Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-977/2022 31.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə gecikdirilmiş borcun ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh 29 oktyabr 2020-ci il tarixli MAS-2978 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 aprel 2022-ci il tarixə 573.81 (beş yüz yetmiş üç manat səksən bir qəpik) manat gecikdirilmiş əsas, 202.08 (iki yüz iki manat səkkiz qəpik) manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 298.84 (iki yüz doxsan səkkiz manat səksən dörd qəpik) manat dəbbə pulu olmaqla ümumilikdə 1074.73 (bir min yetmiş dörd manat yetmiş üç qəpik) manat borcun və ödənilmiş 31.15 (otuz bir manat on beş qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 29 oktyabr 2020-ci il tarixli MAS-2978 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən "xxxx" MMC-nin sifarişi ilə 2020-ci il buraxılışlı, “Peugeot 405” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVAAC1HFFLK238021 ban nömrəli, ağ rəngli avtomobil 4280 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən "xxxx" MMC illik 19 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395.89 manat, ümumilikdə isə 17732 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 17732 manatın 14280 manatı əsas məbləğ təşkil edir. 28 iyun 2021-ci il tarixdə "xxxx" MMC, Cavabdeh və İddiaçı MMC arasında MAS-2978 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 29 oktyabr 2020-ci il tarixli MAS- 2978 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Peugeot 405” minik markalı, 99- PS-243 dövlət qeydiyyat nişanlı avtomobil 12 aprel 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 18 fevral 2022-ci il tarixdə 402 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 29 oktyabr 2020-ci il tarixli MAS-2978 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 aprel 2022-ci il tarixə 573.81 manat gecikdirilmiş əsas, 202.08 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 298.84 manat dəbbə pulu, ümumilikdə 1074.73 manat gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı təşkilat sonda qanunvericiliyin müvafiq normalarına istinad edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı təşkilatın direktoru Nümayəndə məhkəmənin elektron ünvanına sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ərizə göndərərək mülki işə onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə digər Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı təşkilatın ərizəsini, iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı iş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 29 oktyabr 2020-ci il tarixli MAS-2978 saylı “Daxili lizinq müqaviləsi”nin surətindən görünür ki, həqiqətən "xxxx" MMC-nin sifarişi ilə 2020-ci il buraxılışlı, “Peugeot 405” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVAAC1HFFLK238021 ban nömrəli, ağ rəngli avtomobil 4280 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən "xxxx" MMC illik 19 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395.89 manat, ümumilikdə isə 17732 manat məbləğində pulu İddiaçı MMCnin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 28 iyun 2021-ci il tarixdə "xxxx" MMC, Cavabdeh və İddiaçı MMC arasında MAS-2978 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 29 oktyabr 2020-ci il tarixli MAS- 2978 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 18 fevral 2022-ci il tarixdə 402 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Peugeot 405” minik markalı, 99- PS-243 dövlət qeydiyyat nişanlı avtomobil 12 aprel 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. “Daxili lizinq” müqaviləsinin 5.4-cü bəndinə əsasən, Lizinq obyekti məhv olduqda, oğurlandıqda həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etməyi dərhal həyata keçirməlidir. İş materiallarına əlavə olunmuş 29 oktyabr 2020-ci il tarixli MAS-2978 saylı “Daxili lizinq” müqaviləsinə 3 saylı əlavənin surətindən məlum olur ki, lizinq ödənişləri qrafikində cavabdeh tərəfindən hər ay 395.89 AZN məbləğində lizinq ödənişi həyata keçirilməli idi. xx.xx.2022-ci il tarixdə verilmiş 2617 nömrəli arayışa əsasən Cavabdeh 29 oktyabr 2020-ci il tarixli MAS-2978 saylı “Daxili lizinq müqaviləsi” üzrə 12həmin tarixə Banka xx.xx.2020-ci il tarixli BPM**********81 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə kredit borcu üzrə 490.35 (dörd yüz doxsan manat otuz beş qəpik) manat əsas, 129.06 (bir yüz iyirmi doqquz manat altı qəpik) manat faiz borcu olmaqla cəmi 619.41 (altı yüz on doqquz manat qırx bir qəpik) manat borcu mövcuddur. Cavabdeh borcun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə 1646 nömrəli pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etməmişdir. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1 maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı təşkilat Cavabdeh müqavilə üzrə 298.84 (iki yüz doxsan səkkiz manat səksən dörd qəpik) manat dəbbə borcunun tutulmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu əsas borca münasibətdə tənasübsüz şəkildə yüksək olduğundan azaldılaraq, 40 (qırx) manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə gecikdirilmiş borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin olunmalı, Cavabdeh 29 oktyabr 2020-ci il tarixli MAS-2978 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 aprel 2022-ci il tarixə 573.81 (beş yüz yetmiş üç manat səksən bir qəpik) manat gecikdirilmiş əsas, 202.08 (iki yüz iki manat səkkiz qəpik) manat gecikdirilmiş mükafat və 40 (qırx) manat dəbbə pulu olmaqla ümumilikdə 815.89 (səkkiz yüz on beş manat səksən doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalmış hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin217.5-ci bəndinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı MMC tərəfindən Hökümət Ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30.75 (otuz manat yetmiş beş qəpik) manat dövlət rüsumu, 0.40 (qırx) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 31.15 (otuz bir manat on beş qəpik) manatın iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 23.65 (iyirmi üç manat altmış beş qəpik) manatı Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh 29 oktyabr 2020-ci il tarixli MAS-2978 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 aprel 2022-ci il tarixə 573.81 (beş yüz yetmiş üç manat səksən bir qəpik) manat gecikdirilmiş əsas, 202.08 (iki yüz iki manat səkkiz qəpik) manat gecikdirilmiş mükafat və 40 (qırx) manat dəbbə pulu olmaqla ümumilikdə 815.89 (səkkiz yüz on beş manat səksən doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalmış hissədə rədd edilsin. İddiaçı MMC tərəfindən tərəfindən Hökümət Ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30.75 (otuz manat yetmiş beş qəpik) manat dövlət rüsumu, 0.40 (qırx) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 31.15 (otuz bir manat on beş qəpik) manatın iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 23.65 (iyirmi üç manat altmış beş qəpik) manatı Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-977/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-977/2022
31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver