Məhkəmə qərarları › İş №e-2(079)-123/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-123/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-123/2025 03.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında xx.xx.2025-ci il tarixdə ”Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh C9790159/21 nömrəli xx.xx.2021-ci il tarixli nisyə satış müqaviləsi üzrə 3949 manat əsas borc və 100 manat cərimə borcu olmaqla cəmi 4049 manat, C9790213/21 nömrəli xx.xx.2021-ci il tarixli nisyə satış müqaviləsi üzrə 822 manat əsas borc və 50 manat cərimə borcu olmaqla cəmi 872 manat, ümumilikdə 4921 (dörd min doqquz yüz iyirmi bir) manat, habelə dövlət rüsumu əvəzi olaraq ödənilmiş 69.76 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, satıcı/İddiaçı ilə alıcı/Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790159/21 nömrəli nisyə satış müqaviləsinə əsasən 8172 manat dəyərində, ilkin ödənişsiz, qızıl zinət əşyaları 12 ay müddətinə, hər ay 681 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqaviləsinin şərtləri borclu tərəfindən əməl edilməmiş, öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən nəticədə onun kreditor qarşısında borcu yaranmışdır. Hazırda xx.xx.2021-ci il tarixli C9790159/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 3949 manat təşkil edir. Bundan başqa, satıcı/İddiaçı ilə alıcı/Cavabdeh oğl arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790213/21 nömrəli nisyə satış müqaviləsinə əsasən 900 manat dəyərində, ilkin ödənişsiz, Samsung A52 128GB markalı məhsulu 12 ay müddətinə, hər ay 75 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqavilənin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, öhdəliyi vaxtında və lazımi qaydada icra etməməsi nəticəsində onun kreditor qarşısında borcu yaranmışdır. Hazırda xx.xx.2021-ci il tarixli C9790213/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 822 manat təşkil edir. Sözügedən C9790159/21, C9790213/21 nömrəli nisyə satış müqavilələrinin 2.4.4-cü bəndinə müvafiq olaraq, “Alıcı” razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1% (bir faiz) cərimə ödəyəcəyini öz üzərinizə götürmüşdür. Hər bir müqavilə üzrə hesablanan cərimə məbləği gecikdirilmiş günlərə görə yüksək olmasına baxmayaraq İddiaçı ağlabatan məbləği müəyyən etmişdir. Hazırda, cavabdehlərdən sadalanan müqavilələr üzrə qalıq əsas borcun 5-10 faizi nisbətində cərimə məbləğləri tələb edir. Kredit öhdəliklərinin icra olunması dəfələrlə yazılı və şifahi qaydada tələb olunmasına baxmayaraq icra edilməmiş və icra olunmasından dəfələrlə yayınmışdır. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Sözügedən müddət ərzində cavabdehin ərizəyə etirazı daxil olmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddia tələbinin hüquqi həlli ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı fərdi sahibkar İddiaçı ilə Cavabdeh arasında 25 iyul 2021-ci il tarixli müqavilənin bağlanması, bu müqavilə üzrə “Qızılzinət” əşyalarının nisyə alqı-satqısı barədə razılaşma əldə olunduğu, müqavilə üzrə ödənişlərin hissə-hissə həyata keçirilməli olması barədə tərəflərin razılığa gəlməsi, həmçinin tərəflər arasında 03 sentyabr 2021-ci il tarixli müqavilənin bağlanması, bu müqavilə üzrə «Samsung A5» markalı mobil telefonun nisyə alqı-satqısı barədə razılaşma əldə olunduğu, müqavilə üzrə ödənişlərin hissə-hissə həyata keçirilməli olması barədə tərəflərin razılığa gəlməsi işin mübahisəsiz hallarıdır. Qeyd edilən halların işin mübahisəsiz halı olması aşağıdakılarla öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə olunmuş: - 25 iyul 2021-ci il tarixli satınalma müqaviləsindən tərəflər arasında “Qızıl-zinət” əşyalarının nisyə alqı-satqısı haqqında müqavilə bağlanması, 03 sentyabr 2021-ci il tarixli satınalma müqaviləsindən tərəflər arasında «Samsung J610» markalı mobil telefonun” nisyə alqı-satqısı haqqında müqavilə bağlanması; - 25 iyul 2021-ci il tarixli satınalma müqaviləsinə əsasən “Satıcı”nın “Alıcı”ya 8172 manat dəyərində “Qızıl-zinət” əşyaları və 03 sentyabr 2021-ci il tarixli satınalma müqaviləsinə əsasən “Satıcı”nın “Alıcı”ya 900 manat dəyərində «Samsung A5» markalı mobil telefonu satdığı, alıcının isə müqavilədə razılaşdırılmış qaydada qızıl-zinət əşyalarını və mobil telefonun dəyərini satıcıya ödəyəcəyi barədə öhdəlik götürməsi; - qızıl-zinət əşyalarının və telefonun dəyərinin tərəflərin razılaşdırılmış qaydada kreditlə ödənilməsi, alıcının qızıl-zinət əşyalarının dəyərinin ümumilikdə 8172 manat (səkkiz min bir yüz yetmiş iki manat) və “Samsung A5” markalı telefonun dəyərinin ümumilikdə 900 doqquz yüz manat olduğunu və bu məbləği müqavilələrin tərkib hissəsinə olan “Əlavə 1” cədvəlinə müvafiq olaraq ödəyəcəyi barədə öhdəlik götürməsi, ilkin ödəniş edilmədiyi, qalan 9072 (doqquz min yetmiş iki) manat ödənilməmiş hissəsinin isə müqavilələrin hissəsi olan “Əlavə 1” cədvəlinə müvafiq olaraq ödəyəcəyi barədə öhdəlik götürməsi; - 25 iyul 2021-ci il tarixli müqaviləyə əlavə - 1 cədvəlindən isə Cavabdeh “Qızıl-zinət” əşyaları ilə əlaqədar 30 iyul 2021-ci il tarixdən başlayaraq 12 ay ərzində hər ay 681 manat olmaqla və 03 sentyabr 2021-ci il tarixli müqaviləyə əlavə - 1 cədvəlindən isə Cavabdeh “SAMSUNG A5” markalı teıefon ilə əlaqədar 10 oktyabr 2021-ci il tarixdən başlayaraq 12 ay ərzində hər ay 75 manat olmaqla malın qiymətini hissə-hissə ödəməli olması aydın olur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ilə Cavabdeh 25 iyul 2021-ci il tarixli və 03 sentyabr 2021-ci il tarixli mal satınalması müqavilələri üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə tələb olunan formada razılığa gəlmişlər. Müqavilələr ilə tərəflərin: - 25 iyul 2021-ci il tarixli müqavilənin 1.2-ci bəndinə əsasən «Satıcı» dəyəri 8172 AZN olan məhsulu (telefonu və s.) “Alıcı”ya nisyə satmağı «Alıcı» isə satılmış əşyaya görə 0 AZN ilkin ödəniş edərək malı qəbul edib bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 2) müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini nağd və ya köçürmə yolu ilə ödəməyi öhdəsinə goturür. Əlavə 2-dəki ödəniş cədvəlinə uyğun ödəniş olmadıqda gecikdirilmiş məbləğə günlük 1% cərimə hesablanacaqdır. Müqavilə öhdəliyi bitənə qədər inflyasiya olduğu halda müqavilə qiyməti uyğun şəkildə dəyişdiriləcəkdir. 03 sentyabr 2021-ci il tarixli müqavilənin 1.2-ci bəndində əsasən «Satıcı» dəyəri 900 AZN olan məhsulu (telefonu və s.) «Alıcı»ya nisyə satmağı «Alıcı» isə satılmış əşyaya görə 0 AZN ilkin ödəniş edərək malı qəbul edib bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 2) müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini nağd və ya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür. Əlavə 2-dəki ödəniş cədvəlinə uyğun ödəniş olmadıqda gecikdirilmiş məbləğə günlük 1% cərimə hesablanacaqdır. Müqavilə öhdəliyi bitənə qədər inflyasiya olduğu halda müqavilə qiyməti uyğun şəkildə dəyişdiriləcəkdir. - hər iki müqavilənin 2.4.2, 2.4.3 və 2.4.4-cü bəndlərinə əsasən «Alıcı» nisyə borcunun hər hansı bir hissəsini müqavilə müddəti və ödəmə cədvəlində göstərilmiş müddət bitənədək ödəməzsə "Satıcı"ya ödədiyi pulu geri tələb etmədən nisyə aldığı malı (əşya və malı) «Satıcı»ya geri qaytarmağı öhdəsinə götürür. Həmçinin alıcı öhdəsinə götürür ki, geri qaytarılan məhsul vəziyyətinə görə qiymətləndirilir və borcdan çıxılmasına etiraz etmir, bu zaman avadanlığın geri qaytarılması «Alıcı»nı borcunu ödəmək öhdəliyindən azad etmir, «Alıcı» qalan borcun ödənilməsini gecikdirdiyi halda gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 1%-i həcmində cərimə(dəbbə) pulu ödəməyi öhdəsinə götürür. «Satıcı» «Alıcının» borcunu vaxtında ödəmədiyi halda məhkəməyə müraciət edilə bilər. - hər iki müqavilənin 3.1-ci bəndində əsasən ödəniş müddəti bitənə qədər nisyə satılmış mal "Fiziki şəxs İddiaçı Haciəli oğlu“nun girovu hesab olunur. Borc bitənə qədər həmin mal satıla və heç kimə bağışlanıla bilməz. Ödəniş gecikdirildiyi halda "Satıcı" istənilən vaxt 2.4.2. bəndinə uyğun olaraq girov malı müştəridən geri ala bilər. Müştəri də həmin girov malı şirkətin nümayəndələrinə təhvil verməlidir. Razılaşmanın şərtlərindən belə məlum olur ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. Həmin məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddia ərizəsinə əlavə edilmiş cavabdeh tərəfindən imzalanmış 25 iyul 2021-ci il tarixli və 03 sentyabr 2021-ci il tarixli əşyaların təhvil-təslim aktından aydın olur ki, iddiaçı “Qolbaqlı qızıl dəst, uşaq sırğası, hovuz və qolbaq sep”i və İmei kod **********86640 «Samsung A5» markalı telefonu cavabdehə vermişdir. Beləliklə müəyyən olunur ki, iddiaçı müqavilələrdən irəli gələn əsas öhdəliyini lazımınca icra etmişdir. xx.xx.2024-cü il tarixli cavabdehə verilmiş xəbərdarlıq məktubunda 25 iyul 2021-ci il tarixli C9790159/21 nömrəli nisyə mal satılması müqaviləsinə əsasən «Qızıl-zinət» əşyalarını 12 aylıq kreditlə, aylıq 681 manat olmaqla 8172 manat dəyərində almağa razılığın verilməsi, kreditor qarşısında öhdəliyi lazımınca yerinə yetirmədiyinə görə 3949 manat əsas borcun yarandığı, nisyə satış müqaviləsinin 2.4.4-cü bəndinə müvafiq olaraq alıcı razılaşdırılmış dəyərini, razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1% (bir faiz) cərimə ödəyəcəyini üzərinə götürdüyü, nisyə satış müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam verərək girov predmeti olan məhsulu geri tələb edə biləcəyini və ya verdiyi kredit məbləğini bu müddətə qədər hesablanmış cərimə məbləği ilə birlikdə qaytarılmasının borcalandan tələb edə biləcəyini, yaranmış borcu 5 gün müddətində ödənilməsini tələb etdikləri, əks təqdirdə, nisyə satış müqaviləsi üzrə yaranmış borc və cərimə məbləği birlikdə Cavabdeh tutulması barədə aidiyyatı məhkəmə orqanına müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Beləliklə, müəyyən olunur ki, razılaşma üzrə iddiaçının müqavilələrdə göstərilən malı cavabdehə verməsi, cavabdehin isə müqavilələr üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Tərəflərin arasında bağlanmış müqavilələr və cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək razılaşdırılmış qızıl-zinət əşyasını və mobil telefonu cavabdehə vermişdir. Belə ki, cavabdehə iddiaçı tərəfindən rəsmi qaydada təqdim olunmuş xəbərdarlıqda borcun mövcudluğu və ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə razılaşma əldə olunmuşdur. Cavabdeh isə müqavilələrdən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək cavabdehin diqqətinə çatdırır ki, mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Əsas borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2024 cü il tarixli, LC0135/24 nömrəli maliyyə arayışından aydın olur ki, Cavabdeh qeyd edilən müqavilə üzrə 3949 (üç min doqquz yüz qırx doqquz) manat məbləğində ödənilməmiş əsas borcu və xx.xx.2024-cü il tarixli, LC0149/24 nömrəli naliyyə arayışından isə aydın olur ki, qeyd edilən müqavilə üzrə 822 (səkkiz yüz iyirmi iki) manat məbləğində ödənilməmiş əsas borcu mövcuddur. Bunun əksini təsdiq edəcək sübutlar məhkəməyə təqdim olunmamışdır. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilələrin 2.4.4-cü bəndinə əsasən razılığa gəlmişlər ki, kredit ödənişinin gecikdirilməsi halında “Alıcı” “Satıcı”ya hər gün üçün gecikdirilmiş borc məbləğinin 1%-i miqdarında dəbbə pulu ödəyəcəkdir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, borcalanın 25 iyul 2021-ci il tarixli nisyə satış müqaviləsinə əsasən 3949 manat əsas borcuna münasibətdə iddiaçı 100 manat cərimənin və 03 sentyabr 2021-ci il tarixli nisyə satış müqaviləsinə əsasən isə 822 manat əsas borcuna münasibətdə 50 manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, 25 iyul 2021-ci il tarixli müqaviləyə görə həmin məbləğ əsas borca mütənasib hesab oluna bilər, amma 03 sentyabr 2021-ci il tarixli müqaviləyə görə isə mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 41.10 (qırx bir manat, on qəpik) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 25 iyul 2021-ci il tarixli müqaviləyə əsasən 3949 (üç min doqquz yüz qırx doqquz) manat məbləğində əsas borc, 100 (bir yüz) manat məbləğində dəbbə pulu və 03 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən 822 (səkkiz yüz iyirmi iki) manat əsas borc, 41.10 (qırx bir manat, on qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 4912.1 (dörd min doqquz yüz on iki manat, on qəpik) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı sayıldığından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 69.63 (altmış doqquz manat, altmış üç qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 3110-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 25 iyul 2021-ci il tarixli müqaviləyə əsasən 3949 (üç min doqquz yüz qırx doqquz) manat məbləğində əsas borc, 100 (bir yüz) manat məbləğində dəbbə pulu və 03 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən 822 (səkkiz yüz iyirmi iki) manat əsas borc, 41.10 (qırx bir manat, on qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 4912.1 (dörd min doqquz yüz on iki manat, on qəpik) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 69.63 (altmış doqquz manat, altmış üç qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar