Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-139/2023 01.03.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “01” fevral 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 24 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə Apple Saat üçün 590 (beş yüz doxsan) manat ödənilməmiş hissə, 59 (əlli doquz) manat cərimə, 24 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə Lg Led TV üçün 769.98 (yeddi yüz altmış doqquz manat, doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 76.02 (yetmiş altı manat, iki qəpik) manat cərimə, 04 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə Hp Komputer, Windows 10 Home proqram üçün 1122.48 (bir min bir yüz iyirmi iki manat, qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 112.52 (bir yüz on iki manat, əlli iki qəpik) manat cərimə olmaqla, ümumilikdə 2730 (iki min yeddi yüz otuz) manat borc və 47.30 (qırx yeddi manat, otuz qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, cavabdehlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 24 oktyabr və 04 noyabr 2021-ci il tarixli müqavilələrə əsasən Cavabdeh Apple Saat, Lg Led TV və Hp Komputer, Windows 10 Home proqram almış və nəticədə onun borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və 24 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə alqı-satqı qiyməti 789.98 (yeddi yüz səksən doqquz manat, doxsan səkkiz qəpik) manat (3 ay x 196.96 manat +199.10 manat ilkin ödəniş) təşkil edən Apple Saat üçün ümumilikdə 649 (altı yüz qırx doqquz) manat olmaqla, ondan 590 (beş yüz doxsan) manat ödənilməmiş hissə, 59 (əlli doquz) manat cərimə borcu yaranmışdır. 24 oktyabr 2021-ci il tarixli, ******* nörəli nömrəli müqavilə üzrə alqı-satqı qiyməti 1099.98 (bir min doxsan doqquz manat, doxsan səkkiz qəpik) manat (3 ay x 256.66 manat + 330 manat ilkin ödəniş) təşkil edən Lg Led TV üçün ümumilikdə 846 (səkkiz yüz qırx altı) manat olmaqla, ondan 769.98 (yeddi yüz altmış doqquz manat, doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 76.02 (yetmiş altı manat, iki qəpik) manat cərimə borcu yaranmışdır. 04 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə alqı-satqı qiyməti 1431.68 (bir min dörd yüz otuz bir manat, altmış səkkiz qəpik) manat (3 ay x 374.16 manat + 309.20 manat ilkin ödəniş) təşkil edən Hp Komputer, Windows 10 Home proqram üçün ümumilikdə 1235 (bir min iki yüz otuz beş) manat olmaqla, ondan 1122.48 (bir min bir yüz iyirmi iki manat, qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 112.52 (bir yüz on iki manat, əlli iki qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 839.18 (səkkiz yüz otuz doqquz manat, on səkkiz qəpik) manat təşkil edir. Cavabdeh ilə bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyanın təhvil-təslim aktınlardan görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdı. Onunla aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit edilmiş öhdəlikləri icra etməmişdi. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddianın təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi sübutlar iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə onu qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş 05 noyabr 2022-ci il tarixli arayışından və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Sirab kəndində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdehə iddiaçının ərizəsinin surəti məhkəmənin 01 fevral 2023-cü il tarixli, 2(079)-139/2023 nömrəli məhkəmə bildirişi ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun rəsmi qaydada göndərilmişdi. Belə ki, mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin cavabdehə “04” fevral 2023-cü ildə təqdim edilməsi aydın olur. Qeyd olunan məhkəmə sənədində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdı. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçı tələbini Cavabdeh ilə onun arasında bağlanmış 24 oktyabr 2021-ci il tarixli, 0407290, 24 oktyabr 2021-ci il tarixli, ******* və 04 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilələrlə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Tərəflər arasında bağlanmış müqavilələri yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 24 oktyabr 2021-ci il tarixli, ******* nömrəli, 24 oktyabr 2021-ci il tarixli, ******* nömrəli və 04 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilələrdən görünür ki, tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilələrin: - 1.1 və 2.1-ci bəndlərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti özünə məxsus olan əşyaları, yəni Lg Led TV-ni (24 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə), Apple Saatı (24 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə) və Hp Komputer, Windows 10 Home proqramı (04 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə) Cavabdeh verir, sonuncu isə malları müqavilə göstərilən şərtlərlə qəbul edir; - 2.2-ci, 2.3-cü və 3.7-ci bəndlərindən aydın olur ki, müqavilənin predmeti təşkil edən mala dair məlumat və malın qiyməti həmin müqavilənin ayrılmaz hissəsi olan müvafiq əlavə ilə müəyyənləşdirilir, müştəri icbari ödənişləri ödədikdən (tələb olunduğu halda) sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti malı ona təqdim edir və müqavilənin ödəmə qaydası ona edilmiş əlavə ilə müəyyən edilir; - 2.4-cü bəndlərinə əsasən müştəri malı qəbul edir və yalnız malı istifadə etmək hüququ ona keçir; Bundan əlavə müqavilələrə edilmiş əlavələrdən aydın olur ki, həmin əlavələr tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, əlavələrə əsasən; -24 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilənin “ödəniş cədvəli” üzrə müştəri 24 noyabr 2021-ci ildən başlayaraq 3 ay ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 256.66 (iki yüz əlli altı manat, altmış altı qəpik) manat; - 24 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilənin “ödəniş cədvəli” üzrə müştəri 24 noyabr 2021-ci ildən başlayaraq 3 ay ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 196.96 (bir yüz doxsan altı manat, doxsan altı qəpik) manat; - 04 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilənin “ödəniş cədvəli” üzrə müştəri 15 dekabr 2021-ci ildən başlayaraq 3 ay ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 374.16 (üç yüz yetmiş dörd manat, on altı qəpik) manat ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış razılaşmalardan o da aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilələrdən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilələr üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə edilmiş 24 oktyabr və 04 noyabr 2021-ci il tarixli əşyaların təhvil-təslim aktlarından aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilələrdə göstərilən malları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrdən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Əksinə isə iş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona göndərilmiş 22 noyabr 2022-ci il tarixli xəbərdarlıq məktubundan onun müqavilələrdən irəli gələn öhdəliyini lazımınca icra etməməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4cü maddəsi ilə müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə edilmiş 23 yanvar 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən aydın olur ki, Cavabdeh 24 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 330 (üç yüz otuz) manat, 24 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 199.10 (bir yüz doxsan doqquz manat, on qəpik) manat və 04 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə isə 309.20 (üç yüz doqquz manat, iyirmi qəpik) manat ödəniş edib. Hazırda isə onun əsas borc üzrə iddiaçıya 24 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 769.98 (yeddi yüz altmış doqquz manat, doxsan səkkiz qəpik) manat, 24 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 590 (beş yüz doxsan) manat və 04 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 1122.48 (bir min bir yüz iyirmi iki manat, qırx səkkiz qəpik) manat ödənilməmiş əsas öhdəliyi mövcuddur. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilələrə edilmiş əlavədən müəyyən edilir ki, həmin əlavənin 2-ci və 5-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlansa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməyi öhdəsinə götürür və müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilələrin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) - 24 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 110 AZN, 24 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 79 AZN, 04 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 143.17 AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Cərimə borcunun miqdarına gəldikdə isə, 23 yanvar 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən aydın olur ki, Cavabdeh 24 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə cərimə borcu 76.02 (yetmiş altı manat, iki qəpik) manat, 24 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 59 (əlli doqquz) manat və 04 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə isə 112.52 (bir yüz on iki manat, əlli iki qəpik) manat təşkil edir. Məhkəmə iddiaçının tələbini əsaslı saydığından Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 47.30 (qırx yeddi manat, otuz qəpik) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - tərəflər arasında bağlanmış 24 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 769.98 (yeddi yüz altmış doqquz manat, doxsan səkkiz qəpik) manat əsas, 76.02 (yetmiş altı manat, iki qəpik) manat cərimə borcu, 24 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 590 (beş yüz doxsan) manat əsas, 59 (əlli doquz) manat cərimə borcu və 04 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 1122.48 (bir min bir yüz iyirmi iki manat, qırx səkkiz qəpik) manat əsas və 112.52 (bir yüz on iki manat, əlli iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2730 (iki min yeddi yüz otuz) manat məbləğində borc Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli; -həmçinin Cavabdeh 47.30 (qırx yeddi manat, otuz qəpik) manat miqdarında dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış 24 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 769.98 (yeddi yüz altmış doqquz manat, doxsan səkkiz qəpik) manat əsas, 76.02 (yetmiş altı manat, iki qəpik) manat cərimə borcu, 24 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 590 (beş yüz doxsan) manat əsas, 59 (əlli doquz) manat cərimə borcu və 04 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 1122.48 (bir min bir yüz iyirmi iki manat, qırx səkkiz qəpik) manat əsas və 112.52 (bir yüz on iki manat, əlli iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2730 (iki min yeddi yüz otuz) manat məbləğində borc Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Həmçinin Cavabdeh 47.30 (qırx yeddi manat, otuz qəpik) manat miqdarında dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-139/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-139/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver