Məhkəmə qərarları › İş №e-2(079)-488/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-488/2025

11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-488/2025 11.07.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi əvəzi Haqverdiyev Tural Ziyat oğlu İddiaçı Cavabdeh1 qarşı mülkiyyətində olan avtomaşının geri qaytarılması və Cavabdeh2 qarşı pul tələbinə dair ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək m ü ə y y ə n e t d im: İddiaçı 10 iyul 2025-ci il tarixdə “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 mülkiyyətində olan 2011-ci il buraxılışlı, HONDA İNSİGHT (HİBRİD) minik markalı, 09BN780 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alınıb ona verilməsi və ödədiyi 90 manat və 10 manat dövlət rüsumunun alınıb ona verilməsinə, digər Cavabdeh2 xx.xx.2022-ci il tarixli müqavilə üzrə bu günə qalan 7.000 (yeddi min) manat borcun və ödədiyi 90 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq müvafiq ərizə (və ya iddia ərizəsi) ilə məhkəməyə müraciət etməli və onu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə tərtib etməlidir. Buna əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsi mülki işin başlanmasına səbəb olan prosessual sənədlərdən biri sayılmaqla yuxarıda qeyd edilən məlumatları mütləq özündə əks etdirməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədləri qanunvericiliyin tələbləri daxilində tədqiq edərkən müəyyən olur ki, o, yuxarıda qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş, iddia ərizəsi Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il, xx.xx.2025-ci il və 04 iyul 2025-ci il tarixli qərardadları ilə geri qaytarılarkən sözügedən hala istinad olunsa da, iddiaçı yenidən məhkəməyə həmin nöqsanı aradan qaldırmadan iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərmədən müraciət etmişdir. MPM-in 152.1 və 152.1.1-ci maddələrinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin məhkəmə iddiaçının nəzərinə çatdırır ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak və pul tələbinə dair ərizəsinin Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, eləcə də, İddiaçı "xxxx" ASC-nin Berde branch filialı vasitəsilə xx.xx.2025-ci il tarixdə, ********** (GPP) nömrəli qəbzlə ödədiyi 90 (doxsan) manat və "xxxx" ASC-nin Berde branch filialı vasitəsilə xx.xx.2025-ci il tarixdə, ********** (GPP) nömrəli qəbzlə ödədiyi 10 (on) manat miqdarındakı dövlət rüsumunun ona geri qaytarılması qərara alınmış, 30 iyun 2025-ci il tarixdə qərardad qanuni qüvvəsini aldığından icra olunması üçün Babək Rayon İcra Probasiya Şöbəsinə göndərilmişdir. Eyni zamanda Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı "xxxx" ASC-nin Berde branch filialı vasitəsilə xx.xx.2025-ci il tarixdə, ********** (GPP) nömrəli qəbzlə ödədiyi 90 (doxsan) manat miqdarındakı dövlət rüsumunun ona geri qaytarılması qərara alınmışdır. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə yenidən müraciət edilərkən məhkəmə tərəfindən iddiaçıya qaytarılmasına dair qərar verilən dövlət rüsumlarına istinad olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəmədiyindən hazırki iddia ərizəsi və əlavə olunan sənədlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM): - 108.1 və 108.1.1-ci maddələrinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. - 150.0 və 150.1.2-ci maddələrinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. - 152.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh1 qarşı mülkiyyətində olan avtomaşının geri qaytarılması və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçı məhkəməyə yenidən müraciət edərkən məhkəmənin xx.xx.2025-ci il və 04 iyul 2025-ci il tarixli qərardadları ilə geri qaytarılması qərara alınmış xx.xx.2025-ci il tarixdə, ********** (GPP), xx.xx.2025-ci il tarixdə, ********** (GPP), xx.xx.2025-ci il tarixdə, ********** (GPP) nömrəli qəbzlə ödənilmiş dövlət rüsumlarına istinad etdiyindən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini müzakirə etmir. Belə olan halda ərizə geri qaytarılmalı olduğundan İddiaçı izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin məhkəmə iddiaçının diqqətinə çatdırır ki, ərizənin icraata qəbul edilməsindən imtina üçün əsaslar aradan qaldırılmadan məhkəməyə təkrar müraciət edilməsi məhkəmənin əsassız yerə iş yükünün artmasına səbəb olur və sözügedən hal yolverilməzdir. Qeyd olunanları və MPM-in 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh1 qarşı mülkiyyətində olan avtomaşının geri qaytarılması və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, ərizənin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim əvəzi: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar