Məhkəmə qərarları › İş №e-2(079)-620/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-620/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-620/2024 17.10.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “16” sentyabr 2024-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 19 mart 2020-ci il tarixli müqavilə üzrə SONOROUS SUREFİX asqı, HOFFMANN SİAC kondisioner, SAMSUNG LED üçün 660.66 (altı yüz altmış manat, altmış altı qəpik) manat ödənilməmiş hissə, 66.34 (altmış altı manat, otuz dörd qəpik) manat cərimə, 28 may 2020-ci il, tarixli müqaviləyə üzrə İmei kod **********04167 XİAOMİ REDMİ 8 markalı telefon, Mİ qulaqlıq üçün 205.30 (iki yüz beş manat, otuz qəpik) manat ödənilməmiş hissə, 20.7 (iyirmi manat yetmiş qəpik) manat cərimə, 25 noyabr 2020-ci il tarixli müqaviləyə üzrə 30 ədəd SEKSİYA HOFFMANN üçün, 236.36 (iki yüz otuz altı manat, otuz altı qəpik) manat ödənilməmiş hissə, 23.64 (iyirmi üç manat, altmış dörd qəpik) manat cərimə olmaqla, ümumilikdə 1213 (bir min iki yüz on üç manat) manat borc, 32.13 (otuz iki manat, on üç qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, cavabdehlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 19 mart, 28 may və 25 noyabr 2020-ci il tarixli müqavilələrə əsasən Məmmədov X1 Surefix asqı, Hoffmann Sıac kondisioner, Samsung Led, İMEİ kodu **********38043 Xiaomi Redmi 8 markalı telefon, Mİ qulaqlıq, 30 ədəd Seksiya Hoffman üçün almış və nəticədə onun borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19 mart 2020-ci il tarixli 20188148 nömrəli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2385 (iki min üç yüz səksən beş) manat (18 ay x 132.5 manat + 0 manat ilkin ödəniş) olan SONOROUS SUREFİX asqı, HOFFMANN SİAC kondisioner, SAMSUNG LED TV ümumilikdə 727 (yeddi yüz iyirmi yeddi) manat olmaqla ondan, 660.66 (altı yüz altmış manat, altmış altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 66.34 (altmış altı manat, otuz dörd qəpik) manat cərimə, 28 may 2020-ci il, tarixli 20313455 nömrəli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 514 (beş yüz on dörd) manat (20 ay x 25.7 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********04167 XİAOMİ REDMİ 8 markalı telefon, Mİ qulaqlıq üçün ümumilikdə, 226 (iki yüz iyirmi altı) manat olmaqla ondan, 205.30 (iki yüz beş manat, otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20.7 (iyirmi manat yetmiş qəpik) manat cərimə, 25 noyabr 2020-ci il tarixli 22071611 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 472.8 (dörd yüz yetmiş iki manat səksən qəpik) manat (12 ay x 39.4 manat + 0 manat ilkin ödəniş) olan 30 ədəd SEKSİYA HOFFMANN üçün ümumilikdə, 260 (iki yüz altmış) manat olmaqla ondan, 236.36 (iki yüz otuz altı manat, otuz altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23.64 (iyirmi üç manat, altmış dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh ilə bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyanın təhviltəslim aktınlardan görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdı. Onunla aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit edilmiş öhdəlikləri icra etməmişdi. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddianın təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi sübutlar iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Şıxmahmud kəndində rəsmi qeydiyyatda olması aydın olur. Həmçinin iddia ərizəsinə əlavə edilmiş sənədlərdə onun faktiki yaşayış yeri kimi ünvanı ünvan 1ddiaçının ərizəsinin surəti məhkəmənin 16 sentyabr 2024-cü il tarixli, 2(079)-620/2024 nömrəli məhkəmə bildirişi ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun hər iki ünvanına rəsmi qaydada göndərilmişdi. Belə ki, mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin cavabdehə “23” sentyabr 2024-cü ildə təqdim edilməsi (Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivi, ev 1 ünvanı üzrə) aydın olur. Qeyd olunan məhkəmə sənədində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçı tələbini Cavabdeh ilə onun arasında bağlanmış 19 mart 2023-cü il tarixli, 20188148 nömrəli, 28 may 2020-ci il tarixli, 20313455 nömrəli və 25 noyabr 2020-ci il tarixli, 22071611 nömrəli müqavilələrlə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; - 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Tərəflər arasında bağlanmış müqavilələri yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 19 mart 2023-cü il tarixli, 20188148 nömrəli, 28 may 2020-ci il tarixli, 20313455 nömrəli və 25 noyabr 2020-ci il tarixli, 22071611 nömrəli müqavilələrdən görünür ki, tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilələrin: - 1.1 və 2.1-ci bəndlərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti özünə məxsus olan əşyaları, yəni SONOROUS SUREFİX asqı, HOFFMANN SİAC kondisioner, SAMSUNG LED (19 mart 2020-ci il tarixli, 20188148 nömrəli müqavilə üzrə), İMEİ kodu **********04167 Xiaomi Redmi 8 markalı telefonu, Mİ qulaqlıq (28 may 2020-ci il tarixli, 20313455 nömrəli müqavilə üzrə) və HOFFMANN markali seksiyanı (25 noyabr 2020-ci il tarixli, 22071611 nömrəli müqavilə üzrə) və Cavabdeh verir, sonuncu isə malları müqavilə göstərilən şərtlərlə qəbul edir; - 2.2-ci, 2.3-cü və 3.7-ci bəndlərindən aydın olur ki, müqavilənin predmeti təşkil edən mala dair məlumat və malın qiyməti həmin müqavilənin ayrılmaz hissəsi olan müvafiq əlavə ilə müəyyənləşdirilir, müştəri icbari ödənişləri ödədikdən (tələb olunduğu halda) sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti malı ona təqdim edir və müqavilənin ödəmə qaydası ona edilmiş əlavə ilə müəyyən edilir; - 2.4-cü bəndlərinə əsasən müştəri malı qəbul edir və yalnız malı istifadə etmək hüququ ona keçir. Bundan əlavə müqavilələrə edilmiş əlavələrdən aydın olur ki, həmin əlavələr tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, əlavələrə əsasən; - 19 mart 2020-ci il tarixli, 20188148 nömrəli müqavilənin “ödəniş cədvəli” üzrə müştəri 20 aprel 2020-ci ildən başlayaraq 18 ay ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 132.50 (bir yüz otuz iki manat, əlli qəpik) manat; - 28 may 2020-ci il tarixli, 20313455 nömrəli müqavilənin “ödəniş cədvəli” üzrə müştəri 01 iyul 2020-ci ildən başlayaraq 20 ay ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 25.70 (iyirmi beş manat, yetmiş qəpik) manat; -25 noyabr 2020-ci il tarixli, 22071611 nömrəli müqavilənin “ödəniş cədvəli” üzrə müştəri 25 dekabr 2020-ci ildən başlayaraq 12 ay ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 39.40 (otuz doqquz manat, qırx qəpik) manat ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış razılaşmalardan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilələrdən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilələr üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə edilmiş 19 mart, 28 may və 25 noyabr 2020-ci il tarixli əşyaların təhvil-təslim aktlarından aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilələrdə göstərilən malları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrdən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Əksinə isə iş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona göndərilmiş 10 iyul 2024-cü il tarixli xəbərdarlıq məktubundan və sifarişli poçt göndərişinin çatdırılması haqqında xəbərdarlıqdan onun müqavilələrdən irəli gələn öhdəliyini lazımınca icra etməməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4cü maddəsi ilə müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə edilmiş 19 avqust 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən aydın olur ki, Cavabdeh 19 mart 2023-cü il tarixli, 20188148 nömrəli müqavilə üzrə 1724.34 (bir min yeddi yüz iyirmi dörd manat, otuz dörd qəpik) manat, 28 may 2020-ci il tarixli, 20313455 nömrəli müqavilə üzrə isə 308.70 (üç yüz səkkiz manat, yetmiş qəpik) manat və 25 noyabr 2020-ci il tarixli, 22071611 nömrəli müqavilə üzrə 236.44 (iki yüz otuz altı manat, qırx dörd qəpik) manat və ödəniş edib. Hazırda isə onun əsas borc üzrə iddiaçıya 19 mart 2023-cü il tarixli, 20188148 nömrəli müqavilə üzrə 660.66 (altı yüz altmış manat, altmış altı qəpik) manat (2385- 1724.34=660.66, 28 may 2020-ci il tarixli, 20313455 nömrəli müqavilə üzrə 205.30 (iki yüz beş manat, otuz qəpik) manat (514-308.7=205.70) və 25 noyabr 2020-ci il tarixli, 22071611 nömrəli müqavilə üzrə 236.36 (iki yüz otuz altı manat, otuz altı qəpik) manat (472.8- 236.44=236.36) ödənilməmiş əsas öhdəliyi mövcuddur. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilələrə edilmiş əlavədən müəyyən edilir ki, həmin əlavənin 2-ci və 5-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlansa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməyi öhdəsinə götürür və müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilələrin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) – 19 mart 2023-cü il tarixli, 20188148 nömrəli müqavilə üzrə 239 AZN, 28 may 2020-ci il tarixli, 20313455 nömrəli müqavilə üzrə 52 AZN və 25 noyabr 2020-ci il tarixli, 22071611 nömrəli müqavilə üzrə 48 AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Cərimə borcunun miqdarına gəldikdə isə 19 avqust 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlində Cavabdeh 19 mart 2023-cü il tarixli, 20188148 nömrəli müqavilə üzrə 66.34 (altmış altı manat, otuz dörd qəpik) manat, 28 may 2020-ci il tarixli, 20313455 nömrəli müqavilə üzrə isə 20.7 (iyirmi manat yetmiş qəpik) manat və 25 noyabr 2020-ci il tarixli, 22071611 nömrəli müqavilə üzrə cərimə borcu 23.64 (iyirmi üç manat, altmış dörd qəpik) manat olması qeyd edilir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilsə də, məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının tələbindən görünür ki, cərimə borcu əsas borcdan tənasübsüz şəkildə yüksəkdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair hissədə qismən təmin edilməli, 19 mart 2023-cü il tarixli, 20188148 nömrəli müqavilə üzrə 33.34 (otuz üç manat, otuz dörd qəpik) manat, 28 may 2020-ci il tarixli, 20313455 nömrəli müqavilə üzrə 10.70 (on manat, yetmiş qəpik) manat və 25 noyabr 2020-ci il tarixli, 22071611 nömrəli müqavilə üzrə 12.64 (on iki manat, atmış dörd qəpik) manat məbləğində cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbini əsaslı saydığından Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun 30.70 (otuz manat, yetmiş qəpik) manat miqdarı da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - tərəflər arasında bağlanmış 19 mart 2023-cü il tarixli, 20188148 nömrəli müqavilə üzrə 660.66 (altı yüz altmış manat, altmış altı qəpik) manat əsas, 33.34 (otuz üç manat, otuz dörd qəpik) manat cərimə borcu, 28 may 2020-ci il tarixli, 20313455 nömrəli müqavilə üzrə 205.30 (iki yüz beş manat, otuz qəpik) manat əsas, 10.70 (on manat, yetmiş qəpik) manat cərimə borcu, 25 noyabr 2020-ci il tarixli, 22071611 nömrəli müqavilə üzrə 236.36 (iki yüz otuz altı manat, otuz altı qəpik) manat əsas və 12.64 (on iki manat, atmış dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1159 (bir min bir yüz əlli doqquz) manat məbləğində borc Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli; -həmçinin Cavabdeh 30.70 (otuz manat, yetmiş qəpik) manat miqdarında dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli; -iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 19 mart 2023-cü il tarixli, 20188148 nömrəli müqavilə üzrə 660.66 (altı yüz altmış manat, altmış altı qəpik) manat əsas, 33.34 (otuz üç manat, otuz dörd qəpik) manat cərimə borcu, 28 may 2020-ci il tarixli, 20313455 nömrəli müqavilə üzrə 205.30 (iki yüz beş manat, otuz qəpik) manat əsas, 10.70 (on manat, yetmiş qəpik) manat cərimə borcu, 25 noyabr 2020-ci il tarixli, 22071611 nömrəli müqavilə üzrə 236.36 (iki yüz otuz altı manat, otuz altı qəpik) manat əsas və 12.64 (on iki manat, atmış dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1159 (bir min bir yüz əlli doqquz) manat məbləğində borc Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Həmçinin Cavabdeh 30.70 (otuz manat, yetmiş qəpik) manat miqdarında dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar