Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-388/2022 22.08.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı “27” iyul 2022-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 27 avqust 2020-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 20 dekabr 2021-ci il tarixə yaranmış 15 (on beş) manat əsas, 2,20 (iki manat, iyirmi qəpik) manat faiz borcu, 29 avqust 2020-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 91 (doxsan bir) manat əsas, 13,60 (on üç manat, altmış qəpik) manat cərimə borcu, 22 mart 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 478 (dörd yüz yetmiş səkkiz) manat əsas, 71,70 (yetmiş bir manat, yetmiş qəpik) manat cərimə borcu, 21 may 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1263,90 (bir min iki yüz altmış üç manat, doxsan qəpik) manat əsas, 189,50 (bir yüz səksən doqquz manat, əlli qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2124.90 (iki min bir yüz iyirmi dörd manat, doxsan qəpik) manat məbləğində borcun və ödənilmiş 41.25 (qırx bir manat, iyirmi beş qəpik) manat miqdarında dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə İddiaçı arasında bağlanmış 27 avqust 2020-ci il tarixli, ********* müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh aldığı “NOKİA 5310” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 10 manat olmaqla, cəmi 115 manat, 29 avqust 2020-ci il tarixli, ********* müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Honor 10 Lite” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 34 manat olmaqla, cəmi 399 manat, 22 mart 2021-ci il tarixli, ********* müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung A325” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 49 manat olmaqla, cəmi 577 manat və 21 may 2021-ci il tarixli, ********* müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung A725” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 71 manat olmaqla, cəmi 1263.90 manat olmaqla ümumilikdə dörd müqavilə üzrə 2354.90 (iki min üç yüz əlli dörd manat, doxsan qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, 27 avqust 2020-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 02 iyul 2021-ci il tarixdə 10 manat, 29 avqust 2020-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 07 iyun 2021-ci il tarixdə 34 manat, 22 mart 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 22 may 2021-ci il tarixdə 49 manat və 21 may 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə isə heç bir ödəniş etməmiş və dörd müqavilə üzrə cəmi qalıq qalmış 1847.90 (bir min səkkiz yüz qırx yeddi manat, doxsan qəpik) manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Müqavilənin 1 nömrəli əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin bir faizi dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehi müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə borcu dörd müqavilə üzrə 2770 manat təşkil edir. Humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 faizi tərəfimizdən güzəşt edilmişdi və Cavabdeh cərimə məbləğinin 10 faizi, yəni 277 manat İddiaçınə ödəməlidir. Beləliklə cavabdehin 20 dekabr 2021-ci il tarixədək İddiaçınə borclu olan 27 avqust 2020-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 15 manat əsas, 2.20 manat cərimə olmaqla cəmi 17.20 manat, 29 avqust 2020-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 91 manat əsas, 13.60 manat cərimə olmaqla cəmi 104.60 manat, 22 mart 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 478 manat əsas, 71.70 manat cərimə olmaqla cəmi 549.70 manat və 21 may 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 1263.90 manat əsas, 189.50 manat cərimə olmaqla cəmi 1453.40 manat, dörd müqavilə üzrə 1847.90 manat əsas, 277 manat cərimə borcu olmaqla ümumilikdə borcu 2124.90 manat təşkil edir. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını tələb etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmənin iddianın qismən təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş yazılı sübutlardır. Belə ki, həmin sənədlərdən iddiaçının öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etməsi aydın olur. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Çeşməbasar kəndində rəsmi qeydiyyatda olması müəyyən edilir. Həmçinin ərizəyə əlavə edilmiş sənədlərdə cavabdehin faktiki yaşayış yeri kimi onun ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal, ev 22, mənzil 50 qeyd edilmişdi. Cavabdeh iddiaçının ərizəsinin surəti məhkəmənin 27 iyul 2022-ci il tarixli, 2(079)- 388/2022 nömrəli məktub ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun hər iki ünvanına rəsmi qaydada göndərilmişdi. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin cavabdehə “01” avqust 2022-ci ildə təqdim edilməsi sübuta yetirilir. Qeyd olunan məhkəmə sənədində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə İddiaçı arasında 27 avqust 2020-ci il tarixli, 010643633, 29 avqust 2020-ci il tarixli, 010646048, 22 mart 2021-ci il tarixli, ********* və 21 may 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqavilələri bağlanmış və həmin müqavilə tərəfləri aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: - müqavilələlərin predmeti adlanan 1-ci bölmələrinə əsasən onun predmeti satıcı 1 saylı əlavədə göstərilmiş məhsulu, əmlakı (məhsulları, əmlakları) alıcıya müəyyən müddətə nisyə sataraq verməsi, alıcının isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməsi, habelə borcunu satıcıya ödəməsinə dair pul öhdəliyidir; - müqavilələrin 2.1 - 2.3-cü bəndlərindən aydın olur ki, alıcı bu müqaviləyə əsasən aldığı əmlak barəsində yalnız sahiblik və istifadə hüquqlarını əldə edir. Alıcıya əşya barəsində sərəncam vermək hüququ onun əmlakın dəyərini tam ödədikdən sonra əldə edir. Əmlakın dəyərinin tam ödənilməsinə kimi əmlak barəsində sərəncam vermək hüququ yalnız satıcıya məxsus olur. Alıcı bu müqaviləyə əsasən, sahibliyində və istifadəsində olan əmlakı sonradan üçüncü şəxsə sata və ya hədiyyə edə bilməz; - müqavilələrin 3.1.1 - 3.1.2, 3.2.1 - 3.2.3 və 3.2.5-ci bəndlərinə əsasən satıcının alıcının nisyə aldığı mala görə bir dəfəlik haqq hesablanmasının və tutulmasının düzgünlüyünə riayət etməsi, alıcıya nisyə satılan malı yoxlayıb təhvil verməsi satıcının, bu müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməsi, satıcının tələbi ilə alıcının maliyyə durumunu müəyyən etməyə şərait yaratması, nisyə satılan malı yoxlayıb qəbul etməsi isə alıcının vəzifəsidir; -müqavilələlərin qüvvədə olma müddəti isə 5.2-ci bənd ilə müəyyən edilir ki, o imzalandığı andan qüvvəyə minir və tərəflər bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilələrə əlavə edilmiş 1 nömrəli əlavələrə görə Cavabdeh satılmış əşyaların dəyəri üçün “ödəniş cədvəli” əsasında 27 avqust 2020-ci il tarixli, ********* nömrəli müqavilə üzrə isə 27 sentyabr 2020-ci ildən başlayaraq 27 avqust 2021-ci il tarixədək İddiaçınə hər ay 10 (on) manat (sonuncu ay 5 manat), 29 avqust 2020-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 29 sentyabr 2020-ci ildən başlayaraq 29 avqust 2021-ci il tarixədək hər ay 34 (otuz dörd) manat (sonuncu ay 25 manat), 22 mart 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 22 aprel 2021-ci ildən başlayaraq 22 mart 2022-ci il tarixədək hər ay 49 (qırx doqquz) manat (sonuncu ay 38 manat) və 21 may 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 21 iyun 2021-ci ildən başlayaraq 21 noyabr 2022-ci il tarixədək hər ay 71 (yetmiş bir) manat (sonuncu ay 56.90 manat) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında olan razılaşmalardan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Bağlanmış müqavilələrdən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilələr üzrə müəyyən edilmiş qaydada onları dəyərini hissə-hissə ödəməsi tərəflərin müqavilələrdən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Ərizəyə əlavə edilmiş 27 avqust 2020-ci, 29 avqust 2020-ci, 22 mart 2021-ci və 21 may 2021-ci il tarixli 1 nömrəli əlavələrdən aydın olur ki, iddiaçı müqavilələrdən irəli gələn əsas öhdəliyini icra edərək müqavilədə göstərilən malları cavabdehə vermişdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Əksinə, iş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən ona göndərilmiş xəbərdarlıq məktubundan və 163891 nömrəli yol qaiməsindən onun müqavilələrdən irəli gələn öhdəliyi lazımınca icra etməməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normasının tələbindən də göründüyü kimi borclunun icra etməli olan öhdəliyinin icra üsulunu seçmək hüququ kreditor, yəni iddiaçıya məxsusdur. O, isə hazırda cavabdeh tərəfindən əşyanın ödənilməsini tələb edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan borcun tutulması tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə ərizəyə əlavə edilmiş 20 dekabr 2021-ci il tarixli maliyyə arayışlarından aydın olur ki, Cavabdeh 27 avqust 2020-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 15 (on beş) manat, 29 avqust 2020-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 91 (doxsan bir) manat, 22 mart 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 478 (dörd yüz yetmiş səkkiz) manat, 21 may 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə isə 1263.90 (bir min iki yüz altmış üç manat, doxsan qəpik) manat əsas borcu mövcuddur. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini tərəflərin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqavilələrin 1 nömrəli əlavələrinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Qeyd edilənlərdən «İrşad Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin cərimə borcunun miqdarına gəldikdə məhkəmə bildirir ki, iddia ərizəsinə əlavə edilmiş 20 dekabr 2021-ci il tarixli maliyyə arayışlarında Cavabdeh 27 avqust 2020-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 22 (iyirmi iki) manat, 29 avqust 2020-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 136 (bir yüz otuz altı) manat, 22 mart 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 717 (yeddi yüz on yeddi) manat, 21 may 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə isə 1895 (bir min səkkiz yüz doxsan beş) manat qeyd edilmişdi. İddiaçı isə tələbində qeyd edir ki, humanizm prinsipinə əsaslanaq cavabdehdən müqavilələr üzrə hesablanmış cərimə borcunun 10 faizini tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının tələbindən onun 27 avqust 2020-ci il tarixli, ********* nömrəli müqavilə üzrə cavabdehdən 15 (on beş) manat əsas, 2,20 (iki manat, iyirmi qəpik) manat faiz borcu, 29 avqust 2020-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 91 (doxsan bir) manat əsas, 13,60 (on üç manat, altmış qəpik) manat cərimə borcu, 22 mart 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 478 (dörd yüz yetmiş səkkiz) manat əsas, 71,70 (yetmiş bir manat, yetmiş qəpik) manat cərimə borcu, 21 may 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 1263,90 (bir min iki yüz altmış üç manat, doxsan qəpik) manat əsas, 189,50 (bir yüz səksən doqquz manat, əlli qəpik) manat cərimə borcu tələb etməsi aydın olur. Tələbdən də aydın olur ki, 27 avqust 2020-ci il tarixli, ********* nömrəli müqavilə istisna olmaqla, iddiaçının cavabdehdən tələb etdiyi cərimə borcu əsas borcdan tənasübsüz şəkildə yüksəkdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair münasibətdə qismən təmin edilməli, Cavabdeh 27 avqust 2020-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 2,20 (iki manat, iyirmi qəpik) manat, 29 avqust 2020-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 9 (doqquz) manat, 22 mart 2021-ci il tarixli, ********* nömrəli müqavilə 47 (qırx yeddi) manat və 21 may 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 126 (bir yüz iyirmi altı) manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə bu qənaətə gəlməsini onunla əsaslandırır ki, müəyyən edilmiş qaydada və müddətdə cavabdeh vicdanlılıq prinsipinə sadiq qalaraq öhdəliyini icra etmədikdə, iddiaçı davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməməsinə baxmayaraq iddiaçı bir il müddətdə hüquqi addım atmamaqla nəticədə cərimə borcunun artmasına nail olmuşdu. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında da qeyd edilir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 41.25 (qırx bir manat, iyirmi beş qəpik) manat dövlət rüsumunun 39,60 (otuz doqquz manat, altmış qəpik) manat miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - tərəflər arasında bağlanmış 27 avqust 2020-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 15 (on beş) manat əsas, 2.20 (iki manat, iyirmi qəpik) manat cərimə borcu, 29 avqust 2020-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 91 (doxsan bir) manat əsas, 9 (doqquz) manat cərimə borcu, 22 mart 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 478 (dörd yüz yetmiş səkkiz) manat əsas, 47 (qırx yeddi) manat cərimə borcu, 21 may 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə isə 1263.90 (bir min iki yüz altmış üç manat, doxsan qəpik) manat əsas, 126 (bir yüz iyirmi altı) manat cərimə borcu olmaqla, ümumilikdə isə 2032.10 (iki min otuz iki manat, on qəpik) manat borc Cavabdeh alınaraq İddiaçınə verilməli; -həmçinin Cavabdeh 39,60 (otuz doqquz manat, altmış qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçınə ödənilməli; -iddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. Tərəflər arasında bağlanmış 27 avqust 2020-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 15 (on beş) manat əsas, 2.20 (iki manat, iyirmi qəpik) manat cərimə borcu, 29 avqust 2020-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 91 (doxsan bir) manat əsas, 9 (doqquz) manat cərimə borcu, 22 mart 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 478 (dörd yüz yetmiş səkkiz) manat əsas, 47 (qırx yeddi) manat cərimə borcu, 21 may 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə isə 1263.90 (bir min iki yüz altmış üç manat, doxsan qəpik) manat əsas, 126 (bir yüz iyirmi altı) manat cərimə borcu olmaqla, ümumilikdə isə 2032.10 (iki min otuz iki manat, on qəpik) manat borc Cavabdeh alınaraq İddiaçınə verilsin. Həmçinin Cavabdeh 39,60 (otuz doqquz manat, altmış qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-388/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-388/2022
22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver