Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-479/2025 12.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə X1 Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki işin aidiyyəti üzrə göndərilməsi məsələsinə məhkəmə iclasından kənar qaydada baxaraq müəyyənetdi: X2 “08” iyul 2025-ci ildə Babək Rayon Məhkəməsinə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müraciət edərək Cavabdeh 05 mart 2017-ci il tarixli, 40230 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 298 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilməklə cavabdehə iddiaya qarşı etiraz vermə imkanı yaradılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 45.1-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Ərizə məhkəmənin icraatına qəbul edildikdən sonra müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli, 13 817 nömrəli alqı-satqı müqaviləsinin 5.4-cü bəndinə əsasən tərəflər arasında qarşılıqlı razılıqla həll edilməyən mübahisələrin Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə müraciət edilməklə həll ediləcəyinə dair razılıq əldə olunmuşdur. Göründüyü kimi tərəflər öz aralarında saziş bağlamaqla mübahisənin həll olunma yerini razılaşdırmışlar. MPM-in: - 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. - 40.2. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. - 40.3. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. - 40.4. Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1- 40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. Məhkəmə hesab edir ki, tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirmişlər və mübahisə üçün müstəsna aidiyyət qaydaları tətbiq edilə bilməz. MPM-in: - 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verir. - 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər.[80] - 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. - 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, X1 Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki iş müqavilə aidiyyəti üzrə başqa məhkəmədə baxılmalı oluğundan ona əlavə olunmuş sənədlərlə birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 40.3, 44.2.2, 45, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: X1 Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki iş müqavilə aidiyyəti üzrə başqa məhkəmədə baxılmalı oluğundan ona əlavə olunmuş sənədlərlə birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-479/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-479/2025
12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver