Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-431/2023 14.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh 4541 (dörd min beş yüz qırx bir) manat pul vəsaitinin və 65,41 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən HYUNDAİ ACCENT minik markalı 90VV012 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində Bakı şəhəri ərazisində 90VV012 dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli protokol yazılmış və AR İXM-nin 332.1-ci və 327.1-ci maddəsi ilə TP ******* qərar yazılmışdır. Toyota Camry markalı, 90VV012 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 4541 (dörd min beş yüz qırx bir) manat ödənişi verilmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi aşağıda istinad olunan sübutlar əsasında baxılmışdır. İcbari sığorta müqaviləsinə dair məlumatdan belə məlum olur ki, xx.xx.2022ci il tarixli PAZ********** nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış icbari sığorta müqaviləsi əsasında sığortaçı ilə sığortalı 90KX940 dövlət qeydiyyat nişanlı, HYUNDAİ ACCENT model minik nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisində qüvvədə olmaqla əmlaka vurulan zərərə görə 5000 (beş min) AZN olunmaqla 1 il sığorta təminat müddəti ərzində xx.xx.2023-cü il tarixə qədər qüvvədə olması barədə razılığa gəlmişlər. İXP seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarix inzibati xəta haqqında protokolla xx.xx.2023-cü il tarixdə saat 00:05 radələrində HYUNDAİ ACCENT minik markalı, 90VV012 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1993-cü ildə Naxçıvanda anadan olan Azərbaycan Respublikası vətəndaşı, hazırda ünvan 1 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta əmılini törətməkdə təqsirli bilinmişdir. xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 00:05 radələrində HYUNDAİ ACCENT minik markalı, 90VV012 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq əks-istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə və nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Cavabdeh izahatında xx.xx.2023-cü il tarixdə saat 00:05-də idarə etdiyi Hyundai 99KX940 avtomaşınla Binəqədi yolu yola bitişik ərazidən hərəkət edib sola dönən zaman Binəqədi yolu ilə hərəkətdə olan Toyota 90VV012 avtomaşının ön hissəsi ilə toqquşduğunu, zərbənin təsiri ilə maşınının sağ yan hissəsinin yolun kənarında işıq dirəyi ilə toqquşduğunu, hadisə nəticəsində bədən xəsarəti alan olmadığını bildirmişdir. X3 izahatında xx.xx.2023-cü il tarixdə saat 00:05-də idarə etdiyi Toyota 90VV012 avtomaşınla Binəqədi yolu ilə hərəkətdə olan zaman ondan sağ tərəfdən yola bitişik ərazidən hərəkətdə olan Hyundai 99KX940 avtomaşının ön hissəsi ilə toqquşduğunu, zərbənin təsiri ilə Hyundai markalı maşınının yolun kənarında işıq dirəyi ilə toqquşduğunu, hadisə nəticəsində bədən xəsarəti alan olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesabatında 90VV012 dövlət qeydiyyat nişanlı 2020-ci il buraxılışlı Toyota Camry markalı avtomobilə təmir müəssisəsində baxış keçirildiyi və hadisə nəticəsində dəymiş zərər orta bazar qiymətləri nəzərə alınaraq ehtiyyat hissələrinin köhnələri ilə əvəz olunmasına görə cəmi 3831 manat, zərərə görə ehtiyyat hissələrinin əvəz edilməsi ilə bağlı görülən işlərin isə cəmi 710 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, 915/2023 nömrəli Siğorta aktında sığortalı Cavabdeh mülki məsuliyyətinin icbari sığortası əsasında xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərərə uğramış əmlak sahibi X2 4541 manat dəymiş sığorta ödənişinin edildiyi müəyyən olunur. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından isə belə məlum olur ki, "xxxx" ASC tərəfindən X1 AZ37NABZ**********0000001944 nömrəli hesab nömrəsinə 4541 manat sığorta ödənişinin 915/2023 nömrəli akta əsasən köçürüldüyü müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin məcəllənin 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Qanunun 25.1 və 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi zamanı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin notariat əməliyyatları üzrə çıxarışdan hadisə vaxtı icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı idarə etməyə hüququ olmadığı təsdiqini tapır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Beləliklə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən HYUNDAİ ACCENT minik markalı 90VV012 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində Bakı şəhəri ərazisində 90VV012 dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtomobili ilə toqquşmuş, baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ-də inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli protokol yazılmış və AR İXM-nin 332.1-ci və 327.1-ci maddəsi ilə TP ******* qərar yazılmışdır. Toyota Camry markalı, 90VV012 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 4541 (dörd min beş yüz qırx bir) manat sığorta ödənişi verilmişdir. xx.xx.2022-ci il tarixli PAZ********** nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış icbari sığorta müqaviləsi əsasında sığortaçı ilə sığortalı 90VV012 dövlət qeydiyyat nişanlı, HYUNDAİ ACCENT model minik nəqliyyat vasitəsinin 1 il sığorta təminat müddəti ərzində xx.xx.2023-cü il tarixə qədər qüvvədə olması barədə razılığa gəlmişlər. Beləliklə sığorta hadisəsinin baş verdiyi vaxt cavabdehin sığorta predmeti barəsində olan üçüncü şəxslər qarşısında daşıdığı mülki məsuliyyət sığortalanmışdır. HYUNDAİ ACCENT model minik markalı və modelli nəqliyyat vasitəsinin qüsur aktına görə nəqliyyat vasitəsinə vurulmuş 4541 manat məbləğində zərər zərərçəkən X1 hesabına köçürülmüşdür. Müəyyən olunur ki, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən (subroqasiya hüququ) həmin ödənişi vermiş sığortaçının, mülki iş üzrə iddiaçının verdiyi sığorta ödənişi məbləğində zərərvuran şəxsin özünə qarşı istifadə etmək hüququ yaranmışdır. Belə ki, sığorta predmeti barəsində mülki məsuliyyəti sığortalanmış zərərvuran şəxsin sığorta hadisəsi zamanı təqsirli olması və icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi iş materialları ilə tam təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının “İcbari sığorta haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsasən icbari sığorta müqaviləsi üzrə zərərçəkmiş şəxsə ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki-Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Cavabdeh iddiaya qarşı etirazını və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 4541 (dörd min beş yüz qırx bir) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 65,41 (altmış beş manat qırx bir qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 4541 (dörd min beş yüz qırx bir) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 65,41 (altmış beş manat qırx bir qəpik) manat miqdarında dövlət rüsumu alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-431/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-431/2023
14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver