Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-161/2022 09.03.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizəsini nəzərdən keçirərək müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 09.03.2022-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək 13.10.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********59835 olan Samsung Galaxy A10s markalı telefon üçün 222 (iki yüz iyirmi iki) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə, 13.10.2019-cu il tarixli müqaviləyə əsasən ARİSTON Kombi, 2 ədəd Panel Radiatoru üçün 1556 (bir min beş yüz əlli altı) manat ödənilməmiş hissə, 155 (bir yüz əlli beş) manat cərimə miqdarında borc olmaqla ümumilikdə 1955 (bir min doqquz yüz əlli beş) manat borc və 39.55 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bildirir ki, məhkəməyə müraciət etmək hüququnun həyata keçirilməsi qanunvericilikdə müəyyən edilmiş prosessual tələblərlə şərtləndirilmişdir. Məhkəməyə ərizə daxil olduqda hakim onun verilməsi zamanı ərizənin sözügedən tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Tələbdən aydın olur ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı olan iddiasının qiyməti beş min manatdan aşağıdır və iddiaçı işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etmişdir. Bu səbəbdən də ərizənin MPM-in 23-1-ci fəslində nəzərdə tutulmuş normaların tələbləri daxilində verilib-verilmədiyi araşdırılmalıdır. MPM-in 284-4-cü maddəsində işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinin əsasları qeyd edilmişdir. MPM-in 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normasına əsaslanmaqla belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən aydın olur ki, 13.10.2019-cu ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Cavabdeh arasında 00977693 nömrəli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan əlavə, iddia ərizəsinə əlavə olunmuş müqavilədən belə məlum olur ki, müqavilənin predmeti iddiaçının özünə məxsus əşyanı – X2 X24 KW və 2 ədəd Panel Radiatoru müqavilədə göstərilən şərtlərlə müştəriyə - Cavabdeh verməsi, müştərinin isə malı müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul etməsidir. Belə ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan əşyaları müştəriyə verir, müştəri isə malı qəbul edir. İddia ərizəsinə əlavə olunmuş müştəri tərəfindən imzalanmış 13.10.2019-ci il tarixli bildirişdə əksini tapmış təhvil təslim aktında Cavabdeh 00977693 nömrəli müqaviləyə əsasən əşyaların tam qüsursuz halda təhvil verildiyi göstərilsə də, orada yalnız bir ədəd Panel Radiatorunun adı və modeli qeyd olunmuş, alqı-satqı müqaviləsinin obyekti olan digər əşyaların (X2 X24 KW və 1 ədəd X1 Dokum 120 sm) adı qeyd olunmamış, beləliklə satıcının əşyaları qüsursuz halda alıcıya təhvil verməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1 və 284-4.1.3-cü maddələrinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, həmin Məcəllənin 284-4.2-ci maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Bundan əlavə iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 284-4.1-ci maddələrini rəhbər tutaraq qərar verdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh alqı-satqı müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizəsinin qəbul edilməsindən imtina olunsun. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(079)-161/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-161/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver