Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-511/2024 20.08.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “18” iyul 2024-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, “18” may 2023-cü il tarixli, VMM000426 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 200 (iki yüz) manat borcun, 30 (otuz) manat cərimə borcunun, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış “18” may 2023-cü il tarixli, VMM000426 nömrəli nisyə alqi-satqı müqaviləsinə əsasən 200 (iki yüz) manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 6 ay müddətinə ödəməyi öhdəsinə götürüb. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti nun Cavabdeh qarşı olan 200 (iki yüz) manat məbləğindəki tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçməsi barədə nisyə alqı satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 faiz miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehin bu günə 200 (iki yüz) manat əsas borcu, 30 (otuz) manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddianın qismən təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi sübutlar iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Şəkərabad kəndində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh iddiaçının ərizəsinin surəti məhkəmənin “19” iyul 2024-cü il tarixli məktubu ilə onun qeydiyyatda olduğu ünvanına Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdi. Cavabdehə göndərilmiş məhkəmə sənədləri onun Babək rayonu, Şəkərabad kəndində yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Şəkərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Qeyd olunan məhkəmə sənədində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında əsasən alqı-satqı müqaviləsindən (və onun xüsusi növü olan faktorinq müqaviləsindən) əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçı tələbini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış “18” may 2023-cü il tarixli, VMM000426 nömrəli nisyə alqı-satqı müqaviləsi və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış faktorinq müqaviləsi ilə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 655.1-ci maddəsinin tələbinə görə faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür; - 655.5-ci maddəsinə əsasən faktorinq müqaviləsi yazılı formada bağlanır; - 655.6-ci maddəsində qeyd edilir ki, faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. Tərəflər arasında bağlanmış müqavilələri yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilələr bağlaması öz təsdiqini tapır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış “14” aprel 2023-cü il tarixli, R-2176/23 nömrəli faktorinq müqaviləsindən onların iş üçün aşağıda qeyd edilən əhəmiyyətli şərtlər barədə razılığa gəlmələri müəyyən edilir. Müqavilənin; -1.3-cü bəndinə görə saziş bəndlərdən ibarət olan, müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi olan razılaşdırma protokoludur; - 1.5-ci bəndi ilə müəyyən edilir ki, faktor İddiaçı Qapalı Səhmdar Cəmiyyəti, müştəri isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti , borclu isə müştərinin ona qarşı pul tələbi olan fiziki şəxsdir; - 1.10-cu və 1.11-ci bəndlərə əsasən İFÖ (ilkin faktor ödənişi) faktorun ilkin olaraq müştəriyə ödəyəcəyi məbləğin güzəşt edilən tələb həcmindəki hissəsinin faizlə ifadəsidir. QFÖ (qalıq faktor ödənişi) borclunun bütün borcunu ödəməsindən sonra faktorun müştəriyə ödəyəcəyi məbləğin güzəşt edilən tələb həcmindəki hissəsinin faizlə ifadəsidir; - 2.1-2.4-cü bəndlərində qeyd edilir ki, müqaviləyə əsasən faktor, borclu barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir (müştərini maliyyələşdirir). Müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. Faktor maliyyələşdirməni sazişdə göstərilən faktorinq komissiyası, əməliyyat komissiyası və digər komissiyaları çıxmaqla həyata keçirir. Sazişdə göstərilən faktorinq komissiyasını, əməliyyat komissiyası və digər komissiyaların ifö və ya qfö məbləğindən tutulacağı nəzərdə tutula bilər. Faktor sazişin imzalandığı tarixdən 7 (yeddi) iş günü ərzində sazişdə göstərilən faktorinq komissiyasını toplam ifö məbləğindən çıxılmaqla qalan ifö məbləğini müştəriyə ödəyir. Sazişin imzalanması ilə faktor borcluya qarşı münasibətdə kreditor qismində çıxış edir. Borcludan öhdəliklərinin icra edilməsini tələb edir. Faktor borcludan tələb məbləğini həm özü toplaya bilər, həm də bu işi müştəriyə həvalə edə bilər; -2.6 və 2.7-ci bəndlərinə əsasən güzəşt edilən tələb müqavilənin imzalanmasından öncə, imzalanması vaxtı və ya imzalandığı tarixdən sonra yarana bilər. Faktora güzəşt edilən tələb miqdarı müştərinin borclu qarşısındakı tələb miqdarının tamamı və ya bir hissəsi ola bilər; - 10.1 və 10.2-ci bəndlərinin tələbinə görə müqavilə imzalandığı və möhürləndiyi andan qüvvəyə minir və 1 il ərzində qüvvədə qalır. Müqavilə müddətinin başa çatmasina ən az 1 (bir) ay qalmiş ona xitam verilməsi haqqında tərəflərdən hər hansı biri digər tərəfi yazılı şəkildə xəbərdar etmədiyi halda müqavilə eyni şərtlərlə, eyni müddətə uzadilmiş hesab edilir. Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış “18” may 2023-cü il tarixli, VMM000426 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə isə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: - 1.1 və 1.2-ci bəndlərinə əsasən satıcı alıcıya siyahısı müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə 1-də göstərilən mal(lar)ı (bundan sonra “mal") satır, alıcı isə həmin mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada Mal(lar)ın dəyərini satıcıya ödəyir. Satıcı bu müqaviləyə əsasən dəyəri 200 (iki yüz) manat olan malı alıcıya nisyə satmağı, alıcı isə satılmış əşyaya görə 0 (sıfr) manat ilkin ödəniş edərək malı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür; - 2.1, 2.1.1, 2.1.3 və 2.1.4-cü bəndlərindən aydın olur ki, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək, ödəniş cədvəli ilə müəyyən edilmiş ödənişlər alıcı tərəfindən 30 (otuz) təqvim günündən artıq müddət ərzində ödənilmədikdə və ya müqavilə müddəti ərzində 2 (iki) dəfədən çox gecikdirildikdə müqavilə üzrə bütün qalıq borcu tam tələb etmək, alıcıya qarşı müqavilədən irəli gələn pul tələbini istənilən vaxt İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə və ya digər üçüncü şəxslərə güzəşt edə bilməsi satıcının hüququdur. Alıcı müqavilə üzrə öhdəliklərini vaxtında və lazımı qaydada yerinə yetirməzsə, onun razılığı olmadan müqavilə üzrə tələb hüquqlarını istənilən üçüncü şəxsə, o cümlədən və bununla məhdudlaşmadan, kollektor agentliklərinə, kollektor şirkətlərinə və bu sahədə ixtisaslaşmış digər hüquqi şəxslərə güzəşt etmək hüququna malikdir. Alıcı tələbin üçüncü şəxslərə güzəşti zamanı müqavilədə yer alan məlumatların və sənədlərin, üçüncü şəxslərə təqdim olunmasına əvvəlcədən razılıq verir və bu razılığını birtərəfli qaydada geri götürə bilməz. Bu qayda satıcı tərəfindən tələb hüququ üçüncü şəxslərə güzəşt olunduqda da qüvvədədir. Müqavilədə yer alan məlumatların və sənədlərin, üçüncü şəxslərə təqdim olunması konfindensial məlumatların paylaşılması hesab edilmir; - 2.4 və 2.4.1-ci bəndlərinə əsasən müqavilə ilə müəyyən olunmuş qaydada ödəmə cədvəlinə uyğun olaraq borcunu vaxtında və tam olaraq ödəmək, ödəniş cədvəli ilə müəyyən edilmiş ödənişlər 30 (otuz) təqvim günündən artıq müddət ərzində ödənilmədikdə və ya müqavilə müddəti ərzində 2 (iki) dəfədən çox gecikdirildikdə müqavilə üzrə bütün qalıq borcu vaxtından əvvəl tam olaraq ödəmək alıcının vəzifəsidir; - 5.1-ci bəndindən görünür ki, tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər; -6.1-ci bəndin tələbinə görə müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirməsindən sonra öz qüvvəsini itirir. Bundan başqa müqaviləyə edilmiş əlavədən aydın olur ki, Cavabdeh 18 iyun 2023cü ildən başlayaraq 06 ay ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 34 (altmış iki) manat, sonuncu ay isə 30 (otuz) manat ödəməyi öhdəsinə götürür. Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında olan razılaşmalardan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alqısatqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmçinin Mülki Məcəllənin 656-ci maddəsində qeyd edilir ki, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alqı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. Tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilədə göstərilən malı cavabdehə verməsi, sonuncunun isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə edilmiş “18” may 2023-cü il tarixli əşyaların təhvil-təslim aktından aydın olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilədə göstərilən malı cavabdehə vermişdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdi. Əksinə isə iş materiallarına əlavə edilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ona göndərilmiş 10 iyul 2024-cü il tarixli xəbərdarlıq məktubundan və sifarişli poçt göndərişinin siyahısından Cavabdeh müqavilədən irəli gələn öhdəliyi lazımınca icra etməməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4cü maddəsi ilə müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normasının tələbindən də görünür ki, öhdəliyin icrası üsulunu seçmək alıcıya məxsusdur. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti isə cavabdehə verdiyi malın dəyərinin ödənilməsini tələb edir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında olan müqavilədən görünür ki, sonuncunun borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə pul vəsaiti verməsi, onu maliyyələşdirməsi, sonuncunun isə borcluya qarşı pul tələbini iddiaçıya güzəşt etməsi onların müqavilədən irəli gələn öhdəliyidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehə qarşı olan tələbini iddiaçıya güzəşt etməsi iddia ərizəsinə əlavə edilmiş 19 may 2023-cü il tarixli, R-21xx/xx-0005 nömrəli faktorinq müqaviləsinə əlavə olunan sazişlə müəyyən edilir. Həmçinin sazişdən aydın olur ki, o “14” aprel 2023-cü il tarixli, R-2176/23 nömrəli faktorinq müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan borcun tutulması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə edilmiş 09 iyul 2024-cü il tarixli maliyyə arayışında qeyd edilir ki, Cavabdeh “18” may 2023-cü il tarixli, VMM000426 nömrəli müqavilə üzrə 200 (iki yüz) manat əsas borcu öhdəliyi mövcuddur. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 2.4.4-cü bəndindən müəyyən edilir ki, alıcı qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.5 faizi həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürür. Qeyd edilənlərdən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin cərimə borcunun miqdarına gəldikdə məhkəmə bildirir ki, iddia ərizəsinə əlavə edilmiş 09 iyul 2024-cü il tarixli maliyyə arayışlarında Cavabdeh “18” may 2023-cü il tarixli, VMM000426 nömrəli müqavilə üzrə 30 (otuz) manat cərimə borcu olması qeyd edilmişdi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının tələbindən onun “18” may 2023-cü il tarixli, VMM000426 nömrəli müqavilə üzrə cavabdehdən 200 (iki yüz) manat əsas və 30 (otuz) manat cərimə borcu tələb etməsi aydın olur. Tələbdən də aydın olur ki, iddiaçının cavabdehdən tələb etdiyi cərimə borcu əsas borcdan tənasübsüz şəkildə yüksəkdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair münasibətdə qismən təmin edilməli, Cavabdeh “18” may 2023-cü il tarixli, VMM000426 nömrəli müqavilə üzrə 10 (on) manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə bu qənaətə gəlməsini onunla əsaslandırır ki, müəyyən edilmiş qaydada və müddətdə cavabdeh vicdanlılıq prinsipinə sadiq qalaraq öhdəliyini icra etmədikdə, iddiaçı davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini ümumiyyətlə icra etməməsinə baxmayaraq (müqavilə şərtlərinə görə ödəniş cədvəli üzrə müəyyən edilmiş ödənişlər 30 (otuz) təqvim günündən artıq müddət ərzində ödənilməsi alıcının vəzifəsi olmasına baxmayaraq) iddiaçı 18 iyul 2024-cü il tarixədək hüquqi addım atmamaqla nəticədə cərimə borcunun artmasına nail olmuşdu. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında da qeyd edilir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məhkəmə iddiaçının tələbini əsaslı saydığından Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 27.39 (iyirmi yeddi manat, otuz doqquz qəpik) manat miqdarı və onun ödənilməsi ilə bağlı 0.40 (qırx) manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - “18” may 2023-cü il tarixli, VMM000426 nömrəli müqavilə üzrə 200 (iki yüz) manat əsas və 10 (on) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 210 (iki yüz on) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməli; -həmçinin Cavabdeh 27.39 (iyirmi yeddi manat, otuz doqquz qəpik) manat miqdarında dövlət rüsumu və onun ödənilməsi ilə bağlı 0.40 (qırx) manat məbləğində bank xidmət haqqı alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli; - iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. “18” may 2023-cü il tarixli, VMM000426 nömrəli müqavilə üzrə 200 (iki yüz) manat əsas və 10 (on) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 210 (iki yüz on) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Həmçinin Cavabdeh 27.39 (iyirmi yeddi manat, otuz doqquz qəpik) manat miqdarında dövlət rüsumu və onun ödənilməsi ilə bağlı 0.40 (qırx) manat məbləğində bank xidmət haqqı alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-511/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-511/2024
20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver