Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-191/2024 27.05.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 29 iyun 2023-cü il tarixli AZL-28 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin məhv olunma anına 18 dekabr 2023-cü il tarixə 20098.49 manat əsas, 176.86 manat gecikdirilmiş mükafat, ümumilikdə 20275.35 manat borc və ödənilmiş 150.83 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2023-cü il tarixli AZL-28 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9PA039928ban, göy metallik rəngli avtomobil 25800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 16% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 517.97 manat, ümumilikdə isə 35578 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan“Chevrolet Cobalt” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil 18 dekabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində istifadəyə yararsız vəziyətə düşmüşdür. Servis mərkəzi əməkdaşı tərəfindən baxış kecirərək tərtib olunmuş qüsur aktına əsasən avtomobil tam yararsız vəziyyətdədir. “Daxili Lizinq” müqaviləsinin 5.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cəriməni isə məhv olma anına ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir. Cavabdeh lizinq şirkətinə ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olunması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərq 18 dekabr 2023cü il tarixə 20275.35 manat olmuşdur. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 02 dekabr 2023-cü il tarixdə 520 manat məbləğində olmuşdur. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiamız qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iclasında lazımi qaydada məlumatlandırılmış tərəflər iştirak etməmişlər. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan baxılıb, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185ci maddəsinin tələbini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, müqavilə 23 iyun 2023-cü il tarixdə mənimlə iddiaçı arasında bağlanıb. Lizinq müqaviləsini bağlayarkən müqavilə ilə tanış olmadım, sadəcə şifahi şəkildə izah edildi. Lakin müqavilənin surəti mənə verildi. Maşını tam yararlı şəkildə almışıq. Maşını alanda 5070 manat ödəniş etmişəm. 4500 manat ilkin mükafat, 570 manat isə kasko sığorta haqqı ödənilmişdir. Ayda qrafik üzrə 512 manat ödəniş edirdim. 20000 manat isə müqavilənin sonuna olan lizinq ödənişlərinin cəmidir. Müqavilənin bağlandığı iyun ayından hadisə olan günədək hər ay 517 manat ödəmişəm. Avtomobili iddiaçı şirkət özü kasko sığorta etdirib. Maşını mənə satarkən kasko sığorta etdirərək satıblar. Kasko sığorta üçün məndən 800 manat aldılar. Lizinq verən maşın alınan zaman ailə üzvlərinə etibarnamə verir. Avtomobil mənim sahibliyimdə olub, hər ay qardaşım Kəmaləddin Əliyarovun adına lizinq verəndən etibarnamə alırdım. Hadisə vaxtı da maşını etibarnamə əsasında qardaşım idarə edib. Müqavilə mənimlə bağlandığına görə iddia mənə qarşı qaldırılıb. Qəza 2 ay yarım bundan əvvəl Quba yolunda yol buzlanması səbəbindən baş verib. Səhəri gün yəni 24 saat keçməmiş qəza barədə lizinq şirkətinə məlumat verildi. Qardaşımın barəsində tərti edilmiş inzibati xəta haqqında protokoldan isə şikayət verilməyib. Hadisə nəticəsində heç kimə can zərəri dəyməyib. Mənə isə yeni maşın veriləcəyini bildirsələr də daha sonra bundan imtina etdilər. Lizinq verənin servis xidməti tərəfindən maşına baxılanda yararsız olduğu bildirildi. Daha sonra maşın iddiaçının dayanacağına aparıldı. Maşın hazırda yararsız haldadır və iddiaçı təşkilatdadır. Hazırda bizə nə kasko, nə də icbari sığorta üzrə ödəniş edilib. İddiaçı həm bütün pulu mənim ödəməyimi, həm də maşının onlarda qalacağını bildirir. Əvvəllər həmin maşınla taksi işləyib maşının aylıq ödənişini verirdim. İndi isə pulu ödəyə bilmirəm. Mənə 800 manatdan yuxarı zərər dəyərsə hamısını özlərinin qarşılayacağını bildirmişdilər. Qəzaya qədər aylıq pul tam olaraq ödənilib. Qəza baş verdikdən sonra 3 aydır iddiaçıya ödəniş edilmir. Avtomobilə dəyən zərərın həcmi ilə bağlı bağlı heç bir məlumatım və sənədim yoxdur. İddiaçı maşına dəyən zərərə öz servisində baxıb, bizə isə başqa ustaya aparmağa imkan verilməyib. Bizə maşını satanda belə olan halda zərərin 70 faiz hissəsinin qarşılanacağını bildirdilər. Ancaq indi hamısını tələb edirlər. Kasko sığorta edilməsinə dair şəhadətnamə bizə verilməyib. Şifahi deyildiyinə görə kasko şəhadətnaməsini tələb etmədik. Sadəcə qol çəkilməsini istədilər. Sığortanın pulunu alıb qeyd ediblər. Mülki məsuliyyətim həmçinin icbari sığorta olunub. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən belə məlum olur ki, xx.xx.2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında daxili lizinq müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə 1 nömrəli əlavədən bəlli olur ki, daxili lizinq müqaviləsinin obyekti ümumi dəyəri 25800 manat olan «CHEVROLET COBALT» LTZ markalı minik maşınıdır. Daxili lizinq müqaviləsinə xx.xx.2023-cü il tarixli 2 nömrəli əlavə - təhvil-təslim aktından belə məlum olur ki, 25800 manat dəyərində olan göy metal rəngli lizinq obyekti İddiaçı tərəfindən lizinq alan Cavabdeh təqdim edilmişdir. Daxili lizinq müqaviləsinə 3 saylı əlavədən aydın olur ki, orada qeyd olunmuş ödəniş cədvəli daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Həmin ödəniş cədvəlinə görə lizinq alanın öhdəliyi xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci ilədək əsas məbləğ və mükafat məbləğindən ibarət olan 517.97 manat, sonuncu ay isə 518.00 manat məbləğində ödənişi 60 ay ərzində lizinq verənə ödəmək olmuşdur. xx.xx.2021-ci il tarixdə İddiaçı və Cavabdeh arasında bağlanmış daxili lizinq müqaviləsi ilə tərəflər aşağıda qeyd olunan şərtlər barədə razılığa gəlmişlər: - Müqavilənin predmeti adlanan 1-ci maddəyə görə bu Müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq obyekti lizinq alan tərəfindən seçilib. Bu lizinq müqaviləsinin əsas məbləğini 25800 manat təşkil edir. Lizinq Alan, bu müqavilə imzalandığı gün 4500 manat məbləğində lizinq ödənişini Lizinq Verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 4500 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 60 ay müddətində illik 16% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən aparır. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. - Müqavilənin 2-ci bəndinin müvafiq yarımbəndlərinə əsasən bu Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə hər hansı bir səbəbdən ləğv və ya xilam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Lizinq alan tərəfindən bu Müqavilə itə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüqııqıı lizinq alana keçir. Lizinq obyektinin lizinq alana keçməsi lizinq alan və lizinq verən arasında bağlanmış Mülkiyyət hüququnun keçməsi barədə akt əsasında həyata keçirilir. Lizinq obyektinin qəbulu və istifadəyə verilməsi lizinq verən və lizinq alan tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən həyala keçirilir. Lizinq obyektinin təhvil-təslıın aklı imzalandığı andan lizinq obyektinə sahiblik və istifadə hüququ lizinq alana keçir və lizinq verənin lizinq obyektinin lizinq alana lizinqə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır. - Müqavilənin 4.4-cü bəndinin müvafiq yarımbəndlərinə əsasən lizinq alanın vəzifələrinə lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək; lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq alan lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəmək; lizinq obyektini lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq, öz vəsaiti hesabına, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində kasko və həmçinin icbari sığortalamaq. - Müqavilənin 5.3-cü yarımbəndinə əsasən lizinq alan tərəfindən lizinq obyekti kasko sığorta etdirilmədikdə, "Daxili Lizinq" müqaviləsi imzalandıqdan sonra 1 (bir) il ərzində lizinq obyekti olan avtomobil yalnız lizinq alanın təqsiri nəticəsində zədələndikdə, avtomobilin oğurlanması, tam məhv olması və bərpa edilməsi üçün çəkilən xərc avtomobilin dəyərinin 70%-indən çox olması halı istisna olmaqla, dəymiş zərərin 800 (səkkiz yüz) manat məbləği lizinq alan tərəfindən lizinq verənə ödənilməklə, lizinq verən tərəfindən öz vəsaiti hesabına lizinq verənin partnyoru olan Servis Mərkəzində bərpa edilir. - Müqavilənin 5.4-cü yarımbəndinə əsasən lizinq obyekti məhv olduqda, oğurlandıqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cəriməni isə məhv olma anına hesablanmaqla ödəmək hərəkətlərdən birini dərhal həyata keçirməlidir. - Müqavilənin 6.1-ci yarımbəndinə əsasən tərəflər razılaşırlar ki, lizinq alan lizinq obyektini öz vəsaiti hesabına "Daxili Lizinq" müqaviləsi imzalandıqdan 1 (bir) il sonra zədələnmə, korlanma, məhv olunma, talanma və oğurlanma risklərindən "Daxili Lizinq" müqaviləsinin müddəti haşa çatanadək sığortalanmalıdır. Mülki iş materiallarını tədqiq edən məhkəmə MPM-in 218.1-ci maddəsinə müvafiq olaraq tərəflərin hansı hüquqi münasibətdə olmalarının müəyyən edilməsi tələbinə müvafiq olaraq qeyd edir ki, tərəflər arasında lizinq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, MM-in 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Tərəflər aralarında bağlanmış müqavilə ilə razılığa gəlmişlər ki, lizinq verənin əsas öhdəliyi əmlakı lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə vermək, lizinq alanın əsas öhdəliyi isə müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməkdir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-ci il tarixli təhvil-təslim aktında tərəflər təchiz ediləcək “Chevrolet Cobalt” LTZ markalı avtomobilin dəyərinin 25800 manat təşkil edəcəyinə dair razılaşmışlar. Həmin tarixli satıcı, lizinq verən və lizinq alan tərəfindən imzalanmış təhvil təslim aktı ilə alıcı lizinq obyektini tam həcmdə, tələb olunan keyfiyyətlə, tərəflər arasında razılaşdırılmış qaydada və müddətdə satıcı tərəfindən alıcının müvəqqəti sahibliyinə təhvil verilməsini təsdiq etmişdir. İddia ərizəsinə əlavə olunmuş avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2023-cü il tarixli aktda həmin tarixdə “Chevrolet Cobalt” LTZ markalı, 77AE585 dövlət nömrə nişanlı avtomobilin təhvil-təsliminin aparılması zamanı nəqliyyat vasitəsinin evakuatorla qəzalı vəziyyətdə gətirilərək lizinq verənə təhvil verildiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş aktda “Chevrolet Cobalt” LTZ markalı, 77AE585 dövlət nömrə nişanlı avtomobilin servis mərkəzində ilkin texniki baxışı zamanı təmir üçün tam yararsız vəziyyətdə olduğu müəyyən olunmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü yarımbəndinə əsasən lizinq obyekti məhv olduqda, oğurlandıqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cəriməni isə məhv olma anına hesablanmaqla ödəmək hərəkətlərdən birini dərhal həyata keçirməlidir. MM-in 390.5 və 390.6-ci maddələrinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. MM-in 748-7.1-ci maddəsinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Göründüyü kimi məcəllədə də müvafiq şərtin məzmunu eyni qaydada nəzərdə tutulmuş, sözügedən məsələ lizinq müqaviləsindən fərqli qayda nəzərdə tutan norma ilə tənzimlənməmişdir. Lizinq obyektinin yol-nəqliyyat hadisəsindən sonra tam yararsız vəziyyətdə olubolmaması cavabdeh tərəfindən mübahisələndirilsə də bunun düzgünlüyünü təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli elektron tənbeh vermə haqqında qərardan X2 barəsində xx.xx.2023-cü il tarixdə, saat 03:00-da Xaçmaz-Bakı ödənişli yolunda “Chevrolet Cobalt” LTZ markalı, 77AE585 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi müəyyən olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli etibarnamədən iddiaçı tərəfindən tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi əsasında lizinqə verilmiş nəqliyyat vasitəsinin X1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası ərazisində idarə etməyə etməyə səlahiyyət verildiyi müəyyən olunur. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə belə hesab edir ki, hazırki vəziyyətdə öhdəlik münasibətləri mülki iş tərəflər arasında bağlanmış müqavilə münasibətlərindən irəli gəlir. Beləliklə müəyyən olunur ki, lizinq obyekti onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdüyündən lizinq alan lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləğini isə məhv olma anına hesablanmaqla ödəmək öhdəliyini daşıyır. İddia ərizəsinə əlavə olunmuş arayışda qeyd olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borcu 20098.49, mükafat borcu 176.86 manat olmaqla, cəmi 20275.35 manat təşkil edir. Mülki iş üzrə 06 mart 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəmənin təşəbbüsü əsasında iş materiallarında mövcud olan daxili lizinq müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış və ödəniş qrafiki əsasında xx.xx.2023-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən lizinq alan tərəfindən xx.xx.2023-cü il tarixə qədər ödənilməli olan əsas borc və mükafat məbləği, həmçinin lizinq alan tərəfindən ödənilmiş olan əsas borc və mükafatın məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin 24 aprel 2024-cü il tarixli, 350 nömrəli rəyi ilə o nəticəyə gəlinmişdir ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları və 29 iyun 2023-cü il tarixli, AZL-28 saylı daxili lizinq müqaviləsinin şərtlərinə əsasən Cavabdeh, İddiaçı MMC-yə lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 20119,81 (iyirmi min yüz on doqquz manat səksən bir qəpik) manat, mükafat (faiz) borcu 143,07 (bir yüz qırx üç manat yeddi qəpik) manat olmaqla, ümumilikdə 20262,88 (iyirmi min iki yüz altmış iki manat səksən səkkiz qəpik) manat təşkil edir. Lizinq alan tərəfindən xx.xx.2023-cü il tarixə qədər ümumilikdə 2596,00 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 1180,19 manatı əsas borca, 1415,81 manatı faiz (mükafat) borcuna silinir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən lizinq alan lizinq obyektini öz vəsaiti hesabına "Daxili Lizinq" müqaviləsi imzalandıqdan 1 (bir) il sonra zədələnmə, korlanma, məhv olunma, talanma və oğurlanma risklərindən "Daxili Lizinq" müqaviləsinin müddəti haşa çatanadək sığortalanmalıdır. Cavabdehin lizinq müqaviləsi bağlanarkən lizinq obyektinin kasko sığorta növü üzrə sığorta etdirilməsi ilə bağlı dəlilinin araşdırılması ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentinə məhkəmə tərəfindən ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, “avtomobil nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələrinin sığortası” sinfini əhatə edən sığorta növü (kasko) üzrə fəaliyyət göstərməyə icazəsi olan (müraciətdə qeyd olunan yon-nəqliyyat hadisəsinin baş verdiyi dövrə uyğun) sığortaçılara aidiyyəti sorğular ünvanlanmış, sığortaçılar tərəfindən 18 dekabr 2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi dövründə “Chevrolet Cobalt” minik markalı, 77AE585 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin müvafiq sığorta növü üzrə sığortalanmadığı və hər hansı bir sığorta ödənişinin həyata keçirilmədiyi bildirilmişdir. Tərəflər lizinq müqaviləsinin 4.4 və 4.4.2-ci bəndinə əsasən lizinq alanın lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək vəzifəsinin olduğu, 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qoruması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alanın daşıdığı barədə razılığa gəlmişlər. MM-in 425-ci maddəsindən məlum olur ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla və lazımınca yerinə yetirmələridir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. MPM-in 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğunluğunu və məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edildiyini və işə iddia tələbi həddində baxılmalı olmasını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 20098.49 manat (iyirmi min doxsan səkkiz manat qırx doqquz qəpik) əsas, 143.07 manat (bir yüz qırx üç manat yeddi qəpik) mükafat məbləği olmaqla cəmi 20241.56 manat (iyirmi min iki yüz qırx bir manat əlli altı qəpik) pul alınaraq İddiaçınə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə münasib olan 150.57 manat (bir yüz əlli manat əlli yeddi qəpik) miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 20098.49 manat (iyirmi min doxsan səkkiz manat qırx doqquz qəpik) əsas, 143.07 manat (bir yüz qırx üç manat yeddi qəpik) mükafat borcu olmaqla cəmi 20241.56 manat (iyirmi min iki yüz qırx bir manat əlli altı qəpik) pul alınaraq İddiaçınə ödənilsin. İddia qalmış hissədə rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 150.57 manat (bir yüz əlli manat əlli yeddi qəpik) miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-191/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-191/2024
27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver