Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-369/2025 22.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə ərizənin baxılmamış saxlanılması barədə iddiaçını ərizəsinə məhkəmə iclasından kənar qaydada baxaraq müəyyənetdi: İddiaçı “08” may 2025-ci ildə "Elektron Məhkəmə" İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh borc müqaviləsinə (müqavilələrinə) əsasən 5653 (beş min altı yüz əlli üç) manat əsas borc, 77 (yetmiş yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 5730 (beş min yeddi yüz otuz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC-dən xx.xx.2022-ci il tarixli, KSK6531479 nömrəli müqavilə üzrə 1819 AZN, xx.xx.2022-ci il tarixli, KSK6531964 nömrəli müqavilə üzrə 1789 AZN, xx.xx.2022-ci il tarixli KSK6532240 nömrəli çüqavilə üzrə 2339 AZN, xx.xx.2023-cü il tarixli, KSK6532434 nömrəli müqavilə üzrə 1890 AZN, xx.xx.2022-ci il tarixli, MRK6147295nömrəli müqavilə üzrə 1800 AZN ümumi dəyəri 9637 (doqquz min altı yüz otuz yeddi) manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 5653 (beş min altı yüz əlli üç) manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh müqavilə (müqavilələr) üzrə 5653 (beş min altı yüz əlli üç) manat əsas borc, 77 (yetmiş yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 5730 (beş min yeddi yüz otuz) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İddia ərizəsi məhkəmənin 08 may 2025-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron məhkəmə informasiya vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmənin icraatında olan e-2(079)-369/2025 saylı iş iddiaçı tərəfindən texniki səhv olaraq sadələşdirilmiş icraat qaydasında verildiyindən, bunun nəzərə alınaraq işin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, analoji münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş üzrə Cavabdeh tərəfindən məhkəməyə işin mahiyyəti üzrə həll olunmasına dair hər hansı tələb ünvanlanmamışdır. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə ərizəsi baxılmamış saxlanılmalıdır. MPM-in: - 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. - 260.2-ci maddəsinə görə qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. - 260.3-cü maddəsinə görə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. - 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. - 260.6-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddiaçı ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddia qaldırılarkən İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı – X1 vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** (mədaxil qəbzi) nömrəli qəbzlə ödənilmiş 77 (yetmiş yeddi) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı – X1 vasitəsilə xx.xx.2025ci il tarixli, ********** (mədaxil qəbzi) nömrəli qəbzlə ödənilmiş 77 (yetmiş yeddi) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-369/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-369/2025
22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver