Məhkəmə qərarları › İş №e-2(079)-436/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-436/2022

14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-436/2022 14.10.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə borcun və vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 25 avqust 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20 iyul 2020-ci il tarixli, MAS-2546 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 yanvar 2022-ci il tarixə 477.35 manat gecikdirilmiş əsas, 315.92 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 295.66 manat dəbbə pulu, 296.50 manat dəymiş zərər, ümumilikdə 1385.43 manat borc və ödənilmiş 34.26 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini əsaslandıraraq bildirmişdir ki, İddiaçı MMC ilə X5 arasında bağlanmış 20 iyul 2020-ci il tarixli MAS-2546saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220485 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə №3) əsasən X5 illik 19 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 19088 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19088 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 04 iyun 2021-ci il tarixdə X5, Cavabdeh və İddiaçı MMC arasında MAS-2546 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 20 iyul 2020-ci il tarixli MAS- 2546saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PK-***dövlət qeydiyyat nişanlı avtomobil 06 yanvar 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 296.50 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 16 noyabr 2021-ci il tarixdə 15 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 20 iyul 2020-ci il tarixli MAS-2546 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 yanvar 2022-ci il tarixə 477.35 manat gecikdirilmiş əsas, 315.92 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 295.66 manat dəbbə pulu, ümumilikdə 1088.93 manat gecikmə borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiamız qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Hüquqi əsaslandırma: “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. “Daxili lizinq” müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. “Daxili lizinq” müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. “Daxili lizinq” müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. “Daxili lizinq” müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil olunmamış, məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakları olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olancavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş, cavabdeh həmin ünvanda yaşamadığından sənədlərin verilməsi mümkün olmamışdır. Mülki iş materiallarına əlavə olunmuş sifarişli poçt göndərişlərinin verilməsi haqqında xəbərnamələrdən isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq Cavabdeh ünvanlanmış sənədlərin onun yaşayış yeri üzrə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə təqdim edildiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin məcəllənin 135.5-ci maddəsinə əsasən məcəllənin 135.2ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin məcəllənin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Sözügedən halları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə işə tərəflərin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında baxmağı mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən belə məlum olur ki, xx.xx.2020-ci il tarixdə İddiaçı ilə X5 arasında daxili lizinq müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə 1 nömrəli əlavədən bəlli olur ki, daxili lizinq müqaviləsinin obyekti ümumi dəyəri 13300 manat olan KHAZAR SD markalı minik maşınıdır. Sözügedən nəqliyyat vasitəsini İddiaçı lizinq alanın sifarişi ilə Azkron MMC-dən X4 lizinqə verilməsi üçün sifariş etmişdir. Daxili lizinq müqaviləsinə 2 nömrəli əlavə - təhvil-təslim aktından belə məlum olur ki, lizinq obyekti satıcı X6 tərəfindən İddiaçı və X4 təqdim edilmişdir. Daxili lizinq müqaviləsinə 3 saylı əlavədən aydın olur ki, orada qeyd olunmuş ödəniş cədvəli daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Həmin ödəniş cədvəlinə görə lizinq alanın öhdəliyi xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü ilədək əsas məbləğ və mükafat məbləğindən ibarət olan 397.67 manat, sonuncu ay isə 397.65 manat məbləğində ödənişi 48 ay ərzində lizinq verənə ödəmək olmuşdur. xx.xx.2021-ci il tarixdə İddiaçı, X5 və Cavabdeh arasında bağlanmış öhdəliklərin ötürülməsi müqaviləsi ilə tərəflər aşağıda qeyd olunan şərtlər barədə razılığa gəlmişlər: - Müqavilənin predmeti adlanan 1-ci maddəyə görə İddiaçı ilə öhdəlikləri ötürən X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsi üzrə X5 İddiaçı qarşısında götürdüyü bütün öhdəlikləri Cavabdeh ötürür. Cavabdeh isə bu öhdəlikləri İddiaçınə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı qarşısında tam həcmdə, lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. - Müqavilənin 2.1 və 2.1.1-ci bəndinə əsasən İddiaçı bu müqavilə və lizinq müqaviləsinin bütün şərtlərinin öhdəlikləri qəbul edən tərəfindən tam həcmdə və lazımınca icra edilməsinə nəzarət və tələb etmək hüququ vardır. - Müqavilənin 2.4 və 2.4.1-ci bəndlərinə əsasən öhdəlikləri qəbul edən bu müqavilə və lizinq müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmək vəzifəsi daşıyır. - Müqavilənin 3.1-ci bəndinə görə bu müqavilə imzalandığı ana qədər hesablanmış bütün faiz və cərimə faizi borcları ödənildikdən sonra qüvvəyə minir və tərəflərin üzərlərinə götürdükləri öhdəliklərin tam icra edilməsinə qədər qüvvədədir. Eyni zamanda məhkəmə öhdəlikləri qəbul edən Cavabdeh lizinq müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsini öhdəsinə götürdüyünü nəzərə almaqla qeyd edir ki, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci tarixdə bağlanmış daxili lizinq müqaviləsindən belə məlum olur ki, tərəflər aşağıdakı şərtlər barədə razılığa gəlmişlər: - Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakın muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür; - Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq müqaviləsinin əsas məbləğini 13300 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 0 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş o manat məbləğində lizinq ödənişi lizinq ödənişinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində illik 19% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə uyğun olaraq aparılır. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. - 2.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə hər hansı bir səbəbdən ləğv və ya xitam edilərsə lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. - 2.2-ci bəndinə əsasən lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçir. Lizinq obyektinin lizinq alana keçməsi lizinq alan və lizinq verən arasında bağlanmış mülkiyyət hüququnun keçməsi haqqımnda akt əsasında həyata keçirilir. - 2.3-cü bəndinə əsasən lizinq obyektinin qəbulu və istifadəyə verilməsi lizinq verən və lizinq alan tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən həyata keçirilir. Lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə sahiblik və istifadə hüququ lizinq alana keçir və lizinq verənin lizinq obyektinin lizinq alana lizinqə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır. - 2.4-cü bəndinə əsasən bu müqavilə müqavilənin şərtlərinin pozulması nəticəsində ləğv və ya xitam edilərsə lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır və lizinq obyekti lizinq verənin sahiblik və istifadəsinə geri qaytarılır və bu zaman lizinq obyektində istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq alan tərəfindən lizinq verəndən tələb edilə bilməz. - 2.9-cu bəndinə əsasən lizinq müqaviləsi qüvvədə olduğu müddətdə lizinq alan tərəfindən lizinq obyektinin hər hansı hissəsi və/ və ya detalı dəyişdirildikdə, onlar lizinq obyektinin tərkib hissəsini təşkil edir və lizinq verənin mülkiyyətinə keçir. - 4.4 və 4.4.1-ci bəndinə əsasən müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etmək, 4.4 və 4.4.2-ci bəndinə əsasən lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək, 4.4 və 4.4.3-cü bəndinə əsasən lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq alan lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəmək lizinq alanın vəzifəsidir; - 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti Lizinq obyektinin zərərin bütün növlərindən qoruması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. - 7.2-ci bəndinə görə gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0.3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. - 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər Məhkəmə ilk növbədə öhdəliklərin ötürülməsi ilə bağlı halın mövcudluğunu nəzərə alaraq qeyd edir ki, MM-in 522.1-ci maddəsinə görə Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər, bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin məcəllənin 522.2-ci maddəsinə görə əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. İş materiallarında mövcud olan öhdəliklərin ötürülməsi müqaviləsindən mülki qanunvericiliyn sözügedən imperativ normasına əməl edildiyi, müqavilənin kreditor, borclu və öhdəliyi qəbul edən şəxs arasında lazımi qaydada bağlandığı məlum olur. Həmin müqavilə ilə borclu kreditora qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etdiyini və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı qarşısında tam həcmdə, lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. Hər nə qədər Mülki Məcəllənin 524-cü maddəsinə əsasən öhdəliyi qəbul etmiş şəxsin kreditorla əvvəlki borclunun hüquq münasibətlərindən irəli gələn etirazları kreditora qarşı irəli sürə biləcəyi barədə müqavilə şərtindən üstün qüvvəyə malik olan imperativ norma mövcud olsa da cavabdeh (öhdəliyi qəbul edən şəxs) tərəfindən məhkəməyə kreditorla əvvəlki borclunun hüquq münasibətlərindən irəli gələn hər hansı etiraz irəli sürülməmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə müvafiq olaraq tərəflərin hansı hüquqi münasibətdə olmalarının müəyyən edilməsi tələbinə müvafiq olaraq qeyd edir ki, tərəflər arasında lizinq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 390.5 və 390.6-ci maddələrinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Tərəflər aralarında bağlanmış müqavilə ilə razılığa gəlmişlər ki, lizinq verənin əsas öhdəliyi əmlakı lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə vermək, lizinq alanın əsas öhdəliyi isə müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməkdir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli öhdəlikləri ötürən şəxs X5 və öhdəlikləri qəbul edən şəxs Cavabdeh tərəfindən imzalanmış təhvil-təslim aktından AZƏRMAŞ MMC-nin mülkiyyətində olan KHAZAR SD markalı, 99PK597 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslim edildiyi aydın olur. Lizinq alanın qanundan və müqavilədən irəli gələn əsas öhdəliyini icra edibetmədiyini iddia tələbi həddində müzakirə edən məhkəmə qeyd edir ki, müqavilənin 1.3-cü bəndinə əsasən lizinq müqaviləsinin əsas məbləğini 13300 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 0 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş o manat məbləğində lizinq ödənişi lizinq ödənişinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində illik 19% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə uyğun olaraq aparılır. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. İddia ərizəsinə əlavə olunmuş hesabdan çıxarışdan belə məlum olur ki, müqavilə üzrə öhdəliklərin iş üzrə cavabdehə ötürüldüyü tarixdən, yəni xx.xx.2021-ci il tarixdən avtonəqliyyat vasitəsinin duracağa təhvil verildiyi xx.xx.2022-ci il tarixə qədər olan dövr üzrə cavabdeh ödənilməli olan əsas borc və mükafat məbləği üzrə öhdəliyini lazımınca icra etməmişdir. İddia ərizəsinə əlavə olunmuş iddiaçının cavabdehə ünvanlandığı və cavabdehə rəsmi qaydada verilmiş 19 aprel 2022-ci il tarixli xəbərdarlıq məktubunda cavabdehə öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilmədiyi, 06 yanvar 2022ci il tarixə 1088.93 manat məbləğində gecikmə borcunun yarandığı, lizinq obyektinin həmin tarixdə şirkətin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirildiyini və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 296.50 manat məbləğində ziyanın vurulduğu, müqavilənin 9-cu bəndinə əsasən 1 ay ərzində birtərəfli qaydada ləğv ediləcəyi, yaranmış borc və dəymiş zərərin məhkəmə qaydasında tələb olunacağı barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2022-ci il tarixli maliyyə arayışından belə məlum olur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə gecikdirilmiş əsas borc üzrə 477.35 manat, mükafat borcu üzrə 315.92 manat, cərimə borcu üzrə 295.66 manat borcu vardır. İddiaçı tərəfindən iddia tələbinin müzakirə olunan hissədə əsaslı olması ilə bağlı sübutlar məhkəməyə təqdim olunmuş, cavabdeh tərəfindən isə iddia tələbinə qarşı hər hansı etiraz irəli sürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Həmçinin tərəflər müqavilənin 10.5-ci maddəsi ilə razılığa gəlmişlər ki, lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanı bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyektinin geri qaytarıldığı tarixədək olan lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanı tam həcmdə ödəməkdən azad etmir. Bu zaman lizinq verənə faktiki daxil olmuş və lizinq verən tərəfindən lizinq ödənişlərinin həyata keçirilməsi və ya bu müqavilə üzrə lizinq alanın digər öhdəliklərinin yerinə yetirilməsi kimi hesab edilmiş ödənişlər heç bir halda geri qaytarılmır. İddia tələbinin dəbbə puluna dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin cərimənin ödənilməsi tələbinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Müqavilənin 7.2-ci bəndinə görə gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0.3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, iddiaçı cavabdehin 477.35 manat əsas, 315.92 manat mükafat məbləğinə münasibətdə 295.66 manat dəbbə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 50 (əlli) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə iddia tələbinin zərərlə bağlı hissəsinə münasibətdə qeyd edir ki, lizinq müqaviləsinin 4.4 və 4.4.2-ci bəndinə əsasən lizinq alanın lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək vəzifəsinin olduğu, 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qoruması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alanın daşıdığı barədə razılığa gəlmişlər. Həmçinin MM-in 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli “avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” aktdan belə məlum olur ki, lizinq obyekti xx.xx.2022-ci il tarixdə kredit borcu ödənilmədiyi üçün lizinq təşkilatına geri qaytarılmışdır, nəqliyyat vasitəsi öz hərəkəti ilə duracağa gətirilmiş, nəqliyyat vasitəsində əzilmiş hissələr (qabaq buferin sınığı) mövcud olmuşdur. İddia ərizəsinə əlavə olunmuş qüsur aktında KHAZAR SD ** PK *** dövlət nömrə nişanlı minik avtomobilinin servis mərkəzində ilkin texniki baxışı zamanı “duman sağ” və “buferin alt setkası”nın əvəz olunmalı olduğu, armaturçu və rəngsaz işindən ibarət təmir işinin aparılmalı olduğu qeyd olunmuş, ehtiyat hissələrinin ümumi məbləği 71.50 manat, ümumi xidmət haqqı 225 manat olmaqla yekun ödəniləcək məbləğin 296.50 manat olduğu bildirilmişdir. Məhkəmə bildirir ki, Аzərbаycаn Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dеdikdə, hüququ pоzulmuş şəхsin pоzulmuş hüququ bərpа еtmək üçün çəkdiyi və yа çəkməli оlduğu хərclər, əmlаkındаn məhrum оlmаsı və yа əmlаkının zədələnməsi (rеаl zərər), hаbеlə hüququ pоzulmаsаydı, həmin şəхsin аdi mülki dövriyyə şərаitində əldə еdəcəyi gəlirlər (əldən çıхmış fаydа) bаşа düşülür. MM-in 425-ci maddəsindən məlum olur ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla və lazımınca yerinə yetirmələridir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğunluğunu və məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edildiyini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 477.35 manat (dörd yüz yetmiş yeddi manat otuz beş qəpik) əsas, 315.92 manat (üç yüz on beş manat doxsan iki qəpik) mükafat, 50 (əlli) manat dəbbə pulu və dəymiş zərərə görə 296.50 manat (iki yüz doxsan altı manat əlli qəpik) olmaqla ümumilikdə cəmi 1139.77 manat (bir min yüz otuz doqquz manat yetmiş yeddi qəpik) pul alınaraq İddiaçınə ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə münasib olan 27.87 manat (iyirmi yeddi manat səksən yeddi qəpik) miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddia tələbinin təmin edilməmiş hissəsinə münasib olan dövlət rüsumu məbləği isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 477.35 manat (dörd yüz yetmiş yeddi manat otuz beş qəpik) əsas, 315.92 manat (üç yüz on beş manat doxsan iki qəpik) mükafat, 50 (əlli) manat dəbbə pulu və dəymiş zərərə görə 296.50 manat (iki yüz doxsan altı manat əlli qəpik) olmaqla ümumilikdə cəmi 1139.77 manat (bir min yüz otuz doqquz manat yetmiş yeddi qəpik) pul alınaraq İddiaçınə ödənilsin. İddia qalmış hissədə rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 27.87 manat (iyirmi yeddi manat səksən yeddi qəpik) miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin, iddia tələbinin təmin edilməmiş hissəsinə münasib olan dövlət rüsumu məbləği isə iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar