Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-105/2024 19.02.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “11” yanvar 2024-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 22 fevral 2023-cü il tarixli, 2026 nömrəli «Nisyə alqı-satqı haqqında» müqavilə üzrə qalıq ümumi borc məbləği olan 2000 (iki min) manat borcun, 9 (doqquz) manat müqavilə üzrə hesablanmış cərimə məbləğinin, 200 (iki yüz) manat yol xərcinin və 43 (qırx üç) manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, ümumilikdə isə 2252 (iki min iki yüz əlli iki) manat məbləğin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, fiziki şəxs Cavabdeh arasında 22 fevral 2023-cü il tarixli, 2026 nömrəli «Nisyə alqı-satqı haqqında» müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən satış obyekti olan yeni (işlənməmiş) “Star new tech 980 nm Endolazer”, “YX930D aspirator” cihazları 23 fevral 2023-cü il tarixli Təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. Bildiririk ki, 23 fevral 2023-cü il tarixli təhvil-təslim aktı Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını təsdiq etmişdir. Tərəflər arasında bağlanmış 22 fevral 2023-cü il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 16000 (on altı min) manat müəyyən edilmişdir. Müqavilənin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən hissə-hissə olmaqla ümumilikdə 14000 (on dörd min) manat ödəniş edilmişdir. Belə ki, müqavilə üzrə öhdəliyin icrası Cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuş, 24 dekabr 2023-cü il tarixdə 180 (yüz səksən) manat ödəniş icra edilməli idi. Lakin tərəfimizdən bir neçə dəfə şifahi şəkildə qalıq ödəniş öhdəliyinin icra edilməsi tələb edilməsinə baxmayaraq, qeyd edilən ödəniş öhdəliyi bu günədək icra edilməmişdir. Ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Qeyd etmək istəyirik ki, bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunur. Hesab edirik ki, yuxarıda qeyd edilmiş məlumat və faktlar nəzərə alınmaqla aşağıdakı hüquqi əsaslara görə iddia ərizəsi tam təmin edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə işdə iştirak edən şəxslərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdi. İddiaçı nümayəndəsi Mahir Aslanov “22” yanvar 2024-cü il tarixdə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsində İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 fevral 2023-cü il tarixli, 2026 nömrəli müqavilə üzrə cavabdeh öhdəliklərini tam icra etmədiyi üçün borc məbləğinin tutulmasına dair Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinə müraciət etdiyini, işin icraata qəbul edildiyini, hal-hazırda 2(079)-105/2024 nömrəli mülki iş icraatda olduğunu, İddiaçı ilə Cavabdeh arasında olan mübahisənin məhkəmədən kənar qaydada öz aralarında həllini tapdığı üçün iddiadan imtina edilməsi zərurəti yarandığını, Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinin tələblərinə əsasən iddiaçı tərəf olaraq iddiadan imtina edilməsini nəzərə alaraq iddia ərizəsi, dövlət rüsumu ödənilməsini təsdiqləyən qəbz və digər sənədlərin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İddiaçı tələbindən imtina etməsi barədə ərizəsinin hüquqi həlli ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə İddiaçın Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiasından imtina etməsi haqqında ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, İddiaçın iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı iddia qaldırarkən Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə “29” dekabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə AZ09AİİB******************** nömrəli hesaba ödədiyi 43 (qırx üç) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə tərəflərə həmçinin izah edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı iddia qaldırarkən Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə “29” dekabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə AZ09AİİB******************** nömrəli hesaba ödədiyi 43 (qırx üç) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-105/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-105/2024
19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver