Məhkəmə qərarları › İş №e-2(079)-420/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-420/2022

12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-420/2022 12.10.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı (“ERA Electronics”in) xeyrinə 478 (AZN) manat məbləğində borcun və 30 (AZN) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası arasında imzalanmış xx.xx.2013cü il tarixli, 06460 saylı müqaviləyə əsasən borclu “ERA Electronics”dən kreditlə 528 (AZN) manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 44 (AZN) manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “ERA Electronics” arasında bağlamış olduğu xx.xx.2013-cü il tarixli, 06460 saylı müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun “ERA Electronics”-ə olan borcunun ödənilməsi barədə onlara dəfələrlə şifahi və bir dəfə də rəsmi xədərdarlıq edilməsinə baxmayaraq o “ERA Electronics”-ə olan borcunu xeyli müddətdir ki ödəməmişdir. Borclu bugünə qədər ümumilikdə 50 (AZN) manat məbləğ ödəniş etsə də, hazırda borclunun yuxarıdakı müqavilə üzrə müvafiq olaraq “ERA Electronics”ə olan 478 (AZN) manat əsas borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddia ərizəsinə əlavə edilmiş sübutlardan cavabdehlə bağlanmış sadə yazılı qaydada tərtib olunmuş müqavilə, maliyyə arayışı, cavabdehə ünvanlanmış rəsmi yazılı xəbərdarlıq (pretenziya) məktubunun surəti və xəbərnamə, əmtəə nişanının qeydiyyata alınması barədə qərar, fərdi sahibkar olaraq vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin surəti, göründüyü kimi Cavabdeh iddiaçı Fərdi sahibkar İddiaçı ilə bağladığı müqavilənin tələblərini tam şəkildə yerinə yetirməmiş və bugünə qədər ödəməli olduğu əsas borcunu ödəməmiş, həmçinin qeydiyyatda olduğu ünvanda yaşamadığı barədə bizə heç bir məlumat verməmişdir. Mülki iş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişlər. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən elektron kabinet vasitəsilə daxil olmuş ərizədə bildirilmişdir ki, e-2(079)-420/2022 saylı mülki iş üzrə məhkəmə baxışı iclasının xx.xx.2022-ci il tarixdə saat 12:00 da Naxçıvan MR Babək Rayon Məhkəməsinin inzibati binasında keçiriləcəyi barədə məhkəmə bildirişi almışam, AR Mülki Prossesual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Qeyd etmək istəyirəm ki, hal-hazırda Bakı şəhərində qeydiyyatda olduğuma və Bakı şəhərində yaşadığıma görə Naxçıvan MR Babək Rayon Məhkəməsinin inzibati binasında xx.xx.2022-ci il tarixdə, saat 12:00 da keçiriləcək məhkəmə hazırlıq iclasında iştirak edə bilməyəcəm. Bununla əlaqədar olaraq e- 2(079)-420/2022 saylı mülki iş üzrə bütün məhkəmə iclaslarına mənim iştirakım olmadan baxılmasını və iddia tələbinin təmin olunaraq müvafiq qətnamə qəbul edilməsini Sizdən xahiş edirəm. Sözügedən halları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Mülki iş materialları məhkəmə tərəfindən işdə olan sübutlar əsasında tədqiq edilərkən müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli müqavilə bağlanması, borc müqaviləsi adlandırılmış müqavilə üzrə “ATLANT 2835 AĞ” adlı malın hissə-hissə ödəmə şərtilə nisyə alqı-satqısı barədə razılaşma əldə olunduğu işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli, 06460 nömrəli müqavilənin məzmunundan belə məlum olur ki, tərəflər xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilə qədər hər ay 44 manat ödəmə şərti ilə “ATLANT 2835 AĞ” adlı malın alqı-satqısı barədə razılaşmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Tərəflərin münasibətlərinə tətbiq edilməli olan maddi hüquq normasının məzmunundan göründüyü kimi alqı-satqı münasibətlərində satıcının əsas öhdəliyi razılaşdırılmış malın alıcıya təqdim edilməsidir. İddiaçı tərəfindən alqı-satqı predmetinin cavabdehə təqdim edildiyini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Bununla bağlı olaraq xx.xx.2022ci il tarixdə məhkəmə hazırlıq iclası təxirə salınaraq iddiaçıya cavabdehlə aralarında bağlanmış müqavilədən irəli gələn öhdəliyini icra etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməsi təklif olunmuş, əks halda iddia tələbinə işdə olan sübutlar əsasında baxılaraq yekun qərar qəbul ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə bildirişinin rəsmi qaydada verilməsi təmin olunsa da iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında (bundan sonra “Qərar”) qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. “Qərar”da formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki-Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. “Qərar”a müvafiq olaraq məhkəmə tərəfindən hansı halların iş üçün əhəmiyyət kəsb etdiyi, hansı tərəfin onları sübut etməli olduğu və verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğu iddiaçıya rəsmi qaydada izah olunsa da sübutetmə yükünün üzərinə düşdüyü tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Qərar”da qeyd olunmuşdur ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbinin əsası kimi istinad etdiyi halların düzgünlüyünü təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən İddiaçı Cavabdeh qarşı borcun alınması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia təmin olunmadığından iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar