Məhkəmə qərarları › İş №e-2(079)-272/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-272/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-272/2025 28.04.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında xx.xx.2025-ci il tarixdə ”Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 1060 manat əsas borcun, gecikdirilmiş dəbbə pulu olan 600 manatın, nəticə etibarı ilə ümumilikdə 1660 (bir min altı yüz altmış) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 37 manat dövlət rüsumunun alınaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, mən İddiaçı hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul oluram (VÖEN: **********). Fəaliyyət sahəm mobil telefonların və onların aksesuarlarının alğı-satqısıdır. Bildirirəm ki, mən hazırki iddia üzrə Cavabdeh ilə 08 mart 2022-ci il 31 nömrəli və 27 aprel 2022-ci il 54 nömrəli “Mal satınalması” müqavilələri bağlamışıq. Həmin müqavilələrə əsasən Cavabdeh “X1 11 ’’markalı mobil telefonu 6 aylıq kreditlə 890 manat dəyərində və “Realme 7”i markalı mobil telefonu 6 aylıq kreditlə 600 manat dəyərində almışdır. 08 mart 2022-ci il 31 nömrəli müqaviləyə əasasən 890 manat borcdan hazırki vaxtadək onun tərəfindən müqavilə üzrə 230 manat ödənilmiş, qalan 660 manat borcu ödməkdən imtina edir və 27 aprel 2022-ci il 54 nömrəli müqaviləyə əasasən 600 manat borcdan hazırki vaxtadək onun tərəfindən müqavilə üzrə 200 manat ödənilmiş, qalan 400 manat borcu ödməkdən imtina edir. Onu da qeyd etmək istəyirəmki ki, cavabdehin yuxarıda qeyd olunan 08 mart 2022-ci il 31 nömrəli “ Mal satınalması müqaviləsi”dən yaranan 660 manat əsas borcun, bundan əlavə müqaviləyə qoşma Əlavə 1-ə, müqavilənin ödəniş şərtləri 3.3 bəndinə və xx.xx.2025-ci il tarixli dəbbə pulunun hesablanma arayışına əsasən hər gecikdirilmiş gün üçün ödənilməli olan 2%, yəni ümumilikdə cərimə olaraq yaranan 840 manat dəbbə pulunun 300 manatını, və 27 aprel 2022-ci il 54 nömrəli “Mal satınalması müqaviləsi”dən yaranan 400 manat əsas borcun, bundan əlavə müqaviləyə qoşma Əlavə 1-ə, müqavilənin ödəniş şərtləri 3.3 bəndinə və xx.xx.2025-cü il tarixli dəbbə pulunun hesablanma arayışına əsasən hər gecikdirilmiş gün üçün ödənilməli olan 2%, yəni ümumilikdə cərimə olaraq yaranan 650 manat dəbbə pulunun 300 manatını həmçinin 37 manat dövlət rüsumunun da cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Sözügedən müddət ərzində cavabdehin etirazı daxil olmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddia tələbinin hüquqi həlli ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı fərdi sahibkar İddiaçı ilə Cavabdeh arasında 08 mart 2022-ci il tarixli, 31 nömrəli müqavilənin bağlanması, bu müqavilə üzrə İmei kodu **********87862 olan “X1 11” mobil telefonunun nisyə alqı-satqısı barədə razılaşma əldə olunduğu, müqavilələr üzrə ödənişlərin hissə-hissə həyata keçirilməli olması barədə tərəflərin razılığa gəlməsi və 27 aprel 2022-ci il tarixli, 54 nömrəli müqavilənin bağlanması, bu müqavilə üzrə İmei kodu **********30278 olan “Redmi 7İ” mobil telefonunun nisyə alqı-satqısı barədə razılaşma əldə olunduğu, müqavilə üzrə ödənişlərin hissə-hissə həyata keçirilməli olması barədə tərəflərin razılığa gəlməsi işin mübahisəsiz hallarıdır. Qeyd edilən halların işin mübahisəsiz halı olması aşağıdakılarla öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə olunmuş: - 08 mart 2022-ci il tarixli, 31 nömrəli satınalma müqaviləsindən tərəflər arasında “X1 11” mobil telefonunun nisyə alğı-satqısı haqqında müqavilə bağlanması, 27 aprel 2022-ci il tarixli, 54 nömrəli satınalma müqaviləsindən tərəflər arasında “Redmi 7İ” mobil telefonunun nisyə alğı-satqısı haqqında müqavilə bağlanması; - 08 mart 2022-ci il tarixli, 31 nömrəli satınalma müqaviləsinə əsasən “Satıcı”nın “Alıcı”ya 890 manat dəyərində “X1 11” mobil telefonunu və 27 aprel 2022-ci il tarixli, 54 nömrəli satınalma müqaviləsinə əsasən “Satıcı”nın “Alıcı”ya 600 manat dəyərində “Realme 7İ” mobil telefonunu satdığı, alıcının isə müqavilədə razılaşdırılmış qaydada mobil telefonların dəyərini satıcıya ödəyəcəyi barədə öhdəlik götürməsi; - telefonların dəyərinin tərəflərin razılaşdırılmış qaydada kreditlə ödənilməsi, alıcının “X1 11” mobil telefonunun ümumilikdə 890 (səkkiz yüz doxsan manat) və “Redmi 7İ” mobil telefonun dəyərinin ümumilikdə 600 (altı yüz) manat olduğunu və bu məbləği müqavilələrin tərkib hissəsi olan “Əlavə 1” cədvəlinə müvafiq olaraq ödəyəcəyi barədə öhdəlik götürməsi, 08 mart 2022-ci il tarixli, 31 nömrəli müqavilə üzrə 230 manat, 27 aprel 2022-ci il tarixli, 54 nömrəli müqavilə üzrə 200 manat ilkin ödəniş edildiyini, 08 mart 2022-ci il tarixli, 31 nömrəli müqavilə üzrə qalan 660 (altı yüz altmış) manat, 27 aprel 2022-ci il tarixli, 54 nömrəli müqavilə üzrə qalan 400 (dörd yüz) manat ödənilməmiş hissəsini isə müqavilələrin hissəsi olan “Əlavə 1” cədvəlinə müvafiq olaraq ödəyəcəyi barədə öhdəlik götürməsi; - 08 mart 2022-ci il tarixli, 31 nömrəli müqaviləyə əlavə - 1 cədvəlindən isə Cavabdeh “X1 11” markalı telefonu ilə əlaqədar 25 aprel 2022-ci il tarixdən başlayaraq 6 ay ərzində hər ay 110 manat olmaqla və 27 aprel 2022-ci il tarixli, 54 nömrəli müqaviləyə əlavə - 1 cədvəlindən isə Cavabdeh “Realme 7İ” markalı telefon ilə əlaqədar 13 may 2022-ci il tarixdən başlayaraq 6 ay ərzində hər ay 66.66 manat olmaqla malın qiymətini hissə-hissə ödəməli olması aydın olur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ilə Cavabdeh 08 mart 2022-ci il tarixli və 27 aprel 2022-ci il tarixli mal satınalması müqavilələri üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə tələb olunan formada razılığa gəlmişlər. Müqavilələr ilə tərəflərin: - 08 mart 2022-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı’ya 890 (səkkiz yüz doxsan) AZN dəyərində X1 11 (İMEİ1: **********87862. İMEİ2: **********87870) markalı mobil telefonu satır, “Alıcı" isə müqavilə ilə razılaşdırılmış qaydada mobil telefonun dəyərini bu Müqavilənin 3-cü bəndində (Ödəniş şərtləri) göstərilmiş qaydada ödəyir. 27 aprel 2022-ci il tarixli müqavilənin 1.1-ci bəndində əsasən “Satıcı” “Alıcı”ya 600 (altı yüz) AZN dəyərində Realme 7İ (İMEİ1: **********30278. İMEİ2: **********30260) markalı mobil telefonu satır, “Alıcı” isə müqavilə ilə razılaşdırılmış qaydada mobil telefonun dəyərini bu Müqavilənin 3-cü bəndində (Ödəniş şərtləri) göstərilmiş qaydada ödəyir. - hər iki müqavilənin 2.2.1-ci bəndinə əsasən satıcının sifariş olunmuş məhsulu razılaşdırılmış vaxtda və ünvanda zədə almadan alıcıya çatdırılmasını təmin etmək vəzifəsidir, alıcı malların təhvili zamanı hər hansı çatışmazlıq aşkar edərsə, bu barədə satıcını dərhal, lakin bütün hallarda maksimum 24 saat ərzində məlumatlandırır, bu müddətdən sonra alıcı tərəfindən malın keyfiyyətinə dair iddialar əsassız hesab edilir. - hər iki müqavilənin 2.3.1-ci bəndinə əsasən “Satıcı”nın müqavilədə nəzərdə tutulan telefonun müqaviləyə uyğun gəlməyən çeşitdə verdikdə onları qəbul etməkdən və ödəməkdən imtina etmək, ödəniş olduqda isə belə hal aşkarlandığı andan 24 (iyirmi dörd) saat ərzində ödədiyi pul məbləğinin qaytarılmasını tələb emək hüququ vardır. - hər iki müqavilənin 2.4.2-ci bəndinə əsasən müqavilə ilə razılaşdırılmış son günədək aylıq ödənişi həyata keçirmədikdə gecikdirilən hər günə görə hesablanan dəbbə pulunu ödəmək alıcının vəzifəsidir; - 08 mart 2022-ci il tarixli, 31 nömrəli müqavilənin 3.1-ci bəndində əsasən telefonun dəyərinin tərəflərin razılaşdırılmış qaydada kredit ödənilməsi, müəyyən olunmuş müddətdə başa çatmalıdır. Alıcı malın dəyərinin ümumilikdə 890 (səkkiz yüz doxsan ) AZN olduğunu, ümumi məbləğin 230 (iki yüz otuz) AZN-ni ilkin ödəniş kimi müqavilənin imzalandığı tarixdə qalan məbləğin 660(altı yüz altmış) AZN ödənilməmiş hissəsini bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-dəki cədvələ müvafiq olaraq ödəyəcəkdir. 27 aprel 2022-ci il tarixli, 54 nömrəli müqavilənin 3.1-ci bəndinə əsasən telefonun dəyərinin tərəflərin razılaşdırılmış qaydada kredit ödənilməsi, müəyyən olunmuş müddətdə başa çatmalıdır. Alıcı malın dəyərinin ümumilikdə 600 (altı yüz) AZN olduğunu, ümumi məbləğin 200 (iki yüz) AZN-ni ilkin ödəniş kimi müqavilənin imzalandığı tarixdə qalan məbləğin 400 (dörd yüz) AZN ödənilməmiş hissəsini bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-dəki cədvələ müvafiq olaraq ödəyəcəkdir. - hər iki müqavilənin 3.3-cü bəndinə əsasən kredit ödənişinin gecikdirilməsi halında “Alıcı" “Satıcı"ya hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2%-i miqdarında dəbbə pulu ödəməlidir. - hər iki müqavilənin 4.1-ci bəndində əsasən alıcı aylıq ödənişin müəyyən olunmuş son gündən 45 gün gecikdirdikdə satıcı tərəfindən şifahi və ya yazılı xəbərdarlıq edilir, bu xəbərdarlıqdan sonra 5 iş günü müddətində alıcı tərəfindən ödəniş Azərbaycan Respublikasının müvafiq məhkəmələri vasitəsilə həyata keçirilir. Razılaşmanın şərtlərindən belə məlum olur ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. Həmin məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddia ərizəsinə əlavə edilmiş cavabdeh tərəfindən imzalanmış 08 mart 2022-ci il tarixli və 27 aprel 2022-ci il tarixli əşyaların təhvil-təslim aktından aydın olur ki, iddiaçı “X1 11” markalı mobil telefonu və “Redmi 7İ” mobil telefonu markalı telefonu cavabdehə vermişdir. Beləliklə müəyyən olunur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini lazımınca icra etmişdir. xx.xx.2025-ci il tarixli cavabdehə verilmiş xəbərdarlıq məktubunda 08 mart 2022-ci il tarixli, 31 nömrəli nisyə mal satılması müqaviləsinə əsasən cavabdehin xx.xx.2025-ci il tarixdə ümumilikdə 1500 azn (660 manat əsas borc, 840 manat dəbbə pulu) icra edilməmiş borcunun mövcud olduğu, müqavilə üzrə ümumilikdə 1500 azn icra edilməmiş borcunu 10 (on) gün müddətinə ödənilməsinin təmin etməsinin xahiş olunduğunu, xx.xx.2025-ci il tarixli cavabdehə verilmiş xəbərdarlıq məktubunda 27 aprel 2022-ci il tarixli, 54 nömrəli nisyə mal satılması müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixdə cavabdehin ümumilikdə 1050 (bir min əlli) AZN (400 manat əsas borc, 650 manat dəbbə pulu) icra edilməmiş borcunun mövcud olduğu, müqavilə üzrə 1050 (bir min əlli) AZN gecikmiş pul məbləğinin 10 (on) gün müddətinə ödənilməsinin təmin etməsinin xahiş olunduğunu, əks təqdirdə müqavilə üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun, adi mülkü dövriyyə şəraitində əldə edəcəkləri gəlirlər həddində zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciyyət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Beləliklə, müəyyən olunur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malı cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Tərəflərin arasında bağlanmış müqavilə və cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək razılaşdırılmış mobil telefonları cavabdehə vermişdir. Belə ki, cavabdehə iddiaçı tərəfindən rəsmi qaydada təqdim olunmuş xəbərdarlıqda borcun mövcudluğu və ödənilməyəcəyi barədə məhkəməyə müraciət ediləcəyi barədə razılaşma əldə olunmuşdur. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək cavabdehin diqqətinə çatdırır ki, mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Əsas borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2025-ci il tarixli arayışdan aydın olur ki, Cavabdeh 08 mart 2022-ci il tarixli, 31 nömrəli müqavilə üzrə 660 (altı yüz altmış) manat məbləğində ödənilməmiş əsas borcu, 840 (səkkiz yüz qırx) manat dəbbə pulu, ümumilikdə 1500 (bir min beş yüz) manat və xx.xx.2025-ci il tarixli arayışdan isə aydın olur ki, 27 aprel 2022-ci il tarixli, 54 nömrəli müqavilə üzrə 400 (dörd yüz) manat ödənilməmiş əsas borcu, 650 (altı yüz əlli) manat məbləğində dəbbə pulu, ümumilkdə 1050 (bir min əlli) manat borcu mövcuddur. Bunun əksini təsdiq edəcək sübutlar məhkəməyə təqdim olunmamışdır. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış hər iki müqavilənin 3.3-cü bəndinə əsasən razılığa gəlmişlər ki, kredit ödənişinin gecikdirilməsi halında “Alıcı” “Satıcı”ya hər geckdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2%-i miqdarında dəbbə pulu ödəyəcəkdir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, borcalanın 08 mart 2022-ci il tarixli və 27 aprel 2022-ci il tarixli nisyə satış müqavilələrinə əsasən 1060 manat əsas borcuna münasibətdə iddiaçı 600 manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, hər iki müqaviləyə görə həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 53 (əlli üç) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 08 mart 2022-ci il tarixli və 27 aprel 2022-ci il tarixli müqavilələrə əsasən 1060 (bir min altmış) manat məbləğində əsas borc, 53 (əlli üç) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 1113 (bir min bir yüz on üç) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı sayıldığından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 24.80 (iyirmi dörd manat, səksən qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 3110-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 08 mart 2022-ci il tarixli və 27 aprel 2022-ci il tarixli müqavilələrə əsasən 1060 (bir min altmış) manat məbləğində əsas borc, 53 (əlli üç) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 1113 (bir min bir yüz on üç) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 53 (əlli üç) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar