Məhkəmə qərarları › İş №e-2(079)-649/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-649/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-649/2024 07.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 01 oktyabr 2024-cü ildə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2585 nömrəli «Nisyə alqı-satqı haqqında» müqavilə üzrə qalıq ümumi borc məbləği olan 6392 (altı min üç yüz doxsan iki) manat borcun, 96 (doxsan altı) manat, 12 (on iki) qəpik müqavilə üzrə hesablanmış cərimə məbləğinin və 85 (səksən beş) manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, cəmi 6573 (altı min beş yüz yetmiş üç) manat, 12 (on iki) qəpik məbləğin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 2585 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış «Müqavilə»yə əsasən satış obyekti olan yeni (işlənməmiş) “Elos Trio” cihazı xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. Bildiririk ki, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, “təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını ” təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli «Müqavilə»nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 13800 (on üç min səkkiz yüz) manat müəyyən edilmişdir. «Müqavilə»nin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən 7408 (yeddi min dörd yüz səkkiz) manat ödəniş edilmişdir. Daha sonra isə müqavilə üzrə öhdəliyin icrası Cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur. xx.xx.2024-cü il tarixdə 534 (beş yüz otuz dörd) manat ödəniş icra edilməli idi. Lakin cavabdeh tərəfindən ödəniş öhdəliyi tam icra edilməmişdir. Ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Qeyd etmək istəyirik ki, bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunur. İddiaçının nümayəndəsi məhkəmənin hazırlıq iclasında verdiyi izahatında Cavabdehla 04 avqust 2023-cü ildə müqavilə bağladıqlarını, müqaviləyə əsasən “Elos-trio” cihazının ona satıldığını və təhvil verildiyini, cavabdehin hər ay iddiaçıya 534 manat ödəniş etməli olduğunu, lakin ödənişlərdə gecikmələr yarandığını, 5-6 ay ödəniş etsə də, hər dəfə ödənişləri 5-10 gün gecikdirib və hissə-hissə ödədiyini, sonuncu ay isə 3 həftə gecikmə olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqlarını, 6392 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdiyini, verilmiş suallara cavabında isə müqavilənin 04 avqust 2023-cü ildə bağlandığını, müqavilənin predmetini “Elostrio” cihazının qarşı tərəfə satışı və bunun qarşılığında aylıq ödənişlərin ondan tələb edilməsindən ibarət olduğunu, mübahisənin məhkəmədən kənar həll edilməsi üçün qarşı tərəfə pretenziya göndərildiyini, lakin buna cavab verilmədiyindən məhkəməyə müraciət olunduğunu, aylıq ödənilməli olan məbləğin 534 manat təşkil etdiyini, cavabdehin qrafik üzrə hazırda 6392 manat borcunun olduğunu, müqavilə üzrə gecikdirilmiş 96.12 manat dəbbə pulu və 85 manat dövlət rüsumunu da tələb etdiklərini, cavabdehin sonuncu ödənişi 09 sentyabr 2024-cü ildə etdiyini, sentyabr və oktyabr ayları üzrə ödəniş edilmədiyini, ondan əvvəlki aylar üzrə isə gecikmələrlə ödənildiyini bildirmişdir. Cavabdeh məhkəmənin hazırlıq iclasında verdiyi izahatında işlədiyi vaxt ödənişləri etdiyini, lakin hazırda işsiz olduğu üçün ödəmələrdə gecikmə yarandığını, hər gecikdirilmiş gün üçün 5 manat faiz hesablandığını, həmçinin iddiaçının ödənişin gecikdirilməsini istəmədiyini, bu səbəbdən də sentyabr və oktyabr ayları ödəniş etmədiyini, hazırda işləri dayandığı üçün ödəniş edə bilmədiyini, aylıq 200 manat ödəniş edə biləcəyini, “Elos-trio” lazer cihazını iddiaçıdan kreditlə aldığını, həmin cihazın öz sahibliyində olduğunu, iddiaçının nümayəndəsinin bildirdikləri ilə razı olduğunu, sonuncu dəfə 2024-cü ilin sentyabr ayında 100 manat ödəniş etdiyini, pretenziyani aldığını, iddianı tələbini qəbul etdiyini bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı nümayəndəsi elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştiraklarının mümkünsüz olması ilə bağlı məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinə əsasən 6392 AZN əsas, 96.12 AZN cərimə borcu tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmış olması, İddiaçı tərəfindən borcalana “Elos Trio” cihazının verilməsi, cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aşağıda sadalanan yazılı sübutlarla öz təsdiqini tapır. Belə ki, mülki iş materiallarında olan: 04 avqust 2023-cü il tarixli, 2585 nömrəli tərəflərin imzaladığı müqavilədən bir tərəfdən fiziki şəxs Cavabdeh (bundan sonra «Sifarişçi» adlandırılacaq), digər tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən İddiaçın (VEÖN: **********) direktoru Qanuni nümayəndə şəxsində alqı-satqı müqaviləsi bağlandığı aydın olur. İş materiallarına əlavə olunmuş alqı-satqı müqaviləsindən belə məlum olur ki, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır:  müqavilənin 1.1-ci bəndinə əsasən «Sifarişçi» satış obyektini sifariş verib «İcraçı»ya razılaşdırılmış satış obyektinin satış qiymətini ödəməyi, «İcraçı» isə «Sifarişçi»yə ödənilmiş məbləğ qarşılığında satış obyektini satmağı (bundan sonra «Xidmət») öhdəsinə götürür.  müqavilənin 1.2-ci bəndinə əsasən göstərilməli «Xidmət» üzrə satış obyekti və onun satış qiyməti, bu müqaviləyə əlavə edilən və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müqavilə əlavəsi ilə müəyyənləşdirilir.  müqavilənin 2.1-ci bəndinə əsasən «İcraçı» «Sifarişçi»nin müqavilə əlavəsi üzrə ödədiyi «Xidmət» haqqı (satış obyektinin satış qiyməti) qarşılığında sifariş verilmiş satış obyektini sifarişçiyə təhvil verməlidir.  müqavilənin 3.1, 3.2 və 3.3-cü bəndlərinə əsasən göstərilən «Xidmət» üzrə satış obyekti və satış obyektinin satış qiyməti «İcraçı» və «Sifarişçi» tərəfindən öncədən müəyyən edilir. Bütün bunlar və hesablaşma qaydaları müqavilənin ayrılmaz tərkib hissəsi olan müqavilə əlavəsində öz əksini tapır, hesablaşmalar nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir, hesablaşma Azərbaycan Respublikasının milli valyutası olan manat (AZN) ilə aparılır.  müqavilənin 4.2.1 və 4.2.2-ci bəndlərinə əsasən icraçı müqavilədə nəzərdə tutulan qaydada müqavilə əlavəsi üzrə öncədən qarşılıqlı razılaşdırılmış şərtlərlə «Xidmət»i həyata keçirmək, müqavilə əlavəsi üzrə razılaşdırılmış zəmanət müddəti ərzində satış obyektində istehsalat xətası üzrə yaranan problemləri heç bir ödəniş tələb etmədən aradan qaldırmaq.  müqavilənin 4.3.1-ci bəndinə əsasən sifarişçi müqavilə əlavəsi üzrə razılaşdırılmış zəmanət müddəti ərzində satış obyektində istehsalat xətası üzrə yaranan problemləri heç bir ödəniş etmədən aradan qaldırmağı «İcraçı»dan tələb etmək.  müqavilənin 5.4-cü bəndinə əsasən istənilən halda müqaviləyə birtərəfli qaydada xitam verildikdə yə ya müqavilə məhkəmə qaydasında ləğv edildikdə, müqavilə üzrə tərəflərin icra edilməmiş öhdəliyinə xitam verilmir. Belə ki, müqavilənin ləğvi və ya müqaviləyə xitam verilməsi tərəflərdən birinin digər tərəf qarşısında olan icra edilməmiş öhdəliyinin icrasından azad etmir.  müqavilənin 10.2-ci bəndinə əsasən müqaviləyə yə onun ayrılmaz tərkib hissəsi olan müqavilə əlavəsinə əsasən «Sifarişçi» tərəf üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyi və ya natamam icra etdiyi halda, «İcraçı» tərəf müqavilənin ləğvinə və qalıq ümumi borc məbləğinin birdəfəlik olmaqla tam şəkildə sifarişçidən icraçının xeyrinə tutulmasına dair aidiyyatı məhkəməyə müraciət edə bilər.  müqavilənin 11.1, 11.2, 11.3-cü bəndlərinə əsasən müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir, bu müqavilə üzrə mübahisələr «Tərəflər»in öz aralarında, pretenziya irəli sürülməsi qaydası ilə həll edilir, «Tərəflər» arasında yaranmış mübahisələr bu Müqavilənin 11.2-ci bəndində göstərilmiş qaydada həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik normaları ilə tənzimlənəcək və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaq. MM-in 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə əşyanın borcalana verilməsidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. AR MM-nin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. AR MM-nin 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından İddiaçı Cavabdeh “Elos Trio” adlı avadanlığı və onun ehtiyat hissələrini verdiyi aydın olur. Borcalan öz imzası ilə göstərilmiş malı aldığını təsdiq etmişdir. Həmin müqaviləyə əlavə - ödəniş qrafikindən isə belə məlum olur ki, cavabdehin iddiaçı qarşısında əsas öhdəliyi ilkin 1000 AZN ödəməklə 24 ay müddətində hər ay 534 AZN ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilələr sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. Həmin məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. xx.xx.2023-cü il tarixli, 2585 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan maliyyə arayışından belə məlum olur ki, Cavabdeh müqavilə üzrə 7408 manat ödəniş etdiyi, 6392 manat əsas, 96.12 manat cərimə borcu, 85 manat dövlət rüsumu olmaqla cəmi 6573.12 manat borcunun olduğu müəyyən olunur. İddiaçı tərəfindən borcalana nisyə mal satınalması müqaviləsinə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İddiaçı tərəfindən borcalana xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək bildirilmişdir ki, İddiaçı Cavabdeh arasında bağlanmış 2585 nömrəli 04 avqust 2023-cü il tarixdə nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə “Elos Trio” cihazı xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə Cavabdeh təhvil verilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixində ödənilməli olan məbləğ üzrə qalıq 534 manatın və gecikdirilmiş ödəniş məbləğinin hər günü üçün 01% miqdarında hesablanmış 54 manat cərimə, cəmi 588 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair öhdəliyinizi 3 gün müddətində icra etməyiniz xahiş olunur. Əks təqdirdə müqaviləyə əsasən üzərinizə düşən öhdəliyinizi icra etmədiyiniz üçün məhkəməyə müraciət edilərək, müqavilə üzrə yerinə yetirilməmiş öhdəliyiniz olan qalıq borc məbləğinin və eyni zamanda sözügedən müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş qaydada dəymiş ziyanın əvəzinin ödənilməsi və əldən çıxmış fayda tələb olunacaqdır. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmiş, məhkəmənin hazırlıq iclasında iddianı qəbul etdiyini bildirmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Müqavilənin 4.1.4 və 4.1.5-ci bəndlərinə əsasən tərəflər razılığa gəlmişlər ki, müqavilə əlavəsinin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələləri və tarixi «Sifarişçi» tərəfindən birtərəfli qaydada pozulduğu, icra edilmədiyi və ya natamam icra edildiyi halda, «İcraçı» tərəfin bu müqavilə ilə müəyyən edilmiş satış qiymətinə əsasən ödənilməli qalıq məbləğin birdəfəlik olmaqla tam şəkildə sifarişçidən tutulmasına dair aidiyyatı məhkəməyə müraciət etmək hüququ vardır və «Sifarişçi» Müqavilə Əlavəsi ilə müəyyənləşdirilmiş məbləği ödəmədiyi halda, «İcraçı» tərəfindən müqavilə üzrə gecikdirilən hər gün üçün ödəniş məbləğinin 01% (bir faiz) miqdarında dəbbə pulunun (cərimə, penya) ödənilməsini tələb etmək hüququ vardır. Dəbbə pulunun (cərimə, penya) üıııumi məbləği satış obyektinin toplam satış qiymətinin yarısından çox olmamalıdır. MM-in 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan MM-in 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlansa, alıcı satıcıya müqavilə üzrə gecikdirilən hər gün üçün ödəniş məbləğinin 01% (bir faiz) miqdarında dəbbə pulunun (cərimə, penya) ödənilməsini tələb etmək hüququ vardır.Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borclarının ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Borcın və cərimənin miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə edilmiş 27 sentyabr 2024-cü il tarixli arayışdan Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə iddiaçıya 6392 manat əsas borc, 96.12 manat cərimə borcunun olduğu aydın olur. Məhkəmə belə hesab edir ki, yuxarıda istinad edilmiş təhvil-təslim aktı və müqaviləyə əlavə 1 borcun miqdarının müəyyən edilməsi zamanı kifayət qədər mötəbər sübut hesab edilməli və nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcu borcunun ödənilməsi tələbini də əsaslı sayır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair münasibətdə tam təmin edilməlidir, belə ki, cərimə məbləği əsas borca mütənasibdir və azaldılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,faiz borcunu, zərərvə dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli, 2585 nömrəli kredit müqaviləsinə əsasən 6392 (altı min üç yüz doxsan iki manat) manat əsas, 96.12 (doxsan altı manat, on iki qəpik) cərimə borcu olmaqla, cəmi 6488.12 (altı min dörd yüz səksən səkkiz manat, on iki qəpik) AZN məbləğində borc Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən əsas borca görə 6392 (altı min üç yüz doxsan iki manat) manat, cərimə borcuna görə 96.12 (doxsan altı manat, on iki qəpik) manat, ümumilikdə 6488.12 (altı min dörd yüz səksən səkkiz manat, on iki qəpik) borc tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 85 (səksən beş) manat miqdarında dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar