Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-427/2025 13.06.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı “11” iyun 2025-ci ildə kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 02 mart 2023-cü il tarixli, 72609 saylı nisyə altı-satqı müqaviləsi üzrə 1467 manat məbləğində pulun və 34.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bildirir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində (bundan sonra – “MPM”) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-4-cü maddəsində isə işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinin əsasları qeyd edilmişdir. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədlərin qeyd edilən normanının tələbləri daxilində yoxlayan məhkəmə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İddiaçı Cavabdeh qarşı tələbini onunla Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 72609 saylı nisyə alğı-satqı müqaviləsinə əsaslandırmışdır. Bu müqavilə əsasında Cavabdeh İddiaçındən 1817 manat dəyərində “TV.SamUE55AU7100UXRU” markalı televizoru almışdır. Daxil olmuş sənədləri nəzərdən keçirərək məhkəmə ilkin olaraq qeyd edir ki, MPM-nin 284-4-cü maddəsində hansı hallarda işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyi göstərilmişdir. Belə ki, həmin məcəllənin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Mülki iş materiallarına araşdırdıqda aydın olur ki, İddiaçı iddianın predmetini təşkil edən əşyanın təhvil-təslim aktını təqdim etməmişdir. Bundan isə aydın olur ki, İddiaçı öz tələbinin təsdiq edən hallarla bağlı məhkəməyə sənəd təqdim etməmişdir. Məhkəmə iddiaçıya bildirir ki, tərəflər arasında müqavilə bağlanması onların arasında həmin müqavilədən irəli gələn öhdəliklərin icrası demək deyildir. Bu səbəbdən də məhkəmə MPM-in 284-4.1 və 284-4.1.3-cü maddələrinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi icraata qəbul edilməkdən imtina olunmalıdır. Belə ki, həmin prosessual normaların tələbinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. MPM-in 284-4.2-ci maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. MPM-in 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Həmçinin məhkəmə iddiaçının diqqətinə çatdırır ki, ərizənin icraata qəbul edilməsindən imtina üçün əsaslar aradan qaldırılmadan məhkəməyə sadələşdrilmiş icraat qaydasında təkrar müraciət edilməsi məhkəmənin əsassız yerə iş yükünün artmasına səbəb olur və sözügedən hal yolverilməzdir. Qeyd olunanlara əsasən və MPM-in 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizənin qəbul edilməsindən imtina olunsun. İddiaçınə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(079)-427/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-427/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver