Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-53/2024 15.02.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş zərərin subroqasiya qaydasında ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti 14 dekabr 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 5000 (beş min) manat məbləğində vurulmuş zərərin və 70 (yetmiş) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq onun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, “Mercedes Benz 400 CDİ” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 08 iyul 2020-ci ildən 08 iyul 2021-ci ilədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 08 iyul 2020-ci il tarixli, PXA ********** nömrəli sığorta müqaviləsi bağlanmışdı. 2021-ci il iyulun 06-da Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes Benz 400 CDİ” markalı, **-RE-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində “Toyota Corolla” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi Cavabdeh təqsiri nəticəsində baş vermiş və “Toyota Corolla” markalı, **-OZ-*** dövlət nömrə nişanlı avtomobilə maddi zərər dəymişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdi. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə “12” fevral 2024-cü ildə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasının Babək rayonuna yol uzun olduğundan və muxtar respublika ərazisində nümayəndəlikləri olmadığından məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini, iddia tələbini müdafiə etdiklərini, onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə müəyyən edir ki, “Mercedes Benz 400 CDİ” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 08 iyul 2020-ci ildə bir il müddətinə icbari sığorta müqaviləsinin bağlanması, 06 iyul 2021-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində baş vermiş yol-nəqliyyat hadısəsi nəticəsində X3 idarə etdiyi “Toyota Corolla” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə cavabdehin idarə etdiyi “Mercedes Benz 400 CDİ” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması və nəticədə “Toyota Corolla” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəyməsi mülki işin mübahisəsiz hallarıdır. Bu faktların mübahisəsiz olması aşağıdakılarla təsdiq edilir. -iş materiallarına əlavə edilmiş və elektron sistemdən çıxarılmış icbari sığorta müqaviləsi haqqında məlumatdan X4 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında “Mercedes Benz 400 CDİ” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı 08 iyul 2020-ci ildə bir il müddətinə icbari sığorta müqaviləsinin bağlanması; -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Dövlət Yol X1 vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan 06 iyul 2021-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 idarə etdiyi “Toyota Corolla” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cavabdeh idarə etdiyi “Mercedes Benz 400 CDİ” markalı, **- RE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması və nəticədə “Toyota Corolla” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəyməsi aydın olur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh 06 iyul 2021-ci ilə baş vermiş hadisə nəticəsində “Toyota Corolla” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş ziyanla bağlı X5 verdiyi siğorta ödənişinin, yəni 5000 (beş min) manat məbləğində pulun subroqasiya cavabdehdən tutulmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə işin mübahisəli halını qanunvericiliyin tələbləri daxildə tədqiq edərək belə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı olan iddiası əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmənin iddianı əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmədə tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı onu qeyd edir ki, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Cavabdeh Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olması aydın olur. Məhkəmə 14 dekabr 2023-cü il tarixli məktubla iddia ərizəsinin surəti cavabdehə göndərərək ona Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etiraz və ərizəyə əlavə olunmuş sənədlərə münasibəti, həmçinin iddiaya etiraz və ona əlavə olunmuş sənədlərin surətləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, Cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı bir etiraz daxil olmamışdır. Babək Rayon Məhkəməsi tərəfindən cavabdehə ünvanlanmış məhkəmə sənədləri Cavabdeh həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında əsasən zərər vurmadan əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun preambulası ilə müəyyən olunur ki, həmin Qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir. Bundan əlavə həmin Qanunun 4.1-ci maddəsindən aydın olur ki icbari sığortanın məqsədi, həmin Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etməkdir. Bu məqsədin həyata keçirilməsi üçün isə həmin qanunla icbari sığorta müqaviləsinin bağlanmasının məcburiliyi qeyd edilir. İcbari sığorta müqaviləsinin bağlanmasının məcburiliyini icbari sığortanın prinsiplərindən biri kimi qeyd olunmuş həmin Qanunun 3.1.1-ci maddəsində öz əksini tapmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin mahiyyətinə görə isə icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. İcbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Qanunun Xüsusi bölməsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Mülki iş materiallarına əlavə edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan aydın olur ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında 08 iyul 2020-ci il tarixdə 1 il müddətinə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi bağlanaraq, dövlət qeydiyyat nişanı **-RE-***, buraxılış ili 2001-ci il, ban nömrəsi WDB2201281A234342, mühərrikin nömrəsi olmayan, “Mercedes Benz 400 CDİ” markalı nəqliyyat vasitəsi sığorta edilmişdi. Sığorta müqaviləsinin iddiaçı ilə X4 arasında bağlanılması ilə bağlı məhkəmə bildirir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 8.3-cü maddəsinə görə müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Dövlət Yol X1 vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışından məlum olur ki, hadisə baş verən gün, yəni 06 iyul 2021-ci ildə “Mercedes Benz 400 CDİ” markalı, **- RE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh idarə edib. Dövlət qeydiyyat nişanı **-RE-***, buraxılış ili 2001-ci il, ban nömrəsi WDB2201281A234342, mühərrikin nömrəsi olmayan, “Mercedes Benz 400 CDİ” markalı nəqliyyat vasitəsi üzrə icbari sığorta müqaviləsinin bağlanması sübuta yetirildiyindən məhkəmə qeyd edir ki, icbari sığorta müqaviləsinin bağlanması ilə onlar “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanundan irəli gələn hüquq və vəzifələr əldə etmişlər. Qanunun ümumi mahiyyətindən aydın olur ki, icbari sığorta müqaviləsini bağlamaq sığortalının əsas vəzifələrindən biridir. Sığortaçının isə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanundan irəli gələn vəzifələrindən biri sığorta hadisəsinin baş verməsi halında həmin Qanunda nəzərdə tutulmuş hallarda və müddətdə sığorta məbləğinin sığortalıya və ya sığorta olunana verməkdir. Sığorta hadisəsi dedikdə isə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 13.1 və 13.2-ci maddələrinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üçün sığorta hadisəsi sayıla biləcək hallar qeyd edilən Qanunun 52-ci maddəsində öz əksini tapmışdır. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 52.1 və 52.2-ci maddələrinin mahiyyətinə görə avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 06 iyul 2021-ci ildə Cavabdeh idarə etdiyi “Mercedes Benz 400 CDİ” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində “Toyota Corolla” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuşdur. Sığorta hadisəsinin baş verməsi faktı iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Dövlət Yol X1 vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış, həmçinin həmin şöbənin 03 avqust 2021-ci tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə təsdiq olunur. Sığorta hadisəsinin nəticəsi olaraq iddiaçı qeyd etmişdir ki, cavabdeh tərəfindən “Toyota Corolla” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. İddiaçı tələbinin qeyd edilən əsasları ilə bağlı məhkəməyə "xxxx" MMC tərəfindən verilmiş 06 iyul 2021-ci il tarixli, 1810 nömrəli qiymətləndirmə aktını təqdim etmişdi. Qeyd edilən sənəddən aydın olur ki, “Toyota Corolla” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5000 (beş min) manat məbləğində zərər vurulmuşdu. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 20.2-ci və 20.3-cü maddələrində qeyd edilir ki, Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. İddiaçının cavabdehə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna gəldikdə isə o, qeyd etmişdir ki, “Toyota Corolla” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğundan və iddiaçı tərəf bunla bağlı sığorta ödənişini sığortalıya ödədiyindən onun Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Qeyd edilən halla əlaqədar məhkəmə bildirir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yaranma əsasları göstərilmişdi. Həmin əsasları baxılan işlə əlaqəli şəkildə təhlil və tədqiq edən məhkəmə bildirir ki, sözü gedən Qanunun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Cavabdeh yol nəqliyyat hadisəsinin törədilməsi zaman onun sürücülük hüququnun olmaması iş materiallarına əlavə edilmiş Suraxanı Rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş 03 avqust 2021-ci tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarı ilə sübut olunur. Belə ki, Suraxanı Rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərilir ki, 06 iyul 2021-ci ildə yol-nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh sürücülük vəsiqəsinin müddəti bitmişdi. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Həmin qərarda məhkəmə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs anlayışına da aydınlıq gətirərək qeyd etmişdi ki, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin V hissəsində fiziki şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasından bəhs olunur. Belə ki, həmin normaya əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək; 2) şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək; 3) şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə — xəstəlik müalicə olunanadək və ya fiziki qüsur aradan qaldırılanadək. Beləliklə, qanunverici şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasının üç şərtini müəyyən etmişdir: sürücülük vəsiqəsinin etibarlıq müddətinin bitməsi; yol hərəkəti qaydalarının bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulması; şəxsdə xəstəliklərin və ya fiziki qüsurların müəyyən edilməsi. Sürücülük vəsiqəsinin etibarlıq müddəti “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsində göstərilmişdir. Həmin maddənin V hissəsinə görə sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir: 1) 60 yaşına çatmamış şəxslər üçün — 10 il; 2) 60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət; 3) 70 və daha çox yaşı olan şəxslər üçün — 2 il; 4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət. Həmin Qanunun 35-ci maddəsinə görə isə sürücülük vəsiqəsinin etibarlıq müddətinin qurtarması onun dəyişdirilməsini tələb edir. Sürücülük vəsiqəsinin etibarlıq müddətinin qurtarması fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququnu məhdudlaşdırır. (“Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin V hissəsinin 1-ci bəndi). Belə olan halda Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, həmçinin hadisə törədilən zaman sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarmış şəxsi ehtiva edir. İş materiallarına əlavə edilmiş AB seriyalı, 665079 nömrəli sürücülük vəsiqəsinin surətindən Cavabdeh verilmiş sürücülük vəsiqəsinin etibarlıq müddətinin 06 iyun 2021-ci ildə, yəni sığorta hadisəsinin baş verməsindən bir aya öncə bitməsi aydın olur. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan isə Cavabdeh yeni sürücülük vəsiqəsini hadisədən bir gün sonra, yəni 07 iyul 2021-ci ildə alması müəyyən edilir. Bu yuxarıda qeyd edilənlər isə onu deməyə imkan verir ki, 06 iyul 2021-ci ildə yol-nəqliyyat hadisəsi baş verən zaman cavabdehin nəqliyyat vasitələrini idarə etmək hüququ olmamışdı. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsi inzibati tənbeh vermə haqında qərarından isə aydın olur ki, cavabdeh 06 iyul 2021-ci ildə baş vermiş yol nəqliyyat hadisəsinə görə təqsirli bilinərək, İnzibati Xətalar Məcəlləsinin 332.2 və 327.2-ci maddələri, yəni nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə və nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Qanunvericiliyin tələbindən də görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi müvafiq qərarla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.2-ci maddəsinə görə Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmçinin həmin Qanunun 63.5-ci maddəsinin tələbinə görə həmin Qanunun 52- 1.1-ci maddəsində nəzərdə tutulmuş sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra zərər vuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıya qarşı subroqasiya hüququndan istifadə edir. Bu zaman zərər vuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı subroqasiya hüququ irəli sürmüş sığortaçı qarşısında sığorta ödənişinin bu Qanunda müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün öhdəlik daşıyır. Qanunvericiliyin tələblərindən aydın olur ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı olan iddiası əsaslıdır və bu səbəbdən də o, təmin edilməlidir. İddia təmin edilməli olduğundan vurulmuş zərərin miqdarı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan əlavə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1ci maddəsinə görə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. İş materialına əlavə edilmiş 04 avqust 2021-ci il tarixli plastik kartın və şen zərfin təhvil-təslim aktından, həmçinin hesabdan çıxarışdan 5000 (beş min) manat məbləğində pulun "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X5 ödənilməsi öz təsdiqini tapdığından, iş üzrə Cavabdeh həmin məbləğdə zərəri iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 70 (yetmiş) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - 06 iyul 2021-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X5 ödənilmiş 5000 (beş min) manat məbləğində sığorta ödənişi Cavabdeh alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməli; -iddia təmin olunduğundan iddia verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu cavabdehdən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. 06 iyul 2021-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X5 ödənilmiş 5000 (beş min) manat məbləğində sığorta ödənişi Cavabdeh alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Həmçinin 70 (yetmiş) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-53/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-53/2024
15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver