Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-641/2025 20.10.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında xx.xx.2025-ci il tarixdə ”Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixli C9790167/23 nömrəli müqavilə üzrə ödənilməmiş borc 660 manat və 50 manat cərimə məbləği olmaqla cəmi 710 (yeddi yüz on) manat borcun, habelə dövlət rüsumu əvəzi ödənilmiş 30.40 manat məbləğin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, satıcı/İddiaçı ilə alıcı/Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli C9790167/23 nömrəli nisyə satış müqaviləsinə əsasən 3760 manat dəyərində, 400 manat ilkin ödəniş olmaqla, 1 ədəd İphone 14Pro Max 128GB - məhsulu 12 ay müddətinə, hər ay 280 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqavilənin şərtləri borclu tərəfindən əməl edilməmiş, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2023-cü il tarixli C9790167/23 nömrəli müqavilə üzrə ödənilməmiş borc 660 (altı yüz altmış) manat təşkil edir. Sözügedən müqavilənin 2.4.4-cü bəndinə müvafiq olaraq, “Alıcı” razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1% (bir faiz) cərimə ödəyəcəyini öz üzərinizə götürmüsdür. Müqavilə üzrə hesablanan cərimə məbləği gecikdirilmiş günlərə görə yüksək olmasına baxmayaraq İddiaçı ağlabatan məbləği müəyyən etmişdir. Hazırda, Cavabdeh müqavilə üzrə ödənilməmiş borca görə 50 (əlli) manat cərimə məbləği tələb olunur. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Sözügedən müddət ərzində cavabdehin ərizəyə etirazı daxil olmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddia tələbinin hüquqi həlli ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ilə Cavabdeh 21 sentyabr 2023-cü il tarixli mal satınalması müqaviləsi üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə tələb olunan formada razılığa gəlmişlər. Müqavilə ilə tərəflərin: - 21 sentyabr 2023-cü il tarixli müqavilənin 1.2-ci bəndinə əsasən «Satıcı» dəyəri 3760 AZN olan məhsulu (telefonu və s.) “Alıcı”ya nisyə satmağı «Alıcı» isə satılmış əşyaya görə 400 AZN ilkin ödəniş edərək malı qəbul edib bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 2) müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə goturür. Əlavə 2-dəki ödəniş cədvəlinə uyğun ödəniş olmadıqda gecikdirilmiş məbləğə günlük 1% cərimə hesablanacaqdır. Müqavilə öhdəliyi bitənə qədər inflyasiya olduğu halda müqavilə qiyməti uyğun şəkildə dəyişdiriləcəkdir. - müqavilənin 2.4.2, 2.4.3 və 2.4.4-cü bəndlərinə əsasən «Alıcı» nisyə borcunun hər hansı bir hissəsini müqavilə müddəti və ödəmə cədvəlində göstərilmiş müddət bitənədək ödəməzsə "Satıcı"ya ödədiyi pulu geri tələb etmədən nisyə aldığı malı (əşya və malı) «Satıcı»ya geri qaytarmağı öhdəsinə götürür. Həmçinin alıcı öhdəsinə götürür ki, geri qaytarılan məhsul vəziyyətinə görə qiymətləndirilir və borcdan çıxılmasına etiraz etmir, bu zaman avadanlığın geri qaytarılması «Alıcı»nı borcunu ödəmək öhdəliyindən azad etmir, «Alıcı» qalan borcun ödənilməsini gecikdirdiyi halda gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 1%-i həcmində cərimə(dəbbə) pulu ödəməyi öhdəsinə götürür. «Satıcı» «Alıcının» borcunu vaxtında ödəmədiyi halda məhkəməyə müraciət edilə bilər. - müqavilənin 3.1-ci bəndində əsasən ödəniş müddəti bitənə qədər nisyə satılmış mal "Fiziki şəxs İddiaçı Haciəli oğlu“nun girovu hesab olunur. Borc bitənə qədər həmin mal satıla və heç kimə bağışlanıla bilməz. Ödəniş gecikdirildiyi halda "Satıcı" istənilən vaxt 2.4.2. bəndinə uyğun olaraq girov malı müştəridən geri ala bilər. Müştəri də həmin girov malı şirkətin nümayəndələrinə təhvil verməlidir. Razılaşmanın şərtlərindən belə məlum olur ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. Həmin məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddia ərizəsinə əlavə edilmiş cavabdeh tərəfindən imzalanmış 21 sentyabr 2023-cü il tarixli əşyanın təhvil-təslim aktından aydın olur ki, iddiaçı İmei kod **********98993 olan «İphone 14Pro Max» markalı telefonu cavabdehə vermişdir. Beləliklə müəyyən olunur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini lazımınca icra etmişdir. xx.xx.2025-ci il tarixli cavabdehə verilmiş xəbərdarlıq məktubunda 21 sentyabr 2023-cü il tarixli C9790167/23 nömrəli nisyə satış müqaviləsinə əsasən «İphone 14Pro Max» markalı məhsulu 12 aylıq kreditlə, ilkin ödəniş 400 manat, hər ay 280 manat olmaqla 3760 manat dəyərində almağa razılığın verilməsi, kreditor qarşısında öhdəliyi lazımınca yerinə yetirmədiyinə görə 660 manat əsas borcun, 396 manat cərimə borcunun, ümumilikdə 1050 manat borcun yarandığı, nisyə satış müqaviləsinin 2.4.4-cü bəndinə müvafiq olaraq alıcı razılaşdırılmış dəyərini, razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1% (bir faiz) cərimə ödəyəcəyini üzərinə götürdüyü, nisyə satış müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam verərək girov predmeti olan məhsulu geri tələb edə biləcəyini və ya verdiyi kredit məbləğini bu müddətə qədər hesablanmış cərimə məbləği ilə birlikdə qaytarılmasının borcalandan tələb edə biləcəyini, yaranmış borcu 5 gün müddətində ödənilməsini tələb etdikləri, əks təqdirdə, nisyə satış müqaviləsi üzrə yaranmış borc və cərimə məbləği birlikdə Cavabdeh tutulması barədə aidiyyatı məhkəmə orqanına müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Beləliklə, müəyyən olunur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malı cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Tərəflərin arasında bağlanmış müqavilə və cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək razılaşdırılmış qızıl-zinət əşyasını və mobil telefonu cavabdehə vermişdir. Belə ki, cavabdehə iddiaçı tərəfindən rəsmi qaydada təqdim olunmuş xəbərdarlıqda borcun mövcudluğu və ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə razılaşma əldə olunmuşdur. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək cavabdehin diqqətinə çatdırır ki, mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilədə göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Əsas borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2025-ci il tarixli, C9790167/23 nömrəli maliyyə arayışından aydın olur ki, Cavabdeh qeyd edilən müqavilə üzrə 660 manat məbləğində ödənilməmiş əsas borcu mövcuddur. Bunun əksini təsdiq edəcək sübutlar məhkəməyə təqdim olunmamışdır. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilələrin 2.4.4-cü bəndinə əsasən razılığa gəlmişlər ki, kredit ödənişinin gecikdirilməsi halında “Alıcı” “Satıcı”ya hər gün üçün gecikdirilmiş borc məbləğinin 1%-i miqdarında dəbbə pulu ödəyəcəkdir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, borcalanın 23 sentyabr 2023-cü il tarixli nisyə satış müqaviləsinə əsasən 660 manat əsas borcuna münasibətdə iddiaçı 50 manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 33 (otuz üç) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 21 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən 660 (altı yüz altmış) manat məbləğində əsas borc, 33 (otuz üç) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 699 (altı yüz doxsan doqquz) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı sayıldığından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 29.53 (iyirmi doqquz manat, əlli üç qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçı tərəfindən iddia üzrə ödənilmiş dövlət rüsumu ilə əlaqədar ödənilmiş 0,4 manat bank xidmət haqqının tutulması barədə tələbi ilə bağlı aşağıdakıları qeyd edir: MPM-in 107-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-ci maddəsində isə işə baxılması ilə əlaqədar məsrəflərin dairəsi müəyyən edilmişdi ki, bunlara aşağıdakılar daxildir: - şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; - yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; - tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; - tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; - nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; - vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; - cavabdehin axtarılması ilə əlaqədar xərclər; - qətnamənin icrası ilə əlaqədar xərclər; - məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. İddiaçının 0,40 (qırx) manat bank xidmət haqqı ödəməsi onun məhkəməyə iddia tələbi ilə müraciət etməsi ilə bağlı yarandığından məhkəmə bunu işə baxılması ilə əlaqədar zəruri hesab edilən digər xərclərə aid olduğunu hesab edir və cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qənaətinə gəlir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 3110-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 21 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən 660 (altı yüz altmış) manat məbləğində əsas borc, 33 (otuz üç) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 699 (altı yüz doxsan doqquz) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 29.53 (iyirmi doqquz manat, əlli üç qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-641/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-641/2025
20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver