Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-611/2025 16.10.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı 09 sentyabr 2025-ci il tarixdə ”Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh yuxarıda təfərrüatları qeyd edilmiş borc müqaviləsinə (müqavilələrinə) əsasən 5653 (beş min altı yüz əlli üç) manat əsas borc, 77 (yetmiş yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 5730 (beş min yeddi yüz otuz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC-dən təfərrüatları aşağıdakı cədvəldə göstərilmiş borc müqaviləsi (müqavilələri) əsasında ümumi dəyəri 9637 (doqquz min altı yüz otuz yeddi) manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 5653 (beş min altı yüz əlli üç) manat əsas borcu qalıb. Müqavilə Müqavilə Müqavilə S/s Müqavilə dəyəri Müqavilə üzrə qalıq borc tarixi nömrəsi müddəti xx.xx.2022 KSK6531479 22 ay 1819 AZN 804 AZN xx.xx.2022 KSK6531964 20 ay 1789 AZN 1221 AZN xx.xx.2022 KSK6532240 15 ay 2339 AZN 1348 AZN xx.xx.2023 KSK6532434 16 ay 1890 AZN 1180 AZN xx.xx.2022 MRK6147295 18 ay 1800 AZN 1100 AZN Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh müqavilə (müqavilələr) üzrə 5653 (beş min altı yüz əlli üç) manat əsas borc, 77 (yetmiş yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 5730 (beş min yeddi yüz otuz) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İddiaçı nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək icraatda olan e- 2(079)-611/2025 saylı iş üzrə xx.xx.2025-ci il saat 12:50-yə təyin olunmuş məhkəmə baxış iclasının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin məcəllənin 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). Həmin məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci ildə KSK6531479 nömrəli borc müqaviləsi imzalanması və həmin tarixli təhvil-təslim aktından müqavilə üzrə məişət avadanlığının (Samsung RT 43K6000 S8) əldə olunması, müqavilələr üzrə ödənişlərin hissə-hissə həyata keçirilməli olması barədə tərəflərin razılığa gəlməsi işin mübahisəsiz hallarıdır. Qeyd edilən halların işin mübahisəsiz halı olması aşağıdakılarla öz təsdiqini tapır. İş materiallarına əlavə olunmuş: - xx.xx.2022-ci il tarixli, KSK6531479 nömrəli borc müqaviləsindən tərəflər arasında hissə-hissə ödəniş şərti ilə 1819 (bir min səkkiz yüz on doqquz) AZN məbləğində məişət avadanlığının əldə olunması barədə, 103 (bir yüz üç) AZN ilkin ödəniş və qalan 1716 (bir min yeddi yüz on altı) AZN məbləği 22 ay müddətinə aylıq 78 (yetmiş səkkiz) AZN olmaqla müqavilənin imzalanması, bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minməsi və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədə olması; - xx.xx.2022-ci il tarixli, KSK6531479 nömrəli borc müqaviləsindən borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizlərinin nəzərdə tutulduğu aydın olur. İş materiallarına əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci ildə MRK6147295 nömrəli borc müqaviləsi imzalanması və həmin tarixli təhvil-təslim aktından müqavilə üzrə məişət avadanlığının (Samsung RT 35K5440 S8) əldə olunması, müqavilələr üzrə ödənişlərin hissə-hissə həyata keçirilməli olması barədə tərəflərin razılığa gəlməsi işin mübahisəsiz hallarıdır. Qeyd edilən halların işin mübahisəsiz halı olması aşağıdakılarla öz təsdiqini tapır. İş materiallarına əlavə olunmuş: - xx.xx.2022-ci il tarixli, MRK6147295 nömrəli borc müqaviləsindən tərəflər arasında hissə-hissə ödəniş şərti ilə 1800 (bir min səkkiz yüz) AZN məbləğində məişət avadanlığının əldə olunması barədə, 0 (sıfır) AZN ilkin ödəniş və qalan 1800 (bir min səkkiz yüz) AZN məbləği 18 ay müddətinə aylıq 100 (bir yüz) AZN olmaqla müqavilənin imzalanması, bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minməsi və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədə olması; - xx.xx.2022-ci il tarixli, MRK6147295 nömrəli borc müqaviləsindən borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizlərinin nəzərdə tutulduğu aydın olur. İş materiallarına əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci ildə KSK6531964 nömrəli borc müqaviləsi imzalanması və həmin tarixli təhvil-təslim aktından müqavilə üzrə məişət avadanlığının (Samsung RT 35K5440 S8) əldə olunması, müqavilələr üzrə ödənişlərin hissə-hissə həyata keçirilməli olması barədə tərəflərin razılığa gəlməsi işin mübahisəsiz hallarıdır. Qeyd edilən halların işin mübahisəsiz halı olması aşağıdakılarla öz təsdiqini tapır. İş materiallarına əlavə olunmuş: - xx.xx.2022-ci il tarixli, KSK6531964 nömrəli borc müqaviləsindən tərəflər arasında hissə-hissə ödəniş şərti ilə 1789 (bir min yeddi yüz səksən doqquz) AZN məbləğində məişət avadanlığının əldə olunması barədə, 09 (doqquz) AZN ilkin ödəniş və qalan 1780 (bir min yeddi yüz səksən) AZN məbləği 20 ay müddətinə aylıq 89 (səksən doqquz) AZN olmaqla müqavilənin imzalanması, bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minməsi və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədə olması; - xx.xx.2022-ci il tarixli, KSK6531964 nömrəli borc müqaviləsindən borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizlərinin nəzərdə tutulduğu aydın olur. İş materiallarına əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci ildə KSK6532240 nömrəli borc müqaviləsi imzalanması və həmin tarixli təhvil-təslim aktından müqavilə üzrə məişət avadanlığının (TV LED Samsung UE-55BU8000UXCE) əldə olunması, müqavilələr üzrə ödənişlərin hissə-hissə həyata keçirilməli olması barədə tərəflərin razılığa gəlməsi işin mübahisəsiz hallarıdır. Qeyd edilən halların işin mübahisəsiz halı olması aşağıdakılarla öz təsdiqini tapır. İş materiallarına əlavə olunmuş: - xx.xx.2022-ci il tarixli, KSK6532240 nömrəli borc müqaviləsindən tərəflər arasında hissə-hissə ödəniş şərti ilə 2339 (iki min üç yüz otuz doqquz) AZN məbləğində məişət avadanlığının əldə olunması barədə, 59 (əlli doqquz) AZN ilkin ödəniş və qalan 2280 (iki min iki yüz səksən) AZN məbləği 15 ay müddətinə aylıq 152 (bir yüz əlli iki) AZN olmaqla müqavilənin imzalanması, bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minməsi və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədə olması; - xx.xx.2022-ci il tarixli, KSK6532240 nömrəli borc müqaviləsindən borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizlərinin nəzərdə tutulduğu aydın olur. İş materiallarına əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2023-cü ildə KSK6532434 nömrəli borc müqaviləsi imzalanması və həmin tarixli təhvil-təslim aktından müqavilə üzrə məişət avadanlığının (TV LED Samsung UE-55BU8000UXCE) əldə olunması, müqavilələr üzrə ödənişlərin hissə-hissə həyata keçirilməli olması barədə tərəflərin razılığa gəlməsi işin mübahisəsiz hallarıdır. Qeyd edilən halların işin mübahisəsiz halı olması aşağıdakılarla öz təsdiqini tapır. İş materiallarına əlavə olunmuş: - xx.xx.2023-cü il tarixli, KSK6532434 nömrəli borc müqaviləsindən tərəflər arasında hissə-hissə ödəniş şərti ilə 1890 (bir min səkkiz yüz doxsan) AZN məbləğində məişət avadanlığının əldə olunması barədə, 290 (iki yüz doxsan) AZN ilkin ödəniş və qalan 1600 (bir min altı yüz) AZN məbləği 16 ay müddətinə aylıq 100 (bir yüz) AZN olmaqla müqavilənin imzalanması, bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minməsi və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədə olması; - xx.xx.2023-cü il tarixli, KSK6532434 nömrəli borc müqaviləsindən borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizlərinin nəzərdə tutulduğu aydın olur Razılaşmanın şərtlərindən belə məlum olur ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müxtəlif vaxtlarda müqavilələr bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilələr sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. Həmin məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə müəyyən olunur ki, razılaşma üzrə iddiaçının müqavilələrdə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onların dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Həmçinin iddiaçı tərəfindən borcalana xəbərdarlıq göndərilərək xx.xx.2022-ci il tarixli, KSK6531479 nömrəli müqavilə üzrə 804 (səkkiz yüz dörd) AZN, xx.xx.2022-ci il tarixli, MRK6147295 nömrəli müqavilə üzrə 1100 (bir min yüz) AZN xx.xx.2022-ci il tarixli, KSK6531964 nömrəli müqavilə üzrə 1221 (bir min iki yüz iyirmi bir) AZN, xx.xx.2022-ci il tarixli, KSK6532240 nömrəli müqavilə üzrə 1348 (bir min üç yüz qırx səkkiz) AZN və xx.xx.2023-cü il tarixli, KSK6532434 nömrəli müqavilə üzrə 1180 (bir min yüz səksən) AZN əsas olmaqla ümumilikdə 5653 (beş min altı yüz əlli üç) manat məbləğində ümumi borcun 3 iş günü müddətində “Soliton LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə Cavabdeh xx.xx.2022-ci il tarixli, KSK6531479 nömrəli müqavilə üzrə ödənilməmiş 804 (səkkiz yüz dörd) AZN əsas (qalıq) borcu, xx.xx.2022-ci il tarixli, MRK6147295 nömrəli müqavilə üzrə ödənilməmiş 1100 (bir min yüz) AZN əsas (qalıq) borcu, xx.xx.2022-ci il tarixli, KSK6531964 nömrəli müqavilə üzrə ödənilməmiş 1221 (bir min iki yüz iyirmi bir) AZN əsas (qalıq) borcu, xx.xx.2022-ci il tarixli, KSK6532240 nömrəli müqavilə üzrə ödənilməmiş 1348 (bir min üç yüz qırx səkkiz) AZN əsas (qalıq) borcu və xx.xx.2023-cü il tarixli, KSK6532434 nömrəli müqavilə üzrə ödənilməmiş 1180 (bir min yüz səksən) AZN əsas (qalıq) borcu vardır. Cavabdehin iddiaçı ilə bağlamış olduğu müqavilələrdən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər(425.2). Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan MM-in 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Əsas borcun məbləğinə münasibətdə maliyyə arayışını müqavilə üzrə hərtərəfli qiymətləndirən məhkəmə belə hesab edir ki, maliyyə arayışı müqavilə üzrə əsas borcun miqdarına münasibətdə mötəbər sübut kimi qəbul edilə, nəzərə alına və kifayət sayıla bilər MPM-in 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli, KSK6531479 nömrəli müqavilə üzrə 804 (səkkiz yüz dörd) manat məbləğində ödənilməmiş əsas borc, xx.xx.2022-ci il tarixli, MRK6147295 nömrəli müqavilə üzrə 1100 (bir min yüz) manat məbləğində ödənilməmiş əsas borc, xx.xx.2022-ci il tarixli, KSK6531964 nömrəli müqavilə üzrə 1221 (bir min iki yüz iyirmi bir) manat məbləğində ödənilməmiş əsas borc, xx.xx.2022-ci il tarixli, KSK6532240 nömrəli müqavilə üzrə 1348 (bir min üç yüz qırx səkkiz) manat məbləğində ödənilməmiş əsas borc və xx.xx.2023-cü il tarixli, KSK6532434 nömrəli müqavilə üzrə 1180 (bir min yüz səksən) manat məbləğində ödənilməmiş əsas borc olmaqla ümumilikdə 5653 (beş min altı yüz əlli üç) manat məbləğində borc Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 77 (yetmiş yeddi) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, KSK6531479 nömrəli müqavilə üzrə 804 (səkkiz yüz dörd) manat məbləğində ödənilməmiş əsas borc, xx.xx.2022-ci il tarixli, MRK6147295 nömrəli müqavilə üzrə 1100 (bir min yüz) manat məbləğində ödənilməmiş əsas borc, xx.xx.2022-ci il tarixli, KSK6531964 nömrəli müqavilə üzrə 1221 (bir min iki yüz iyirmi bir) manat məbləğində ödənilməmiş əsas borc, xx.xx.2022-ci il tarixli, KSK6532240 nömrəli müqavilə üzrə 1348 (bir min üç yüz qırx səkkiz) manat məbləğində ödənilməmiş əsas borc və xx.xx.2023-cü il tarixli, KSK6532434 nömrəli müqavilə üzrə 1180 (bir min yüz səksən) manat məbləğində ödənilməmiş əsas borc olmaqla, ümumilikdə 5653 (beş min altı yüz əlli üç) manat məbləğində borc Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 77 (yetmiş yeddi) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-611/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-611/2025
16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver