5 kv.m yaşayış evinin ¼ hissəsinə və X14 miras qalan Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi, 58 ünvanında yerləşən 0.0608 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə onun miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X54 xx.xx.1977-ci il tarixdə, anası X29 isə xx.xx.2008-ci il tarixdə ölmüşdür. ünvan 1 ünvanında yerləşən 0.0608 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə mərhum anası X20 adına daşınmaz əmlakın dövlət reyestrində 16/30 nömrəli reyestr kitabının 5732 nömrəli vərəqində qeydiyyata alınmış-miras qalmışdır. Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi, 58 ünvanında yerləşən 0.126 ha torpaq sahəsi və üzərində olan 34.5 m2 daşınmaz əmlak xüsusi mülkiyyət hüququ üzrə mərhum atası X34 adına daşınmaz əmlakın dövlət reyestrində 18/58 nömrəli reyestr kitabının 11354 nömrəli vərəqində qeydiyyata alınmış-miras qalmışdır. Ata və anası rəhmətə getdikdən sonra qeyd edilən ünvanda yaşamış, mirası faktiki olaraq qəbul etməyini şəksiz nümayiş etdirmişdir. Ata və anasından miras qalan qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evləri bir həyətdə mövcud olmuşdur. Həmçinin bildirir ki, mərhum atası X54 və mərhum anası X20 ondan başqa aşağıda adları qeyd olunan vərəsləri vardır: 1. X17 qızı (xx.xx.1947-ci il təvəllüdlü), 2. Qızları-Cavabdeh2 (xx.xx.1950-ci il təvəllüdlü), 3. X52 qızı xx.xx.2008-ci ildə vəfat edib (miras qoyan X40 münasibətdə vərəsə), 4. Əri-X54 xx.xx.1977ci il tarixdə vəfat edib, 5. X22 qızı xx.xx.2008-ci il tarixdə vəfat edib. Adları göstərilən vərəsələrdən xx.xx.2008-ci il tarixdə vəfat edən X56 ilə ataları (X54) bir, anaları ayrı şəxs olubdur. X56 1965-ci ildə ailə həyatı quraraq yaşadıqları ünvan 17 ünvanından köçərək ər evinə getmişdir. Adları qeyd edilən vərəsələrdən cavabdehlər X30 və Cavabdeh2 onun mərhum ata və anasından qalmış mirası qəbul etməyini dolayısı ilə mirasdan ona çatan payı almağını mübahisələndirir. Mərhum atası X28 miras qalmış Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi, 58 ünvanında yerləşən 0.126 ha torpaq sahəsi və üzərində olan 34.5 kv.m fərdi yaşayış evindən və mərhum anası X14 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0608 ha həyətyanı torpaq sahəsindən-miras əmlaklardan ona çatan paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisi 17 may 2024-cü il tarixli məktubu ilə müvafiq müraciətindən imtina etmişdir. Mərhum atası X34 və mərhum anası X20 digər vərəsələrinin qanunvericiliyə uyğun olaraq mirasdan pay almalarına etiraz etmir, bu hüquqlarını hər hansı əsasla mübahisələndirmir. Cavabdeh2 qarşılıqlı iddia tələbi ilə müraciət etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində mərhum anası X14 miras qalmış ünvan 3 ünvanında yerləşən 0.126 ha torpaq sahəsi üzərində olan 34.5 kv.m daşınmaz əmlakın, həyətyanı sahədə olan digər tikililərin və ünvan 4 ünvanında yerləşən 0.0608 ha torpaq sahəsinin onun tərəfindən qəbulu faktının və payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın qəbulu faktının və payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh2 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi icraata qəbul olunmaqla, mülki işə iddiaçı-cavabdeh İddiaçı Cavabdeh1 və cavabdehiddiaçı Cavabdeh2 qarşı mirasın qəbulu faktının və payın müəyyən edilməsi, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh2 iddiaçı-cavabdeh İddiaçı qarşı mirasın qəbulu faktının və payların müəyyən edilməsi tələbi çərçivəsində baxılması qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli qərardadı ilə, iddiaçıcavabdeh İddiaçı Cavabdeh1 və cavabdeh-iddiaçı Cavabdeh2 qarşı mirasın qəbulu faktının və payın müəyyən edilməsi, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh2 iddiaçı-cavabdeh İddiaçı qarşı mirasın qəbulu faktının və payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə cavabdeh-iddiaçı Cavabdeh2 tərəfindən verilmiş ərizə nəzərə alınmış, qarşılıqlı iddia tələbinə “X8 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.126 ha torpaq sahəsinin mərhum anası X29 tərəfindən qəbul edilməsi faktının, anası X20 vəfatından sonra onun tərəfindən qəbul edilməsi faktının və payların müəyyən edilməsi və mərhum anası X14 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.126 ha torpaq sahəsi üzərində olan 34.5 kv.m daşınmaz əmlakın, həyətyanı sahədə olan digər tikililərin və ünvan 1 ünvanında yerləşən 0.0608 ha torpaq sahəsinin onun tərəfindən qəbulu faktının və payların müəyyən edilməsi” tələbi çərçivəsində baxılması qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 24 fevral 2025-ci il tarixli qərardadı ilə, iddiaçıcavabdeh İddiaçı Cavabdeh1 və cavabdeh-iddiaçı Cavabdeh2 qarşı mirasın qəbulu faktının və payın müəyyən edilməsi, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh2 iddiaçı-cavabdeh İddiaçı qarşı mirasın qəbulu faktının və payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş ərizə nəzərə alınmış, ilkin iddia tələbinə “iddiaçı-cavabdeh İddiaçı Cavabdeh1 və cavabdeh-iddiaçı Cavabdeh2 qarşı atası X28 miras qalan ünvan 17 ünvanında yerləşən torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinin və anası X15 miras qalmış ünvan 17 ünvanında yerləşən torpaq sahəsinin onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktı tanınmaqla həmin əmlaklarda ½ hissədə pay hüququnun müəyyən edilməsi” tələbi çərçivəsində baxılması qərara alınmışdır. İddiaçı-cavabdeh İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Eləcə də videogörüntü vasitəsilə qoşularaq məhkəmə iclasında fikrini bildirmişdir. Məhkəmə iclası iddiaçı-cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iclası zamanı iddiaçı-cavabdehin vəkili və nümayəndəsi Vəkil1 izahatında bildirmişdir ki, iddiaçı Bəsti xanımın atası və anası vəfat etmişdir. ünvan 17 ünvanında yerləşən torpaq sahəsi və üzərində olan 2 otaqlı fərdi yaşayış evi atasından, torpaq sahəsi isə anasından miras qalmışdır. Bəsti xanım həmin mənzildə atası və anası rəhmətə gedəndən sonra yaşamışdır. Həmçinin uşaqlıq illərində də həmin mənzildə yaşamışdır. Bunu təsdiq edən mənzil istismar idarəsindən əldə edilmiş arayışını məhkəməyə təqdim etmişdir. Bəsti xanım 2020-2021-ci illərdə qeydiyyatdan çıxaraq başqa mənzilə köçmüşdür. Bəsti xanım digər vərəsələrə payların verilməsinə etiraz etmir. Bəsti xanımın atası 1977-ci ildə vəfat etmişdir. Özü 1997-ci ildə ailə quraraq Türkiyə Respublikası İzmir şəhərinə getmişdir. Şahid ifadələrinə etiraz etmir. Şahidlər mənzilin tikintisi ilə əlaqədar ifadələr verirlər. Reyestrdə mirasın rəsmi kütləsi var, başqa cür yanaşma doğru deyil. Rasim təmir-tikinti işləri həyata keçirsə belə miras kütləsi reyestrdə konkret göstərilmişdir. Bu gün Bəsti xanım hər iki miras əmlak üzrə 1/2 pay tələb edir. Özü də Bəsti xanımın video-konfrans formasında danışmaq imkanının olub-olmaması ilə maraqlanacaq. Çünki iddiaçı xəstədir və Türkiyə Respublikası İstanbul şəhərində müalicə alır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunmasını xahiş etmişdir. 24 fevral 2025-ci ildə “whatsapp” proqramı vasitəsilə İddiaçı ilə video əlaqə yaradılmış və izahatında bildirmişdir ki, hazırda onkoloji xəstədir, müalicə alır, bir neçə günə əməliyyat olunacaq. O Sabir küçəsi 58 ünvanındə yaşamışdır. 1995-ci ildə ailə qurmuşdur. Əvvəl Nehrəmdə müəllim işləmişdir. Sonra Qarabağlar kəndində, sonra isə Naxçıvan şəhərində müəllim işləmişdir. 2021-ci ilə qədər miras evdə qeydiyyatda olmuşdur. Atası Cəfər kişinin sağlığında evdə Rasim, Sara, özü, anası və atası yaşamışdır. Atası Cəfər kişi vəfat edəndən sonra özü, Rasim, Sara və anası orada yaşamışdır. Sabirə atası vəfat edəndən sonra ata evində yaşamamışdır, bu barədə yalan danışır. O uşaqları gətirib o evə qoyurdu, işə gedirdi. Ona görə o bir il universitetə gedə bilmədi, Sabirənin uşaqlarına baxdığına görə. Qarabağlar kəndində müəllim kimi işləmişdir. 1977-ci ildə atası rəhmətə getdi. Həmin vaxt kənddə dərs deyirdi, orada qalırdı. Şənbə və bazar günləri evə gəlirdi, həmin vaxt subay idi. Onun yoldaşı 1997-ci ilin aprel ayı vəfat edibdir. Vəfat edəndən sonra 2000-ci ildə övladı ilə birlikdə Naxçıvana gəldi, gedib ev aldı. Naxçıvanda aldığı evin birini kirayə verdi, birində də özü yaşadı. Sara və Rasim işə getdiyinə görə anasına baxırdı. Ana vəfat edəndən sonra evdə qaldı, ona heç bir şey vermədilər. Hamısını öz aralarında dağıtdıqlar. 5 ildən sonra Sara bacısı ona xalça gətirdi, o da qəbul etmədi, istəmədi. Sabirə və Sara öz arasında bütan əşyaları paylaşdılar. Anasının xatirələrini ona vermədillər. Rasim əsgərlikdən gələndən sonra “sən bura alışmısan ona burada yaşamasını” dedilər, notariusa getdilər. Anasının ona barmaq izi saldırdıqlarını dedi. Anası ona Rasimlə onun adına anasına aid olan həyəti verdiyini dedi. Anasına Saranı dedikdə Saraya vermədiyini dedi. 1976-1978-ci illərdə evdə yaşayıbdır. O evdən heç bir şey almayıb. 21 yanvar 2025-ci il tarixli məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi X16 izahatında bildirmişdir ki, İddiaçı övladıdır. İddiaçı ailə qurub İzmirə gedib. Atası İğdır əsilli türk olub. Ata və anası burada tanış olublar. Anası 1997-ci ildə ailə qurub. Həmin vaxtlar burada müəllimlik edirdi. Daha sonra o dünyaya gəlib. İlk vaxtlar evləri olmayıb, nənəsinin yanında qalıblar. Atasından qalan mirasla özlərinə burada ev aldılar. 2000-ci illərdə bura gəldilər. O 5-ci sinifdə oxuyanda bura gəliblər. 1997-ci ildə atası vəfat edib. İndi İstanbulda qalırlar. Bunların etdikləri hərəkətinə görə anasının saçları tökülüb, onkoloji xəstə olub. İzmirdə evləri yoxdur. Buradakı evi nənəsinin yanından çıxdıqları zaman alıblar. Evin birini 2-3 il olarki satıblar, digər evi saxlayıblar. İki evi də yaxın zamanlarda alıblar. Nənənin vəfatından sonra anasının orada qalmasını təsdiqləyə bilməyəcək. Anası nənəsi xəstə olan zaman onun yanında qalıbdır. Nənəsinə gəlin yemək vermirdi, nənəsi acından, susuzdan yalvarırdı. Bu tələbi anasının qaldırmasına ona kömək edib. Babasının adına 1300 kvm, nənəsinin adına 600 kvm yaxın torpaq var. Anasına təsir edib imza atdırıblar. Nənəsi vəfat edərkən anası o evdə qalırdı. Anası orada həftələrlə qalıb, 2021-ci ilə qədər həmmin evin qeydiyyatında olub. Rasim heç bir icazə olmadan ev tikib, həyətdə anasının və Rasimin tikdikləri yerlər var. Evin indi qapıları fərqlidir. Nənəsi Rasimə və Sara xalasına necə sənəd verib bilir. Onun nənəsinin çox yaşlı idi, imza ata bilmirdi. Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir. Cavabdeh4 məhkəməyə teleqram göndərərək, onun adına düşən payı istədiyini bildirmişdir. Məhkəmə iclası zamanı Cavabdeh1 izahatında bildirmişdir ki, bacıların ən böyüyü odur. Sara bacısı ailə qurmayıb. Orada onun əməyi var. Qarşı tərəf tamamilə yalan danışır. Atası rəhmətə gedəndən sonra Rasim, Bəsti, anası və o həmin evdə yaşayıb. Anası rəhmətə gedənə qədər ona Rasim və Sara qulluq etdib. Bəsti evə qonaq gəlib gedirdi. Bəsti öz pulu ilə 2 ev aldı. Anasının qəbrini Rasim götürdü. Evi atası palçıqdan tikmişdir. Atası öləndən sonra özü də orada qalırdı. Rasimi aparanda orada qalmırdı, ağlayırdı, ona görə orada qalırdı. Rasimə görə qayınanası ilə münaqişələri olmuşdu, Rasimin üstündə evdən çıxmışdı. Rasim ora alışmışdı, yoldaşı da onunla birlikdə evdən çıxdılar. Sonra kirayə getdilər. 1 ilə yaxın ata evində qalmışdır. Bəsti Qarabağlarda qalırdı, 15 gündən bir gedibgəlirdi. Rasimin 59 yaşı var, 59 ildə orada yaşayıb. Anası məsləhət bilsəydi ona da paydan verərdi, anası payını Rasimə verib. Anasının yas mərasimini Rasim çəkib. Bəsti heç bir əziyyət çəkməyib. Atası kolxoz pensiyası alırdı. Bəs bu çəkilən xərclər hara gedir. Bəsti anasının və atasının sağlığında istəyəydi payını. Ona görə Bəstinin iddiasının rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh3 izahatında bildirmişdir ki, 2004-cü ildə Babək Rayon Məhkəməsinin qərarı vardır. Oradakı izahatlardan görünür ki, Bəsti həmin vaxt Türkiyədə yaşayıb. İndi deyir 2000-ci ildə Naxçıvana gəlib, bu düzgün deyil. 2006-cı ildə Bəstinin yaşadıqları evinin işıq pulunu ödəməsinə dair əlində qəbzi var. 2000-ci ildə Bəsti gəlməyib, o, 2005-ci ildə geri qayıdıb. Həsənlə-Sura xalasının oğlu ilə birlikdə onun evini köçürməsinə kömək edib. Hər həftə ona maddi yardım göstərib. Onun Türkiyəyə getməsinin əleyhinə olub. X77 göndərdi. Daim anasına yoldaşı baxırdı, Şükeyna onun nənəsi olub, ancaq ana deyibdir. Anasının paltarlarını da onun yoldaşı yuyub. Ona görə vəsiyyətnamədə anası onun adını yazıb. 1967-ci ildən o nənə və babasının yanında yaşayır, onların himayəsinə verilib, lakin bu himayə rəsmiləşməyib. Bəsti 1994-2005-ci illərdə Türkiyədə yaşayıb. Gəldikdən sonra ev alıb. Əşyalarını ora köçürüb. Bəsti o evə qonaq gəlib-gedib. Bəstinin özünəməxsus evi olub. Onun anası Sabirənin sakitliyindən istifadə edərək Sabirənin mirasdan məhrum etmək istəyir, bu doğru deyil. Onların ailəsində onun üstündə münaqişə olub. Bir il babasının vəfatından sonra anası Sabirə həmin evdə qalıb. Azərbaycan SSR vaxtında ər və arvadın ayrı torpaqlarının olmasına icazə verilmirdi. Daşınmaz əmlakdan sənədləri alıblar. Cəfərə aid torpaq sənədi 1962-ci illərə aid olub. 1930-1940-cı illərə aid sənəd olmayıb. 1945-ci ilə aid nikah sənədi olub. Nənəsinin torpaq sənədi 1980-ci illərə aid olub. Həmin vaxt nənəsinin adına texniki pasport olub, torpaqda bir otaq, bir kolidor və yardımçı tikililər olubdur. Möhrədən tikili idi və uçuq sökük idi. Ona görə 2019-2020-ci illərdə həm babadan qalan evdə əsaslı təmir işləri aparmış, həm də nənənin adına olan həmin isifadəyə yararsız tikililəri xalası Saranın da razılığı ilə sökmüşdür və daşınmaz əmlak yenidən sadəcə torpağa çıxarış vermişdir. Onlar da texniki pasortu daşınmaz əmlak komitəsinə təhvil vermişdir. Məhkəmədən Bəstinin iddiasının rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı cavabdeh və Cavabdeh4 nümayəndəsi Cavabdeh5 izahatında bildirmişdir ki, hər kəsə qulaq assa da onun anasının adı çəkilmir. Heç biri 1-ci və 2-ci nikadan neçə uşaq olduqlarını demir. O həm də bacısı Sevincin nümayəndəsidir. Anası Sura çox əziyyət çəkib. Onun tək istədiyi anasının haqqının itməməsidir. O torpağı da istəmir. Onun anası 2 il kolxozda işləyib. Anası 17 yaşında- 1955-ci ildə ərə gedib. Anası öz evində yaşayıb, o evə gedib-gəlib. O da uşaq vaxtından həmin evə gedib-gəlib. Babası vəfat edəndən sonra Bəsti, Rasim, Sara orada yaşayıb. Sabirənin ora gəlib-getdiyini xatırlayır, lakin qaldığını xatırlamır. Babası vəfat edən zaman Sabirə o evdə övladları ilə yaşamayıb, o evə qonaq kimi gəlib-gedibdir. Sabirənin kirayə yaşaması barədə məlumatı vardır, bildiyinə görə ailə mübahisələri olurdu, Elşad əmi yəni Sabirənin əri Rasimin nənəbabasına verilməsinə narazı idi. Sabirənin qayınanasını da xatırlamır. İddialara qarşı heç bir münasibəti yoxdur və yalnız anasının haqqını tələb edir. Məhkəmə iclası zamanı cavabdeh-iddiaçı Cavabdeh2 izahatında bildirmişdir ki, 1977-ci ildə atası rəhmətə getmişdir. Sonra anası rəhəmətə getdi. Mirası Rasim və o qəbul edib. Həmin evi söküb yenidən ev tikiblər. Rasim fəhləlik edə-edə həmin evi tikib. Bəsti ailə qurub Türkiyəyə gedib, uşaq doğulanda gedib baş çəkiblər. Uşağın 3 yaşı olanda yenə Rasim onlara baş çəkmək üçün gedib. 9 ay Rasim İzmirə gedib orada işləyib onlara baxlb, onlara hər cür maddi yardım göstəriblər. Bəsti Naxçıvana qayıdıb 2 ev alıb. Qarşı tərəfin dediklərinin hamısı yalandır. Bəstinin övladı 7 nömrəli məktəbdə oxuyurdu, hazırlıq pulunun da onlar verirdi. Sevda ilə qarşı tərəf birləşərək bacısı bu hərəkəti edir. Halbuki o bacısı üçün canından keçərdi. Atası və anası 1945-ci ildə ailə qurub, ilk Sabirə doğulub, 1950-ci ildə o, 1952-ci ildə Bəsti doğulub. Torpaq sahələri ayrı olub, o vaxtlar artıq ev tikməyə qoymurdular. Həmin vaxt anasının adına ayrı texniki pasport olub, torpaqda bir otaq, bir kolidor və yardımçı tikililər olubdur. Möhrədən tikili idi və uçuq sökük idi. Ananın vəfatından çox sonra təxminən 3-4 il əvvəl Rasim evdə həyətdə, evdə əsaslı təmir tikinti işləri apardı. Anasının adına olan həmin isifadəyə yararsız tikililəri sökdülər və daşınmaz əmlakın nümayəndələri gəlib ölçü apardılar, yenidən sadəcə torpağa çıxarış verilmişdir. Qəpik-qəpik yığaraq həmin evi tikiblər. Anadan olandan həmin evdə yaşayır. Bəsti 1994-cü ildə ailə quraraq gedib. Ərə gedəndən sonra o, Rasim, Rasimin yoldaşı, anası və uşaqları həmin evdə qalırdı. Bəsti 2000-ci illərdə qayıtdı. Anası rəhmətə gedəndə Bəsti Naxçıvanda öz evində qalırdı. Burada 2 evi var idi. Bu evə qonaq kimi gəlib gedirdi. Anası vəfat edəndən sonra bacılardan heç kim orada yaşamayıb. Anası bacısı Bəstiyə heç bir ərazi verməyib. Bacısını heç kimin qovmayıb. Anası rəhmətə gedəndə bacısı Bəsti orada yaşamayıb. Anasının heç nəyi olmayıb, hələ Sabirə ona kömək edirdi. Anasına Bəsti heç vaxt baxmayıb. Anası da Bəstinin baxmağına razı deyildi. Rasim, o, Rasimin yoldaşı anasına baxıb. Rasim 9 ay gedib Bəstinin yanında işləyib, onlara baxıb. Bəsti gələndən onların başlarına oyun açıb. Yas vaxtında 2-ci gün küsüb gedib. Rasim evi təmir etdirib, Rasimə Bəstinin söz deməyə haqqı yoxdur. Rasim Bəstiyə hər zaman dəstək olub. Bəsti şikayətə getməmişdən qabaq ona desəydi, belə olmazdı. Rasim 8 aylığından oların yanında qalıb. Rasim burdan anasının pensiyanı alıb Bəstiyə göndərib onu ötüşdürüblər. Bəzi vaxtlar evə gedən zaman küsdüyünə qapını belə açmayıb. Anadan heç bir əşya olmayıb ki, onu Sabirə ilə arlarında bölsünlər və Bəstiyə də versinlər. Bəsti düzgün danışmır. Məhkəmədən Bəstinin tələbinin rədd olunmasını, qarşılıqlı iddanın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı cavabdeh-iddiaçının vəkili və nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, ərizəsində göstərildiyi kimi, cavabdehlərin anası 2008-ci ildə vəfat edəndən sonra Sara xanım mirası həm faktiki, həm də vəsiyyətnamə əsasında qəbul etmişdir. Vəsiyyətnamədə Rasimin də adı vardır, Sara xanım buna etiraz etmir. Məhkəməyə mötəbər sübutlar təqdim edilmişdir. Qarşılıqlı iddia və dəqiqləşdirmə bağlı ərizə verilmişdir. Miras qoyulan dövrdə 1 sentyabr 2000-ci ildən qüvvədə olan Mülki Məcəllə qüvvədə olub. Sara xanım tərəfindən miras əmlak faktiki qəbul olunmuşdur. Sara və Rasim mirasın idarə olunmasına ana vəfat etdikdən sonra davam etmişlər. 26 dekabr 2023-cü il tarixli Konstitusiya Məhkəməsinin qərarı bu işə tətbiq edilə bilməz. Miras bundan qabaqkı dövrə aiddir. Mübahisədən və sübutlardan aydın olur ki, iddiaçı mirası faktiki olaraq qəbul etməmişdir, eləcədə, həmin evi idarə etməmiş və faktiki olaraq yaşamamışdır. Özü telefon vasitəsilə qeyd etmişdir ki, bacısı Sabirə də orda yaşamış, özü Qarabağlarda dərs demiş və orada yaşamışdır. Həmçinin şahid ifadələrindən də aydın olur ki, İddiaçı Türkiyə Respublikasına getmiş, orada yaşamış, ananın ölümündən sonra orada yaşamamış, öz əmlakında yaşamışdır. Məhkəmədən iddianın rədd olunmasını və qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı mütəxəssis qismində izahat verən Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X35 izahatında Şükeyna Həsənovanın adına texniki pasport olmuş, təmin texniki pasportda tikililər olmuşdur, Son vaxtlar torpaq sahəsində olan tikili söküldüyü zaman texniki pasaportun məhv edilmiş, sadəcə torpaq sahəsinə plan və ölçü, eləcə də çıxarış verildiyini bildirmişdir. 06 yanvar 2025-ci il tarixli məhkəmə iclası zamanı Cavabdeh6 izahatında bildirmişdir ki, Cavabdeh3 və xalası Sara həmin evdə yaşayır. Onun anası Sura 2008-ci ildə öz evində vəfat etmişdir. Həmin evlə bağlı heç bir tələb və iddiası yoxdur. Nənəsi və babasının sağlığında da, vəfatından sonra da həmin evdə Sara xalası və Rasim yaşayıb. Nənəsinə Rasim baxıb. Qanuni qərar qəbul edilməsini xahiş edir. 07 fevral 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X23 ifadəsində bildirmişdir ki, Cavabdeh3 yoldaşıdır. 2000-ci il 29 oktyabr ayında Rasimlə ailə həyatı qurub, həmin evə gəlin gəlib. Nənəyə hamısı “ana” deyərək müraciət edib. Rasimin nənəsi onlarla qalıb və onun bütün qayğısını onlar çəkiblər. Baldızları və Rasiminin bioloji anası Sabirə xanım da kömək edib. Sara xalaya da vəzifə təyin olunan zaman nənə xəstə olduğuna görə getmək istəmirdi. Ancaq o anaya baxacağını deyib və ona görə Sara xanım məktəbdə müdir müavini işləyib. Sara xanım anasının həyatına görə öz həyatını qurban verib. Rasimi də anası yəni nənəsi 6 aylıqdan götürüb saxlayıb. 1 gündə neçə dəfə Rasimin onun oğlu olduğunu, hər şeyi onun adına saldırdığını deyib, vəsiyyətnamə verərək Sara və Rasimin adına həyəti verib. İkinci dəfə hər şeyi Rasimin adına saldırdı. 2-3 ildir ki, evlə bağlı bu problem çıxıb. Bəsti xalanın bu mirasa ehtiyacı yoxdur. Keçən iclasda ona böhtan atılıb. Bəsti Rasimi polisə verdi, bütün el onu qınadı. Yadla mübarizə aparmaq asandır, qohumla çətin. Bəsti xala həmin evə qonaq kimi gəlib, qonaq kimi gedib. 2004-2005-ci illərdə Bəsti xala Türkiyədən qayıtdı. 20 gün müddətində onlarda qaldı. Rasimlə Sara xala Bəstiyə ev aldılar, köçüb getdi. O dəfələrlə Rasimə başqa yerdə ev tikməsini deyib, ancaq Rasim Sara xalanı qoyub gedə bilməyəcəyini bildirmişdir. Həyətdə olan uçulmuş, yarımçıq tikililəri söküb, həyətdə abadlıq işləri aparılıblar. Köhnə evi tam təmir ediblər. 07 fevral 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X11 ifadəsində 53 ildir ki, Rasim və Sara ilə qonşu olduqlarını, 87 yaşında analarının rəhmətə getdiyini, orada başqa adam görmədiyini, qızınında ora gəlib-getdiyini, evləri də uçuq-sökük olduğunu, Rasimin özü təkcə oranı düzəltdiyini, orada Sara, Rasim və analarının olduğunu, Bəstinin ərə gedəndən sonra orada yaşamadığını, qayıdandan sonrada binada qaldığını, dəfn mərasiminin də Rasimin həyata keçirdiyini bildirmişdir. 07 fevral 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X42 ifadəsində qonşu olduğunu, bu il 60 yaşı tamam olacağını, ailə qurduğunu, yoldaşı rəhmətə gedəndən oraya qayıtdığını, 60 il o evdə yaşadığını, Rasimi məhəllədən tanıdığını, qızların gəlib-getdiyini, ailə qurub qonaq kimi gəlib-getdiklərini, həmçinin evdə onların anasının qaldığını, Bəstinin həmin evdə doğulduğunu, ailə qurandan sonra gəlib-getdiyini, Rasimin ailəsi və Saranın həmin evdə yaşadığını bildirmişdir. 07 fevral 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X48 ifadəsində usta olduğunu, o evdə işlədiyini, dəqiq tarix deyə bilməyəcəyini, işlədiyi vaxt təxminən Rasimin uşaqlarının 3 yaşı olduğunu, həmin evdə yaxşılaşdırma apardıqlarını, evdə Rasimin ailəsi və Saranın olduğunu, köhnə ev çiy kərpicdən olduğunu, köhnə evində yaxşılaşdırmasının Rasimin etdiyini, sonra həmin evi sökdüklərini, Sara bacını, Rasimin yoldaşını və anasını gördüyünü, 3-4 ay ilk dəfə , 6-7 ay ikinci dəfə işlədiyini, Bəsti xanımı görmədiyini, qoca qadını gördüyünü bildirmişdir. 07 fevral 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində Rasimlə əvvəl dostluqları olduğunu, sonra qohum olduqlarını, onun 20 ilə yaxındır ki, tanıdığını, evin köhnə ev olduğunu, onunda evin sökülməsində iştirak etdiyini, o evdə Rasim və Saranın yaşadığını, ev üçün çox əziyət çəkdiklərini, 20 ildir ki, get-gəllərinin olduqlarını, anasını tanıdığını, Rasim ailəsi və Saranın həmin evdə yaşadığını, Rasimin o evdə böyüdüyünü, Bəstini tanıdığını, mütəmadi olaraq Bəstini görmədiyini bildirmişdir. 07 fevral 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X49 ifadəsində qonşuları olduğunu, həmin məhləyə 2007-ci ildən gəlin gəldiyini, o evin yaşayacaq ev olmadığını, onlar adətən onların küçəsinə tərəf keçərkən gördüyünü, təkcə Rasim qardaşı və yoldaşını gördüyünü, onun ancaq gördükləri Sara, Rasim, Rasimin yoldaşı olduğunu, köhnə ev olduğunu, köhnə evdə yaşanılacaq vəziyyətdə olmadığını, o vaxtlar onların həyətlərində su götürməyə gedəndə Rasim qardaşı gördüyünü, yas mərasimini də Sara və Rasimin keçirdiyini bildirmişdir. 07 fevral 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X36 ifadəsində Rasimin onun qardaşı olduğunu, Saranın xalası olduğunu, uşaqlığından sual verəndə anasının Rasimin xalasının yanında qaldığını, Rasimin hər zaman o evdə qaldığını, gedib-gəldiklərini, gəlin gələndən sonrada həftədə 1 dəfə gedib gəldiklərini, Rasimin anasını qucağında gəzdirdiyini, sərt qışda anasını qucağa alıb-apardığını, işdən gələn kimi anasının yanına getdiyini, Rasimin o evdə həm qardaş, həm də dayı olduğunu, bazar günləri ora gedən zaman gəlinin anasının dişlərini yuduğunu gördüyünü, onların haqqı olduğunu, onlar 1-2 saat orada qaldıqlarını, əziyəti onların çəkdiyini, Rasimin hər kəsə yaxşı olduğunu, Bəsti xalası ərə gedənə kimi o evdə qaldığını, ərə gedəndən sonra tez-tez əlaqə yaratdığını, yoldaşı rəhmətə gedəndə onun atasının Bəstinin ərinin yasına getdiyini, Bəstinin yanına o biri qardaşınında getdiyini, Rasimində onlara pul göndərdiklərini, 2000-ci illərdə ona ev axtardıqlarını, ordan gətiridiyi pul ilə ona ev alındığını, öz evində yaşadığını, bu evə isə qonaq kimi gəlib getdiyini bildirmişdir. 07 fevral 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X71 ifadəsində həm kirvə, həm də qonşu olduqlarını, həmin məhlədə doğulub böyüdüyünü, həmin evə, həyətə kürvəsinin can qoyduğunu, təmir gedən zaman Rasimin ailəsi və Sara xalanın orada yaşadığını, Bəsti xalanın ailə qurandan qabaq orada yaşadığını, sonra getdiyini, arada qonaq kimi gəlib-getdiyini, bina evində yaşadığını bildirmişdir. 24 fevral 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X31 ifadəsində Cəfər kişini gördüyünü, ana və atalarının onlara yeyəsiz-sahibsiz olub, bura gəlib düşdüklərini dediyini, onların kasıb olduqlarını, bir qatığı belə böldüklərini, xeyirxah olduqlarını, o zaman 9-cu sinifdə oxuduğunu, yas mərasimini xatırladığını, həmin məhlədə yaşadıqlarını, həmin vaxtı Sara, Bəsti və Rasimin orada yaşadığını, Cəfər kiçi vəfat edəndən sonra Rasimin onların uşağı olmadıqlarını bildiklərini, Rasimin uşaq vaxtı çox ağladığını, Sabirəgilin kirayə qaldığını, yas ərəfəsində uşaqlarının götürüb onlarda qaldığını, Bəsti müəllimə də Qarabağlarda müəllimə işlədiyini, yəqin ki, gəlib-getdiyini, yoldaşınında gəldiyini, qayınanasının xəstə olduğunu, Sabirənin qalmasını xatırladığını, 1986-cı ildə ailə quraraq Şərura getdiyini, Bəstinin ailə qurması barədə dəqiq məlumatı olmadığını, yasda gəlib-gəlməməsini xatırlamadığını, Bəstinin Qarabağlarda gedibgəldiyini, Rasim və yoldaşının, Saranın həmin evdə yaşadığını bildirmişdir. 24 fevral 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X37 ifadəsində indi Bakıda yaşadığını, Sabirə xanımla iş yoldaşı olduqlarını, uşaqları ilə Rasimin kürvə olduqlarını, 1977-ci il xatırladığını, Cəfər kişini tanıdığını, Cəfər kişinin vəfatından qabaq Sabirə xanım onla işləmirdi, Sabirə o zaman dərzi işləyirdi, onun ana evi ilə Sabirənin yaxın qaldığını, gedib ona paltar tikdirdiyini, atasının rəhmətə getdiyini, qayınanası ilə problem olduğuna görə atasıgildə qaldığını, atası rəhmətə gedəndə orda Sabirəni gördüyünü, Sabirənin onda Ekologiya və Təbii Sərvətlər Nazirliyində işlədiyini, Sabirə ilə 10 il bir yerdə işlədiyini, 1983-cü ildə qonşuluğuna gəldiyini, onun atası ilə kürvə olduğunu, sonra da özü uşaqlarını kürvə olaraq Rasimə qoyduğunu, Bəsti xanımın ərə gedənə qədər orda qaldığını, ərə getməmişdən əvvəl Bəstinin Qarabağlarda dərs dediyini, ona görə orada yaşadığını, evə qayıdandan sonra özünə ev aldığını, həmin evdə yaşadığını, evdə Rübabə, Sara, Sabirə və Rasimin yaşadığını, Bəstinin 1975-1978-ci ilədək Qarabağlarda işlədiyini və orda yaşadığını, atası rəhəmətə gedəndən sonra evə gəlib yaşadığını, ərə gedənə qədər Bəstinin orada yaşadığını, mütəmadi olaraq o evdə Sara və Rasimin ailəsi qaldığını, dərs deyən zaman Bəstinin gələndə həmin evdə qaldığını, Türkiyəyə ərə getdiyini, müəyyən müddət orada yaşadığını bildirmişdir. 24 fevral 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X25 ifadəsində 4 fevral 2025-ci ildə təqaüdə çıxdığını, qohumluğunun olduğunu, anasın qohumları olduğunu, anasının dayı nəvəsi olduğunu, Bəstinin 2 il onlara yaşadığını, bacısı ilə bir otaqda qaldığınnı, 2 il Bəstinin dərs dediyini, 1976-1977-ci illərdə təxminən yaşadığını, o vaxtlar müəllim işləmək təyinatla olduğunu, tətil vaxtı evə getdiyini, tətil qurtaranda kəndə qayıtdığını, Cəfər kişinin vəfatında olmasını xatırlamadığını, onlarda cəmi 2 il qaldığını, may ayının axırında evə getdiyini, tətil bitdikdən sonra qayıtdığını, Sabirəyə Səfiyə dediklərini, evdə Rasim, Sara, Sabirə və analarının qaldığını, daha sonrasını bilmədiyini, Bəsti xanım may ayının axırı bitəndə qayıtdığını bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, onları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia tələbi qismən təmin olunmalı, qarşılıqlı iddia tələbi tam təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş: Naxçıvan şəhər Nikah Evi tərəfindən 09 yanvar 2025-ci il tarixdə verilmiş çıxarışdan aydın olur ki, X50 ilə X55 22 dekabr 1955-ci il tarixdə nikah bağlamış, bu barədə nikah kitabının 227-ci səhifəsində qeyd aparılmışdır. Naxçıvan şəhər Nikah Evi tərəfindən 20 avqust 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 673703 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən və 09 yanvar 2025-ci il tarixli çıxarışdan aydın olur ki, X54 22 aprel 1977-ci il tarixdə vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabında 111 nömrə ilə qeydiyyat aparılmışdır. Naxçıvan şəhər Nikah Evi tərəfindən 10 avqust 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 673702 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X29 03 iyun 2008-ci il tarixdə vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabında 242 nömrə ilə qeydiyyat aparılmışdır. Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən 15 aprel 2002-ci il tarixdə verilmiş AZ seriyalı 138257 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X50 12 mart 2002-ci il tarixdə vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabında 149 nömrə ilə qeydiyyat aparılmışdır. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 17 iyul 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 434556 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X43 03 iyul 2013-cü il tarixdə vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabında 204 nömrə ilə qeydiyyat aparılmışdır. Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 04/60 nömrəli, 24 iyun 2024-cü il tarixli məktubuna əsasən, X34 adına xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında 1260.51 m2 torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 34.5 m2 olan 2 otaqlı fərdi yaşayış evi, X20 adına xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında 0.0608 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən aydın olur ki, ünvan 6 ünvanında olan 0.0608 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X20 adına daşınmaz əmlakın dövlət reyestrində 16/30 nömrəli reyestr kitabının 5732 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********66, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2024). Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 29 may 2024-cü il tarixli, 970 nömrəli arayışdan aydın olur ki, X20 vərəsələri bunlardır:
1. X54 əri vəfat edib;
2. Cavabdeh2 qızı;
3. İddiaçı qızı;
4. Cavabdeh1 qızı. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 29 may 2024-cü il tarixli, 979 nömrəli arayışdan aydın olur ki, X34 vərəsələri bunlardır:
1. X29 arvadı vəfat edib;
2. X55 qızı vəfat edib;
3. Cavabdeh2 qızı;
4. İddiaçı qızı;
5. Cavabdeh1 qızı. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 27 may 2024-cü il tarixli, 329 nömrəli arayışa əsasən, İddiaçı mərhum atası X34 ölümündən sonra miras qalmış Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi 58 ünvanında yerləşən fərdi yaşayış evində, mərhum anası X20 ölümündən sonra miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, lakin xx.xx.2021-ci ildən başqa ünvanda qeydiyyatdadır və yaşayır. Miras əmlaka sahiblik və idarə edilmişdir. Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 17 may 2024-cü il tarixli məktubuna əsasən, İddiaçı vərəsəlik şəhadətnaməsi verilməsindən imtina olunmuşdur. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 22 iyul 2008-ci il tarixdə verilımiş AZ-İ seriyalı 332099 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X55 11 iyul 2008-ci il tarixdə vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabında 218 nömrə ilə qeydiyyat aparılmışdır. 15 oktyabr 2018-ci il tarixli notarial təsdiqli ərizənin surətinə əsasən, İddiaçı mərhum atası X34 və mərhum anası X20 ölümündən sonra miras qalmış əmlakdan imtina etmişdir. 30 may 2001-ci il tarixli vəsiyyətnamənin təsdiqlənmiş surətinə əsasən, X6 şəhəri, M.Ə.Sabir küçəsi 58 ünvanında yerləşən fərdi yaşayış evini həyətyanı sahədə tikilən digər tikililərlə birlikdə nəvəsi Cavabdeh3 və qızı Cavabdeh2 vəsiyyət etmişdir. 27 sentyabr 2024-cü il tarixli notarial təsdiqli ərizənin surətinə əsasən, Cavabdeh7 Hüseyn oğlu X34 ölümündən sonra miras qalmış əmlakdan imtina etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin Cavabdeh2 adına verilməsinə etirazının olmadığını bildirmişdir. 07 dekabr 2024-cü il tarixli notarial təsdiqli ərizənin surətinə əsasən, Cavabdeh6 X34 ölümündən sonra miras qalmış əmlakdan imtina etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin Cavabdeh2 adına verilməsinə etirazının olmadığını bildirmişdir. Naxçıvan MR Dövlət Arxivinin 13/544 nömrəli, 08 may 2018-ci il tarixli arxiv arayışının surətinə əsasən, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Naxçıvan şəhər Maliyyə şöbəsinin 1969-1971-ci illərə dair 15 nömrəli kitabında mərhum X34 adına Naxçıvan şəhəri, Sabir küçəsi, ev 72 olmaqla, 1320 m2 torpaq sahəsi göstərilmişdir. Naxçıvan MR Dövlət Arxivinin 16 yanvar 2025-ci il tarixli arxiv arayışının surətinə əsasən, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Naxçıvan şəhər Maliyyə şöbəsinin 1963-1965-ci illərə dair 2 nömrəli kitabında mərhum X34 adına Naxçıvan şəhəri, Sabir küçəsi, ev 62 olmaqla, 1320.5 m2 torpaq sahəsi göstərilmişdir. Naxçıvan MR Dövlət Arxivinin 13/544 nömrəli, 08 may 2018-ci il tarixli arxiv arayışının surətinə əsasən, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Naxçıvan şəhər Maliyyə şöbəsinin 1981-1983-cü illərə dair 4 nömrəli kitabında X5 adına Naxçıvan şəhəri, Sabir küçəsi, ev 58 olmaqla, 638 m2 torpaq sahəsi göstərilmişdir. Naxçıvan MR Dövlət Arxivinin 13 yanvar 2025-ci il tarixli arxiv arayışına əsasən, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Naxçıvan MR Ədliyyə Nazirliyi Vətəndaşlıq X19 şöbəsi-Naxçıvan şəhəri üzrə nikah haqqında 1933-1943-cü illərə dair akt qeydi kitablarında X54 ilə X12 1934-1937-ci illərdə nikaha daxil olmaları haqqında məlumata rast gəlinməmişdir. Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 28 nömrəli, 09 yanvar 2025-ci il tarixli arayışa əsasən, X32 barəsində Naxçıvan şəhər Nikah Evində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydi 1990-1995-ci illər üzrə yoxlanılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 09 yanvar 2025-ci il tarixli məktuba əsasən, Cavabdeh5 X21 ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 14 yanvar 2025-ci il tarixli, 111 nömrəli arayışdan aydın olur ki, X38 vərəsələri bunlardır:
1. X50 əri vəfat edib;
2. Cavabdeh7 Hüseyn oğlu oğlu;
3. X43 oğlu vəfat edib;
4. X32 qızı vəfat edib;
5. Cavabdeh5 qızı;
6. Cavabdeh6 oğlu;
7. Cavabdeh4 qızı;
8. X66 oğlu;
9. X51 oğlu. 22 yanvar 2024-cü il tarixli notarial təsdiqli ərizənin surətinə əsasən, Cavabdeh2 mərhum X57 məxsus fərdi yaşayış evində ölçmə işləri aparılan zaman məlum olmuşdur ki, torpaq sahəsi sənəd üzrə 1320.50 kv.m olmasına baxmayaraq, faktiki vəziyyətdə 1260.50 kv.m olmuşdur. Cavabdeh2 azalan torpaq sahəsi ilə bağlı etirazının olmadığını bildirmişdir. Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 04/293 nömrəli, 20 fevral 2025-ci il tarixli məktubuna əsasən, Naxçıvan şəhəri, X85 küçəsi, ev 58 ünvanında 1260.51 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 34.50 m2 olan fərdi yaşayış evi Azərbaycan SSR KTN tərəfindən X34 adına inventarlaşdırılmış və onun adına 2448 inventar nömrəli texniki pasport verilmişdir. Həmin əmlak xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X34 adına qeydiyyata alınmışdır. Məhkəmə iddia ərizəsini, izahatları və toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək ilkin iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlir və gəldiyi nəticəni aşağıdakı hallarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. Mülki prosessual qanunvericiliyin bu normasını rəhbər tutaraq məhkəmə belə hesab edir ki, hazırki iddia tələbinə həm qüvvədə olan, həm də qüvvədən düşmüş mülki qanunvericiliyin əmlak və vərəsəlik hüquq normalarına əsaslanmaqla hüquqi qiymətləndirmə aparılmalıdır. İstər iddia tələbi, istərsə də qarşılıqlı iddia tələbi üzrə həm ata, həm ana mirasından pay tələb edildiyinə görə müəyyən edilməli ilkin hal miras əmlakların ər-arvadın birgə nikahı dövründə əldə edilmiş əmlak olub-olmamasıdır. Məhkəmə bu halın qiymətləndirilməsi üçün qeyd edir ki, bu hissədə əsasını həmin vaxt qüvvədə olan Azərbaycan SSRİ Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsi təşkil edir. Azərbaycan SSRİ Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsinə görə ər-arvadın nikah müddətində qazandıqları əmlak, o cümlədən mənzil tikintisi və bağ tikintisi kooperativlərinə verdikləri paylar onların ümumi birgə mülkiyyətidir. Əmlakın ər və ya arvadın qazancı (gəliri) hesabına əldə edilib-edilməməsindən asılı olmayaraq ər-arvad bu əmlaka bərbaər sahiblik, istifadə və sərəncam hüququna malikdir. Azərbaycan SSRİ Mülki Məcəlləsinin 101-ci maddəsinə görə bir yerdə yaşayan ərarvadın və onların yetkinlik yaşına çatmayan uşaqlarının şəxsi mülkiyyətində şəxsi mülkiyyət hüququ və onların birinə məxsus və ya onların ümumi mülkiyyətində olan bir yaşayış evi (və ya evin bir hissəsi) ola bilər. İş materiallarında olan sənədlərdən aydın olur ki, X54 ilə X33 1945-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Hazırda mübahisə predmeti olan daşınmaz əmlakın texniki pasportundan aydın olur ki, həmin texniki pasport 1962-cü ildə təsdiq edilmişdir. Texniki pasportda evin tikildiyi tarix 1960-cı il olaraq qeyd edilmişdir. Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Naxçıvan şəhər Maliyyə şöbəsinin 1963-1965-ci illərə dair 2 nömrəli kitabında mərhum X34 adına Naxçıvan şəhəri, Sabir küçəsi, ev 62 olmaqla, 1320.5 m2 torpaq sahəsi göstərilmişdir. Naxçıvan şəhəri, X85 küçəsi, ev 58 ünvanında 1260.51 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 34.50 m2 olan fərdi yaşayış evi Azərbaycan SSR KTN tərəfindən X34 adına inventarlaşdırılmış və onun adına 2448 inventar nömrəli texniki pasport əsasında sözügedən əmlak xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X34 adına qeydiyyata alınmışdır. X34 nikaha daxil olduğu vaxt, onun adına qeydə alınmış texniki pasporta əsasən tikilinin inşa edildiyi vaxt, həmin texniki pasportda həyətin ölçüsünün sonrakı sənədlərə istinadən uyğunluğu bu nəticəyə gəlməyə əsas verir ki, bu hissədə miras kütləsini təşkil edən torpaq sahəsi və üzərində fərdi yaşayış evi olan daşınmaz əmlak ər-arvadın birgə nikahı dövründə qazandıqları əmlak hesab edilməli və həmin əmlak üzərində bərabər pay hüquqlarının olması nəzərə alınmalıdır. Belə ki, hüquq münasibəti yarandığı dövrdə torpaq sahələri həmin dövrdə qüvvədə olan qanunvericiliklə dövlətin müstəsna mülkiyyətində olsa da islahat aparılan zaman həmin torpaq sahələri istifadəsində olan vətəndaşların mülkiyyətlərinə verilmişdir. Həmçinin islahat aparılmadığı yerlər üzrə sözügedən torpaq sahələri torpaq qeydləri və texniki pasportlar əsasında həmin vətəndaşların adına qeydə alınmasının mümkünlüyünü qanunverici tənzimləmişdir. Buna görə də X34 adına olan Naxçıvan şəhəri M.Ə.Sabir küçəsi 58 ünvanında yerləşən 0.126 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinin ½ hissəsinin mərhum X34 mülkiyyəti, ½ hissəsi isə X5 mülkiyyəti nəzərə alınmaqla onlardan qalan miras kütləsinin həcmində vərəsələrinin mirası qəbul edib-etməmələri araşdırılaraq pay hüququ müəyyən edilməlidir. Digər miras kütləsinə münasibətdə isə iş materiallarında olan Naxçıvan MR Dövlət Arxivinin 13/544 nömrəli, 08 may 2018-ci il tarixli arxiv arayışının surətinə əsasən, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Naxçıvan şəhər Maliyyə şöbəsinin 1981-1983-cü illərə dair 4 nömrəli kitabında X5 adına Naxçıvan şəhəri, Sabir küçəsi, ev 58 olmaqla, 638 m2 torpaq sahəsi göstərilmişdir. Naxçıvan şəhər Nikah Evi tərəfindən 20 avqust 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 673703 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən və 09 yanvar 2025-ci il tarixli çıxarışdan aydın olur ki, X54 22 aprel 1977-ci il tarixdə vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabında 111 nömrə ilə qeydiyyat aparılmışdır. X5 adına qeydə alınmış torpaq sahəsi X34 vəfatında sonra arxiv sənədlərinə istinadən 1981-ci ildən sonra ona verildiyindən və hazırda onun adına qeydiyyata alındığından həmin daşınmaz əmlak birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlak deyildir və miras kütləsi tam həcmdə X9na məxsus olmuşdur. Eləcə də X2 miras qalan əmlak dedikdə Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi 58 ünvanında yerləşən 0.126 ha torpaq sahəsi və üzərində 34.5 kv.m fərdi yaşayış evinin ½ hissəsi, ünvan 8 ünvanında yerləşən 0.0608 ha torpaq sahəsi, eləcə də X34 vəfatında sonra ondan qalan miras əmlaka münasibətdə vərəsə olaraq qəbul etdiyi pay həcmindən ibarət olması nəzərə alınmalıdır. Məhkəmə miras əmlaklarda payın müəyyən edilməsi ilə bağlı vərəsələrin dairəsini müəyyən etməklə həmin vərəsələrdən mirası qəbul etmiş vərəsələrə münasibətdə payın müəyyən edilməsini araşdırır. İlkin olaraq vərəslərin mirası qəbul edib-etməməsi təqdim edilmiş sübutlar əsasında araşdırılmalıdır. Bu həm hər iki iddia üzrə tələbin əsaslarından birini təşkil edir. Elə də tələb olmasa belə payın müəyyən edilməsi mirasın qəbul edilməsindən asılıdır, qəbul edilməyən miras üzrə pay müəyyən edilə bilməz. Məhkəmə qeyd edir ki, mərhum X34 miras əmlakında payının müəyyən edilməsinə münasibətdə 1964-cü ildən 2000-ci ilə qədər qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərinə, X5 miras əmlakında payının müəyyən edilməsinə münasibətdə hazırki Mülki Məcəllənin vərəsəlik hüquq münasibətinə uyğun həll edilməlidir. Mülki qanunvericilikdə vərəsəliyin açılması anı miras qoyan şəxsin ölümü ilə şərtləndirilmişdir. Miras qoyanlardan X54 22 aprel 1977-ci il tarixdə vəfat etmişdir. Belə olan halda hazırki tələbə 01 sentyabr 2000-ci ilə qədər qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının qüvvədən düşmüş Mülki Məcəlləsinin 527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 529-cu maddəsinə görə vərəsəliyin açıldığı yer miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirası yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 556-cı maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsə vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə şəhadətnamə verilməsinə dair ərizə verdikdə mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Mülki işin materiallarında olan sənədlərdən, tərəflərin izahatlarından aydın olur ki, X34 vəfatından sonra ondan qalan miras əmlak üç vərəsəsi-mərhum arvadı X29, iddiaçıcavabdeh İddiaçı və cavabdeh-iddiaçı Cavabdeh2 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Tərəflərin izahatlarından aydın olur ki, nə miras əmlakı faktiki qəbul etmiş vərəsələr, nə də miras qoyanın digər birinci növbəli vərəsələri qanunla müəyyən edilmiş qaydada miras əmlakı qəbul etmək barədə müvafiq notariat kontoruna ərizə ilə müraciət etməmişlər. X9, iddiaçı-cavabdeh İddiaçı və cavabdeh-iddiaçı Cavabdeh2 miras əmlakda yaşamaqla, əmlakın idarəçiliyini həyata keçirməklə vərəsəliyi qəbul etmişlər. Tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, X3, onun vəfatından sonra 2008-ci ilə qədər (vəfat edənə qədər) X29 miras əmlakda yaşamış, iddiaçı-cavabdeh İddiaçı atasının sağlığında, onun vəfatından sonra 1994-cü ilə qədər miras əmlakda yaşamış, cavabdeh-iddiaçı Cavabdeh2 isə atasının sağlığında, onun vəfatından sonra isə hazırki vaxtda qədər həmin miras əmlakda yaşamaqda davam edir. Cavabdeh-iddiaçı tərəf iddiaçı-cavabdeh İddiaçı atasından qalan miras əmlakı qəbul etmədiyini bildirimiş və bu etirazlarını həmin vaxt Qarabağlar kəndində müəllim kimi fəaliyyət göstərməsi barədə arayış təqdim etməklə, iki il müddətində Qarabağlar kəndində yaşamasını təsdiq edən şahid ifadəsi təqdim etməklə əsaslandırmışlar. Məhkəmə təqdim edilən sənədləri, şahid ifadəsini, tərəflərin izahatlarını qarşılıqlı şəkildə qiymətləndirməklə hesab edir ki, cavabdeh-iddiaçı tərəfin arqumenti əsassızdır. Belə ki, iddiaçı-cavabdeh İddiaçı daimi yaşayış yeri mərhum atası və anasının birgə nikahları dövründə əldə etdikləri miras əmlak olmuşdur. İddiaçıcavabdeh müəllim kimi təyinat alaraq Qarabağlar kəndində fəaliyyət göstərmişdir və bu zaman miras əmlakı tərk etməmiş, özünə fəaliyyət göstərdiyi yerdə daimi yaşayış yeri seçməmişdir. Hətta şahid X25 ifadəsində Bəstinin 2 il onlarda-Qarabağlar kəndində yaşadığını, Bəstinin 2 il dərs dediyini, 1976-1977-ci illərdə təxminən onlarda yaşadığını, Bəstinin tətil vaxtı evə getdiyini, tətil qurtaranda onlara gəldiyini, o dövrdə may ayının axırında dərslərin qutardığını, Bəstinin də mayın axırı evə getdiyini bildirmişdir. Bu hallar isə vərəsə olaraq iddiaçı-cavabdeh X39 atasının sağlığında və onun vəfatından sonra ailə qurub gedənə qədər həmin miras əmlakı faktiki qəbul edərək yaşamaqla onun idarəçiliyini həyata keçirmək kimi qiymətləndirilməlidir. Digər vərəsələrdən Cavabdeh1 atasından qalan miras əmlakı qəbul etməsi onun özü və cavabdeh-iddiaçı tərəfindən bildirilmiş və bu halın təsdiqi üçün şahid ifadələri təqdim edilmişdir. Məhkəmə Cavabdeh1 atasının vəfatından sonra 1 il müddətində miras əmlakda yaşaması barədə qeyd etdiyi halların təkzibolunmaz sübutlarla təsdiq edilmədiyini qeyd edir. Belə ki, istər tərəflərin izahatları, istərsə də şahid ifadələri bu hissədə ziddiyyət təşkil edir. Cavabdeh1 həmin dövrdə atası evində yaşamasını övladı Rasimin həmin evə uyğunlaşması, ağlaması, qayınanasının övladının valideynlərinə verilməsinə razı olmaması ilə əsaslandırır. Halbuki onun övladı-Cavabdeh3 1965-ci ildə doğulması və tərəflərin izahatlarına istinadən körpə vaxtından nənə-babasının (miras qoyanların) yanında yaşaması təsdiq edilir. Tərəflər izahatları, şahidlərin ifadələri ilə cavabdehin bildirdiyi həmin halların mövcudluğu təsdiqini tapmır. Hətta nəzərə alsaq ki, həmin halların mövcudluğu təsdiqini tapsa-yəni Cavabdeh1 bir il müddətində həmin əmlakda yaşasa belə bu hal onun miras əmlakı qəbul etməsi kimi qiymətləndirilə bilməzdi. Belə ki, istər qüvvədən düşən, istərsə də qüvvədə olan mülki qanunvericilik mirasın qəbul edilməsini iradə ifadəsi kimi qiymətləndirir və bu halda vərəsə miras əmlaka öz əmlakı kimi sahiblənir, idarə edir, öz əmlakı barəsində həyata keçirəcəyi hərəkətləri həyata keçirir. Miras əmlakda bu cür iradə ifadəsi olmadığı halda müvəqqəti yaşamaq və sair hərəkətlər mirasın şəksiz qəbul edilməsinə yönəlmir və vərəsəyə münasibətdə hüququn yaranması kimi nəzərə alına bilməz. Miras qoyan mərhum X34 digər vərəsəsi qızı-mərhum X38 isə atasından qalan miras əmlakı sağlığında qəbul etməsi işə baxılan zaman sübuta yetirilməmişdir. Tərəflərin izahatları və təqdim edilən sənədlərlə müəyyən edilmişdir ki, X13 Cəfər Xudat oğlunun ilk evliliyindən doğulmuş övladıdır. Sura Həsənova 1955-ci ildə ailə qurmuşdur. X55 2008-ci ildə vəfat etmişdir. Onun övladları Cavabdeh5, Cavabdeh7, Cavabdeh4 və Cavabdeh6 cavabdeh qismində işə cəlb edilmişdir. Cavabdehlər Cavabdeh4 teleqram göndərərək, Cavabdeh5 isə məhkəmə iclaslarında iştirak edək izahatında anasının miras əmlak üzrə payının müəyyən edilməsini xahiş etmişlər. Cavabdeh6 məhkəmə iclasında iştirak edərək miras əmlakı qəbul etmədiyini bildirmiş, eləcə də Cavabdeh7 Hüseyn oğlu miras əmlakı qəbul etmədiyi barədə notarial qaydada ərizə təqdim edilmişdir. Lakin işə baxılan zaman mərhum X4 atası Cəfər Həsənovun vəfatından sonra ondan qalan miras əmlakı faktiki və formal olaraq qəbul etməsi işə baxılan zaman nə iş materiallarında mövcdu olan sübutlar, nə də tərəflərin izahatları ilə təsdqini tapmamışdır. Digər Cavabdeh3 münasibətdə isə tərəflərin izahatları ilə hələ uşaq vaxtlarından baba-nənənin (miras qoyanların) yanında yaşaması öz təsdiqini tapsa da rəsmi qaydada övladlığa götürülmə ilə bağlı sənədlər mövcud olmadığından birinci növbəli vərəsə hesab edilmədiyi və X54 tərəfindən vəsiyyətnamə olmadığından onun babadan qalan əmlak üzrə vərəsələrin dairəsinə daxil edilməsinin qanunla yolverilməz olması nəzərə alınmalıdır. X8 qalan miras əmlaka münasibətdə məhkəmə yuxarıda qeyd edilən halları ümumiləşdirib belə nəticəyə gəlir ki, bu hissədə ilkin iddia qismən təmin, qarşılıqlı iddia tam təmin edilməli, Naxçıvan şəhəri M.Ə.Sabir küçəsi 58 ünvanında yerləşən 0.126 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinin ½ hissəsinin X9, iddiaçı-cavabdeh İddiaçı və cavabdeh-iddiaçı Cavabdeh2 tərəfindən qəbul edilməsi aktı öz təsdiqini tapdığından həmin miras kütləsində hər birinin payı 1/6 hissədə (1/2:3=1/6) müəyyən edilməlidir. Qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 556-cı maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsə vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Qüvvədə olan Mülki Məcəllənin 1256-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzürlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasdan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Məhkəmə iddiaçı-cavabdeh İddiaçı miras atası və anasından miras qalan əmlakdan imtina etməsinə dair notarial qaydada verilmiş ərizə ilə əlaqədar bildirir ki, həmin ərizə atasının mirasına münasibətdə keçmiş, ananın mirasına münasibətdə hazırda qüvvədə olan mülki qanunvericilikdə müəyyən edilən mirasdan imtina üçün nəzərdə tutulan müddət ərzində verilmədiyindən onun heç bir əhəmiyyəti yoxdur və həmin ərizənin hər hansı hüquqi əhəməiyyəti olmaması barədə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)— 110/2024 nömrəli 29 fevral 2024-cü il tarixli qanuni qüvvədə olan qərardadı mövcuddur. Eləcə də iş materiallarında olan X8 miras qalan əmlakdan imtina etməsi ilə əlaqədar mirası qəbul etməyən digər vərəsə X38 övladları tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizələrin də həm müddətində verilmədiyindən, həm də mirası qəbul etmədikləri halda ondan imtina etmələrinin hər hansı hüquqi əhəmiyyəti olmaması nəzərə alınmalıdır. Məhkəmə X2 qalan miras əmlaka münasibətdə isə ilkin iddianın bu hissədə rədd, qarşılıqlı iddianın tam təmin edilməsi qənaətinə gəlir. Məhkəmə X2 qalan miras kütləsinin həcmini müəyyən edən zaman qeyd edir ki, işin yuxarıda şərh olunmuş hallarına istinadən Naxçıvan şəhəri M.Ə.Sabir küçəsi 58 ünvanında yerləşən 0.126 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinin ½ hissəsi onun mülkiyyəti olduğundan və mərhum əri X28 qalan miras əmlakda 1/6 hissədə pay hüququ müəyyən edildiyindən Naxçıvan şəhəri M.Ə.Sabir küçəsi 58 ünvanında yerləşən 0.126 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinin 4/6 hissəsi (1/2+1/6=4/6-müvafiq olaraq 2/3) ondan qalan miras əmlak hesab edilməlidir. X2 qalan ikinci miras əmlak isə ünvan 8 ünvanında yerləşən 0.0608 ha torpaq sahəsindən ibarətdir. X5 xx.xx.2008-ci ildə vəfat etməsi mülki işin materiallarında olan hüquqmüəyyənedici sənədlərlə öz təsdiqini tapdığından ondan qalan miras əmlakda payın müəyyən edilməsinə münasibətdə qüvvədə olan mülki qanunvericiliyin normaları tətbiq edilməlidir. 30 may 2001-ci il tarixli vəsiyyətnamənin təsdiqlənmiş surətinə əsasən, X6 şəhəri, M.Ə.Sabir küçəsi 58 ünvanında yerləşən fərdi yaşayış evini həyətyanı sahədə tikilən digər tikililərlə birlikdə nəvəsi Cavabdeh3 və qızı Cavabdeh2 vəsiyyət etmişdir. xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış ********** nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla müəyyən edilir ki, Naxçıvan şəhəri, X85 küçəsi 58A ünvanında yerləşən 0.0608 ha torpaq sahəsi X20 adına qeydiyyata alınmışdır. Tərəflərin izahatları, şahid ifadələri, eləcə də təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, vəsiyyətnamədə qeyd edilən tikililər mövcud olmuş (buna dair texniki pasport olmuş), daha sonra tikililər sökülmüş və 2024-cü il tarixdə sadəcə torpaq olaraq qeydiyyata alınmışdır. Bu hissədə isə X2 miras qalan torpaq sahəsinin bölgüsü vəsiyyətnamə nəzərə alınaraq vərəsələr arasında aparılmalıdır. Məhkəmə bu halda mülki qanunvericiliyin mirasın açıldığı andan vərəsənin mülkiyyəti olmasına dair normasından çıxış edir və qeyd edir ki, miras qoyanın vəfatından sonra həmin tikililər mövcud olmuş, vəsiyyət üzrə vərəsələr tərəfindən (Cavabdeh2 və Cavabdeh3) faktiki qəbul edilməklə idarəçiliyi həyata keçirilmiş, mirası qəbul etdikləri andan onların mülkiyyəti hesab edilmiş, daha sonra həmin tikililər sökülməklə sadəcə torpaq sahəsi qeydiyyatı aparılmışdır. Bu halda isə həmin mirasın bölgüsü vəsiyyətnamə əsasında aparılmalıdır. Eləcə də Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 20 fevral 2025-ci il tarixli 04/293 nömrəli məktubundan aydın olur ki, Naxçıvan şəhəri, X85 küçəsi, ev 58 ünvanında 1260.51 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 34.50 m2 olan fərdi yaşayış evi Azərbaycan SSR KTN tərəfindən X34 adına inventarlaşdırılmış və onun adına 2448 inventar nömrəli texniki pasport verilmişdir. Həmin əmlak xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X34 adına qeydiyyata alınmışdır. Sözügedən məktub və çıxarışdan aydın olur ki, hər iki miras əmlak üzrə ünvanlar dəqiqləşdirilmiş, mərhum X34 adına qeydiyyata alınmış daşınmaz əmlakın ünvanı Naxçıvan şəhəri, X85 küçəsi, ev 58, X5 adına qeydiyyata alınmış daşınmaz əmlakıntorpaq sahəsinin ünvanı Naxçıvan şəhəri, X85 küçəsi 58A olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 05 oktyabr 2012-ci il tarixli Qərarında qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Mirasda məcburi pay – vərəsəlik hüququnun sosial-iqtisadi və əxlaqi yükü (dəyəri) olan ənənəvi hissəsidir. Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ isə mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər (Mülki Məcəllənin 1194-cü maddəsi). Konstitusiya Məhkəməsi dəfələrlə vərəsəlikdə məcburi pay institutu ilə bağlı normaları ətraflı şəkildə təhlil edərək bu institutun mahiyyətinin və cəmiyyətin həyatında rolunun açıqlanmasına dair bir sıra qərarlar qəbul etmişdir. Plenumun formalaşdırdığı hüquqi mövqeyə görə, məcburi pay institutunun göstərilən qaydada təsbit olunması vəsiyyət etmə və varis olma hüququnun sosial ədalət baxımından hədlərinin (sərhədlərinin) olması ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli Qərar). Beləliklə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanun üzrə vərəsələrdən, birinci növbə vərəsələrin mirasda məcburi pay hüququ – vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1196-cı maddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1202.2-ci maddəsinə görə məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1203.2-ci maddəsinə görə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mülki qanunvericiliyə görə miras əmlak açıldığı andan vərəsənin mülkiyyəti hesab edilir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəlləsnin 1117-ci maddəsinə görə vəsiyyətnamədə göstərilməmiş qanun üzrə vərəsələr vəsiyyətnamədə toxunulmamış miras hissəsinə vərəsəlik hüququnu saxlayırlar; əgər mirasın açıldığı məqamda vəsiyyət üzrə vərəsələrdən heç biri sağ deyildirsə və ya onların hamısı mirası qəbul etməkdən imtina etmişlərsə, onlar vəsiyyətnamədə nəzərdə tutulan əmlakı da alırlar. İşin halları ilə müəyyən edilir ki, X20 həm qanun, həm vəsiyyət üzrə vərəsəsi olmuşdur. X20 qanun üzrə vərəsələri qızları-iddiaçı-cavabdeh İddiaçı, cavabdeh-iddiaçı Cavabdeh2 və Cavabdeh1, vəsiyyət üzrə vərəsəsi nəvəsi Cavabdeh3dur. Cavabdeh2 həm qanun, həm də vəsiyyət üzrə vərəsədir. X5 vəsiyyət üzrə miras əmlakından əlavə birgə nikah dövründə əldə etdiyi əmlakı da mövcud olmuşdur. Belə olan halda mərhumdan miras qalan torpaq sahəsinə münasibətdə vəsiyyətnamə əsasında pay müəyyən edilməli, vəsiyyətnamədən kənarda qalan birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlakın ½ hissəsinə və əri X8 qalan miras əmlakdan onun qəbul etdiyi 1/6 hissədə pay olmaqla ümumilikdə 4/6-müvafiq olaraq 2/3 hissədə paya münasibətdə isə qanun üzrə vərəsəlik əsasında mirasını qəbul edən vərəsələri nəzərə alınmaqla pay müəyyən edilməlidir. İşin araşdırılmış halları, təqdim edilən sübutlar və tərəfllərin izahatları, şahid ifadələri ilə müəyyən edilmişdir ki, miras qoyan X1 və onun vəfatından sonra miras əmlakda cavabdeh-iddiaçı Cavabdeh2 və Cavabdeh3 yaşamış, miras əmlakı qəbul etmiş, mirasın qəbul edilməsini şəksiz nümayiş etdirmiş və əmlakın idarəçiliyini həyata keçirmişlər. Bu halların təsdiqi üçün cavabdeh-iddiaçı və cavabdeh kommunal ödənişlərin ödənilməsinə dair qəbzləri, daşınmaz əmlakın icbari sığorta sənədlərini təqdim etmiş, şahid ifadələri təqdim etmiş, eləcə də işin bu halı iddiaçı-cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Miras qoyanın digər vərəsələri iddiaçı-cavabdeh İddiaçı və Cavabdeh1 isə anadan qalan miras əmlakı faktiki qəbul etmələri işə baxılan zaman sübuta yetirilməmiş, eləcə də notarial qaydada mirası qəbul etmələrinə dair ərizə vermədikləri izahatlarına əsasən müəyyən edilmiş, iş materiallarında bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizə isə mövcud olmamışdır. İddiaçı-cavabdeh İddiaçı anadan qalan miras əmlakı qəbul etməsi barədə təqdim edilən sübut Naxçıvan şəhər 4 saylı Mənzil İstismar idarəsi tərəfindən 27 may 2024-cü il tarixdə verilmiş 329 nömrəli arayışından ibarətdir. Həmin arayışda qeyd olunmuşdur ki, İddiaçı mərhum atası X34 vəfatından sonra ondan miras qalmış Naxçıvan şəhəri M.Ə.Sabir küçəsi 58 ünvanında yerləşən fərdi tikilidən ibarət fərdi yaşayış və xx.xx.2008ci il tarixdə vəfat etmiş anası X14 miras qalmış ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, lakin xx.xx.2021-ci ildən ünvan 12 ünvanında qeydiyyatdadır və yaşayır. Miras əmlaka sahiblik və idarə etmişdir. Məhkəmə sözügedən arayışı iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək sübutun təkzibolunmazlıq prinsipi ilə uzlaşmadığı nəticəsinə gəlir. Belə ki, sözügedən arayış Naxçıvan şəhər 4 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmişdir. Halbuki həmin İdarə miras əmlakın olduğu ərazi üzrə inzibati ərazi nümayəndəliyi deyildir. Miras əmlak ünvan 13 ünvanlarını əhadət edir ki, bu ərazi Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyin ərazi hüdudlarına daxildir. İddiaçı-cavabdeh İddiaçı həmin arayışı özünün qeydiyyatda olduğu ünvan 15 ünvanının yerləşdiyi ünvan 16 isə onun ərazində yerləşməyən miras əmlak üzrə dəqiq, ərtaflı şəkildə məlumat vermək, miras qoyan şəxslərin ölüm tarixlərini qeyd etməklə, ünvanları dəqiq şəkildə göstərməklə verilən həmin sənəd nə tərəflərin izahatları, nə şahid ifadələri ilə uzlaşmır, bu halda isə sübut əhəmiyyəti daşımır. Həmin arayışda sadəcə İddiaçı həmin Mənzil İstismar İdarəsinin ərazisinə aid olan yaşayış evinə nə vaxtdan qeydiyyatda olmasına dair aparılmış qeydiyyat həqiqəti əks etdirmişdir. Tərəflərin izahatları, şahid ifadələri ilə müəyyən edilmişdir ki, iddiaçı-cavabdeh İddiaçı 1994-cü ilə qədər ünvan 17 ünvanında yerləşən daşınmaz əmlakda yaşamış, sonra ailə qurub Türkiyə Respublikasına getmişdir. İddiaçı-cavabdeh tərəf izahatlarında İddiaçı 2000-ci ildə Naxçıvan şəhərində qayıtmaqla həmin ünvanda yaşamağa davam etməsini bildirmiş, cavabdeh-iddiaçı tərəf isə 2005-ci ildə İddiaçı Naxçıvana gəldiyini, 20 günə qədər çox az müddət həmin evdə yaşadığını, sonra Naxçıvan şəhərində gətirdiyi pulla iki ev aldığını, bir evi kirayə verdiyini, bir evdə isə övladı ilə köçüb yaşadığını bildirmişdir. Cavabdeh-iddiaçı tərəf bununla bağlı ittiham aktını təqdim etmişdir. Həmin ittiham aktına uyğun məhkəmə qərarının qəbul edilməsi barədə Babək Rayon Dövlət Arxivinə sorğu verilmiş, lakin bununla bağlı hər hansı məhkəmə aktı olmaması barədə sorğuya cavab verilmişdir. Sözügedən ittiham aktından aydın olur ki, həmin ittihamın verilməsi əsaslarından biri şəxsin Cavabdeh2 aldadılaraq pulun və ərzaq mallarının ələ keçirməsi təşkil etmişdir ki, İddiaçı Türkiyə Respublikasında yaşaması əsası ilə 2004-cü ilin may ayında onun əvvəllər yaşadığı Naxçıvan şəhəri Sabir küçəsi ev 58 ünvanına gələrək pulu və ərzaq məhsullarını ələ keçirməsi barədə olmuşdur. X10 2008-ci ildə vəfat edəndən sonra İddiaçı anadan qalan miras əmlakı qəbul etməsi öz təsdiqini tapmır. Bunun təkzibi olaraq şahid ifadələri ilə İddiaçı ananın sağlığında yəni Türkiyə Respublikasından qayıtdıqdan sonra ananın vəfatından sonra da özünə məxsus olan evdə övladı ilə birlikdə yaşaması təsdiqini tapır. Ona görə də X2 qalan torpaq sahəsinin İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi sübuta yetirilmədiyindən onun həmin əmlak üzrə məcburi pay hüququ müəyyən edilə bilməz. Eləcə də X2 miras qalan Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi 58 ünvanında yerləşən 0.126 ha torpaq sahəsi və üzərində 34.5 kv.m fərdi yaşayış evinin 4/6 (müvafiq olaraq 2/3) hissəsinin iddiaçı-cavabdeh İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı sübuta yetirilmədiyindən həmin hissədə payı müəyyən edilə bilməz. Həmçinin digər vərəsə Cavabdeh1 X2 qalan miras əmlakın faktiki olaraq qəbul edilməsi işə baxılan zaman sübuta yetirilmədiyindən onun da torpaq sahəsi üzrə məcburi pay hüququ və daşınmaz əmlak üzrə ümumi pay hüququ müəyyən edilə bilməz. Məhkəmə miras əmlakda payın müəyyən edilməsinə münasibətdə vəsiyyətnamənin mövcudluğunu və paya münasibətdə onun nəzərə alınmasını zəruri hesab edir. Lakin məcburi pay almaq hüququ olan miras qoyanın vərəsələri miras əmlakı qəbul etməsi sübuta yetirilmədiyindən məhkəmə belə hesab edir ki, X2 miras qalan ünvan 8 ünvanında yerləşən 0.0608 ha torpaq sahəsində cavabdeh-iddiaçı Cavabdeh2, həmçinin Cavabdeh3 hər birinin payı ½ hissədə müəyyən edilməlidir. X2 miras qalan digər əmlak-Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi 58 ünvanında yerləşən 0.126 ha torpaq sahəsi və üzərində 34.5 kv.m fərdi yaşayış evinin 4/6 hissəsinin (müvafiq olaraq 2/3) hissəsinin isə cavabdeh-iddiaçı Cavabdeh2 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı sübuta yetirildiyindən həmin hissədə onun payı bütöv miras kütləsi həcmində müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir (N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarları) Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərar). Məhkəmə Konstitusiya Məhkəməsinin adları yuxarıda qeyd edilmiş Qərarlarında formalaşmış mövqeyini qeyd etməkdə məqsədi ondan ibarətdir ki, X2 miras qalan əmlakda- ünvan 8 ünvanında yerləşən 0.0608 ha torpaq sahəsində Cavabdeh3 ½ hissədə payının müəyyən edilməsi iddia tələbindən kənara çıxılması hesab edilməməlidir. Ona görə ki, hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla miras əmlakın hüquqi taleyi ilə vərəslər arasında olan bütün məsələlərin bir iddia çərçivəsində həll edilməsi prosessual qənaət prinsipinə də uyğun hesab edilir. Bunların nəticəsində məhkəmə belə hesab edir ki, ünvan 19 ünvanında yerləşən 0.126 ha torpaq sahəsi və üzərində 34.5 kv.m fərdi yaşayış evinin mərhumlar X54 və X20 birgə nikahı dövründə əldə edilmiş əmlak olması və hər birinin həmin əmlakda ½ hissədə mülkiyyət hüququnun olması nəzərə alınmaqla ilkin iddia qismən təmin edilməli, ünvan 19 ünvanında yerləşən X8 miras qalan daşınmaz əmlakın ½ hissəsinin iddiaçı-cavabdeh İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, həmin miras əmlakda 1/6 hissə pay hüququ müəyyən edilməli, ilkin iddia qalan hissədə rədd edilməlidir. Eləcə də qarşılıqlı iddia təmin edilməli, ünvan 19 ünvanında yerləşən X8 miras qalan daşınmaz əmlakın ½ hissəsinin X9 tərəfindən sağlığında qəbul edilməsi faktı müəyyən edilməli, həmin miras əmlakda 1/6 hissə pay hüququ müəyyən edilməli, M.Ə.Sabir küçəsi ev 58 ünvanında yerləşən X8 miras qalan daşınmaz əmlakın ½ hissəsinin cavabdehiddiaçı Cavabdeh2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, həmin miras əmlakda 1/6 hissə pay hüququ müəyyən edilməlidir. X2 qalan ünvan 19 ünvanında yerləşən 0.126 ha torpaq sahəsi və üzərində 34.5 kv.m fərdi yaşayış evinə münasibətdə ümumi miras kütləsinin 1/6 hissə+1/2 hissə=4/6 hissə (müvafiq olaraq 2/3 hissə) olması nəzərə alınmalı, ondan qalan miras əmlakın bölgüsü isə həmin mirasın cavabdeh-iddiaçı Cavabdeh2 tərəfindən qəbul edilməsi faktı müəyyən edildiyindən payı bütöv miras kütləsi həcmində 4/6 hissədə (müvafiq olaraq 2/3 hissədə) müəyyən edilməlidir. Bunların nəticəsində ünvan 19 ünvanında yerləşən X8 və X2 miras qalan daşınmaz əmlakda İddiaçı 1/6 hissə, Cavabdeh2 5/6 hissə (1/6+4/6=5/6) pay hüququ müəyyən edilməlidir. Eləcə də X14 miras qalan ünvan 8 ünvanında yerləşən 0.0608 ha torpaq sahəsindən ibarət miras əmlakda cavabdehiddiaçı Cavabdeh2 payı ½ hissədə, eləcə də Cavabdeh3 payı ½ hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda qeyd edilən halları ümumiləşdirib məhkəmə aşağıdakı nəticəyə gəlir: -İlkin iddia qismən əsaslı olduğundan qismən təmin edilməli; - ünvan 19 ünvanında yerləşən X8 miras qalan daşınmaz əmlakın ½ hissəsinin iddiaçı-cavabdeh İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməli və həmin miras əmlakda 1/6 hissə pay hüququ müəyyən edilməli; -İlkin iddia qalan hissədə rədd edilməli: -Qarşılıqlı iddia təmin edilməli; - ünvan 19 ünvanında yerləşən X8 miras qalan daşınmaz əmlakın ½ hissəsinin X9 tərəfindən sağlığında faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməli və həmin miras əmlakda 1/6 hissə pay hüququ müəyyən edilməli; - ünvan 19 ünvanında yerləşən X8 miras qalan daşınmaz əmlakın ½ hissəsinin cavabdeh-iddiaçı Cavabdeh2 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməli və həmin miras əmlakda 1/6 hissə pay hüququ müəyyən edilməli; - Naxçıvan şəhəri M.Ə.Sabir küçəsi 58 ünvanında yerləşən X2 miras qalan daşınmaz əmlakın 4/6 (müvafiq olaraq 2/3) hissəsinin cavabdeh-iddiaçı Cavabdeh2 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməli və həmin miras əmlakda 4/6 (müvafiq olaraq 2/3) hissə pay hüququ müəyyən edilməli; -Bunların nəticəsində ünvan 19 ünvanında yerləşən X8 və X2 miras qalan daşınmaz əmlakda İddiaçı 1/6 hissə, Cavabdeh2 5/6 hissə (1/6+4/6=5/6) pay hüququ müəyyən edilməli; -X2 miras qalan ünvan 8 ünvanında yerləşən 0.0608 ha torpaq sahəsindən ibarət miras əmlakın cavabdeh-iddiaçı Cavabdeh2, həmçinin cavabdeh X44 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməklə sözügedən miras əmlakda hər birinin payı ½ hissədə müəyyən edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, ilkin iddia qismən edildiyindən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı-cavabdeh İddiaçı tərəfindən 13 oktyabr 2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdeh-iddiaçı Cavabdeh2 və Cavabdeh1, Cavabdeh3 tutularaq iddiaçı-cavabdeh İddiaçı qaytarılmalıdır. Həmçinin qarşılıqlı iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, cavabdeh-iddiaçı Cavabdeh2 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 29 oktyabr 2024-cü il tarixdə 26233 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçı-cavabdeh İddiaçı tutularaq cavabdeh-iddiaçı Cavabdeh2 qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İlkin iddia qismən əsaslı olduğundan qismən təmin edilsin. ünvan 19 ünvanında yerləşən X8 miras qalan daşınmaz əmlakın ½ hissəsinin iddiaçı-cavabdeh İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin və həmin miras əmlakda 1/6 hissə pay hüququ müəyyən edilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. ünvan 19 ünvanında yerləşən X8 miras qalan daşınmaz əmlakın ½ hissəsinin X9 tərəfindən sağlığında faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin və həmin miras əmlakda 1/6 hissə pay hüququ müəyyən edilsin. ünvan 19 ünvanında yerləşən X8 miras qalan daşınmaz əmlakın ½ hissəsinin cavabdeh-iddiaçı Cavabdeh2 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin və həmin miras əmlakda 1/6 hissə pay hüququ müəyyən edilsin. Naxçıvan şəhəri M.Ə.Sabir küçəsi 58 ünvanında yerləşən X2 miras qalan daşınmaz əmlakın 4/6 (müvafiq olaraq 2/3) hissəsinin cavabdeh-iddiaçı Cavabdeh2 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin və həmin miras əmlakda payı bütöv miras kütləsində 4/6 (müvafiq olaraq 2/3) müəyyən edilsin. Bunların nəticəsində ünvan 19 ünvanında yerləşən X8 və X2 miras qalan daşınmaz əmlakda İddiaçı 1/6 hissə, Cavabdeh2 5/6 hissə (1/6+4/6=5/6) pay hüququ müəyyən edilsin. X2 miras qalan ünvan 8 ünvanında yerləşən 0.0608 ha torpaq sahəsindən ibarət miras əmlakın cavabdeh-iddiaçı Cavabdeh2, həmçinin cavabdeh X44 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməklə sözügedən miras əmlakda Cavabdeh2 payı ½ hissədə, Cavabdeh3 payı ½ hissədə müəyyən edilsin. İddiaçı-cavabdeh İddiaçı tərəfindən 13 oktyabr 2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdeh-iddiaçı Cavabdeh2, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutularaq iddiaçıcavabdeh İddiaçı qaytarılsın. Cavabdeh-iddiaçı Cavabdeh2 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 29 oktyabr 2024-cü il tarixdə 26233 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçı-cavabdeh İddiaçı tutularaq cavabdeh-iddiaçı Cavabdeh2 qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva.