Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-393/2023 01.11.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı müqavilə üzrə lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 19 iyun 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 25 noyabr 2021-ci il tarixli ALY-572 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 25 noyabr 2021-ci il tarixli ALY-572 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 fevral 2023-cü il tarixdə 345.04 manat gecikdirilmiş əsas, 186.13 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 320.7 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 1663 manat məbləğində pulun, ümumilikdə 2514.87 manat borc və ödənilmiş 45.55 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini əsaslandıraraq bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2021-ci il tarixli ALY-572 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9MA263010 ban nömrəli, boz rəngli avtomobil 39800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 15% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 532.96 manat, ümumilikdə isə 29382 manat məbləğində pulu İddiaçı MMCnin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” minik markalı, **- PG-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 fevral 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1663 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 24 yanvar 2023-cü il tarixdə 163 manat məbləğində olmuşdur. Cavabdeh ALY-572 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 fevral 2023-cü il tarixdə 345.04 manat gecikdirilmiş əsas, 186.13 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 320.7 manat dəbbə pulu olmaqla, cəmi 851.87 manat borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiamız qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakları olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olancavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş, cavabdeh həmin ünvanda yaşamadığından sənədlərin verilməsi mümkün olmamışdır. Mülki iş materiallarına əlavə olunmuş sifarişli poçt göndərişlərinin verilməsi haqqında xəbərnamələrdən isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 135.3-cü maddəsinin tələbinə uyğun olaraq Cavabdeh ünvanlanmış sənədlərin onun yaşayış yeri üzrə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə təqdim edildiyi müəyyən olunur. MPM-in 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin məcəllənin 135.5-ci maddəsinə əsasən məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin məcəllənin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Sözügedən halları və MPM-in 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə işə tərəflərin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında baxmağı mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən belə məlum olur ki, xx.xx.2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında daxili lizinq müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə 2 nömrəli əlavədən bəlli olur ki, daxili lizinq müqaviləsinin obyekti ümumi dəyəri 22950 manat olan CHEVROLET COBALT LTZ markalı minik maşınıdır. Sözügedən nəqliyyat vasitəsini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti lizinq alanın sifarişi ilə lizinqə verilməsi üçün sifariş etmişdir. Daxili lizinq müqaviləsinə 2 nömrəli əlavə - təhvil-təslim aktından belə məlum olur ki, lizinq obyekti satıcı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh təqdim edilmişdir. Daxili lizinq müqaviləsinə 3 saylı əlavədən aydın olur ki, orada qeyd olunmuş ödəniş cədvəli daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Həmin ödəniş cədvəlinə görə lizinq alanın öhdəliyi xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci ilədək əsas məbləğ və mükafat məbləğindən ibarət olan 532.96 manat, sonuncu ay isə 532.95 manat məbləğində ödənişi 48 ay ərzində lizinq verənə ödəmək olmuşdur. xx.xx.2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında bağlanmış daxili lizinq müqaviləsi ilə tərəflər aşağıda qeyd olunan şərtlər barədə razılığa gəlmişlər: - Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan İ saylı Əlavədə göstərilən əmlakı (bundan sonra Lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu Müqavilə də müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq obyekti lızınq alan tərəfindən seçilib. - Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq müqaviləsinin əsas məbləğini 22950 manat təşkıl edir, lizinq alan, bu müqavilə imzalandığı gün 3500 manat məbləğində lizinq ödənişini lizinq alana ödəməyi öz öhdəsinə götürür Ödənilmiş 3300 manat lizinq ödənişi lızınq müqaviləsinin əsas məbləğindn çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində illik 15% həcmində mükafat məbləği hesablanır, lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lızınq ödənişləri cədvəlinə əsasən aparılır. - 2.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə hər hansı bir səbəbdən ləğv və ya xitam edilərsə lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. - 2.2-ci bəndinə əsasən lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçir. Lizinq obyektinin lizinq alana keçməsi lizinq alan və lizinq verən arasında bağlanmış mülkiyyət hüququnun keçməsi haqqında akt əsasında həyata keçirilir. - 2.3-cü bəndinə əsasən lizinq obyektinin qəbulu və istifadəyə verilməsi lizinq verən və lizinq alan tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən həyata keçirilir. Lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə sahiblik və istifadə hüququ lizinq alana keçir və lizinq verənin lizinq obyektinin lizinq alana lizinqə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır. - 2.4-cü bəndinə əsasən bu müqavilə müqavilənin şərtlərinin pozulması nəticəsində ləğv və ya xitam edilərsə lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır və lizinq obyekti lizinq verənin sahiblik və istifadəsinə geri qaytarılır və bu zaman lizinq obyektində istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq alan tərəfindən lizinq verəndən tələb edilə bilməz. - 2.9-cu bəndinə əsasən lizinq müqaviləsi qüvvədə olduğu müddətdə lizinq alan tərəfindən lizinq obyektinin hər hansı hissəsi və/ və ya detalı dəyişdirildikdə, onlar lizinq obyektinin tərkib hissəsini təşkil edir və lizinq verənin mülkiyyətinə keçir. - 4.4 və 4.4.1-ci bəndinə əsasən müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etmək, 4.4 və 4.4.2-ci bəndinə əsasən lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək, 4.4 və 4.4.3-cü bəndinə əsasən lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq alan lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəmək lizinq alanın vəzifəsidir; - 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti Lizinq obyektinin zərərin bütün növlərindən qoruması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. 5.1.1-ciu bəndinə əsasən bu müqaviləyə əsasən ödəniş cədvəlinə uyğun olaraq lizinq ödənişlərini öhdəlik tam icra edilənə qədər ödəmək lizinq alanın vəzifəsidir. - 7.2-ci bəndinə görə gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0.3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. - 8.1-ci bəndinə görə bu müqavilə lizinq alanın təşəbbüsü ilə lizinq verən bu müqavilə ilə lizinq obyektinin verilməsi müddətindən 30 (otuz) təqvim günü keç - 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verən Lizinq alanı 15 gün əvvəlcədən xəbərdar etməklə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən müqaviləyə birtərəfli qaydada xitam verə bilər. - 9.2-ci bəndinə əsasən müqavilə lizinq verən tərəfindən birtərəfli qaydada ləğv edildikdə, lizinq obyekti lizinq alan tərəfindən lizinq verənin sahiblik və istifadəsinə qaytarılır və lizinq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq verəndən tələb edilə bilməz. Mülki iş materiallarını tədqiq edən məhkəmə MPM-in 218.1-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, tərəflər arasında lizinq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 390.5 və 390.6-ci maddələrinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Tərəflər aralarında bağlanmış müqavilə ilə razılığa gəlmişlər ki, lizinq verənin əsas öhdəliyi əmlakı lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə vermək, lizinq alanın əsas öhdəliyi isə müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməkdir. İddia ərizəsinə əlavə olunmuş təhvil-təslim aktından AZƏRMAŞ MMCnin mülkiyyətində olan CHEVROLET COBALT LTZ markalı avtomobilin təhvil-təslim edildiyi aydın olur. Lizinq alanın qanundan və müqavilədən irəli gələn əsas öhdəliyini icra edibetmədiyini iddia tələbi həddində müzakirə edən məhkəmə qeyd edir ki, müqavilənin 1.3-cü bəndinə əsasən lizinq müqaviləsinin əsas məbləğini 22950 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 3800 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Ödənilmiş 3800 manat məbləğində lizinq ödənişi lizinq ödənişinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində illik 15% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə uyğun olaraq aparılır. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. xx.xx.2023-cü il tarixli maliyyə arayışından belə məlum olur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə xx.xx.2023-ci il tarixə gecikdirilmiş əsas borc üzrə 345.04 manat, mükafat borcu üzrə 186.13 manat, cərimə borcu üzrə 320.7 manat olmaqla cəmi 851.87 manat borcu vardır. Mülki iş üzrə iş materiallarında mövcud olan daxili lizinq müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış və ödəniş qrafiki əsasında xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən lizinq alan tərəfindən 15 fevral 2023-cü il tarixə qədər ödənilməli olan əsas borc, mükafat və dəbbə pulunun məbləği və lizinq alan tərəfindən ödənilmiş olan əsas borc və mükafatın məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert xx.xx.2023-cü il tarixli, 895 nömrəli rəyində əsas borc üzrə qalıq məbləğin 229.99 manat, faizmükafat borcu üzrə qalıq məbləğin 132.29 manat olduğunu müəyyən etmiş, cərimə borcunu hesablamamışdır. Ekspert rəyini iş materialları ilə birlikdə tədqiq edən məhkəmə hərtərəfli tədqiqatın nəticəsi hesab edir və sübut kimi nəzərə alır. Rəyin nəticə hissəsində “mükafat” borcu əvəzinə, “faiz” borcu kimi qeyd edilməsini isə rəyin tədqiqi hissəsində “mükafat” borcu olaraq qeyd edildiyini nəzərə alaraq texniki səhvlik olaraq nəzərə alır. Həmçinin tərəflər müqavilənin 10.5-ci maddəsi ilə razılığa gəlmişlər ki, lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanı bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyektinin geri qaytarıldığı tarixədək olan lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanı tam həcmdə ödəməkdən azad etmir. Bu zaman lizinq verənə faktiki daxil olmuş və lizinq verən tərəfindən lizinq ödənişlərinin həyata keçirilməsi və ya bu müqavilə üzrə lizinq alanın digər öhdəliklərinin yerinə yetirilməsi kimi hesab edilmiş ödənişlər heç bir halda geri qaytarılmır. İddia tələbinin dəbbə puluna dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin cərimənin ödənilməsi tələbinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Müqavilənin 7.2-ci bəndinə görə gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0.3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, iddiaçı cavabdehin 229.99 manat əsas, 132.29 manat mükafat borcu məbləğinə münasibətdə 320.70 manat dəbbə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 20 (iyirmi) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə iddia tələbinin zərərlə bağlı hissəsinə münasibətdə qeyd edir ki, lizinq müqaviləsinin 4.4 və 4.4.2-ci bəndinə əsasən lizinq alanın lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək vəzifəsinin olduğu, 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qoruması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alanın daşıdığı barədə razılığa gəlmişlər. Həmçinin MM-in 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. İddia ərizəsinə əlavə olunmuş avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə 15 fevral 2023-cü il tarixli aktda həmin tarixdə “Chevrolet Cobalt” LTZ markalı, 77PG304 dövlət nömrə nişanlı avtomobilin təhvil-təsliminin aparılması zamanı nəqliyyat vasitəsinin əzilmiş hissələri – arxa sağ stop fara, arxa sol stop faralar sınıq, sağ qabaq qapı, arxa sağ qapı əzilmiş hissələr olaraq qeyd olunmuşdur. "xxxx" MMC Avtoservis tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli aktda isə “Chevrolet Cobalt” minik markalı, 77PG304 dövlət nömrə nişanlı avtomobilin servis mərkəzində ilkin texniki baxışı zamanı sol stop siqnal, sağ stop siqnal, arxa nikel, sağ ön qapı dəstəyi, sağ arxa qapı dəstəyinin yenisi ilə əvəz olunması və usta işinə ümumilikdə 1663 manat vəsait sərf olunduğu qeyd olunmuşdur. Məhkəmə tərəfindən nəzəri hesablama yolu ilə avtohissələrin qiymətləri nəzərə alınmaqla (avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə) iş materiallarında olan məlumatlara əsasən “Chevrolet Cobalt” minik markalı, 77PG304 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin nə qədər olduğunun müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspert xx.xx.2023-cü il tarixli, 894 nömrəli rəydə avtomobilə dəymiş ziyanın məbləğinin (399 manat dəyişilməli hissələr, 940 manat təmir-bərpa işi) olmaqla ümumilikdə 1339 manat həcmində olduğu qənaətinə gəlmişdir. Ekspert rəyini iş materialları ilə birlikdə tədqiq edən məhkəmə hərtərəfli tədqiqatın nəticəsi hesab edir və sübut kimi nəzərə alır. Məhkəmə bildirir ki, MM-in 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dеdikdə, hüququ pоzulmuş şəхsin pоzulmuş hüququ bərpа еtmək üçün çəkdiyi və yа çəkməli оlduğu хərclər, əmlаkındаn məhrum оlmаsı və yа əmlаkının zədələnməsi (rеаl zərər), hаbеlə hüququ pоzulmаsаydı, həmin şəхsin аdi mülki dövriyyə şərаitində əldə еdəcəyi gəlirlər (əldən çıхmış fаydа) bаşа düşülür. MM-in 425-ci maddəsindən məlum olur ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla və lazımınca yerinə yetirmələridir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Məhkəmə iddia tələbinin müqavilənin ləğvi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, “MM-in 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 Mart 2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor MM-in 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İddia ərizəsinə əlavə olunmuş iddiaçının cavabdehə ünvanlandığı rəsmi qaydada verilmiş 23 may 2023-cü il tarixli xəbərdarlıq məktubunda cavabdehə öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilmədiyi, 15 fevral 2023-cü il tarixə 851.87 manat məbləğində gecikmə borcunun yarandığı, lizinq obyektinin həmin tarixdə şirkətin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirildiyini və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1663 manat məbləğində ziyanın vurulduğu, müqavilənin 9-cu bəndinə əsasən yaranmış borc və dəymiş zərərin dərhal ödənilmədiyi təqdirdə 15 gün ərzində birtərəfli qaydada ləğv ediləcəyi, yaranmış borcun məhkəmə qaydasında tələb olunacağı barədə xəbərdarlıq olunmuşdur. Göründüyü kimi kreditor öhdəliyin pozulması halına istinad edərək müqavilədən imtina barədə iradə ifadəsini qarşı tərəfə bildirməklə müqaviləyə xitam vermişdir. Sözügedən halı nəzərə alan məhkəmə iddia tələbini müqavilənin ləğvi ilə bağlı hissəsinə münasibətdə əsaslı saymır. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğunluğunu və məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edildiyini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 229.99 manat (iki yüz iyirmi doqquz manat doxsan doqquz qəpik) əsas, 132.29 manat (bir yüz otuz iki manat iyirmi doqquz qəpik) mükafat, 20 (iyirmi) manat dəbbə pulu və dəymiş zərərə görə 1339 (bir min üç yüz otuz doqquz) manat olmaqla ümumilikdə, cəmi 1721.28 manat (bir min yeddi yüz iyirmi bir manat iyirmi səkkiz qəpik) pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. MPM-in 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə münasib olan 31.17 manat (otuz bir manat on yeddi qəpik) miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddia tələbinin təmin edilməmiş hissəsinə münasib olan dövlət rüsumu məbləği isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 229.99 manat (iki yüz iyirmi doqquz manat doxsan doqquz qəpik) əsas, 132.29 manat (bir yüz otuz iki manat iyirmi doqquz qəpik) mükafat, 20 (iyirmi) manat dəbbə pulu və dəymiş zərərə görə 1339 (bir min üç yüz otuz doqquz) manat olmaqla ümumilikdə cəmi 1721.28 manat (bir min yeddi yüz iyirmi bir manat iyirmi səkkiz qəpik) pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalmış hissədə rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 31.17 manat (otuz bir manat on yeddi qəpik) miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin, iddia tələbinin təmin edilməmiş hissəsinə münasib olan dövlət rüsumu məbləği isə iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-393/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-393/2023
01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver