Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-536/2025 12.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl X1 Zaur Yusif oğlunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə ərizənin baxılmamış saxlanılması məsələsinə məhkəmə iclasından kənar qaydada baxaraq müəyyənetdi: İddiaçı 04 avqust 2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 160 manat əsas borc, gecikdirilmiş dəbbə pulu olan 35 manat məbləğ, nəticə etibarilə ümumilikdə 195 (bir yüz doxsan beş) manat pul və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, mən İddiaçı hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul oluram (VÖEN: **********). Fəaliyyət sahəm mobil telefonların və onların aksesuarlarımn alqı-satqısıdır. Bildirirəm ki, mən hazırki iddia üzrə Cavabdeh ilə 19 fevral 2025-ci il 454 nömrəli “Mal satınalması” müqaviləsi bağlamışıq. Həmin müqaviləyə əsasən Cavabdeh “Honor x5b plus” markalı telefonu 8 aylıq kreditlə 340 manat dəyərində almışdır. 340 manat borcdan hazırki vaxtadək onun tərəfindən müqavilə üzrə 180 manat ödənilmiş, qalan 160 manat borcu ödəməkdən imtina edir. Onu da qeyd etmək istəyirəmki ki, cavabdehin yuxarıda qeyd olunan 19 fevral 2025-ci il 454 nömrəli “ Mal satınalması müqaviləsi”dən yaranan 160 manat əsas borcun, bundan əlavə müqaviləyə qoşma Əlavə 1-ə, Müqavilənin ÖDƏNİŞ ŞƏRTLƏRİ 3.3 bəndinə və xx.xx.2025-cü il tarixli dəbbə pulunun hesablanma arayışına əsasən hər gecikdirilmiş gün üçün ödənilməli olan 2%, yəni ümumilikdə cərimə olaraq yaranan 35 manat dəbbə pulunu, həmçinin 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm. İddia ərizəsi Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş və ona kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında (yazılı icraat) baxılması qərara alınmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə mahiyyəti üzrə baxılmaması, iddia ərizəsinin və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəsatəti ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Sözügedən ərizəni nəzərə alan məhkəmə qeyd edir ki, MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. MPM-in: - 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. - 260.2-ci maddəsinə görə qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. - 260.3-cü maddəsinə görə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. - 260.4-ci maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. - 260.6-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. MPM-in 114.1 və 114.1.3-cü maddələrinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılır. Belə olan halda İddiaçı tərəfindən iddia qaldırılarkən “ExpressPay” ödəniş sistemi vasitəsi ilə 01 avqust 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30.00 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən iddia qaldırılarkən “ExpressPay” ödəniş sistemi vasitəsi ilə 01 avqust 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30.00 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-536/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-536/2025
12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver