Məhkəmə qərarları › İş №e-2(079)-650/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-650/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-650/2024 07.10.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmə iclasından kənar qaydada baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən VİNİL MAT, VİNİL ŞƏFFAF, PLYONKA İSTEHSALİ 2 ədəd, İmei kod **********24709 XİAOMİ REDMİ 12C NFC markalı telefon üçün 39.05 (otuz doqquz manat beş qəpik) manat ödənilməmiş hissə, 3.95 (üç manat doxsan beş qəpik) manat cərimə 2. Ümumilikdə, 43 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmı1ş6.05.2023-ci il tarixli müqaviləyə əsasən, VİNİL MAT, VİNİL ŞƏFFAF, PLYONKAİSTEHSALİ 2 ədəd, İmei kod **********24709 XİAOMİ REDMİ 12C NFC markalı telefolmnışa və nəticədə 43 (qırx üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 443.52 (dörd yüz qırx üç manat əlli iki qəpik) manat (yəni 12 ay x 31.46 manat + 66 manat ilkin ödəniş) VİNİL MAT, VİNİL ŞƏFFAF, PLYONKAİSTEHSALİ 2 ədəd, İmei kod **********24709 XİAOMİ REDMİ 12C NFC markalı telefoünçün ümumilikdə 43 (qırx üç) manat olmaqla ondan 39.05 (otuz doqquz manat beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3.95 (üç manat doxsan beş qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 404.47 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış ilə xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddia ərizəsi məhkəmənin 02 oktyabr 2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixdə elektron məhkəmə informasiya vasitəsilə elektron kabinetdən ərizə ilə məhkəməyə müraciət edərək müqavilə üzrə borc öhdəliyinin yerinə yetirilməsi nəzərə alınmaqla işin baxılmamış saxlanılaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin dövlət rüsumu ilə birlikdə qaytarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının məhkəmə təqdim etdiyi ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş üzrə Cavabdeh tərəfindən məhkəməyə işin mahiyyəti üzrə həll olunmasına dair hər hansı tələb ünvanlanmamışdır. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə ərizəsi baxılmamış saxlanılmalıdır. MPM-in: - 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. - 260.2-ci maddəsinə görə qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. - 260.3-ci maddəsinə görə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. - 260.4-ci maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. - 260.6-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddia qaldırılarkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, 64151158 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, 64151158 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar