Məhkəmə qərarları › İş №e-2(079)-46/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-46/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-46/2024 22.01.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********66588 SAMSUNG GALAXY A53 markalı telefon üçün 546 (beş yüz qırx altı) manat ödənilməmiş hissə, 163.3 (yüz altmış üç manat otuz qəpik) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********34643 SAMSUNG GALAXY A73 markalı telefon üçün, 951.36 (doqquz yüz əlli bir manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 283.24 (iki yüz səksən üç manat iyirmi dörd qəpik) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********42602 İPHONE 13 PRO markalı telefon üçün 1922.3 (bir min doqquz yüz iyirmi iki manat otuz qəpik) manat ödənilməmiş hissə, 576 (beş yüz yetmiş altı) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********05165 İPHONE 13 PRO MAX markalı telefon üçün, 2296 (iki min iki yüz doxsan altı) manat ödənilməmiş hissə, 688.8 (altı yüz səksən səkkiz manat səksən qəpik) manat dəbbə, ümumilikdə 7427 manat borc və 97.27 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********66588 SAMSUNG GALAXY A53 markalı telefon, İmei kod **********34643 SAMSUNG GALAXY A73 markalı telefon, İmei kod **********42602 İPHONE 13 PRO markalı telefon, İmei kod **********05165 İPHONE 13 PRO MAX markalı telefon almış və nəticədə 7427 (yeddi min dörd yüz iyirmi yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 984 (doqquz yüz səksən dörd) manat (12 ay x 68.25 manat + 165 manat ilkin ödəniş) olan İmei kod **********66588 SAMSUNG GALAXY A53 markalı telefon üçün ümumilikdə, 709.3 (yeddi yüz doqquz manat otuz qəpik) manat olmaqla ondan, 546 (beş yüz qırx altı) manat ödənilməmiş hissə, 163.3 (yüz altmış üç manat otuz qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1427.04 (bir min dörd yüz iyirmi yeddi manat dörd qəpik) manat (12 ay x 118.92 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********34643 SAMSUNG GALAXY A73 markalı telefonüçün ümumilikdə, 1234.6 (bir min iki yüz otuz dörd manat altmış qəpik) manat olmaqla ondan, 951.36 (doqquz yüz əlli bir manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 283.24 (iki yüz səksən üç manat iyirmi dörd qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3051.96 (üç min əlli bir manat doxsan altı qəpik) manat (12 ay x 192.23 manat + 745.2 manat ilkin ödəniş) olan İmei kod **********42602 İPHONE 13 PRO markalı telefonüçün ümumilikdə, 2498.3 (iki min dörd yüz doxsan səkkiz manat otuz qəpik) manat olmaqla ondan, 1922.3 (bir min doqquz yüz iyirmi iki manat otuz qəpik) manat ödənilməmiş hissə, 576 (beş yüz yetmiş altı) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3378.4 (üç min üç yüz yetmiş səkkiz manat qırx qəpik) manat (2 ay x 1148 manat + 1082.4 manat ilkin ödəniş) olan İmei kod **********05165 İPHONE 13 PRO MAX markalı telefon üçün ümumilikdə 2984.8 (iki min doqquz yüz səksən dörd manat səksən qəpik) manat olmaqla ondan, 2296 (iki min iki yüz doxsan altı) manat ödənilməmiş hissə, 688.8 (altı yüz səksən səkkiz manat səksən qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3125.74 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. İddiaçı "xxxx" MMC xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmiş teleqramda Cavabdeh qarşı Naxçıvan MR Babək Rayon Məhkəməsində başlamış 2(079)-654/2023 №-li mülki iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il saat 15:00 tarixinə təyin olunmuşdur. Məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına iştirakı olmadan baxılmasına etirazının olmadığını, iddiani müdafiə etdiyini və qətnanə çixarılmasını xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə teleqramla müraciət edərək iddianı müdafiə etdiyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə bildirişləri məhkəməyə məlum olan-cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh tərəfindən iştirak etməməsinin səbəbləri barəfə məhkəməyə məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Həmçinin məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki iş materialları məhkəmə tərəfindən işdə olan sübutlar əsasında tədqiq edilərkən müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanması, bu müqavilə üzrə İMEİ Kodu **********34643 olan Samsung Galaxy A73 markalı telefonun nisyə alqı-satqısı barədə razılaşma əldə olunduğu, əşyanın Cavabdeh təhvil verildiyi, müqavilə üzrə ödənişlərin hissə-hissə həyata keçirilməli olması barədə tərəflərin razılığa gəlməsi işin mübahisəsiz halıdır. Qeyd edilən halların işin mübahisəsiz halı olması aşağıdakılarla öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2022-ci il tarixli, 02982286 nömrəli müqavilədən tərəflər arasında İMEİ Kodu **********34643 olan Samsung Galaxy A73 markalı telefonun nisyə alqısatqısı haqqında müqavilə bağlanması; - xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən müqavilə üzrə razılaşdırılmış əşyanın müştəriyə verildiyi; - xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə-ödəniş cədvəlindən isə Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq 12 ay ərzində hər ay 118.92 AZN olmaqla malın qiymətini hissəhissə ödəməli olması aydın olur. Mülki iş materialları məhkəmə tərəfindən işdə olan sübutlar əsasında tədqiq edilərkən müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanması, bu müqavilə üzrə İMEİ Kodu **********66588 olan Samsung Galaxy A53 markalı telefonun nisyə alqı-satqısı barədə razılaşma əldə olunduğu, əşyanın Cavabdeh təhvil verildiyi, müqavilə üzrə ödənişlərin hissə-hissə həyata keçirilməli olması barədə tərəflərin razılığa gəlməsi işin mübahisəsiz halıdır. Qeyd edilən halların işin mübahisəsiz halı olması aşağıdakılarla öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2022-ci il tarixli, 02982286 nömrəli müqavilədən tərəflər arasında İMEİ Kodu **********34643 olan Samsung Galaxy A53 markalı telefonun nisyə alqısatqısı haqqında müqavilə bağlanması; - xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən müqavilə üzrə razılaşdırılmış əşyanın müştəriyə verildiyi; - xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə-ödəniş cədvəlindən isə Cavabdeh ilkin ödəniş olaraq 165 AZN olmaqla, xx.xx.2022-ci il tarixdən başlayaraq 12 ay ərzində hər ay 68.25 AZN olmaqla malın qiymətini hissəhissə ödəməli olması aydın olur. Mülki iş materialları məhkəmə tərəfindən işdə olan sübutlar əsasında tədqiq edilərkən müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanması, bu müqavilə üzrə İMEİ Kodu **********42602 olan İPHONE 13 PRO markalı telefonun nisyə alqı-satqısı barədə razılaşma əldə olunduğu, əşyanın Cavabdeh təhvil verildiyi, müqavilə üzrə ödənişlərin hissə-hissə həyata keçirilməli olması barədə tərəflərin razılığa gəlməsi işin mübahisəsiz halıdır. Qeyd edilən halların işin mübahisəsiz halı olması aşağıdakılarla öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2022-ci il tarixli, 02982286 nömrəli müqavilədən tərəflər arasında İMEİ Kodu **********42602 olan İPHONE 13 PRO markalı telefonun nisyə alqısatqısı haqqında müqavilə bağlanması; - xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən müqavilə üzrə razılaşdırılmış əşyanın müştəriyə verildiyi; - xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə-ödəniş cədvəlindən isə Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq 12 ay ərzində hər ay 192.23 AZN olmaqla malın qiymətini hissəhissə ödəməli olması aydın olur. Mülki iş materialları məhkəmə tərəfindən işdə olan sübutlar əsasında tədqiq edilərkən müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanması, bu müqavilə üzrə İMEİ Kodu **********05165 olan İPHONE 13 PRO MAX markalı telefonun nisyə alqı-satqısı barədə razılaşma əldə olunduğu, əşyanın Cavabdeh təhvil verildiyi, müqavilə üzrə ödənişlərin hissə-hissə həyata keçirilməli olması barədə tərəflərin razılığa gəlməsi işin mübahisəsiz halıdır. Qeyd edilən halların işin mübahisəsiz halı olması aşağıdakılarla öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2022-ci il tarixli, 02063085 nömrəli müqavilədən tərəflər arasında İMEİ Kodu **********05165 olan İPHONE 13 PRO MAX markalı telefonun nisyə alqı-satqısı haqqında müqavilə bağlanması; - xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən müqavilə üzrə razılaşdırılmış əşyanın müştəriyə verildiyi; - xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə-ödəniş cədvəlindən isə Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq 2 ay ərzində hər ay 1148 AZN olmaqla malın qiymətini hissə-hissə ödəməli olması aydın olur. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanması, bu müqavilə üzrə İMEİ Kodu **********34643 olan “Samsung Galaxy A73” markalı mobil telefonun nisyə alqı-satqısı barədə razılaşma əldə olunduğu, müqavilə üzrə ödənişlərin hissə-hissə həyata keçirilməli olması barədə tərəflərin razılığa gəlməsi, xx.xx.2022ci il tarixli müqavilə bağlanması, bu müqavilə üzrə İMEİ Kodu **********66588 olan “Samsung Galaxy A53” markalı mobil telefonun nisyə alqı-satqısı barədə razılaşma əldə olunduğu, müqavilə üzrə ödənişlərin hissə-hissə həyata keçirilməli olması barədə tərəflərin razılığa gəlməsi, xx.xx.2022-ci il tarixli müqavilə bağlanması, bu müqavilə üzrə İMEİ Kodu **********42602 olan İPHONE 13 PRO markalı telefonun nisyə alqı-satqısı barədə razılaşma əldə olunduğu, əşyanın Cavabdeh təhvil verildiyi, müqavilə üzrə ödənişlərin hissə-hissə həyata keçirilməli olması barədə tərəflərin razılığa gəlməsi, xx.xx.2022-ci il tarixli müqavilə bağlanması, bu müqavilə üzrə İMEİ Kodu **********05165 olan İPHONE 13 PRO MAX markalı telefonun nisyə alqı-satqısı barədə razılaşma əldə olunduğu, əşyanın Cavabdeh təhvil verildiyi, müqavilə üzrə ödənişlərin hissə-hissə həyata keçirilməli olması barədə tərəflərin razılığa gəlməsi işin mübahisəsiz hallarıdır. Qeyd edilən halların işin mübahisəsiz halı olması aşağıdakılarla öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə olunmuş: - yuxarıda qeyd edilən müqavilələrin müvafiq olaraq 1.1 və 2.1-ci bəndlərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti özünə məxsus olan əşyanı, yəni xx.xx.2022-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********34643 olan “Samsung Galaxy A73”; xx.xx.2022-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********66588 olan “Samsung Galaxy A53”; xx.xx.2022-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********42602 olan “İPHONE 13 PRO” və xx.xx.2022-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********05165 olan “İPHONE 13 PRO MAX” markalı telefonları Cavabdeh verir və alıcı qeyd edilən malları müqavilələrdə göstərilən şərtlərlə qəbul edir; - müqavilələrin 2.2, 2.3 və 3.7-ci bəndlərindən aydın olur ki, müqavilənin predmetini təşkil edən mala dair məlumat və malın qiyməti həmin müqavilənin ayrılmaz hissəsi olan müvafiq əlavə ilə müəyyənləşdirilir, müştəri icbari ödənişləri ödədikdən (tələb olunduğu halda) sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti malı ona təqdim edir və müqavilənin ödəmə qaydası ona edilmiş əlavə ilə müəyyən edilir; - müqavilələrin 2.4-cü bəndinə əsasən müştəri malı qəbul edir və yalnız malı istifadə etmək hüququ ona keçir; - müqavilələrin 4.3-cü maddəsi ilə müəyyən edilir ki, müqavilə imzalandığı andan mal müştərinin mülkiyyətinə keçənə qədər qüvvədədir; - müqavilələrin 3.11-ci maddəsi ilə müəyyən edilir ki, müştəri müqavilədə göstərilən mallardan biri və ya bir neçəsi ilə bağlı öhdəliklərini pozarsa və s hallarda bu zaman güzəştli şərtlərlə əldə etmiş olduğu malı “ABC”nin tələbi ilə saz və korlanmamış vəziyyətdə ona geri qaytarmalı, bu mümkün olmadıqda isə həmin malın bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə qeyd olunmuş dəyərini tam şəkildə ödəməlidir. - bundan əlavə müqavilələrə edilmiş əlavələrdən isə aydın olur ki, həmin əlavələr tərəflər arasında bağlanmış müqavilələrin tərkib hissəsidir və həmin əlavələrə əsasən “ödəniş cədvəli” üzrə müştəri müvafiq olaraq xx.xx.2022-ci il tarixli müqavilə üzrə 23 avqust 2022-ci ildən başlayaraq 12 ay ərzində hər ay 118.92 (bir yüz on səkkiz manat doxsan iki qəpik) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 23 avqust 2022-ci ildən başlayaraq 12 ay ərzində hər ay 68.25 (altmış səkkiz manat, iyirmi beş qəpik) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 23 oktyabr 2022-ci ildən başlayaraq 12 ay ərzində hər ay 192.23 (bir yüz doxsan iki manat, iyirmi üç qəpik) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 23 dekabr 2022-ci ildən başlayaraq 2 ay ərzində hər ay 1148 (bir min bir yüz qırx səkkiz manat) manat məbləğində pulu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi öhdəsinə götürür. - həmçinin əlavələrin 4-cü bəndində nəzərdə tutulmuşdur ki, müştəri ödəniş cədvəlinin tələblərini 2 aydan artıq müddətə yerinə yetirmədikdə “Malı” geri qaytarır, bu zaman mal “ABC”-nin özü tərəfindən və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən olunan məbləğ “müştəri”nin ümumi borcundan çıxılır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Razılaşmanın şərtlərindən belə məlum olur ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrdən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Yəni tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdı. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 3019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, sözügedən qeyd yazılmış müqavilənin surəti cavabdehə göndərilmiş, sonuncunun isə bununla bağlı məhkəməyə hər hansı bir etirazı daxil olmamışdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilələr sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. Həmin məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Əsas borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə edilmiş 28 noyabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən aydın olur ki, Cavabdeh qeyd edilən xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödəməli olduğu 1427.04 (bir min dörd yüz iyirmi yeddi manat dörd qəpik) manat əsas borcdan cəmi 475.68 (dörd yüz yetmiş beş manat altmış səkkiz qəpik) manat ödəniş etmiş və hazırda onun iddiaçıya 951.36 (doqquz yüz əlli bir manat otuz altı qəpik) manat məbləğində ödənilməmiş əsas borcu; xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödəməli olduğu 984 (doqquz yüz səksən dörd manat) manat əsas borcdan cəmi 438 (dörd yüz otuz səkkiz) manat ödəniş etmiş və hazırda onun iddiaçıya 546 (beş yüz qırx altı manat) manat məbləğində ödənilməmiş əsas borcu; xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödəməli olduğu 3051.96 (üç min əlli bir manat doxsan altı qəpik) manat əsas borcdan cəmi 1129.66 (bir min bir yüz iyirmi doqquz manat altmış altı qəpik) manat ödəniş etmiş və hazırda onun iddiaçıya 1922.3 (bir min doqquz yüz iyirmi iki manat otuz qəpik) manat məbləğində ödənilməmiş əsas borcu; xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödəməli olduğu 3378.4 (üç min üç yüz yetmiş səkkiz manat qırx qəpik) manat əsas borcdan cəmi 1082.4 (bir min səksən iki manat qırx qəpik) manat ödəniş etmiş və hazırda onun iddiaçıya 2296 (iki min iki yüz doxsan altı qəpik) manat məbləğində ödənilməmiş əsas borcu mövcuddur. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilələrə edilmiş əlavələrdən müəyyən edilir ki, həmin əlavələrin 2-ci və 5-ci bəndlərinə əsasən ödənişlərdə gecikmələr aşkarlansa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməyi öhdəsinə götürür və müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilələrin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 142.7 AZN məbləğində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 98.4 AZN məbləğində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 305.2 AZN məbləğində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 337.84 AZN məbləğində cərimələrin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, borcalanın 5715.66 manat əsas borcuna münasibətdə iddiaçı 1711.34 manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 285.78 (iki yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 5715.66 (beş min yeddi yüz on beş manat altmış altı qəpik) manat məbləğində əsas borc, 285.78 (iki yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 6001.44 (altı min bir manat qırx dörd qəpik) manat məbləğində borc Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 76.17 manat (yetmiş altı manat, on yeddi qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 5715.66 (beş min yeddi yüz on beş manat altmış altı qəpik) manat məbləğində əsas borc, 285.78 (iki yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 6001.44 (altı min bir manat qırx dörd qəpik) manat məbləğində borc Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 76.17 manat (yetmiş altı manat, on yeddi qəpik) miqdarında dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar