Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-121/2025 08.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: İddiaçı “07” yanvar 2025-ci ildə Babək Rayon Məhkəməsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək cavabdeh – Cavabdeh C9790145/21 nömrəli, xx.xx.2021-ci il tarixli nisyə satış müqaviləsi üzrə 1383 manat əsas borc və 100 manat cərimə borcu olmaqla cəmi 1483 manat, C9790146/21 nömrəli xx.xx.2021-ci il tarixli nisyə satış müqaviləsi üzrə 360 manat əsas borc və 30 manat cərimə borcu olmaqla cəmi 390 manat, C9790173/21 nömrəli xx.xx.2021-ci il tarixli nisyə satış müqaviləsi üzrə 1089 manat əsas borc və 100 manat cərimə borcu olmaqla cəmi 1189 manat, C9790199/21 nömrəli xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsi üzrə 440 manat əsas borc və 20 manat cərimə borcu olmaqla cəmi 460 manat, C9790210/21 nömrəli, xx.xx.2021-ci il tarixli nisyə satış müqaviləsi üzrə 260 manat əsas borc və 20 manat cərimə borcu olmaqla cəmi 280 manat, C9790223/21 nömrəli xx.xx.2021-ci il tarixli nisyə satış müqaviləsi üzrə 151 manat əsas borc və 10 manat cərimə borcu olmaqla cəmi 161 manat, C9790228/21 nömrəli xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsi üzrə 32 manat əsas borc və 3 manat cərimə borcu olmaqla cəmi 35 manat, C9790230/21 nömrəli xx.xx.2021-ci il tarixli nisyə satış müqaviləsi üzrə 59 manat əsas borc və 5 manat cərimə borcu olmaqla cəmi 64 manat, C9790240/21 nömrəli xx.xx.2021-ci il tarixli nisyə satış müqaviləsi üzrə 370 manat əsas borc və 20 manat cərimə borcu olmaqla cəmi 390 manat olmaqla ümumilikdə 4452 (dörd min dörd yüz əlli iki) manat, habelə dövlət rüsum barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə ərizə daxil olduqda hakim onun verilməsi zamanı MPM-də nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. MPM-in 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. MPM-in 1-ci maddəsinin qeydinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İddiaçı barəsində olan vergi məlumatları üzrə “AZEMİS”-dən çıxarışdan belə məlum olur ki, o, (VÖEN - **********) xx.xx.2017-ci il tarixdən əsas fəaliyyət növü “TƏSƏRRÜFAT MALLARİNİN PƏRAKƏNDƏ SATİŞİ” olmaqla Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdadır və aktiv vergi ödəyicisidir. Cavabdeh barəsində olan vergi məlumatları üzrə “AZEMİS”-dən çıxarışdan isə belə məlum olur ki, o, (VÖEN - **********) xx.xx.2023-ci il tarixdən əsas fəaliyyət növü “Taksi fəaliyyəti” olmaqla Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdadır və aktiv vergi ödəyicisidir. İddia ərizəsinə əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında bağlanmış C9790145/21 nömrəli xx.xx.2021-ci il tarixli, C9790146/21 nömrəli xx.xx.2021-ci il tarixli, C9790173/21 nömrəli xx.xx.2021-ci il tarixli, C9790199/21 nömrəli xx.xx.2021-ci il tarixli, C9790210/21 nömrəli xx.xx.2021-ci il tarixli, C9790223/21 nömrəli xx.xx.2021-ci il tarixli, C9790228/21 nömrəli xx.xx.2021-ci il tarixli, C9790230/21 nömrəli xx.xx.2021-ci il tarixli və C9790240/21 nömrəli xx.xx.2021-ci il tarixli nisyə satış müqavilələri üzrə satıcı alıcıya siyahısı təhvil-təslim aktında göstərilən malları satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada dəyərini satıcıya ödəyir. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyarlar üzrə qiymətləndirməni həyata keçirən məhkəmə qeyd edir ki, müqavilənin hər iki tərəfi sahibkarlıq subyektidir. Mübahisə predmetini təşkil edən tələb hər iki tərəfin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə ki, hər nə qədər alqı-satqı müqavilələri istehlak münasibətləri olaraq rəsmiləşdirilsə də tərəflər arasında bağlanmış müqavilələrin sayı və müqavilələr üzrə həyata keçirilən alqısatqının həcmi bunu deməyə əsas verir ki, mübahisə tərəflərin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə ki, hazırki tələb tərəflər arasında doqquz müqavilə üzrə eyni sayda telefon satışının həyata keçirilməsindən yaranan 4114 manat borc tələbindən ibarət olmaqla bu yalnız iddiaçının cavabdehə qarşı olan tələbinin az bir qismini təşkil edir. İddia ərizəsinə əlavə olunmuş İddiaçı tərəfindən Cavabdeh göndərilmiş öhdəliklərin icra edilməsi barədə bildirişdən belə məlum olur ki, tərəflər arasında bağlanmış 43 alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 47776 manat əsas borca dair alıcıya xəbərdarlıq edilmişdir. Bütün bunlar, eyni zamanda Babək Rayon Məhkəməsinin icraatında iş üzrə eyni tərəflər arasında və oxşar əsaslar üzrə mövcud olmuş 2(079)-757/2024, 2(079)-758/2024, 2(079)-759/2024 və hazırda icraatında olan 2(079)-43/2025 və 2(079)-121/2025 nömrəli işlər onu deməyə əsas verir ki, tərəflər arasında yüksək məbləğdə telefonun alqı-satqısı həyata keçirilmiş və bunun şəxsi istehlak üçün istifadə olunduğu sübuta yetirilməmişdir. Əksinə, aparılan əməliyyatlar göstərir ki, müqavilələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 12.Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. MPM-in 25.2 və 26.2-ci maddələrinin və Plenum Qərarının 12-ci bəndində ifadə olunmuş hüquqi mövqelərin əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə, mübahisənin subyekt dairəsi fərdi sahibkarlardan ibarətdir, mübahisə predmeti subyekt tərkibindən asılı olmayaraq ümumi məhkəmələrdə baxılmalı olan tələblərə daxil deyildir və mübahisə tərəflərin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinə kommersiya mübahisəsi olduğundan ümumi məhkəmədə baxıla bilməz. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının 18-ci bəndində müəyyən olunmuşdur ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalı olmadığından ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir (152.3-cü maddə). İddiaçıya izah olunmalıdır ki, MPM-in 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. MPM-in 114.1 və 114.1.3-cü maddələrinə əsasən Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalı vasitəsilə 06 yanvar 2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 64.52 (altmış dörd manat əlli iki) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalı vasitəsilə 06 yanvar 2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 64.52 (altmış dörd manat əlli iki) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-121/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-121/2025
08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver