Məhkəmə qərarları › İş №e-2(079)-43/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-43/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-43/2025 16.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “18” noyabr 2024-cü ildə Babək Rayon Məhkəməsinə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 C9790064/23 nömrəli xx.xx.2023-cü il tarixli Nisyə satış müqaviləsi üzrə 2366 manat əsas borc və 230 manat cərimə borcu olmaqla, cəmi 2596 manat; C9790080/23 nömrəli xx.xx.2023-cü il tarixli Nisyə satış müqaviləsi üzrə 2633 manat əsas borc və 260 manat cərimə borcu olmaqla, cəmi 2893 manat; C9790153/23 nömrəli xx.xx.2023-cü il tarixli Nisyə satış müqaviləsi üzrə 2563 manat əsas borc və 250 cərimə borcu olmaqla, cəmi 2813 manat; C9790156/23 nömrəli xx.xx.2023-cü il tarixli Nisyə satış müqaviləsi üzrə 2331 manat əsas borc və 230 manat cərimə borcu olmaqla, cəmi 2561 manat - ümumilikdə 10863 (on min səkkiz yüz altmış üç) manat, habelə dövlət rüsumu əvəzi ödənilmiş 123.57 manat məbləğin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, satıcı - İddiaçı ilə alıcı - Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli C9790156/23 nömrəli Nisyə satış müqaviləsinə əsasən 3672 manat dəyərində, ilkin ödənişsiz, 1 ədəd İphone 14 Pro 128 GB - məhsulu 12 ay müddətinə, hər ay 306 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqavilənin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2023-cü il tarixli C9790156/23 nömrəli müqavilə üzrə ödənilməmiş borc 2331 manat təşkil edir. Bundan başqa, satıcı/İddiaçı ilə alıcı/Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli C9790153/23 nömrəli Nisyə satış müqaviləsinə əsasən 4020 manat dəyərində, ilkin ödənişsiz, 1 ədəd İphone 14 Pro MAX 128 GB -məhsulu 12 ay müddətinə, hər ay 335 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqaviləsinin şərtləri borclu tərəfindən əməl edilməmiş, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2023-cü il tarixli C9790153/23 nömrəli müqavilə üzrə ödənilməmiş borc 2563 manat təşkil edir. Bundan başqa, satıcı/İddiaçı ilə alıcı/Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli C9790080/23 nömrəli Nisyə satış müqaviləsinə əsasən 8484 manat dəyərində, ilkin ödənişsiz, 2 ədəd İphone 14 Pro 128 GB və “Continental” təkər məhsulu 12 ay müddətinə, hər ay 707 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqaviləsinin şərtləri borclu tərəfindən əməl edilməmiş, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2023-cü il tarixli C9790080/23 nömrəli müqavilə üzrə ödənilməmiş borc 2633 manat təşkil edir. Bundan başqa, satıcı/İddiaçı ilə alıcı/Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli C9790064/23 nömrəli Nisyə satış müqaviləsinə əsasən 8000 manat dəyərində, 200 manat ilkin ödəniş olmaqla, 2 ədəd İphone 14 Pro MAX -məhsulu 12 ay müddətinə, hər ay 650 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqaviləsinin şərtləri borclu tərəfindən əməl edilməmiş, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2023-cü il tarixli C9790064/23 nömrəli müqavilə üzrə ödənilməmiş borc 2366 manat təşkil edir. Sözügedən C9790064/23, C9790080/23, C9790153/23 və C9790156/23, nömrəli Nisyə satış müqavilələrinin 2.4.4-cü bəndinə müvafiq olaraq, “Alıcı” razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1% (bir faiz) cərimə ödəyəcəyini öz üzərinizə götürmüsdür. Hər bir müqavilə üzrə hesablanan cərimə məbləği gecikdirilmiş günlərə görə yüksək olmasına baxmayaraq İddiaçı ağlabatan məbləği müəyyən etmişdir. Hazırda, cavabdehlərdən sadalanan müqavilələr üzrə qalıq əsas borcun 5-10 faizi nisbətində cərimə məbləğlərini tələb edir. Eyni zamanda, yuxarıda sadalanan C9790064/23, C9790080/23, C9790153/23 və C9790156/23 nömrəli Nisyə satış müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq müvafiq tarixlərdə Cavabdeh2 ilə Zaminlik müqavilələri bağlanmışdır. Zamin/cavabdeh dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq müqavilə öhdəliklərini icra etməmişdir. İddiaçı 05 dekabr 2024-cü ildə məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsində texniki olaraq müqavilələrin tarixlərinin səhv göstərildiyini, iddia tələbinin aşağıdakı məzmundə qəbul edilməsini “Cavabdeh1 və Cavabdeh2 C9790064/23 nömrəli, xx.xx.2023-cü il tarixli nisyə satış müqaviləsi üzrə 2366 manat əsas borc və 230 manat cərimə borcu olmaqla cəmi 2596 manat, C9790080/23 nömrəli xx.xx.2023-cü il tarixli Nisyə satış müqaviləsi üzrə 2633 manat əsas borc və 260 manat cərimə borcu olmaqla cəmi 2893 manat, C9790153/23 nömrəli xx.xx.2023-cü il tarixli Nisyə satış müqaviləsi üzrə 2563 manat əsas borc və 250 cərimə borcu olmaqla cəmi 2813 manat, C9790156/23 nömrəli xx.xx.2023-cü il tarixli Nisyə satış müqaviləsi üzrə 2331 manat əsas borc və 230 manat cərimə borcu olmaqla cəmi 2561 manat olmaqla ümumilikdə 10863 (on min səkkiz yüz altmış üç) manat, habelə dövlət rüsumu əvəzi ödənilmiş 123.57 manat məbləğin tutularaq İddiaçı xeyrinə ödənilməsini xahiş etmişdir. Ərizə xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, məhkəmə hazırlıq iclası təyin edilmiş, hazırlıq iclası keçirilərək mülki iş məhkəmədə baxılmağa təyin edilmişdir. İddiaçı 14 yanvar 2025-ci ildə məhkəməyə ərizə ünvanlayaraq prosesə onun iştirakı olmadan baxılmasını, iddianı müdafiə etdiyini və tələbinin təmin olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, MPM-in 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. MPM-in 1-ci maddəsinin qeydinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İddiaçı barəsində olan vergi məlumatları üzrə “AZEMİS”-dən çıxarışdan belə məlum olur ki, o, (VÖEN - **********) xx.xx.2017-ci il tarixdən əsas fəaliyyət növü “X1 Satışı” olmaqla Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdadır və aktiv vergi ödəyicisidir. Cavabdeh1 barəsində olan vergi məlumatları üzrə “AZEMİS”-dən çıxarışdan isə belə məlum olur ki, o, (VÖEN - **********) xx.xx.2023-ci il tarixdən əsas fəaliyyət növü “Taksi fəaliyyəti” olmaqla Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdadır və aktiv vergi ödəyicisidir. Cavabdeh2 barəsində olan vergi məlumatları üzrə “AZEMİS”-dən çıxarışdan isə belə məlum olur ki, o, (VÖEN - **********) xx.xx.2010-cu il tarixdən əsas fəaliyyət növü “Çörək istehsalı, uzun müddət saxlanıla bilməyən unlu qənnadı məmulatlarının istehsalı” olmaqla Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdadır və aktiv vergi ödəyicisidir. İddia ərizəsinə əlavə olunmuş İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış C9790064/23 nömrəli xx.xx.2023-cü il tarixli, C9790080/23 nömrəli xx.xx.2023-cü il tarixli, C9790153/23 nömrəli xx.xx.2023-cü il tarixli, C9790156/23 nömrəli xx.xx.2023-cü il tarixli nisyə satış müqavilələri üzrə satıcı alıcıya siyahısı təhvil-təslim aktında göstərilən malları satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada dəyərini satıcıya ödəyir. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyarlar üzrə qiymətləndirməni həyata keçirən məhkəmə qeyd edir ki, müqavilənin hər iki tərəfi sahibkarlıq subyektidir. Mübahisə predmetini təşkil edən tələb hər iki tərəfin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə ki, hər nə qədər alqı-satqı müqavilələri istehlak münasibətləri olaraq rəsmiləşdirilsə də tərəflər arasında bağlanmış müqavilələrin sayı və müqavilələr üzrə həyata keçirilən alqısatqının həcmi bunu deməyə əsas verir ki, mübahisə tərəflərin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə ki, hazırki tələb tərəflər arasında dörd müqavilə üzrə 6 ədəd telefon satışının həyata keçirilməsindən yaranan 10863 manat borc tələbindən ibarət olmaqla bu yalnız iddiaçının cavabdehə qarşı olan tələbinin az bir qismini təşkil edir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş İddiaçı tərəfindən Cavabdeh1 və zamin Cavabdeh2 göndərilmiş öhdəliklərin icra edilməsi barədə bildirişdən belə məlum olur ki, tərəflər arasında bağlanmış 9 alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 21579 manat əsas borca dair alıcıya xəbərdarlıq edilmişdir. Bütün bunlar, eyni zamanda Babək Rayon Məhkəməsinin icraatında iş üzrə eyni tərəflər arasında və oxşar əsaslar üzrə mövcud olmuş 2(079)-757/2024, 2(079)-758/2024, 2(079)-759/2024 və hazırda icraatında olan 2(079)-43/2025 və 2(079)-121/2025 nömrəli işlər onu deməyə əsas verir ki, tərəflər arasında yüksək məbləğdə telefonun alqı-satqısı həyata keçirilmiş və bunun şəxsi istehlak üçün istifadə olunduğu sübuta yetirilməmişdir. Əksinə, aparılan əməliyyatlar göstərir ki, müqavilələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 12.Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. MPM-in 25.2 və 26.2-ci maddələrinin və Plenum Qərarının 12-ci bəndində ifadə olunmuş hüquqi mövqelərin əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə, mübahisənin subyekt dairəsi fərdi sahibkarlardan ibarətdir, mübahisə predmeti subyekt tərkibindən asılı olmayaraq ümumi məhkəmələrdə baxılmalı olan tələblərə daxil deyildir və mübahisə tərəflərin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinə kommersiya mübahisəsi olduğundan ümumi məhkəmədə baxıla bilməz. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının 18-ci bəndində müəyyən olunmuşdur ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in: - 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. - 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. - 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. - 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. - 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. - 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. - 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Qeyd olunanlara əsasən və MPM-in 32, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə mülki iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar