Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-252/2024 25.04.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh borcun tutulması tələbinə dair mülki iş üzrə əlavə qətnamənin çıxarılması məsələsinə məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli №010967984 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 298.9 AZN əsas 44.8 AZN cərimə cəmi 343.7 AZN borc, xx.xx.2021-ci il tarixli №010894443 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 137.9 AZN əsas 20.6 AZN cərimə cəmi 158.5 AZN borc, xx.xx.2021-ci il tarixli №010894444 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 43.6 AZN əsas, 6.5 AZN cərimə, cəmi 50.1 AZN borc ümumilikdə üç müqavilə üzrə 480.4 AZN əsas, 71.9 AZN cərimə, 552.3 AZN cəmi borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqı-satqı müqaviləsi (müqavilələri) barədə məlumat: müqavilənin nömrəsi və tarixi: xx.xx.2021-ci il tarixli № ********* saylı; müqavilə məbləği: 678.90 AZN; müqavilənin aylıq ödənişi, müddəti: 38.00 AZN, 18 ay; müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): "LG" markalı televizor və kronşteyn; son ödəniş məbləği və tarixi: 18.00 AZN 4/5/2023. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği: 298.90 AZN, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 448.00 AZN. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90%; cavabdeh tərəfindən ödənilməli cərimə: 44.80 AZN; tutulmalı olan cəmi məbləğ: 343.70 AZN. 2) Müqavilənin nömrəsi və tarixi: xx.xx.2021-ci il tarixli №010894443 saylı; müqavilə məbləği: 437.90 AZN; müqavilənin aylıq ödənişi, müddəti: 25.00 AZN, 18 ay; müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): " Honor " markalı smart saat; son ödəniş məbləği və tarixi: 25.0 AZN, 2/11/2023; Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği: 137.90 AZN; gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 206.00 AZN; Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90%; cavabdeh tərəfindən ödənilməli cərimə: 20.60 AZN; tutulmalı olan cəmi məbləğ: 158.50 AZN; 3) Müqavilənin nömrəsi və tarixi: xx.xx.2021-ci il tarixli N ********* saylı; müqavilə məbləği: 163.90 AZN; Müqavilənin aylıq ödənişi, müddəti: 9.00 AZN, 18 ay; müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): " Nokia " markalı mobil telefon; son ödəniş məbləği və tarixi: 12.00 AZN, 4/5/2023; Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği: 43.60 AZN; gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 65.00 AZN; Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir; cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90%; cavabdeh tərəfindən ödənilməli cərimə: 6.50; tutulmalı olan cəmi məbləğ: 50.10 AZN. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək bildirmişdir ki, mülki iş üzrə ərizəyə baxış iclası xx.xx.2024-cü il tarixə, saat 14:00-a təyin olunmuşdur. Əməkdaş sayının çatışmaması səbəbindən məhkəmə iclasında iştirak edə bilmirik. Bu səbəbdən iştirakımız olmadan işə baxılmasına etiraz etmirik. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsini rəhbər tutaraq məhkəmədən, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə xx.xx.2024-cü il tarixdə, saat 14:00-da keçiriləcək məhkəmə iclasının iştirakımız olmadan keçirilməsini xahiş edirik. MPM-in 229.2-ci maddəsini rəhbər tutan məhkəmə sözügedən məsələyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(079)-252/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 298.9 (iki yüz doxsan səkkiz manat, doxsan qəpik) manat əsas, 14.94 (on dörd manat doxsan dörd qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 137.9 (bir yüz otuz yeddi manat, doxsan qəpik) manat əsas, 6.89 (altı manat, səksən doqquz qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 43.6 (qırx üç manat, altmış qəpik) manat əsas, 2.18 (iki manat, on səkkiz qəpik) manat cərimə borcu olmaqla, üç müqavilə üzrə cəmi 480.4 (dörd yüz səksən manat qırx qəpik) manat borc Cavabdeh tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək bildirmişdir ki, Naxçıvan MR Babək Rayon Məhkəməsində e- 2(079)-252/2024 saylı mülki iş üzrə qətnamə çıxarılmışdır. e-2(079)-252/2024 saylı qətnamə üzrə bildirmək istəyirik ki, tərəfinizdən məhkəmə qətnaməsi hazırlanan zaman texniki səhvə yol verilmişdir. Belə ki, qətnamənin qət etdi hissəsində Cavabdeh xx.xx.2021ci il tarixli, ********* saylı müqavilə üzrə 298.9 (iki yüz doxsan səkkiz manat, doxsan qəpik) manat əsas, 14.94 (on dörd manat doxsan dörd qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 137.9 (bir yüz otuz yeddi manat, doxsan qəpik) manat əsas, 6.89 (altı manat, səksən doqquz qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 43.6 (qırx üç manat, altmış qəpik) manat əsas, 2.18 (iki manat, on səkkiz qəpik) manat cərimə borcu olmaqla, üç müqavilə üzrə cəmi 480,4 (dörd yüz səksən manat qırx qəpik) manat borcun tutulması qət edilmişdir. Lakin ümumi məbləğ qeyd olunan zaman cərimə məbləği 504,41 manat qeyd olunmalı olduğu halda 480,40 manat qeyd olunmuşdur. Yuxarıda qeyd olunan halları və Azərbaycan Respublikası qanunvericiliyinin tələb və göstərişlərini rəhbər tutaraq Naxçıvan MR Babək Rayon Məhkəməsinin e-2(079)- 252/2024 saylı qətnaməsi üzrə mövcud olan açıq hesab səhvində düzəliş olunaraq Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 298.9 (iki yüz doxsan səkkiz manat, doxsan qəpik) manat əsas, 14.94 (on dörd manat doxsan dörd qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 137.9 (bir yüz otuz yeddi manat, doxsan qəpik) manat əsas, 6.89 (altı manat, səksən doqquz qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 43.6 (qırx üç manat, altmış qəpik) manat əsas, 2.18 (iki manat, on səkkiz qəpik) manat cərimə borcu olmaqla, üç müqavilə üzrə cəmi 504,41 manat və 26,09 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qərardad qəbul etməyinizi Sizdən xahiş edirik. Göründüyü kimi məhkəmə iddia tələbinin 71.9 manat (yetmiş bir manat doxsan qəpik) cərimə ilə bağlı olan hissəsinə münasibətdə tələbə baxsa da sonda tutulmalı olan cərimə məbləğini qətnamənin nəticə hissəsində göstərməmişdir. MPM-in 229.1 və 29.1.2-ci maddələrinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Məhkəmə qətnamədə qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Beləliklə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, borcalanın xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 298.9 manat əsas borca münasibətdə 44.8 manat cərimə, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 137.9 manat əsas borca münasibətdə 20.6 manat cərimə, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 43.6 manat əsas borca münasibətdə 6.5 manat cərimə olmaqla, üç müqavilə üzrə cəmi 480.4 manat əsas borcuna münasibətdə iddiaçı 71.9 manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 14.94 (on dörd manat doxsan dörd qəpik) manat, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 6.89 (altı manat, səksən doqquz qəpik), xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 2.18 (iki manat, on səkkiz qəpik) manat olmaqla, üç müqavilə üzrə cəmi 24.01 (iyirmi dörd manat bir qəpik) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Belə olan halda iddia tələbi üzrə 24.01 (iyirmi dörd manat bir qəpik) manat məbləğində cərimə borcunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsinə dair əlavə qətnamə çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 229-cu maddələrini rəhbər tutaraq qətetdi: Cavabdeh İddiaçı xeyrinə xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 14.94 (on dörd manat doxsan dörd qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 6.89 (altı manat, səksən doqquz qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 2.18 (iki manat, on səkkiz qəpik) manat cərimə borcu olmaqla, üç müqavilə üzrə cəmi 24.01 manat (iyirmi dörd manat bir qəpik) məbləğində cərimə borcu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Əlavə qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-252/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Əlavə qətnamə — İş №e-2(079)-252/2024
25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver