Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-209/2025 25.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmə iclasından kənar qaydada baxaraq müəyyənetdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “10” fevral 2025-ci ildə "Elektron Məhkəmə" İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli müqaviləyə (razılaşmaya) əsasən Paket M üçün 68 (altmış səkkiz) manat ödənilməmiş hissə və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə (razılaşmaya) əsasən, toplam məbləği 108 (yüz səkkiz) manat (yəni 24 ay x 4.5 manat + 0 manat ilkin ödəniş) olan Paket M üçün 68 (altmış səkkiz) manat ödənilməmiş borc yaranmışdır. Cavabdehin son ödəniş tarixi xx.xx.2022-ci il olmaqla cəmi ödədiyi məbləğ 40 manat təşkil edir. Ödəniş cədvəlinin 6-cı bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə (razılaşma), bildiriş məktubu və ödəniş cədvəlindən ibarətdir. İddia ərizəsi məhkəmənin 10 fevral 2025-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2025-ci il tarixdə elektron məhkəmə informasiya vasitəsilə elektron kabinetdən ərizə ilə məhkəməyə müraciət edərək müqavilə üzrə borc öhdəliyinin yerinə yetirilməsi nəzərə alınmaqla işin baxılmamış saxlanılaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin dövlət rüsumu ilə birlikdə qaytarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının məhkəmə təqdim etdiyi ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş üzrə Cavabdeh tərəfindən məhkəməyə işin mahiyyəti üzrə həll olunmasına dair hər hansı tələb ünvanlanmamışdır. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə ərizəsi baxılmamış saxlanılmalıdır. MPM-in: - 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. - 260.2-ci maddəsinə görə qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. - 260.3-ci maddəsinə görə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. - 260.4-ci maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. - 260.6-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddia qaldırılarkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X1 - EPUL vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** (mədaxil qəbzi) nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X1- EPUL vasitəsi ilə xx.xx.2025-ci il tarixli, ********** (mədaxil qəbzi) nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-209/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-209/2025
25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver