Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-406/2025 30.06.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024cü il tarixli № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 239.9 AZN əsas, 35.9 AZN cərimə, cəmi 275.8 AZN borc, xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 115.9 AZN əsas, 17.3 AZN cərimə, cəmi 133.2 AZN borc ümumilikdə iki müqavilə üzrə 355.8 AZN əsas, 53.2 AZN cərimə, 409 AZN cəmi borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi (müqavilələri) üzrə 239.90 AZN məbləğində aylıq ödəniş 14.00 manat olmaqla 18 ay ərzində “Samsung” markalı tozsoran üçün kredit müqaviləsi bağlanmışdır. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında 239.90 manat əsas borc, gecikdirlmiş günlərə görə 359 manat borc öhdəliyi yaranmışdır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə 90% güzəşt tətbiq edilmişdir. Cavabdeh tərəfindən ödənilməli olan cərimə məbləği 35.90 AZN, tutulmalı olan cəmi məbləğ isə 275.80 AZN-dir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsin əsasən aylıq ödəniş 9 AZN, 18 ay müddətinə, son ödəniş tarixi xx.xx.2025-ci il, son ödəniş məbləği 9 AZN olmaqla ümumi məbləği 169.90 AZN olan iki ədəd aksesuar cavabdeh tərəfindən alınmışdır. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında 115.90 manat əsas borc, gecikdirlmiş günlərə görə 173 manat borc öhdəliyi yaranmışdır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə 90% güzəşt tətbiq edilmişdir. Cavabdeh tərəfindən ödənilməli olan cərimə məbləği 17.30 AZN, tutulmalı olan cəmi məbləğ isə 133.20 AZN-dir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. İş üzrə cavabdehə rəsmi qaydada verilmiş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilə bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilə də bağlaya bilərlər. Həmin məcəllənin 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). Həmin məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə İddiaçı arasında 02 oktyabr 2024-cü ildə müddətli (nisyə) alqı-satqı müqavilələri imzalanmış və həmin müqavilələr üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - hər iki müqavilənin predmeti adlanan 1-ci bölməsinə əsasən onun predmeti satıcının 1 saylı əlavədə göstərilmiş məhsulu, əmlakı (məhsulları, əmlakları) alıcıya müəyyən müddətə nisyə sataraq verməsi, alıcının isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməsi, habelə borcunu satıcıya ödəməsinə dair pul öhdəliyidir; - hər iki müqavilənin 2.1-2.3-cü bəndlərindən aydın olur ki, alıcı bu müqaviləyə əsasən aldığı əmlak barəsində yalnız sahiblik və istifadə hüquqlarını əldə edir. Alıcıya əşya barəsində sərəncam vermək hüququ onun əmlakın dəyərini tam ödədikdən sonra əldə edir. Əmlakın dəyərinin tam ödənilməsinə kimi əmlak barəsində sərəncam vermək hüququ yalnız satıcıya məxsus olur. Alıcı bu müqaviləyə əsasən, sahibliyində və istifadəsində olan əmlakı sonradan üçüncü şəxsə sata və ya hədiyyə edə bilməz; - hər iki müqavilənin 3.1.1-3.1.2, 3.2.1-3.2.3 və 3.2.5-ci bəndlərinə əsasən satıcının alıcının nisyə aldığı mala görə bir dəfəlik haqq hesablanmasının və tutulmasının düzgünlüyünə riayət etməsi, alıcıya nisyə satılan malı yoxlayıb təhvil verməsi satıcının, bu müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməsi, satıcının tələbi ilə alıcının maliyyə durumunu müəyyən etməyə şərait yaratması, nisyə satılan malı yoxlayıb qəbul etməsi isə alıcının vəzifəsidir; - hər iki müqavilənin qüvvədə olma müddəti isə 5.2-ci bənd ilə müəyyən edilir ki, o imzalandığı andan qüvvəyə minir və tərəflər bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqaviləyə edilmiş 1 nömrəli əlavəyə və ödəniş cədvəlinə görə Cavabdeh satılmış əşyaların dəyəri üçün “ödəniş cədvəli” əsasında 02 oktyabr 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 18 ay müddətinə 02 noyabr 2024-cü ildən başlayaraq 02 aprel 2025-ci il tarixədək İddiaçınə hər ay 9 (doqquz) manat (sonuncu ay 16.98 manat) ödəməyi öhdəsinə götürür. Razılaşmanın şərtlərindən belə məlum olur ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqaviləyə edilmiş 1 nömrəli əlavəyə və ödəniş cədvəlinə görə Cavabdeh satılmış əşyaların dəyəri üçün “ödəniş cədvəli” əsasında 02 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 18 ay müddətinə 02 noyabr 2024-cü ildən başlayaraq 02 aprel 2025-ci il tarixədək İddiaçınə hər ay 14 (on dörd) manat (sonuncu ay 1.99 manat) ödəməyi öhdəsinə götürür. Razılaşmanın şərtlərindən belə məlum olur ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. Həmin məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə müəyyən olunur ki, razılaşma üzrə iddiaçının müqavilələrdə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilələr üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi tərəflərin müqavilədən irəli gələn əsas öhdəliyidir. xx.xx.2024-cü il tarixli, ********* nömrəli nisyə alqı-satqı müqaviləsinin təhvil-təslim aktından iddiaçının iki ədəd telefon aksesuarı (qulaqcıq və şarj cihazı) və eyni tarixli, ********* nömrəli nisyə alqı-satqı müqaviləsinin təhvil-təslim aktından “SAMSUNG” markalı tozsoranı cavabdehə təhvil verdiyi və bunun tərəflərin imzası ilə təsdiq olunduğu aydın olur. Cavabdeh isə iddiaçı ilə bağlamış olduğu müqavilələrdən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, iş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən ona göndərilmiş xəbərdarlıq məktubundan və 007788 nömrəli yol qaiməsindən onun müqavilədən irəli gələn öhdəliyi lazımınca icra etməməsi müəyyən olunur. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilə onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər müqaviləyə 1 saylı əlavənin 3-cü bəndi ilə razılığa gəlmişlər ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə pulu hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, borcalanın xx.xx.2024-cü il tarixli, ********* nömrəli alqı-satqı müqaviləsi üzrə 239.9 manat əsas borcuna münasibətdə iddiaçı 35.9 manat, xx.xx.2024-cü il tarixli, ********* nömrəli alqı-satqı müqaviləsi üzrə 115.9 manat əsas borcuna münasibətdə iddiaçı 17.3 manat, ümumilikdə iki müavilə üzrə 355.8 manat əsas borcuna münasibətdə 53.2 manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin xx.xx.2024-cü il tarixli, ********* nömrəli alqı-satqı müqaviləsi üzrə 11.99 manat (on bir manat, doxsan doqquz qəpik), xx.xx.2024-cü il tarixli, ********* nömrəli alqı-satqı müqaviləsi üzrə 5.79 (beş manat, yetmiş doqquz qəpik) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixli maliyyə arayışından əsas borc qalığının 115.9 manat, xx.xx.2024-cü il tarixdən hesablanan cərimə məbləğinin 173.00 manat, cavabdehin ödədiyi məbləğin 54 manat, xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixli maliyyə arayışından əsas borc qalığının 239.9 manat, xx.xx.2024-cü il tarixdən hesablanan cərimə məbləğinin 359.00 manat, cavabdehin ödədiyi məbləğin 0 manat olduğu müəyyən olunur. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, xx.xx.2024-cü il tarixli ********* nömrəli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə yaranmış 115.9 (bir yüz on beş manat, doxsan qəpik) manat əsas, 5.79 (beş manat, yetmiş doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 121.69 manat (bir yüz iyirmi bir manat, altmış doqquz qəpik), xx.xx.2024-cü il tarixli ********* nömrəli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə yaranmış 239.9 (iki yüz otuz doqquz manat, doxsan qəpik) manat əsas, 11.99 manat (on bir manat, doxsan doqquz qəpik) cərimə borcu olmaqla, ümumilikdə iki müqavilə üzrə 355.8 manat (üç yüz əlli beş manat, səksən qəpik) əsas, 17.78 manat (on yeddi manat, yetmiş səkkiz qəpik) cərimə, ümumilikdə 373.58 manat (üç yüz yetmiş üç manat, əlli səkkiz qəpik) borc Cavabdeh tutularaq İddiaçınə ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı saydığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 27.40 (iyirmi yeddi manat, qırx qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli ********* nömrəli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə yaranmış 115.9 (bir yüz on beş manat, doxsan qəpik) manat əsas, 5.79 (beş manat, yetmiş doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 121.69 manat (bir yüz iyirmi bir manat, altmış doqquz qəpik), xx.xx.2024-cü il tarixli ********* nömrəli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə yaranmış 239.9 (iki yüz otuz doqquz manat, doxsan qəpik) manat əsas, 11.99 manat (on bir manat, doxsan doqquz qəpik) cərimə borcu olmaqla, iki müqavilə üzrə 355.8 manat (üç yüz əlli beş manat, səksən qəpik) əsas və 17.78 manat (on yeddi manat, yetmiş səkkiz qəpik) cərimə borcu olmaqla, ümumilikdə 373.58 manat (üç yüz yetmiş üç manat, əlli səkkiz qəpik) borc Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Cavabdeh 27.40 (iyirmi yeddi manat, qırx qəpik) manat miqdarında dövlət rüsumu alınaraq iş üzrə İddiaçınə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-406/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-406/2025
30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver