Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-308/2022 11.08.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2022-ci il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, iddiaçının subroqasiya hüququnun olduğunu nəzərə alaraq iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 750.00 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun (30 manat) Cavabdeh tutularaq, iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə, saat 19:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Şəhər yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Toyota Land-Cruiser-Prado” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobil, X2 məxsus “BMV 325” markalı, **-CA- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “Toyota Land-Cruiser-Prado” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər PXA********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2019cu il tarixli qüsur aktına əsasən, “BMV 325” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 750 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. xx.xx.2019-cu il tarixli ödəniş sənədindən aydın görünür ki, zərərin məbləği olaraq 750.00 (yeddi yüz əlli) manat sığorta ödənişi iddiaçı tərəfindən zərərçəkmiş şəxs (yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini idarə edən şəxs) X4 hesabına ödənilmişdir. Sabunçu rayon DYPŞ-nin xx.xx.2019-cu il tarixli, 075-26142 saylı YNH-nin təfərrüatları barədə arayışından və xx.xx.2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, Zeynalov X3 Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) və 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmışdır. "İcbari sığortalar haqqında" AR Qanununun 63.1-ci maddəsinə əsasən, həmin qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasinin Qanununun 23.1.6-cı maddəsində sığortaçının hüquqlarından biri kimi sığorta ödənişini verdikdən sonra müvafıq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiva hüququndan istifadə etmək hüququ qeyd edilir Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi aşağıda istinad olunan sübutlar əsasında baxılmışdır. İcbari sığorta müqaviləsinə dair məlumatdan belə məlum olur ki, xx.xx.2019cu il tarixli PXA********** nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X8 arasında bağlanmış icbari sığorta müqaviləsi əsasında sığortaçı ilə sığortalı 90EZ085 dövlət qeydiyyat nişanlı, Toyota LAND-CRUİSER-PRADO model minik nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisində qüvvədə olmaqla əmlaka vurulan zərərə görə 5000 (beş min) AZN, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 (beş min) AZN, bir hadisə üzrə 50000 (əlli min) AZN müəyyən olunmaqla 1 il sığorta təminat müddəti ərzində xx.xx.2020-ci il tarixə qədər qüvvədə olması barədə razılığa gəlmişlər. AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə Sabunçu rayon X15 Şöbəsində Sabunçu rayon X13 Axtarış İnspektoru polis leytenantı Anar Qəmbərov xx.xx.2019-cu il tarixdə saat 19:40 radələrində Toyota LAND – CRUİSER PRADO minik markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən xx.xx.1969cu ildə anadan olan Azərbaycan Respublikası vətəndaşı, hazırda Naxçıvan MR Babək rayonu Xalxal kəndində yaşayan Cavabdeh barəsində Sabunçu rayon Şəhər şossesində hərəkətdə olarkən manevr qaydasını pozması, aşağıda hərəkət edən BMV markalı 99CA325 dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək toqquşmuş, maddi zərər yetirmiş, hadisə yerindən yayınmış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Protokol barəsində tərtib edilmiş Cavabdeh tərəfindən “protokolla razıyam, qərarı aldım” qeydi yazılmaqla qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli Sabunçu rayon X15 Şöbəsi tərəfindən Azərbaycan Respublikası vətəndaşı, hazırda Naxçıvan MR Babək rayonu Xalxal kəndində yaşayan Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq Cavabdeh xx.xx.2019-cu il tarixdə saat 19:00 radələrində Toyota LAND – CRUİSER PRADO minik markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə əks-istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta əməli törədildiyi nəzərə alınmaqla Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyinə görə 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Sabunçu RPŞ DYPŞnin əməkdaşı X9 tərəfindən verilmiş arayışda Sabunçu RPŞ DYPŞ bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 19:40 dəqiqədə Sabunçu rayonu Şəhər yolunda yolnəqliyyat hadisəsi baş vermişdir. Avtonəqliyyat vasitəsinin markası və modeli Toyota Prado, dövlət qeydiyyat nişanı **-EZ-***-dir. Avtonəqliyyat vasitəsinin mülkiyyətçisi AD 254742 nömrəli mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında X1, hadisə baş verdiyi anda sürücüsü isə AB seriyalı 668292 nömrəli ABC kateqoriyalı sürücülük vəsiqəsi əsasında Cavabdeh olmuş, sürücünün qeydiyyat ünvanı Babək rayonu Xalxal kəndi olmuş, sürücü barəsində xx.xx.2019-cu il tarixdə inzibati icraat başlamış, hadisə nəticəsində X2 məxsus BMV 325 markalı və modelli, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuş, sol tərəfi aşkar zədələnmişdir. Avtomobillərin texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib olunmuş buraxılış ili 2001-ci olan, ** CA *** dövlət qeydiyyat nişanlı, BMV 325 markalı və modelli nəqliyyat vasitəsinin qüsur aktına görə nəqliyyat vasitəsinə ehtiyat hissələrinə 300 manat, işçilik üçün isə 450 manat olmaqla cəmi 750 manat zərər vurulmuşdur. PXA51803 nömrəli sığorta aktından belə məlum olur ki, xx.xx.2019-cu ildə Sabunçu rayonu, Şəhər yolu ərazisində sığortalı X8, sığorta predmeti sığortalanmış Toyota LAND – CRUİSER PRADO markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobil olan “BMV-325” markalı 99CA325 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, xx.xx.2019-cu il tarixli qüsur aktına uyğun olaraq 750 AZN X4 hesabına köçürülmüşdür. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından belə məlum olur ki, "xxxx" ASCdən sığorta ödənişini almaq üçün ********** nömrəli kart X7 təhvil verilmişdir. Sözügedən hal həmçinin müvafiq hesabdan çıxarışla öz təsdiqini tapır. Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən “BMV- 325” markalı 99CA325 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi tərəfindən xx.xx.2017-ci il tarixdə X7 xx.xx.2022-ci il tarixə qədər etibarlı olan nəqliyyat vasitəsini idarə etmək hüququnu verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin məcəllənin 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.8ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə saat 19:40 radələrində Toyota LAND – CRUİSER PRADO minik markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən Cavabdeh Sabunçu rayon Şəhər şossesində hərəkətdə olarkən manevr qaydasını pozmuş, aşağıda hərəkət edən BMV markalı 99CA325 dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək toqquşmuş, avtomobilə maddi ziyan vurmuş, bundan sonra hadisə yerindən yayınmışdır. Bununla bağlı Cavabdeh xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. xx.xx.2019-cu il tarixli PXA********** nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X8 arasında bağlanmış icbari sığorta müqaviləsi əsasında sığortaçı ilə sığortalı 90EZ085 dövlət qeydiyyat nişanlı, Toyota LAND-CRUİSER-PRADO model minik nəqliyyat vasitəsinin 1 il sığorta təminat müddəti ərzində xx.xx.2020-ci il tarixə qədər qüvvədə olması barədə razılığa gəlmişlər. Beləliklə sığorta hadisəsinin baş verdiyi vaxt cavabdehin sığorta predmeti barəsində olan üçüncü şəxslər qarşısında daşıdığı mülki məsuliyyət sığortalanmışdır. BMV 325 markalı və modelli nəqliyyat vasitəsinin qüsur aktına görə nəqliyyat vasitəsinə vurulmuş 750 manat məbləğində zərər zərərçəkən X4 hesabına köçürülmüşdür. Müəyyən olunur ki, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən (subroqasiya hüququ) həmin ödənişi vermiş sığortaçının, mülki iş üzrə iddiaçının verdiyi sığorta ödənişi məbləğində zərərvuran şəxsin özünə qarşı istifadə etmək hüququ yaranmışdır. Belə ki, sığorta predmeti barəsində mülki məsuliyyəti sığortalanmış zərərvuran şəxsin sığorta hadisəsi zamanı təqsirli olması və təqsirli olduğu hadisə yerindən yayınması iş materialları ilə tam təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının “İcbari sığorta haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsasən icbari sığorta müqaviləsi üzrə zərərçəkmiş şəxsə ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Cavabdeh iddiaya qarşı etirazını və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 750 (yeddi yüz əlli) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 750 (yeddi yüz əlli) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-308/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-308/2022
11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver